Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə82/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   78   79   80   81   82   83   84   85   ...   95

 
286 
 
 
 
 
gəlirik. Bunu isə müsbət hal hesab etmək olmaz, çünkü bu cür hal 
ölkə iqtisadiyyatını gələcəkdə neftdən asılılığını çoxaldır.  
 
 
 
 
 
 
 
 
      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fəsil-8:Beynəlxalq biznes strukturları 
8.1.Beynəlxalq biznesin strukturunun iqtisadi mexanizmi və 
səmərəliliyi 
 
 
 
Biznes  strukturunun  müvazinətlilik  problemi  uzun  müddət 
alimlərin  tədqiqat  obyekti  olub,  bu  gün  də  öz  əhəmiyyətini 
itirməyən iqtisadi məsələlərdən biridir. Bu onunla əlaqədardır ki, 


 
287 
 
 
 
 
yeni  iqtisadi  sistemə,  yeni  bazar  münasibətlərinə  keçid  prosesi  
göstərdiyimiz problemi daha da aktuallaşdırır. Bununla əlaqədar 
olaraq  mövzümuzun  bu  hissəsində  müvazinətlik  problemlərinin 
bəzi  məzəli  məsələləri  üzərində  dayanacağıq.  Mövzunnu 
yazılışıprosesində  Azərbaycan  Respublikası,  Rusiya  və  qərb 
iqtisadçılarının  nəzəri  problemlərinə  əsaslanmışıq  və  çalışmışıq 
ki,  iqtisadiyyatımızın  müvazinətlik  məsələlərinin  bəzi  tərəflərinin 
açıqlandırılması  baxımından  problemin  nəzəri  qoyuluşuna 
aydınlıq gətirək. 
 
Biznes  strukturunun  müvazinətlilik  probleminə  iki  nöqteyi 
nəzərdən  ”  makro  və  mikro  baxımdan  yanaşmaq  olar. 
Makroiqtisadi  müvazinətlik  ictimai  təkrar  istehsalın  mərkəzi 
problemlərindən  biridir.  Makroiqtisadi  müvazinətlik  cəmiyyətdə 
baş  verən  iqtisadi  hadisə  və  proseslərin  proporsionallığını  tələb 
edən bir iqtisadi kateqoriyadır. Bu o deməkdir ki, makroiqtisadi 
müvazinətliyin  əsasını  bazar  iqtisadi  sistemində  istehsal  olunan 
məhsulun  kəmiyyətinin  və  strukturunun  ictimai  tələbata  uyğun 
olması təşkil edir.  
 
Bazar  iqtisadi  sisteminin  qanunauyğunluqlarına  görə  belə 
bir  müvazinətlik  məcmu  tələb  və  məcmu  təklifin  uyğunluğu 
əsasında təzahür olunmalıdır. 
 
Məcmu  tələb  və  məcmu  təklif  arasındakı  nisbətin  qorunub 
saxlanılması,  həm  də  onların  pozulması  prosesi,  iqtisadiyyatın 
müvazinətli hala gətirilməsi məhz iqtisadi artımdan asılıdır.  
 
Məcmu  təkilf  müəyyən  dövr  ərzində  ölkə  şirkətlərinin 
istehsal  etməyə  və  satmağa  hazır  olduğu  əmtəə  və  xidmətlərin 
məcmu  miqdarıdır.  O  qrafikdə  ‚AS‛  kimi  təsvir  olunur,  qiymət 
səviyyəsi,  iqtisadiyyatda  istehsal  gücü  və  xərclərin  ölçüsündən 
asılıdır.  Məcmu  tələb  isə  müəyyən  dövr  ərzində  iqtisadiyyatın 
ayrı-ayrı  bölmələrində  xərclənməyə  hazır  olan  pulun  məcmu 
miqdarıdır.  O  qarfikdə  ‚AD‛  ilə  təsvir  olunur,  istehlakçıların, 
istehsalçıların  və  dövlətin  xərclərinin  miqdarını  göstərir.(Bax 
qrafik 3.1) 
 
Bütün məhsulların qiymətlərinin ümumi səviyyəsi: 
 


 
288 
 
 
 
 
     
 
 
 
Başqa  sözlə  məcmu  tələb  iqtisadiyyatda  bütün  təsərrüfat 
subyektlərinin  ümumi  xərclərini  ifadə  edir.  Bura  insanların  əldə 
etdiyi  avtomobillərin,  ərzaqların,  paltarların  və  digər  nemətlərin 
ümumi alqısı daxildir. 
 
Məcmu  tələb  və  məcmu  təklifin  əyrisi  makroiqtisadiyyatda 
tələb və təklif əyrisinə oxşayır. 
 
Bu  qrafikin  (bax  qrafik  3.1)  üfüqi  oxunda  iqtisadiyyatın 
məcmu  istehsalı  (real  ÜDM),  şaquli  oxunda  isə  qiymətlərin 
ümumi səviyyəsini göstərir. 
 
Belə  olan  halda  iqtisadiyyatda  tarazlığa  nail  olunur? 
Tarazlıq  deyəndə  biz  nəyi  nəzərdə  tuturuq?  Makroiqtisadi 
tarazlıq  qiymətin  ümumi  səviyyəsində  qurulur.  Burada  şirkətlər 
alıcıların almaq istədikləri məhsulu istehsal edir və satırlar. Tələb 
və  təklifin  bu  modeli  ölkənin  bütövlükdə  ayrıca  bazarını 
birləşdirir.  Buna  görə  də  bizim  qrafikdə  (3.1)  ayrıca  məhsulun 
qiyməti  əvəzinə  qiymət  səviyyəsi  və  s.  hər  məhsulun  miqdarı 
əvəzinə milli istehsalın real həcmi t 
Svir olunur. 
 
Iqtisadi  ədəbiyyatda  ümumi  və  xüsusi  müvazinətliyi  bir-
birindən 
ayırırlar. 
Xüsusi 
müvazinətlik 
dedikdə 
məhdudlaşdırlmış, yəni lokallaşdırılmış yerli bazar münasibətləri, 
ümumi  müvazinətlik  dedikdə  isə  milli  iqtisadiyyatda  bazarlar 
sisteminin birliyi, məcmusu nəzərdə tutulur. 
 
Biznes  strukturunun  belə  bir  cəhəti  qeyd  edək  ki,  bu  və  ya 
digər  iqtisadi  sistemlərdə  (natural  təsərrüfat  sistemi  nəzərə 
AS 
AD 

100 
1300 
2000 


 
289 
 
 
 
 
alınmır). Iqtisadiyyat təsərrüfat vahidlərinin vahidindən ibarətdir. 
Bu  təsərrüfat  tiplərinin  fəaliyyəti  eyniyyət  təşkil  edir.  Çünki 
təsərrüfat  vahidləri  öz  təşkili  formalarından  asılı  olmayaraq 
əhalinin  istehlak  tələbinə  uyğunlaşmağına  çalışır.  Bazar 
mexanizminin  fəaliyyəti  şəraitində  bütün  iqtisadi  sistemin  sabit 
inkişafı  təmin  edilirsə  o  zaman  balanslaşdırılmış,  müvazinətli 
iqtisadi  artım  nəzərdə  tutulur.  Müvazinətli  və  balanslaşdırılmış 
artım  resursların  müxtəlif  kombinasiyası  şəraitində  təzahür  edə 
bilər.  Lakin  belə  bir  prosesin  müxtəlif  olacaqdır.  Istehsalın 
müxtəlif səmərəliliyi şəraitində balanslaşdırmaya nail olmaq olar. 
Lakin balanslaşdırılmış səmərəli artım bir-birini müəyyən etsə də 
onlar eyniyyət təşkil etmirlər.  
 
Biznes  strukturunun  iqtisadi  hadisələr  arasında  mövcud 
olan  zəruri,  daima  təkrar  olunan  və  səbəb  nəticəli  əlaqələri 
məhdud  xarakter  daşıyan  istehsal  amillərinin  əvəz  olunması 
qanunu vasitəsi ilə tənzimlənir. 
 
Biznes  strukturunun  sistemi  daxilində  iqtisadi  əlaqələr  bir-
biri  ilə  çuğlaşdığı  üçün  lokal  xarakter  daşıyan  proporsiyalar 
ümumi  proporsiyalara  daxil  edilir.  Məsələn  istehsal  amillərinə 
olan  tələb  təkcə  onların  əvəz  olunması  mexanizmində  deyil, 
istehsal  amilləri  vasitəsi  ilə  istehsal  olunan  əmtəələrə  olan 
tələbdən  asılıdır.  Qeyd  edək  ki,  son  məhsula  olan  tələb  məcmu 
tələbin  strukturundan  asılıdır.  Məhz  buna  görə  də  ümumi 
proporsionallıq  məhdud  (lokal)  proporsiyalar  mexanizminin 
ümumi  cəmi  kimi  ifadə  oluna  bilməz.  Çünki,  iqtisadi  proseslərin 
əlaqəsi onların bir-birinə bağlılığına, korrektə olunmasına gətirir. 
Belə bir hal iqtisadi inkişafın vəhdətindən irəli gəlir. 
 
Biznes 
strukturunun 
təhlili 
zamanı 
tam 
iqtisadi 
müvazinətliyə, yəni təsərrüfat sisteminin optimal strukturuna nail 
olmaq  üçün cəmiyyət cəhd göstərsə  də  buna tam nail ola bilmir. 
Çünki  göstərilən  ‚optimallıq‛  daim  dəyişir  və  bunun  nəticəsində 
ideal proporsionallıq pozulur. Iqtisadi proporsialar təmayül kimi 
təzahür  edirlər.  Bu  onunla  əlaqədardır  ki,  bazar  konnekturası 
dəyişkənlik  xarakteri  daşıyır.  Çünki  bazarın  konyukturasına 
təsadüfən  yaranan  amillər  təsir  edir.  Buna  görə  də  iqtisadi 
proseslər  nisbi  xarakter  daşıyırlar  və  bu  amillərin  artıb-azalması 
iqtisadi  sistemin  sonrakı  inkişafında  problem  yaratmırlar.  Belə 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə