Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

MA.Deviet  Tuvada  aşkar  edilmiş,  üzərində  öküz 
təsviri  olan 
daşın  dağ  keçidində  dağ  ruhuna 
pərəstiş  məqsədi  ilə 
qoyulduğunu  göstərilir.  Müəllif  belə  daşların  «  Ovaa-Daş» 
adlandığını qeyd edir.
«Ovaa-Daş»  sözünü  izah  edərkən  daş  sözünün  rus 
dilində  qarşılığını  verir-  «  kamen».  Lakin  «Ovaa»  sözünə  izah 
verilm ir  .  Müəllif Xayırakan  (Tuva) dan  aşkar edilmiş həmin  daşın 
M.Ö.III minilliyə aid olduğunu göstərir.70
VA.Alekseyev  tarixi  mənbələrə  və  etnoqrafik  materiallara 
əsaslanaraq  göstərir ki,  «  Ovoo»  və ya  «Ovaa»  dağların  başında, 
keçidlərdə 
olur. 
Çox 
vaxt 
«Ovoo» 
kupol 
formasında 
düzəldilir.İnama  görə,»Ovoo»  ya  çatan  hər  bir  şəxs  dayanmalı, 
təzim  edib  oraya kiçik bir daş qoymalıdır.  Təsvirdən  aydın olunur 
ki, 
«Ovoo»nun  içərsində  bəxşiş  edilmiş  əşyalar,  müəyən 
müqawəJar (gəlinciklər) və s. olur.71
Ovaa,  oba  ilə  bağlı  inamları  yekunlaşdıraraq  M.Seyidov 
belə  qənaətə  gəlir.  «Obo  ilə  əlaqədar  deyilənlərdən  belə  qənətə 
gəlmək  olar  ki,  «Bel»  dağın  dar  keçidində,  dağ  ruhu,  dağ  yiyəsi, 
dağ  tanrısı,  çevrə  yiyəsi  şərəfinə  yapma  şəkildə  yığılmış  daş 
yığınına  da  deyilir.  Deməli  ,  oba  da,  bel  də  dağ  ruhunu, 
tanrısını,yiyəsini təmsil edir».72
Oxşar  inam  «Əshabi-Kəhf»də  də  mövcüdur.  Zəvvarlar 
yolların  kənarlarında  daş  qalaqlayır,  ziyarətgahda  isə  müəyyən 
yerlərdə  kiçik  daş  parçalarını  üst-üstə  yığılar.  «Cənnət  Bağı»,
48


«Cənnət  Babı»  adlanan  silindirik  formalı  məqamda  belə  daş
%
qalaqları var.
«Əshabi-Kəhf»ə  gələn  zəvvarlar  inanırlar  ki,  müqəddəs 
ocaq  onları  düşməndən,  xəstəlikdən  qoruyacaqır.  Dağların
qoruyucu  xüsusiyyətlərindən  bəs  edərək  Əbdulkadır  İnan  türklər 
arasında  rəvayətə  əsasən yazır ki,  çinllilər çox  qorxduqlan türklərin 
qüvvət  və  şövqlərinin  mənbəyinin  Kutlu  Dağ  olduğunu  anlayaraq 
onları  bu  mənbədən  məhrum  etməyi  düşünürdülər.  Çin  fağforu 
Kiyeliyen  adlı  qızını  türk  xaqaının  oğluna  verməyə,  bunun 
müqavilində  Kutlu  dağı  istəməyə  qərar  vermişdir.  Yuluntəkin  bu 
təklifi  qəbul 
etmiş, 
çinlilər  də 
bu 
qayanı 
parçalayaraq
məmləkətlərinə  daşımışlar.  Bundan 
sonra  türklər  dağlardan, 
daşlardan,  vəhşi  heyvanlardan,  südəmər  uşaqdan:  «köç-köç»- 
deyə  kəsilməyən  səslər  eşitməyə  başlamışlar.  Bir  anda  bütün 
sular quıumuş yaşıllıqlar saralmışdır.73
Müqəddəs  dağlar  və  mağaralar  səmavi  dinlərdə  də 
mövcudur.  Hz.Peyğəmbərimizə 
(s.ə.v.)  ilk  vəh  Hira  dağında 
gəlmişdir.  Kainatın  fəxri  müşriklərin  təqibindən  Sivr  mağarasına 
sığınmaqla xilas  olmuşdur.  Allahın  hökmü  ilə mağaranın  girəcəyini 
hörümçək toru ilə tutm uş, girişdə göyərçin bala çıxarmışdı.
Hz.  Musa  (ə.s.)  peyğəmbərə  vəhin  Turu-Sınada  gəldiyi 
məlumdur.  Hz.İbrahim  (ə.s)  peyğəmbərin  Hz.  İsmayıl  (ə.s)ı 
qurbankəsmə mərasimi də dağda-Mina dağında baş verir.
49


Biz  həmişə  dağa,  daşa  müqəddəs  kimi  baxıldığını 
gördüyümüz  halda,  bəzən  dağda  hər  hansı  bədbəxt  hadisə  baş 
verirsə,  dağı  qarğımağa  rast  gəlirik:  «  Səni  uçub  töküləsən», 
«Yolun  bağlansın»  və  s.  «Kitabi  Dədə  Qorqud»da  Buğada  bağlı 
boyda  Dirsə  xan  (atası)  tərəfindən  yaralanmış  oğlunu  axtarmaq 
üçün  gələn  anası  oğlunu  qan  içində  tapınca  Qazılıq  dağına 
qarğımağa başladı:
Nə Qazılıq tağı, aqar sənin suların,
Aqar kibi aqmaz olsun.
Bitər sənin otların Qazılıq tağı,
Bitər ikən bitməz olsun.
Qacar sənin keyiklərin, Qazılıq tağı,
Qaçar ikən qaçmaz olsun, taşa dönsün.74
Buğacın  anası  dağa  həyatsızızlıq  arzulayır.  Çünki  oğlunu 
həyatsız  bilir.  Lakin  oğlu  gözünü  açıb  bildirir  ki,  Qazılıq  dağına 
qarğımasın,  onun  günahı  yoxdur.  Əsil  suçlu  atasıdır.  Eyni 
zamanda  bildirir  ki,  Hz.  Xızır  (ə.s.)  onun  üzərinə  gəldi,  yarasını 
sığallayıb  dedi  ki,  bu  yaradan  sənə  ölüm  yoxdur.  Dərmanı  ana 
südü, dağ çiçəyidir.
Göründüyü  kimi,  Qazılıq  dağının  çiçəyi  ana  südü  ilə 
birləşib Buğacı sağaldır.
«Əshabi-Kəhf»də  mağara  ilə  bağlı  inam  xüsusi  yer  tutur. 
Yəni  «Qurani-Kərim»in  məlumatlarından  aydın  olduğu  kimi,
50


mağara  əvvəlcədən* mövud  imiş.  Hələ  zülmdən  qaçanlardan  çox 
öncə müqəddəs olduğuna görə ora sığınmaq məsləhət görülür.
Azərbaycanda 
dağlıq 
zonaların 
çoxunda  müqəddəs 
mağaralar  mövcuddur.  Xalq  arşında  «mağara»,  «kaha»,  «zağa», 
«köhül»  və  s.  adlarla tanınan  «Pir  Bənövşə»  (Quba  rayonu),  «Diri 
Baba»  (Şamaxı),  «Ağ  Kaha»,  «Qara  Kaha»  (Qubadlı)  və  s. 
tanınmış ziyarətgahlar-mağaralar vardır.
İsmayıl  Oranlı  türklərədə  mağara  kultundan  bəhs  edərək 
yazır  ki,  Çoban  və  köçəbə  türkmən  topluqlarında  mağaralar  və 
dağdakı  oyuqlar  kutsal  qəbul  edilərək  «korunak»  olaraq  istifadə 
olunmuşlar.  Yasaq  olduğu  dönəmdə  ibadətlərini 
gizli  olaraq 
mağaralarda əda etmişlər.75
Ziyarətdə  daşla  bağlı  inamlar  xüsusi  yer  tutur.  Yol  boyu 
daş  qalaqlamaq,  «Qitmirin  qəbri»  deyilən  yerə  daş  qoymaq, 
düşmənin  daşını  atmaq,  «Yeddi  kimsənə»də  daş  yapışdırmaq, 
Düldülün  ayaq  izlərinə  daş  atmaq,  Qara  daşı  ziyarət  etmək, 
«Damcıxana»  və  «Cənnət  bağı»nda  niyyət  edib  daşları  üst-üstə 
qoymaq,  nəhayət,  bəzi  adamların  niyyət  edib  buradan  kiçik  daş 
götürüb  gətirməsi,  niyyət  qəbul  olunduqdan  sonra  qurbanla 
birlikdə  həmin  daşın  yenidən  «Əshabi-Kəhf»ə  qaytanlması  inamı 
vardır.
Buradakı  Qara  daşla  bağlı  bir  sıra  rəvayətlər  mövcuddur. 
Rəvayətlərdən  birində  deyilir  ki,  Ocaqtəpənin  pirində  yekə  bir 
qara  daş  var.  «Əshabi-K$hf»də  də  ondan  bir  az  xırda  daş  var.
»
51
ш


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə