Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   ...   11   12   13   14   15   16   17   18   19

pisləşir,  evdə  dava-dalaş  olur.  Bu  zaman  deyirlər  "Elə  bil  daşı 
çevrilib”.  Tekcə  insanların  deyil,  heyvanların  daşını  da  çevirmək 
olar.  Xüsusən  duma  qatarının  səfi  pozulanda  deyirlər  ki,  kimsə 
daşlarını  çevirib.  Daşın  sehiıii  qüvvəyə  malik  olmasını,  onları 
qırarkən  qığılcım  verməsi  ilə  əlaqələndirirlər.  Belə  daşlar  “dəmir 
daş” adlanır. Bir sıra qiymətli daşlardan bəzək əşyalan düzəldilir.
Əqiq,  zümrüd,  firuzə  və  s.  daşlar  müxtəlif  xəstəlikləri, 
nəzərdəyməni, düşmənin xətasını sovuşdura bilir.
Deməli,  "Əshabü-Kəhfdə  dağ-daş  və  mağara  inamı 
qədim tarixə malik olmaqla, genetik cəhətdən türklərlə bağlıdır.
56


2.  SUKULTU
%
Əvvəlcədən  deyildiyi  kimi,  ziyarətgah  və  onun  ətrafında  üç 
yerdə  su  inamı  ilə  qarşılaşırıq.  Bunların  biri  təmizlənib  müalicə 
olunma,  ikincisi  “Əshabi-Kəhfin  girəcəyindəki  kiçik  hovuz-bulaq. 
Bunun  şəfaverici  və  müqəddəsliyini  nəzərə  alaraq  içilir  və  xörək 
hazırlanır.  Bulaq  'Yeddi  kimsənə”nin  aşağı  tərəfindən  çıxdığı  üçün 
daha  da  müqəddəs  hesab  edilir.  Üçüncüsü-"Damcıxana”da  dilək 
diləməklə  istəklərin  yerinə  yetirilib-yetirilməyəcəyini  bilmək  üçün 
oturulan yerdə tavandan daman su.
“Əshabi-Kəhfin  aşağısında,  keçmiş  yaşayış  yeri  olan 
Haçaparağın  yanında,  on  beş  dəqiqə  qaynayıb-köpükləyən,  on
beş  dəqiqə  enən  mineral  bulaq  sehrii  xüsusiyyətlərinə  görə

1
insanlar  arasında  müqəddəs  sayılır.  Bura  müxtəlif xəstəlikləri  olan 
adamlar  gəlirlər.  Xalq  arasında  belə  bir  inam  mövcüddur  ki, 
bulağın ən kəsərli vaxtı köpüklənmənin şiddətləndiyi dövürdür.
İlin  bütün  fəsillərində  beləcə  qaynayıb yatan  bulaqda təkcə 
xəstələr  deyil,  bəzi  zəvvarlar  da  yuyunub  təmizlənirlər.  Burada 
yuyunmaq  (  çimmək  )  ziyarətgah  suyu  ilə yuyunmaq  hesab  edilir. 
İnsanlar  ziyarətə  hazır  olurlar.  (Bir  növ  ziyarət  qüsulu  vermək). 
Qeyd  edək  ki,  belə  qüsul  Həcc  ziyarəti  zamanı  verilir  və  ehram 
geyilir.  Yəni  zəvvarlar ziyarətə  həm  mənəvi-psixoloji,  həm  də fiz ik i. 
cəhəddən hazır oluıiar.
%
57


Araşdırmalar  göstərir  ki,  su  ilə  bağlı  inanclar  çox  qədim 
dövrdən  mövcud  olmaqla,  bir  sıra  türk  xalqları  arasında  geniş 
yayılmışdır.
Bu  gün  Azərbaycan  türklərində  səfərə  gedən  adamın 
dalınca  su  atmaq  adəti  vardır.  İnama  görə,  su  aydınlıqdır,  gedilən 
yerdə  hər şey yaxşı  olacaqdır.  Eyni  inanca qədim  şumerlərdə  rast 
gəlirik.  Bilqamıs  və  Enkidu  ağır  bir  səfərə-Humbabanı  öldürməyə 
gedərkən  Bilqamısın  şah  anası  Ninsu  (  bu  adın  ikinci  tərəfindəki 
su maraqlıdır) qayğılarım
Nunsu dönüb özünü aramxanaya saldı 
Sabunlu köklər ilə bədənini yudu o.
Öz qamətinə layiq gözəl paltar geydi o,
Sinəsinə yaraşan boyunbağı da asdı.
Belinə qurşaq  vurub, başına tac qoydu o,
İgidlərin ardınca bir cam təmiz su atdı,
Pillələrə çıxıb o evin damına qalxdı.
Qalxıb tərif dedi o,
Şamaşın şərəfinə,
Əlini göyə tutdu, un qurban qoydu o,
Şamaşın şərəfinə. *
Diqqət  yetirsək,  dua  etmək,  nəzir  verib  xoş  arzu  diləmək 
üçün  Bilqamısın  anası  xüsusi  bitki  ilə  yuyunur,  gözəl  geyinir. 
Sonra  igidlərin  ardınca  təmiz  su  atıb  duasının  qəbul  olunması 
üçün  yüksəkliyə-evin  damına  qalxıb  əllərini  Tanrıya  uzadıb  un 
nəzir deyir.
58


Un  nəziri  .(  qutbanı  )  iiə  bağlı  inam  indi  də  Naxçıvan 
ərazisində  qalmaqdadır.  Əgər  bir  nəfər  müəyyən  bir  xəta  ilə 
üzləşib  yaxşı  qurtararsa,  deyirlər  ki,  isti  çörək  yapıb  (bişirib) 
paylayın.  Həmçinin,  övladının  xətaya  düşdüyünü  eşidən  ana deyir 
ki,  Allah,  balam  bu  bəladan  qurtarsın,  filan  çəkidə  unun  çörəyini 
yapıb  paylayacağam.  Xətadan  yaxşı  qurtaranlar  haqqında  deyilən 
“bir  parça  çörəyiniz  ovsanata  düşüb”ifadəsi  də  həmin  inamla 
bağlıdır.
Qədim  türklərin  suya  tapınmaları  yer-sub  //  yersu  ilə 
bağlıdır.  Qədim  türk yazılı  abidələrində  Göy Tanrı  ilə  bərabər,  Yer- 
Sunun  adı  çəkilir.  Bəzi 
müəlliflər  Yer-Sunu  tanrı  kimi  təqdim 
etməklə,  Yer-Su  tanrısı  olduğunu  irəli  sürmüşlər.  Lakin  mətnin 
rusca tərcüməsində  Yer-Su  tanrı  kimi  getm əm işdir  “Vverxu  Nebo 
tyurkov  i  svyaşennaya  Zemlya -Voda tyurkov tak  skazali:  «Da,  ne 
poqibnet  narod  tyurkskiy,  narodom  pust  budef87  Yuxarıda 
Türklərin  Göyü  (Göy  tanrı  H.Q)  və  türklərin  müqəddəs  Yer-Susu 
belə dedilər. “Bəli, türk xalqı yox olmasın, xalq olsun”.
Qədim  yazılı  mətin  belədir  “Üze türk  terıgrisi,  ıdık yiri-subı 
ança  itmiş  erinc.  Türk  bodun  yok  bolmazun  tiyin,  bodun  bolçun 
tiyin...”
Hər  iki  mətində  tanrı  ancaq  birdir.  S.P.  Malovda  Yer-Su 
müqəddəsdir  (  svyaşennaya)  .  Mətinin  orijinalında  isə  “ıdık  yiri- 
subrdeyilir. Deməli, Yer-Su tanrı deyil, müqəddəsdir (ıdıkdır).
Bir  sıra  müəlliflər  isə  Yer-Subu  vətən  mənasında  da 
işlədirlər.  Eyni fikirS.P.Malovda davardır.88
59


Tanınmış  mifoloq-alim  Mirəli  Seyidov  Yer-Sunu  tanrı  kimi 
təqdim edir.89 Yuxarıda dedik ki, bu yalnışdır.
Görkəmli  türkoloqlar Z.Gökalp 90,  A.İnan  9',  B.Ögəl92,  E.Esin  93, 
Potapov L . P . v ə  başqaları Yer-Sunu ruh kimi vermişlər.
Bir sıra  müəlliflər isə Yer-Sunu vahid  ruh  adlandırırlar.  Yəni 
yerlə sunu  birləşdirirlər.  “Ak tosun Altay dağlarında yerin  əsas  ruhu 
Çeri-su yaşayır.  Çeri-suya  ildə üç dəfə  boz,  ağqoyun,  kımız və süd
qurban verilir
»95
N.V.Anoxinə görə, yer-su, torpaq və su ruhudur.96 
Göy  Türk  tarixinin  araşdırıcısı  Saadetdin  Gömeç  yazılı 
kitabələndəki  il  //  el  kəlməsini,  həmçinin,  yer-sub //yer-su  ifadəsini 
araşdıraraq  yazır:  “Kitabələrdə  keçən  “il”kəlməsinin  dövlət və  ölkə 
mənaları  ilə  bərabər,  dəyişik  anlamları  var  isə  də,  bizim 
baxışımıza  görə,  indiyə  qədər  bir  yanlış  anlama  nəticəsi  olaraq 
yer-sub  ruhlan  şəkilində  çevrilmiş  olan  yir  və  yir  sub  deyimi 
özəlliklə  ölkə,  torpaq  parçası  mənasında  işlənmişdir.  Göy  türkcə 
kitabələri  diqqətlə  tədqiq  etsək,  yir  və  yir-sub  deyiminə  tez-tez 
rastlanacaqdır.
Fəqət  nə  qədər  zorianırsa-zoıiansın,  yir-subun  yer-su 
ruhları  olduğuna  dair  bir  iz  tapmaq  mümkün  deyildir.»97  Müəllifə 
görə,  vətən  ifadəsi  bəzən  'Tengri-yir”  kimi  işlənmişdir.  Yəni  vətən
müqəddəsləşdirildiyi 
kimi, 
onun 
torpaq 
və 
suyu 
da
•  §
müqəddəsləşdirilmişdir.
60


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə