Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə35/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

deyil, 80 milyon rusa arxalanırdı» dedi. Paşa daha sonra mənə Qafqaz İslam 
ordusunun yaradılmağa başlandığını və bir yüksək rütbəli zabitlərlə təmin 
olunacağını, bunun üçün bir komissiya qurulduğunu anlatdı və «Sizin də 
komissiyada olmağımzı uyğun saydıq». İndi isə sizə gələcək Qafqaz İslam 
Ordusu komandanı şahzadə «Fərrux ilə tanış edəcəyəm» dedi. İçəriyə gənc bir 
zabit girdi. Ənvər Paşa bizi tanış etdi. Sonra birlikdə yavərin otağına keçdik. 
Orada da bir az söhbət etdikdən sonra ayrıldıq. Şahzadə ilə bir daha görüşə 
bilmədim. Daha sonra Ömər Faiqlə Məclisi Məbusana (Deputatlar məclisi - 
C. Q., M. Ə.) getdik. Orada məclis rəisi Hacı Adil bəylə tanış olduq. Axşam 
Pera Palas mehmanxanasında hökumətin senzur idarəsi ilə mətbuatın 
anlaşması məqsədi ilə hökumət tərəfindən veriləcək axşam yeməyinə dəvət 
edilmişdik. Hacı Adil məndən məclis barədə fikrimi soruşdu. Mən də «Bəy 
əfəndi Məclisində 24 çalmalı saydım. Onların burada nə işi var?» deyə 
soruşdum. Hacı Adil bəy «İndi çox yaxşı vəziyyətdədir. İlk məclisimizdə 24 
çalmasız tapa bilməzdiniz» dedi. Sonra mənə Qafqaz haqqında suallar verdi. 
Cavablarını bildiyim qədər verdim. Ən axırda isə Bakı milyoneri, xeyriyyəçi 
Hacı Zeynalabdin Tağını soruşdu. Ona Hacı haqqında bildiklərimi anlatdım 
(təfsilatı Ankarada nəşr edilən «Azərbaycan» dərgisində verilmişdir). 
Bu zamanlar hər gün qurulacaq ordu ilə əlaqədar komissiyanın işində 
yaxından iştirak edərək müraciət edənləri yoxlamadan keçirdikdən sonra 
qeydə alırdıq. Ancaq görüşdüyüm siyasi xadimlərdən «İttihat və Tərəqqi» 
Partiyasının mərkəzi qərargahında yalnız Tələt, Ənvər və Camal paşaların 
Türk ordusunun Qafqaza getmələrini istədiklərini, digərlərinin isə buna razı 
olmadıqlarını öyrəndim. Mən demək olar ki, hər gün Ənvər paşa ilə 
göriişdüm. Görüşümüzün birində özümü topladım və Ənvər paşanın mənim 
xatirimi istədiyindən istifadə edərək dedim: «Paşam, sizinlə açıq danışmaq 
istəyirəm. Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq. Yuxarıda Allah, aşağıda 
Ənvər paşa. Eşitdiyimə görə sizin Nuru adlı bir qardaşınız vardır. Sizdən 
xahiş edirəm Qafqaza gedəcək hərbi qüvvənın başına Nuru Paşanı təyin edin. 
Paşam, ölkəmiz dünyanın ən zəngin yerlərindən biridir. Qocaman div olan 
Rusiyanı qudurdan, sağa-sola hücum etdirən Bakı neftidir. Bu neftin 70%-i 
biz azəri türklərinindir. Xalqı zəhmətkeş və çalışqandır. Eyni zamanda 
olduqca qəhrəmandır. Bir də Paşam, sizin Qafqaza gedəcək hərbi qüvvələrə 
komandan təyin etdiyiniz şahzadəni hər axşam Pera Palas mehmanxanasının 
salonunda içki içib rəqs etdiyini görürəm. Qafqazda belə hərəkətləri 
xoşlamırlar». Ənvər Paşa məndən «Hacı bəy, sizin orada içki içmirlərmi?» 
deyə soruşdu. Mən isə bu suala «İçirlər Paşam, ancaq pivə kimi zəif alkoqollu 
içki olan şərab «Vodka» deyilən sərt içkidən isə ruslar istifadə edirlər. Bizdə 
içki içərlər, ancaq sərxoş olmaq üçün deyil» cavabını verdim. Məni dinləyən 
Ənvər Paşa «çox yaxşı» dedi. Sonra telefon edərək Qafqaza gedəcək 
zabitlərin içki içib-içmədiklərinin də yoxlanmasını əmr etdi və sonra mənə 


«Nağı bəy, Nuru çox gəncdir, necə olar?»dedi Mən də dərhal «Paşam, Nuru 
Paşanın Trablis-qərbdəki fəaliyyəti haqqında burada heç kəsdən məlumat ala 
bilmədim. Rus mətbuatı Nuru Paşadan və onun fəaliyyətlərindən uzun-uzadı 
bəhs edən materialları Qafqazda oxumuşdum. Və bir də Paşam, sizin 
qardaşınız olması yetər» dedim. Ənvər paşa «Yaxşı sabah söhbət edərik» dedi 
və ayrıldıq. 
Ertəsi gün Hərbi Nazirliyə gələndə dərhal məni Ənvər Paşanın 
yanına apardılar. Ənvər Paşa həmişə olduğu kimi məni yenə də gülərüzlə 
qarşıladı və «Bəli, Nağı bəy, istədiyiniz oldu» dedi. Mən də «Paşam, çox 
sevindim və sabah bütün Qafqaz türkləri də sevinəcəklər» dedim. Ənvər Paşa 
məndən Azərbaycanda İsa Aşurbəyov adlı bir nəfəri tanıyıb-tanımadığını 
soruşdu. Mən də «Çox yaxşı tanıyıram, Paşam. Zəngin bir ailəyə mənsub, 
vətənpərvər bir şəxsdir» dedim. Ənvər Paşa ayrıca Aşurbəyovun türkiyəli 
Rüşəni bəy adında bir dostu olduğu və bunların mücadilə üçün pul 
istədiklərini söylədi. Rüşəni bəyi tanımırdım. Ancaq işin içinə pul məsələsi 
girincə iş dəyişmişdi. Ənvər paşaya «Paşam, iş dəyişdi. İsa bəy bakılıdır. 
Bütün Qafqaz təşkilatlarının məsrəfləri Bakıdan təmin edilməkdədir. 
Azərbaycanda, hələ Azərbaycanın mərkəzində pul məsələsi düşünülə bilməz. 
İsa bəy bunu məndən yaxşı bilir. Göndərməyin, mən məsuliyyəti öz üzərimə 
götürürəm. Bu işdə nə isə bir anlaşılmazlıq var» dedim. Ənvər Paşa mənim 
sözlərimi qəbul etdi və pul göndərilmədi. Bu zaman içəri bir paşa girdi. Ənvər 
paşa «bax istədiyin Nuru bu» deyərək bizi tanış etdi. Nuru paşa ilə birlikdə 
İslam ordusunun qərargahına gəldik. Günlər keçir. Nuru paşanın ştab rəisi 
miralay (polkovnik -C.Q., M.Ə.)Nazim bəylə birlikdə (İstiqlal savaşı zamanı 
Sakaryada şəhid olmuşdur) gərgin bir şəkildə çalışır və kadrları 
tamamlayırdıq. Mən vəziyyətdən çox razı idim. Nuru paşa həm özü işləyir, 
həm də bizi işlədirdi. Bu arada bir görüşümüz zamanı Ənvər Paşanı çox 
məmnun gördüm və bundan cəsarət alaraq «Paşam, sizdən Hüsaməddin bəyin 
rütbəsinin bir dərəcə artırılmasını xahiş dəyişdim» dedim. Ənvər Paşa «Nağı 
bəy, əsir düşən bir zabitin necə əsir düşdüyü tədqiq edilməlidir. Baxarıq 
günahı necədir?» dedi. Mən dərhal «Paşam, bizim orada görüşdüyümüz iş 
nəzərə alınırmı? Ruslar ilə mücadiləmizdə Hüsaməddin bəyin böyük rolu 
vardır» dedim. İki gün sonra Ənvər Paşa məni hüzuruna çağırdı. Dərhal 
etdim. Gülər üzlə «Nağı bəy, Hüsaməddin bəyin raportunu aldım və Çox 
məmnun qaldım. İstifadə edəcəyik.Özünün də rütbəsini bir dərəcə 
yüksəltdim» dedi. Sevindim və ona təşəkkür etdim. Hüsaməddin bəy 
raportunda general Əli Şıxlinskidən bəhs edirdi. Ənvər Paşaya «Paşam, 
Dünya müharibəsində biz azərilərdən dörd general rus ordusunda ordu 
komandanı olmuşdular. Yalnız bir gürcü generalı korpus komandanı ola 
bilmişdir. Azərilərdən ordu komandanı Səməd bəy mehmandarlı rus-yapon 
müharibəsində korpus komandanı olaraq ən yüksək nişanım almışdı. İkinci 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə