Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə38/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

İstanbulda Hacı Əhməd Paşanın ailəsində  dünyaya gəlib. İttihad və 
Tərəqqi Cəmiyyətinin qurucusu olan və Osmanlı tarixində mühüm xidmətləri 
olan Ənvər Paşanın ögey qardaşıdır. Dədə-babalarının Krım Türklərindən 
olduğu bəllidir, ona görə də 1934-cü ildə Türkiyə Cümhuriyyətində rəsmi 
soyadı daşıma qanunu qəbul olunanda Nuru Paşa da ulu babalarının gəldiyi 
Dunay çayı ağzındakı Killi və ya Kiliya Türk qalasının adını özünə soyadı 
götürmüşdür. Ənvər Paşa ilə birlikdə və əmisi oğlu Xəlil Paşanın da məşhur 
hərbçi – general olması bu soyun igid, cəsur, döyüşkən cəngavər olmağından 
soraq verir. Hər iki qardaş həyatları boyu turançılıq idealı ilə yaşayıblar və 
türk xalqlarını vahid dövlətdə birləşdirməyə çalışıblar. Camal, Tələt adlı 
qardaşları da olub. 
Teymən (leytenant) Nuru 1909-cu ildə Quru Qoşunları  Məktəbini 
bitirərək Üçüncü Ordu komandanlığında zabit kimi xidmətə başlayıb, 1910-cu 
ilin yanvarından birbaşa padşaha tabe olan piyada bölüyünə keçirilib. 1911-ci 
ildə Hərbi Akademiyanı bitirərək yenidən döyüşən ordu sıralarına göndərilib. 
Həmin dövrlər Osmanlı dövləti olüm-qalım savaşı aparırdı. Gənc zabit ən ağır 
döyüşlərin getdiyi Şimali Afrika cəbhəsinə göndərilir. Yəni Qafqazlardan 
əvvəl Avropa və Afrikadakı savaşlarda döyüşçü, partizan, igid komandir kimi 
ad-san qazanmışdı. Osmanlıya daxil Liviyanın çağdaş  günlərimizdə ( fevral-
mart 2011 ) savaş meydanına çevrilən Benqazi şəhəri uğrunda döyüşlərdə 
mahir nişançı zabit Nuru bəy  şəxsən 100 italyan əsgərini məhv etmişdi, 
partizan hərəkatı yaratmışdı.  İtalyanlara qarşı göstərdiyi rəşadətli igidliklərə 
görə 1916-cı ildə minbaşı rütbəsi alır, həm də “Altun ləyaqət”, Almaniyanın 
“Dəmir xaç” medalı ilə  təltif olunur. 1917-ci ildə Avstriya-Macarıstan 
dövlətinin üçüncü dərəcəli fərqlənmə nişanına, Türkiyənin “Altun-imtiyaz” 
medalına layiq görülür. Mudros müqaviləsindən sonra ingilis-fransız 
qüvvələri onu dərhal tapılıb öldürülməli olan 7 “milliyətçi-residivist”in 
siyahısına salmışdılar. Balkanlar, İraq, Misirdə  də  ən çətin savaşların öndə 
gedəni Osmanlı zabiti Nuru idi, onun igidliyi dillər əzbəriydi, əfsanələşmişdi.  
Nuru Paşanın  ən böyük mücadiləsi Qafqaz, Azərbaycan uğrunda 
savaşıdır, məhz buna görə də Nuru Paşa Bakının qurtuluşundan sonra isə həm 
də ingilis, rus-erməni kəşfiyyatının hədəfinə çevrilir. 1919-cu ildə ingilislər 
tərəfindən tutulsa da, AXC rəhbərliyinin təlimatı üzrə xüsusi xidmət 
orqanlarının olduqca cəsarətli əməliyyatı ilə başarılı şəkildə Batumdakı cəza 
evindən qurtulub Bakıya gətirilir. Azərbaycan xalqının fədakar oğullarının 
sayəsində Nuru Paşa-Osmanlı ordusu qarşısında mənəvi borcundan, qismən 
də olsa, çıxa bilir, Xilaskarlıq missiyasını  şərəflə yerinə yetirən sərkərdənin 
düşmən  əlində o zaman ölməsinə vaxtsız imkan verilmir. Mudros 
müqaviləsinə uyğun olaraq Osmanlı  əsgərlərinin Azərbaycanı  tərk etməsinə 
baxmayaraq, Nuru Paşa 1920-ci ilədək Azərbaycanda qalır,  əsgərlərinə  də 
Azərbaycan vətəndaşlığını  qəbul etməyi və burda qalıb bolşeviklərlə 


savaşmağı  əmr edir, Qızıl Orduya, həm də daşnak tör-töküntülərinə qarşı 
Qarabağ üsyanını, partizan mübarizəsini təşkil edir. 
Nuru Paşa Azərbaycanın tamamən rus işğalına keçməsindən sonra 
Qafqazdan geri dönüb bir müddət Türkiyədə yaşayır, bir sıra hərbi 
əməliyyatlarda iştirak edir, Sarıkamışın ruslardan geri alınmasında fədakarlıq 
göstərir, ancaq 1923-cü il ilin oktyabrından Türkiyədə hərbi-siyasi vəziyyətin 
dəyişməsi ilə bağlı təqaüdə çıxır və bundan sonra artıq hərbçi kimi yox, iş 
adamı kimi fəaliyyət göstərir, Almaniyaya köçür, 1938-ci ildə yenidən 
Türkiyəyə dönür, ancaq həyat amalından- Turan idealından heç zaman geri 
dönmür.  
1941-ci ildə Nuru Killigil Ankaradakı Alman Böyükelçisi Franz von 
Papen ilə görüşür və Türkiyədə turançı hərəkata gizli və güclü dəstək verərək 
Almanların müttəfiqliyini qazanır. Nuru Paşanın görüşləri Alman Xarici İşlər 
Nazirliyində də izlənir və ona lazımi dəstək verilir. Çünki Nuru Paşanın 
ideyası qismən də olsa, Almaniyanın marağına uyğun idi: Sovetlər Birliyində 
yaşayan çoxmilyonlu türk əhalisini ruslar əleyhinə qaldırmaq, əsir müsəlman 
türklərdən Turançılıq Masasının
 
 və SS Doğu Türküstan Alayının
 
qurulmasına, özgür türk respublikalarının yaranmasına yardım etmək 
Almaniyanın siyasətinə cavab verirdi. Bu məqsədlə Nuru Killigil Berlinə 
çağırılır, Məmməd Əmin Rəsulzadə, Əbdürrəhman bəy Fətəlibəyli-
Düdənginski ilə birlikdə Almaniyada SS-in Türküstan alayının qurulmasına 
rəhbərlik edir. Ən başlıcası bu idi ki, belə bir missiyanın reallaşmasının uzaq 
perspektivi təpədən dırnağa türkçü, turançı olan Nuru Paşanın da həyat 
amalıydı. 
Nuru Paşa digər türk xalqlarının Türkiyə ilə bütünləşəcəyinə ürəkdən 
inanırdı, bu sırada ilk olaraq Türkiyə sınırlarına yaxın yaşayan Azərbaycan 
türklərini və türkmənləri görürdü, bunlardan sonra isə Tatarıstana qədər 
uzanan bölgədəki digər türkdilli  xalqların bütünləşib birləşəcəyini düşünürdü. 
Bunun üçün isə Türkiyə Almaniya ilə birlikdə Sovetlər Birliyinə qarşı 
savaşmalı, Almanlar da Türk əsilli Sovet əsirlərindən ordu qurub bunu 
Türkiyənin əmrinə verməliydi. Alman tərəfinin bu görüşlərə dəstək verməsi 
üçün şübhələrinə qarşı Nuru Paşa onları inandırmışdı ki, Türkiyə 
hökumətində, orduda  bu görüşmələrdən xəbərdar xeyli insan vardır, xalq da 
bu fikirləri tezliklə mənimsəyəcəkdir. Eyni zamanda  Qafqazlarda və Orta 
Asiya xalqları arasında, eləcə də sovet ordusu içərisində də Rusiya 
əsarətindən qurtulmaq istəyən, bu fikri bölüşən və mübarizəyə qalxmaq 
istəyən, fürsət gözləyən insanlar vardır. Ancaq Nuru Paşanın  bu “yol 
xəritəsi” Almaniyanın SSRİ tərəfindən məğlubiyyəti ilə yarımçıq qaldı, ancaq 
faydası da çox oldu, on minlərlə müsəlman-türkün alman əsirliyindən sağ-
salamat qurtulmasına da yol açdı.   


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə