Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə80/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   76   77   78   79   80   81   82   83   ...   95

 
280 
 
 
 
 
qanunların        tam        işləmə        mexanizmi        mükəmməl 
olmadığından  bu    sahədə    hələlik      obyektiv      və      subyektiv 
maneələr   qalmaqdadır. Bu isə öz növbəsində  bazar iqtisadiyyatı 
şəraitində  fəaliyyət  göstərə  biləcək  müştərək  müəssisələrin 
yaradılması  və  inkişaf  ctdirilməsi    işlərində  müəyyən  çətinliklər 
törədir.  Hesab  etmək  olar  ki,  həm  özəl      təşkilatların,  həm      də  
dövlət    müəssisələrinin      xarici  firmalarla  müştərək  fəaliyyət 
göstərmək  məqsədi  ilə  birgə  müəssisələr  təşkil  etmələri   
mərkəzləşdirilmiş  qaydada  və  bir-birilə  əlaqələndirilmiş  şəkildə 
dövlət  tərəfindən həyata keçirilməlidir. Xüsusən  yanacaq -enerji 
kompleksi  sahələrində  bu  daha  zəruridir  və  xalqın  mənafeyinə 
xidmət  edə  bilər.  Məhz  bu  səbəbə  görə  də  yanacaq-enerji 
kompleksi  sahələrində      mövcud      olan  və  ya  yaradılacaq 
müştərək  müəssisələrin  dinamik  inkişafını  təmin  etmək  üçün 
dövlət konsepsiyası işlənib hazırlanmalıdır. 
 İqtisadiyyatımızın  tənəzzül  vəziyyətindən  çıxarılması  və 
tədricən  dirçəldilməsi  naminə  milli  sahibkarlıq  firmalarının  hər 
vasitə  ilə  inkişafına  şərait  yaradılmalı,  onların  sərbəst  biznes    
fəaliyyəti    göstərmələri    təmin   olunmalı və   bu məqsədlə də 
qanunvericilikdəki «boşluqlar» tez bir zamanda doldurulmalıdır.        
Deməli,  müştərək  müəssisələrin  imkanlarından  tam  istifadə 
etməklə biznes fəaliyyətini dirçəltmək və genişləndirmək olar. Bu 
isə  real  həyatımızda  qarşı-qarşıya  qaldığımız  iqtisadi,  maliyyə, 
hüquqi çətinliklədən doğan zəruri  tələbbatdır.     Bununla   bağlı 
sahibkarlıq  fəaliyyətinin  inkişafı  üçün  həm  maddi,  həm  də 
maliyyə      və  hüquqi  təminatlar  həyata    keçirilməli  və  yanacaq-
enerji      komplcksi    sahələrində    biznes  fəaliyyətinin 
genişləndirilməsində müştərək müəssisələrin bütün imkanlarından 
(idarəetmə,  maliyyə,  elmi-tədqiqat,  satış,  xarici  bazar  və  s.) 
istifadə  edilməlidir.  Azərbaycanda  bazar  iqtisadiyyatının  bərpası 
işinə  xidmət  göstərmək  baxımdan  istər  dövlət,  istərsə  də  özəl 
müştərək  müəssisələr  üçün  bərabər  iqtisadi-hüquqi  şərait 
yaradılmalıdır  ki
,
  onlar  bir-biriliə  rəqabət  apara  bilsinlər  və 
beləliklə  də  təbii  iqtisadi  qanunlar  -  dəyər,  dövriyyə  və  rəqabət 
qanunları  -  Azərbaycanda  real  bazara  və  biznes  fəaliyyətinə 
obyektiv təsir göstərə bilsinlər. 


 
281 
 
 
 
 
Müştərək  müəssisələrin  və    biznes    fəaliyyətinin  inkişafı   
üçün tabeçilik  və   mülkiyyət formasından  asılı olmayaraq fiziki 
şəxslər  üçün,  beynəlxalq  standartlara  uyğun  hüquqi  və 
təsərrüfatçılıq  şəraiti  yaradılmalıdır.  Beynəlxalq  iqtisadi 
inteqrasiya  prosesində  intişar  tapmış  və  təkmilləşmiş  müştərək 
fəaliyyət formaları respublikamızda daha dərindən öyrənilməli və 
geniş  tətbiq  edilməlidir.  Biznes  fəaliyyətin  başlıca  meyarı  hesab 
edilən səmərəlilik prinsipləri və onların əsas xüsusiyyətləri nəzərə 
alınmalı  və  həyata  keçirilməlidir.  Müştərək  müəssisələrin 
fəaliyyətində məhsuldarlıq,   keyfiyyət,   yenilik   və   səmərəlilik   
amilləri  başlıca      kriteriya  olmalı  və  bu  göstəricilərin    dünya 
slandartları tələblərinə cavab vermələri təmin edilməlidir. 
          Birgə  müəssisələrin  inkişafı  və  regionun  iqtisadi  inkişafı, 
onun sosial təminatı, regionda yoxsulluq probleminin həlli, onun 
dünya  inteqrasiyası  sisteminə  daxil  olması  əlaqələrinin  miqyaslı 
artımı  və  keyfiyyətcə  dəyişməsi  arasında  sistemli  və  kompleks 
əlaqələr  mövcuddur.  Sahibkarlığın  dinamikası,  strukturu  və 
dəyişmə meylləri ümumi iqtisadi artım və dövlətin mikroiqtisadi, 
makroiqtisadi  və  tarazlı  inkişaf  dinamikasından  asılı  olaraq 
dəyişir  və  inkişaf  edir.  Ümumi  Daxili  Məhsulun  artımına,  onun 
tərkibinin  dəyişməsinə  bazar  iqtisadiyyatında  inkişaf  edən 
respublikada  və  həmçinin  onun  regionlarının  inkişafında 
müştərək sahibkarlığın da böyük təsiri vardır. 
Birgə  müəssisələrin  regional  (global)  inkişaf  problemləri, 
daxili resursların kompleks iqtisadi dövriyəyə cəlb edilməsi, ayrı-
ayrı  ərazilərdə  istehsal  və  xidmətin  stimullaşdırılması,  həmçinin 
dövlətin  xarici  siyasətində  əhalinin  məşğulluğu  və  yoxsulluğun 
inkişafı  və  yerləşməsi  istiqamətlərindən  asılı  olaraq  formalaşır. 
Respublikada  kompleks  inkişaf  tədbirləri,  ölkənin  maliyyə 
resurslarının  səmərəli  iqtisadi  dövriyyəyə  cəlb  edilməsi,  xarici 
investorun müştərək sahibkarlıq fəaliyyətində rolunun güclənməsi 
idarəetmə  və  tənzimləmə  tədbirlərinin  təkmilləşməsi,  bazar 
iqtisadiyyatına  uyğun  regionların  ümumi  iqtisadi  inkişaf 
dinamikası ilə tarazlığına təminat verir. 
Makroiqtisadi  tarazlıq,  artım  tempi,  konseptual  inkişaf 
strategiyası  olmaqla,  onun  amili  və  makroiqtisadi  amili  olan 
beynəlxalq müştərək sahibkarlığın inkişaf dinamikası ilə bağlıdır. 


 
282 
 
 
 
 
Azərbaycan  Respublikasının  da  70  il  tərkibində  olduğu 
keçmiş SSRI-də birgə müəsisələr hələ 20-ci illərdə yaranmışdı. O 
vaxtlar  Sovet  hökuməti  ilə  kapitalist  ölkələri  arasında  birgə 
müəsisələrin  yaradılmasını  mümkün  hesab  etmirdilər.  Buna  görə 
də  ilk  belə  müəsisələr  konsessiya  şəklində  yaranmışdı. 
Konsessiyanın  prinsipal  hüquqi  əsası  ondan  ibarət  idi  ki,  dövlət 
müəsisələri  və  torpaq  sahələrini  müəyyən  şərtlərlə  xaricilərə 
icarəyə  verir,  lakin  onun  tam  sahibi  olaraq  qalırdı.  Bu  onu 
göstərir  ki,  konsessiya  dövlət-  kapitalist  müəsisəsi  idi.    Birgə 
sovet-xarici  müəsisələri  olduqca  uğurla  fəaliyyət  göstərirdilər. 
Bəzən  onların  emaledici  sənayeyə  qoyduqları  vəsait  4  dəfə  artıq 
gəlir  gətirirdi.  Və  bu  sahədə  onlar  dövlət  müəsisələrini  ötüb 
keçməklə bərəbər, dövlət büdcəsinə də xeyli gəlir gətirirdilər. Yeni 
iqtisadi  siyasətin  başlanması  ilə  əlaqədar  olaraq,  konsessiyaların 
sayı  azalmağa başladı. 1930-cu  ildə  30 birgə  müəsisə  qalmışdısa, 
1937-ci  ildə  konsessiyalar  tamamilə  ləğv  edildi.  80-ci  illerin 
ortalarında  birgə sahibkarlıq ideyası yenidən dirçəldi. 
Müasir  dövrdə  istehsal  təsərrüfat  fəaliyyətinin  təşkilində 
effektivliyin  artırılması,  birbaşa  investisiyiların  ölkəyə  cəlb 
edilməsi,  ölkədə  elm  tutumlu  fəaliyyət  sahələrinin  yaradılması 
müştərək  sahibkarlıqda  (onun  formalarında)  özünü  daha  çox 
büruzə  verir.  Tərkib  hissələrinin  nisbi  balanslaşdırılmasına  görə 
fərqlənən  və  yeganə  kompleks  kimi  formalaşan  sahibkarlıq 
sisteminin    analizi  daha  çox  üstünlüyü  ilə  fərqlənən,  cəmiyyətin 
əsas  məqsədlərinə-iqtisadiyyatın  stabilləşdirilməsi,  iqtisadi  artım 
üçün şəraitin yaradılması, inkişafın innovasiya tipinə keçid və bu 
əsasda əhalinin həyat səviyyəsini yüksəltməyə çatmağı təmin edən 
sahibkarlıq  növlərini  və  sferasının  iyerarxiyasını  təyin  etməyə 
imkan verir.  
Kollektiv  və  ya  şərikli  mülkiyyətə  əsaslanan  müştərək 
sahibkarlıq,  əsas  etıbarı  ilə  müştərək  müəssisələrin,  müxtəlif  növ 
təsərrüfat  cəmiyyətlərinin  fəaliyyətində  təzahür  edir.  Iqtisadi 
mənafelərin  ümumiliyinə  əsaslanan  müştərək  sahibkarlıq  hər  bir 
mülkiyyətçinin  əmlak  payı  məlum  olmaqla  paylı  mülkiyyət 
formasında,  yaxud  məlum  olmamaqla  kollektiv  mülkiyyət 
formasında təsis edilə bilər. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə