Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə18/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   ...   11   12   13   14   15   16   17   18   19

"Kitabi-Dədə  Qorqud’da  olduğu  kimi,  qədim  şumer
dastanı  “Bilqamıs”dastanında 
da  ağac  kuitu  əsas  yer  tutur.
Ümumiyyətlə,  dastanda  Bilqamıs  və  Enkidunun  əsas  məqsədləri
sehrkar  Humbabanı  öldürüb  Sidir  meşələrindən  ağac  kəsməkdir.
Onlar  Humbabanı  öldürüb  bütün  dağlara,  meşələrə  rahatlıq
verirlər.  Lakin  bu  iş,  xüsusən  sidiriərin  kəslməsi  Allahlara  xoş
w  
a^ägce---c  .
S'rUclekr 
Gfccf-i-n
 /
(& e  
г
 
и
ercÇ
C ^ lc C c e   H i-z a r -İC t& to  
J>oz  # & 6 rn >
Adamla danışantək onunla söhbət e d ir.120
Ağacın 
müqqədəsliyi 
Orta  Asiya 
ərazisindəki 
türk
dastanlarında da yayılmışdır.
121
Görünür  ki,  türklər  ağaca  ana,  məhsuldarlıq  rəmzi  kimi
baxıriar.  Heç  təsadüfi  deyil  ki,  dünyanın  bir sıra xalqlarında  həyat
ağacı  adlanan  müxtəlif  mifik  ağaclar  mövcuddur.  Təsəvvürlərə
görə,  həmin  ağac  insana əbədi  həyat bəxş edir,  xəstələri  sağaldır.
Onların meyvələri, budaqları və yarpaqları şəffavericidir.
Qədim  təsəwüıiərə  görə,  ağacın  müqəddəsliyi  onun  yeraltı
və  yerüstü  həyata  malik  olmasındadır.  Yəni  torpaqda  olan  hissə-
köklər yeraltı  dünyaya  məxsus  olmaqla  ölümü,  yerüstü  hissəsi  isə
bu dünyanı, yeniləşməni, yaşamı təmsil edir.
Sibir türklərinin  inamına  görə,  yer  kürəsinin  tam  ortasında
bir  müqəddəs  ağac  var.  Bu,Tanrıya  qədər  yüksəlir.  Babalarımız
Ötürkən  Yışımərkəz 
hesab  etdiklə-rindən  həmin  ağacın  orada
olduğunu  düşünmüşlər.  '-Yerlərdəki  müqəddəs  hesab  edilən
ı
73


qayın,ardıc  və  s.  ağac-lara  sayğı  həmin  ağaca  və  Tanrıya  sayığı 
hesab e d ilir.122
Mirəli  Seyidov  dünya  (  həyat  )  ağacının  daha  çox  dağın 
başında  yerləşdiyini  göstərir  “Dünya  ağacları  adətən  dağın 
təpəsində,  qayanın  başında,  yanında  bitərmiş.  Bununla  da  əski 
insan  dağ  inamı,  dağ tanrısı  (yiyəsi- H.Q,)  ilə  ağaca  inamı,  dünya 
ağacına inamı birləşdirib daha güclü inam yaratmaq istəmişdiri’.123
Həyat  ağacı  ilə  bərabər  Azərbaycan  türklərinin  inamlar 
sistemində  həyat  meyvəsi  də  əsas  yer  tutur. 
Nağıl  və 
dastanlanmızda  həyat  meyvəsi,  sağlamlıq  simvolu  olaraq  alma 
götürülür.  “Məlikməmməd”  nağılında  padşahın  bağında  bitən 
cavanlıq  alması  və  onunla  bağlı  hadisələrdən  bəhs  olunur. 
Nağıllarda  dətvişin  və  ya  müqəddəs  bir  adamın  alma verməsi  ilə 
sonsuzluqdan  qurtarmaq  olur.  Bir  qayda  olaraq  alma verən  deyir 
ki,  aparıb  böl,  bir  üzünü  özün,  bir  üzünü  xanımın  yesin.  Bundan 
sonra uşaq doğulur.  Bəzən  almanın  qabığı  ata verilir.  Bu  qabıqdan 
gələcək qəhramanın atı doğulur.
Maraqlı  məsələlərdən  biri  “Əshabi-Kəhfdəki  ağac  və 
kollara  müxtəlif  parça,  bez  qırıqları  bağlanması  ilə  bağlı  inamın 
genezisini müəyyənləşdirməkdir.
Qeyd  edək  ki,  Naxçıvan  ərazisində təkcə  "Əshabi-Kəhfdə 
deyil,  bir  neçə  ziyarətgahda  ətrafdakı  ağac  və  kollara  əsgi 
bağlama inamı  vardır.  Alməmməd  (  Camaldın  kəndi  yaxınlığında  ) 
pirində  Düymə  Quyusu  adlanan  ziyarətgah  yerinin  yanındakı 
armud  ağacına,  Tənənəm  kəndindəki  “Pir Süleyman” türbəsindəki
74


qaraçalı  koluna,  həmçinin  "Salatın  piri”  adlanan  qaraçalı  koluna, 
Ərəfsə pirinin ətrafındakı kola və s. əsgibağlama adəti vardır.
Müqayisəli 
araşdırmalar  göstərir  ki, 
bu 
inam 
dini 
baxışlarından  aslı  olmayaraq  bütün  türk  xalqları  arasında 
yayılmışdır.  Türklərin  qədim  din  və  inanclar  sisteminin  tədqiqi  ilə 
məşğul  olan  görkəmli 
araşdırıcılar  N.A.Alekseyev,  A.B.Anoxin, 
L.P.Potapov,  L.Y.Çançibayeva,  Əbdülqadir  İnan  və  başqaları 
bunu  qədim  türklərin  təsəvürünə  görə,  ağacları  canlı  hesab 
etməklə,  onların  hami  ruha  (yiyə) 
malik  olması  inamı  ilə 
əlaqələndirirlər.  Alekseyev  N.A.  yazır  ki,  bu  yiyə  ruhuna  qurban 
verməkdir.124
Qədim  türklərin  təfəkküründə  ağac  və  meşə  insan 
həyatına  mühüm  təsir  edən  müqəddəs  varlıqdır.  Türklər  onları, 
yəni  yiyələrini  məmnun  etdikcə  səadətin  artacağına,  bolluq, 
bərəkət olacağına, firavan yaşayacaqlarına inanırdılar.125
Araşdırmalar  göstərir  ki,  hər  ağaca  parça  bağlanmaz. 
Ancaq  müqəddəs  yerlərdə,  dağ  keçidlərindəki  ağaclara  (hətta 
ağacın  növü  də  məlum  olmalıdır)  bağlanır.  S.İ.Rudenkonun 
məlumatına  görə,  başqırdlar dağ  ruhları  üçün  zirvələrdəki  ağac və 
kollara  parça  bağlayırlar.  Bu,  "səprək"  adlanır.126  Yakutiar  buna 
"salama", “sarama”s altaylar "salam", "yalama" deyirlər.
Ağaclar  müqəddəsliyinə  görə,  fərqlənirlər.  Sibir  və  Altay 
türklərində  qayın,  ardıc  ağacları,  Orta  Asiyada  ağcaqayın, 
dağdağan və çinar müqəddəs hesab edilir.
75


"Əshabi-Kəhf'də  isə  dağdağan  ağacı  müqəddəs  sayılır. 
Qeyd  edilməlidir  ki,  keçən  əsrin  80-cı  illərinə  qədər  burada  çox 
sayda  dağdağan  ağacı  var  idi.  Ziyarətə  gələnlər  onların 
meyvələrindən  yığıb  müxtəlif  xəstəliklərdə  dərman  kimi  istifadə 
edərdilər. 
Dağdağandan 
hazırlanmış 
muncuq 
(həmayil) 
gözdəymədən  və  müəyyən  xəstəliklərdən  qorunmaq  üçün  kiçk 
uşaqların  paltarlarından  və  ya  boynundan  asılardı.  Xalq  arasında 
olan  inama  görə,  dağdağan  ağacını  qırmaq  olmaz.  "Dağdağan 
ağacını  qırmazlar.  Çünki  adama  qarğış  eyləyir.  Bu  qarğışın 
altından çıxmaq  da çox çətindir.  Əgər qırmısansa,  gərək  üstündən 
asasan ki, sənə göz dəyməsi n.”127
Oxşar 
inam 
türkmənlər 
arasında 
da 
yayılmışdır. 
Q.P.Vasilyeva  yazır  ki,  gözdəymədən  qorunmaq  üçün  ən  güclü 
təsir edən  həmayil  dağdağan  ağacından  hazırlanardı.  "Dağdağan" 
adlanan  belə  həmayillər  adətən  uşaqlann  ilk  xəstəliyi  dövründə 
onların boynundan asılır və həyatlarının sonuna qədər çıxanlmır.128
Naxçıvanda  müalicə  məqsədi  ilə  istifadə  edilən  ardıc 
ağacı  həmişə  yaşıllığına  görə  müqəddəs  sayılır.  Onu  qırmaq 
günah  hesab  edilir.  Analoji  olaraq  altaylarda  "artış"  adlanan  bu 
ağacın  müalicəvi  xüsusiyyətləri  ilə  bərabər,  tüstüsündən  evlərdən, 
insan və heyvanlardan bəd ruhları qovmaq üçün istifadə edilir.
Azərbaycan  türklərində  olduğu  kimi,  Sibir və Aitay  türkləri 
də  hesab  edirlər  ki,  bəd  ruhlar,  pis  niyyətli  adamlar  tikanlı 
bitkilərdən qorxurlar.129
76


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə