Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   ...   11   12   13   14   15   16   17   18   19

Suyun 
insana  yenilməzlik 
verməsi 
inamının 
bariz 
nümunəsini "Koroğlu” dastanında görürük.
"Günlərin bir günü Alı kişi  Rövşəni yanına çağırıb dedi:
-  Oğul,  buradakı  dağların  birində  bir  cüt  bulaq  var.  Adına 
Qoşabulaq 
deyirlər.  Yeddi  ildən  yeddi  ilə,  cümə  axşamı  məşriq 
tərəfdən  bir ulduz,  məğrib tərəfdən  də  bir ulduz doğar.  Bu  ulduzlar 
gəlib  gölün  ortasında  toqquşarlar.  Onlar  toqquşanda  Qoşabulağa 
nur  tökülər,  köpüklənib  daşar.  Hər kim  Qoşabulağın  o  köpüyündə 
çimsə,  elə  qüvvətli  bir  igid  olar  ki,  dünyada  misli-bərabəri 
tapılmaz.  Özünün  də  səsi  elə  güclü  olar  ki,  nərəsindən  meşədə 
aslanlar ürkər,  quşlar qanad  salar,  atlar,  qatırlar dırnaq  tökər...  İndi 
yeddi  il  tamam  olhaoldur.  Vədə  çatıb,  get  axtar,  Qoşabulağı  tap. 
Ancaq köpüyündən bir qab da doldurub mənə gətir” 1Ö7.
Dastandan  məlum  olur  ki,  Rövşən  axtarıb  Qoşabulağı 
tapır. 
Deyilənlər 
baş 
verir.  ”...Ulduzların 
toqquşmasından
Qoşabulaq  daşdı.  Ağ  köpük  adam  boyu  qalxdı.  Rövşən  köpükdən 
bir qab  doldurub  başına  tökdü,  bir  qabda  doldurub  içdi.  Təzədən 
bir  qab  doldurmaq  istəyəndə  baxdı  ki,  ey  dadi-bidad...  Köpük 
hayanda idi”108.
Burada  maraqlı  bir  cəhət  var.  Rövşən  atasına  su  götürə 
bilməyib,  pərişan  halda  qayıdarkən  Alı  kişi  deyir-  mənim 
gözlərimin  dərmanı  o  köpükdə  idi.  O  da  ki,  ələ  gəlmədi.  Görünür, 
bir  də  səni  görmək  mənə  qismət  deyilmiş.  Day  mənim  əcəlim 
tamamdır.1®
65


Bu  ifadələrdən  görünür  ki,  Qoşabulağın  köpüyü  hər  şeylə 
bərabər,  xəstəliyi  sağaltmaq,  həmçinin  insana  həyat  bəxş  etmək
"day mənim əcəlim tamamdıri’-deyir.
Yuxarıdakı  parçadan  aydın  olur  ki,  burada  bir  neçə  mif 
birləşmişdir.  Ağac  mifi  (bulaqlar-ağacın  altında),  kosmoqonik 
(ulduzlar),  zaman 
(yeddi  ildən  bir).  Ulduzların  toqquşması  ilə 
nurun  tökülməsi.  Bununla  səmavi  ruhlarla  ,  ağac  və  su  ruhlarının 
birləşib köpüklənməsi.
Digər  tərəfdən  qədərə  inam,  vaxtı  çatanın  getməsi, 
gələcək qəhrəmanın bütövləşməsi, ona ilham olunması
( sudan sonra Rövşənə şairlik-aşıqlıq verilm işdir).
Yəni 
göydən 
düşmüş 
daşdan-ildınm 
parçasından 
hazırlanmış  Misri  qılınca,  dəniz  ayğırından  törəmiş  Qırata  malik 
olan Rövşən bu üstünlükləri də qazanır. Bütövləşir, Koroğlu olur.
Deməli,  Koroğlunun  Koroğlu  olmasında  ildırım,  dağ,  daş, 
ağac, su və at kultu başlıca rol oynayır.

ф
Dastanda  bulağın  müəyən  vaxta  köpüklənib  qalxması 
“Əshabi-Kəhfi”in  aşağısındakı  mineral  bulağın  dəqiq  zaman 
içərisində  köpüklənib  (qaynayıb)  qalxması  və  eyni  vaxt  ərzində 
aşağı 
düşməsi 
(enməsi) 
ilə 
müəyyən 
bir 
oxşarlığa 
malikdir.Sadəcə  orada  hadisə  yeddi  ildən  bir  baş  verməklə  daha 
güclü təsirə malikdir. Burada isə hər 15 dəqiqədən bir.
Azərb. 
MEA  akad.  H.M.Abdullayev  adına  Naxçıvan 
Regional  Elmi  Mərkəzinin  əməkdaşı  Sevda  Əliyeva  söyləyir  ki,
66


Şuşada  Turşsu  adlanan  yerdən  bir  az  aralı  ziyarətgah  var.  Bu,
%
Turşsunun  möcüzəsi  ilə  bağlıdır.  Çünkü  bulaq  hər gün  axşamüstü 
saat  16-30-dan  17-dək  ağ  köpüklü  fəvvarə  vuraraq  3-4  metrə 
qədər yuxarı qalxır. Gətirilən qurban bulaqdan aralı kəsilir.
Naxçıvanda  su  ilə  bağlı  inamlara  ilin  axır çərşənbəsi  (  İla x ır) 
və  Novruzda  əməl  edilir.  Qeyd  edək  ki,  bütün  Azərbaycan 
ərazisində  çərşənbələrdən  biri  su  ilə  bağlıdır  (Su  Çərşənbəsi). 
İnama  görə,  həmin  çərşənbədə  suların  tərkibi  dəyişir,  oyanır, 
yeraltı sular qalxmağa başlayır.
İlin  axır  çərşənbəsi  səhər  gün  çıxmamışdan  qabaq  bütün 
ayaq  tuta  bilən  insanlar,  eyni  zamanda,  mal-heyvan  çeşmənin, 
çayın  başına gəlir (  buna bəzən  kəndlərdə  Novbaşı  deyirlər).  Hamı 
suyun  üstündən  3  dəfə  o tərəfə-bu  tərəfə  atılır və  deyir.  “Ağııiığım, 
dərdim-bəlam  tökülüb  suya  axsın”  («Ağırlığım,  dərdim-bəlam, 
tökül bu suyun üstünə»).
%
Çeşmədə  yuyunurlar,  qadınlar  çaydan  xırda  daşlar 
götürürlər.  İlaxır  suyu  doldururlar.  Həmin  su  gətrilib  gələn  ilin 
ilaxırına  qədər  xamraya  qatılır,  uşaqların  boğazı  gəldikdə  onunla 
ovulur.  Suyun  növbəti  çərşənbəyə  qalanını  bar ağacının  dibinə və 
ya götürülmüş bulağa töküb yenidən doldururlar.
Əvvəllər  novbaşında  (bulaq  üstündə)  cavanların  çiləşməsi 
olmuşdur.  Bu  yüngül  zarafat  mahiyyəti  ilə  bərabər,  təmizlənmədir. 
Çünki  sulaşmada  ancaq  bulaq  çeşməsinin  suyu  istifadə  edilir.  Bu 
inanca  Anadolu  türkləri  arasında,  Novruz  bayramında  bizdə 
olduğu  kimi,  səhər  tezdən-  əməl  olunur.  İnama  görə,  bu  su  ilə
.  67
»


4
keçən  ildən  qalan  pisliklər,  ağırlıqlar,  uğursuzluqlar  və  xəstəliklər 
yuyulub g e d ir.110
•i  '
 
*
Novruzda  su  falı,  natəmiz  qadının  başına  40  qaşıq  su 
tökməklə  təmizləmə,  qırxaçar  camına  su  töküb  çilləkəsmə,  başı 
açıq  su  içməmək,  isti  suyu  yerə  atmamaq,  qorxmuş  uşağa  7 
cəftəni suya çəkib vermək və digər bu  kimi  inamlar qədim türklərin 
su kultu  ilə bağlıdır.
Yuxarıdakılardan  bu  qənaətə  gəlmək  olar  ki,  “Əshabi- 
Kəhfdə  su  ilə  bağlı  adətlər  və  inanclar,  ümumitüri<  inamlar 
pantionuna  aid  olmaqla,  ona  çox  qədim  dövrlərdən  əməl 
olunmuşdur.
68


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə