Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə81/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   77   78   79   80   81   82   83   84   ...   95

 
283 
 
 
 
 
Iqtisadi  nəzəriyyədə  müştərək  müəssisənin  aşağıdakı  əsas 
xüsusiyyətləri qəbul edilmişdir: 
Iki və ya daha artıq təsisçinin mövcudluğu; 
Hər  bir  təsisçinin  müştərək  müəssisənin  nizamnaməsində 
nəzərdə tutulmuş miqdarda fəaliyyətinin təşkili üçün zəruri 
kapitalının formalaşmasında payının müəyyənləşdirilməsi; 
Tərəflərin iqtisadi maraqlarının ümumiliyi. 
Tərəflərin  elmi-texniki  nailiyyələrinin,  maddi  və  maliyyə 
resurslarının  idarəetmə  təcrübəsinin  birləşdirilməsi,  kapital 
qoyuluşu  risklərinin  ‚bölüşdürülməsi‛,  bir  sıra  ölkələrdə  yerli 
kapitalın iştirakını mütləq nəzərdə tutan qanunvericilik aktlarının 
təsirinin aradan qaldırılması sahibkarlıq fəaliyyətinin bu təşkilati 
formada  həyata  keçirilməsinin  iqtisadi  motivlərini  təşkil  edir. 
Digər  tərəfdən  bu  forma  geniş    miqyaslı  təsərrüfat  fəaliyyəti  ilə 
məşğul  olmağa  imkan  verir.  Xarici  partnyorlarla  müştərək 
müəssisələrin  təşkili  ölkə  iqtisadiyyatının  investisiyaya  olan 
tələbatının ödənilməsi vasitəsi kimi xüsusi əhəmiyyət kəsb edir. 
Birgə  məqsədlərin  reallaşdırılması  forması  olan  bu  təşkilati 
strukturun  inkişafı  rəqabət  mühitinin  formalaşmasına  ikili  təsir 
göstərir.  Müştərək  sahibkarlığın  inkişafı  bir  tərəfdən,  bazarda 
rəqabət  subyektlərinin  çox  olmasına  gətirib  çıxarırsa,  digər 
tərəfdən  əvvəlcədən  rəqabət  aparan  firmalar  arasında  şaquli 
təsərrüfat  əlaqələri  əsasında  yarandıqda  müştərək  müəssisələr 
azad rəqabətin məhdudlaşdırılmasına səbəb olur. 
Birgə  müəssisələrin  respublikamızda  bir  sıra  çətinliklərlə 
qarşılaşırlar. Ilk növbədə bu ümumi xarakterli cəhətlərlə bağlıdır: 
gəlirlərin bölüşdürülməsi, qiymət qoyma problemləri; ikinci üçün 
problemlər  isə  respublikaya  xarici  kapitalın  axınını  tənzimləyən 
yerli qanunvericiliklə əlaqədardır. 
Birgə  müəssisələrin  inkişafına  əngəl  törədən  problemlər 
çoxdur: 
1.
 
Real bazar münasibətlərinin hələ təşəkkül tapmaması; 
2.
 
Işçi  qüvvəsi,  qiymətli  kağızlar  və  s.  bazarlarının 
formalaşmaması; 
3.
 
Manatın dönərli olmaması; 
4.
 
Gəlirlərin  valyuta  ilə  xaricə  göndərilməsi  mexanizminin 
zəif olması; 


 
284 
 
 
 
 
5.
 
Iqtisadi sabitliyin mühüm amilləri olan girov hüququ və 
şərikli fəaliyyətdə müqabil tərəflərin qarşılıqlı tələblərini 
və öhdəliklərini tənzim edən vahid sistemin olmaması və 
s. 
Dominant  istehsal  strukturunda  iqtisadiyyatın  effektivliyi 
üçün  məxsusi  sahibkarlıq  sisteminin  qoyulması  sahibkarlığın 
menecer  tipinin  və  iqtisadiyyatda  müştərək  sahibkarlığın  geniş 
perspektiv inkişafının üstünlüklərinin aşkar edilməsi üçün əlverişli 
mühit yarada bilər. 
Sahibkarlığa  fəaliyyəti  sisteminə,  o  cümlədən  müştərək 
sahibkarlığın  elmi  nəzəri  sisteminə,  3  səviyyədə  baxılması 
məqsədə  uyğun  olardı.  Bunlar  makro,  mezo  və  mikro 
səviyyələrdir.  Makro  səviyyədə  adətən  müştərək  sahibkarlıq 
ümumi kompleks şəkildə öyrənilir və ona aid metodoloji qanuna 
uyğunluqlara  bütov  şəkildə  baxılır.  Bu  səviyyədə  müştərək 
sahibkarlığın  ünsürləri  ayrı-ayrı  ölkələr  səviyyəsində  deyil,  bütöv 
bir  sistem  kimi  öyrənilir.  Mezo  səviyyədə  isə  sahibkarlıq  o 
cümlədən  müştərək  sahibkarlıqın  ayrı-ayrı  ünsürləri  və  ona  aid 
ümumi  baxışlar  öyrənilir.  Müştərək  sahibkarlıq  fəaliyyətinin 
tədqiq edərkən həmçinin onun yuxarıda adı çəkilən iqtisadiyyatın 
3  səviyyəli  sistemində  də  öyrənilməsinə  də  nəzər  yetirirlər. 
Müştərək  sahibkarlığın  elmi-nəzəri  sistemində  aşağıdakıların 
kompleks şəkildə bir-biri ilə əlaqəliliyi nəzərdə tutulur. 

 
Birgə  müəssisələrin  müxtəlif  formalarında  onun 
fəaliyyətinin təşkilini işləyib hazırlanmasını; 

 
Birgə müəssisələrin sferasında iqtisadi şüurun inkişafının 
əsas istiqamətlərini

 
Birgə  müəssisələrin  inkişaf  qanunvericiliklərini  və 
tendensiyalarını təhlil etmək; 

 
Birgə  müəssisələrin  inkişafı  tendensiyalarının  indiki  və 
gələcək dəyişiklərini proqnozlaşdırmaq; 

 
Birgə müəssisələrin formalarının inkişafı və qurulması: 
Birgə  müəssisələrin  elmi  nəzəri  sisteminə  gəldikdə  müasir 
dövrdə  bərabərlik  metodundan  istifadə  edirlər.  Bərabərlik 
metodundan  isə  ən  çox  50:50  nisbətində  olan  müştərək 
müəssiələrin yaradılması zamanı istifadə edirlər. 


 
285 
 
 
 
 
Birgə 
müəssisələrin 
fəaliyyətinin 
müasir 
beynəlxalq 
təcrübəsində aşağıdakı məsələlərə xüsusi ilə diqqət yetirirlər. 
Korporativ idarəetmə və menecment; 
Xüsusi qiymətlilərin kapitallaşdırılması və bölüşdürülməsi; 
Müəssisənin maliyyələşdirilməsi və büdcələşdirilməsi; 
Vergi siyasəti
Intellektual mülkiyyət hüquqlarının qorunması və mübadiləsi; 
Sahibliyə/iştiraketməyə qoyulan qadağalar; 
Məşğulluq və immiqrasiya; 
Çıxış strategiyaları; 
Beynəlxalq mübahisələrin yoluna qyulması və s. 
Birgə müəssisələrin dünyanın əksər rayonlarında, o cümlədən 
sənayecə  inkişaf  etmiş  ölkələrdə  geniş  yayılmışdır.  Buna  əksər 
dövlətlərin qanunvericiliyi əsas verir ki, milli iqtisadiyyatı inkişaf 
etdirmək  üçün  xarici  kapitalı  öz  ərazilərinə  cəlb  etsin.  Lakin 
qarşılıqlı  tərəflərdən  hər  biri  xarici  investisiyaların  axınını 
gücləndirmək üçün öz sistemlərini hazırlamalıdırlar. 
Həmçinin demək olar ki, müasir zamanda yaradılan müştərək 
müəssilərin 80 %-i 50:50 nisbətində yaradılır.  Birgə müəssisələrin 
beynəlxalq  iqtisadi  əməkdaşlığın  nisbətən  yeni  formasıdır  və 
onun  spesifikliyi  istehsal  etdikləri  məhsulların  və  göstərdikləri 
xidmətlərin tərəfdaşların ümumi mülkiyyətinə mənsub olmasıdır. 
Burada  eyni  statusa  malik  olan  mülkiyyətçilərin  maddi  və 
maliyyə  vəsaitləri  müştərək  sahibkarlıqda,  o  cümlədən  onun 
təşkilati iqtisadi formalarında birləşdirilir. 
Birgə  müəssisələrin  zamanı  ölkəyə  təkmil  texnika  və 
texnologiyanın və  qabaqcıl idarəetmə  təcrübəsinin   cəlb  edilməsi 
həm  milli  iqtisadiyyatın  inkişafında,  həm  də  xarici  patrnyorun 
yerli resurslardan, ucuz işçi qüvvəsindən və digər özündə olmayan 
intektual  mülkiyyət  və  s.  biliklərdən  istifadəsi  daha  az  məsrəflə 
istehsal-satış  və  digər  işlərinin  effktiv  həyata  keçirilməsində 
müsbət rol oynayır. 
Azərbaycanda  birgə  müəssisələrin  ən  geniş  yayılmış 
formalarından  biri  olan  müştərək  müəssisələrə  qoyulan  xarici 
investisiyaların  69  faizindən  çoxu  neft  sənayesinə  qoyulmuşdur. 
Buradan biz xarici investisiyanın bir sahədə cəmləşməsi qənaətinə 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə