Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

Bunlar bacıdırlar.  Cümə axşamı  «Əshabi-Kəhf»dəki  qara daş gəlir 
Ocaqtəpədəki böyük bacısını görüb qayıdır.75
Daşla  bağlı  inanclar  «Əshabi-Kəhf»lə  bərabər,  Naxçıvan 
ərazisində  bir  sıra  yerlərdə  də  yayılmışdır.  Qara  daşlara  inam 
xüsusi  yer  tutur.  Xalqın  inamına  görə,  belə  daşlar  göydən 
düşməklə  müqəddəsdirlər.  «Yaycı  kəndindəki  pirdə  qara  daş  var. 
Üstündə  nal  izi.  Xızır  peyğəmbər  buradan  keçəndə  atı  ayağını 
qoyub bu daşın üstünə.»77
Daş  kultuna  türklərin  yaşadıqları  bütün  ərazilərdə  rast 
gəlinir.  Qədim 
türklər  inanmışlar  ki,  Tanrıdan  ulu  babalarına 
müqəddəs daş -«Yada taşı» endirilmişdir.78
Sibir  və  Attay  türklərində 
«sata»,  «dada»,  «yada  taş», 
«kihi  taaş»  (adam-daş),  «ehekeen  taaş»(  «baba  taş»)  adlan  ilə 
tanınan belə daşlara çox böyük inam vardır.
Yakutların  inamına  görə,  sata  daşlar  müxtəlif  olurlar.  . 
Onlann  bir  qurpu  heyvanların  və  ya  insanın  mədəsindən  çıxır, 
ildınm  çaxması  ilə  düşən  (daşlar)  satalar  mövcuddur.  Buna “etinq 
sata” deyilir.79
Azərbaycan  türklərində  də  bəzi  heyvanlann  və  quşların 
qarnında belə daşlann olduğuna inanırlar
«Ala,  göy,  sarı,  qırmızımtıl  və  s.  rənglərə  çalan  bu  daşın 
hansı  heyvanda olmasını  əsasən  aşağıdakı  əlamətlə ayırd etməyə 
çalışırlar.  Qarnında daş olan  at dayanmadan çayı  keçər, su  içməz, 
otlayanda  da  başını  daha çox  şimala sarı  tutar.  Qarnıda  daş olan
52


öküz  isə  axşamüstü,  birnəfəsə,  dalbadal  10-14  kərə  böyürər. 
Qarnında daş olan keçi tək otlar, sürüyə qarışmaz.»80
Y.A.Xudyakovun  məlumatından  aydın  olur  ki,  “sata-dada- 
yada”  adlanan  belə  daşlar  daha  çox  qara  rəngdə  olurlar.81  Həmin 
daşların  köməkliyi  ilə  yağış  yağdırmaq,  havanı  dəyişdirmək 
mümkündür.
Türklərin 
inamına 
görə, 
havanı 
dəişdirmək, 
yağış 
yağdırmaq daşını Nuh peyğənbər oğlu Yafəsə vermişdir.
«İslanı 
müəlliflərinə 
aid 
olan 
rəvayətə  görə, 
Nuh 
peyğəmbər  Türküstanı  oğlu  və  türkün  babası  Yafəsə  verdiyi 
zaman  o  atasından  bu  quraq  ölkədə  nə  edəcəyini  soruşur.  Atası 
da ona yağmuryağdınrıa qüdrətini  bəxş edir və  üzərində dua olan 
( İsmi  Əzəm  )  yazılı  bir daş verir.  Ehtiyac  halında  bu  yazılı  daş  ilə 
Allaha dua edərək yağmur yağdırırdı.»82
Toplanmış  materiallar  göstərir  ki,  Naxçıvanda  “Əshabi- 
Kəhf’lə  bərabər  bir  sıra  ziyarətkahlarda  qara  daşlar  mövcuddur. 
Cəhri  kəndi  ərazisində  İsfəndiyyar  və  ya  Qaş  piri  adlanan 
ziyarətgah  mağara  tiplidir.  Girişi  dar  olsa  da,  bir  neçə  metr 
getdikdən  sonra salonun  ortasında böyük  qara daş vardır.  İnsanlar 
müxtəlif  niyyətlə  həmin  ziyarətgaha  gedirlər.  Tarixi  mənbələr 
sübut  edir  ki,  XVIII  əsrin  əwələrində  burada  böyük  nüfuza  malik 
olan İsfəndiyarzaviyyəsi olm uşdur83.
Həmin  ziyarətgahda  bitki,  daş  kultu  geniş  yayılmışdır. 
Ziyarətə  gələnlər  qara  daşa  nəzir  qoyur,  daş  yapışdırır,  ətrafında
53


şam  yandırır,  pirin  qabağındakı  kollara  və  kiçik  tut  ağacına  çapıd 
bağlayırlar.
Naxçıvanın  bir  sıra  kəndlərində  axır çərşənbənin  (ilaxırın) 
səhəri  Nov başına çıxarkən çay və ya bulaqdan  bir neçə xırda daş 
götürürlər.  «Bərəkət  daşı»  adlansın  belə  daşları  ərzaq  saxlanan 
yerə, hətta bəzi kişilər pul kisələrinə qoyurlar.
Xalq  arasında “ürək  daşı”  deyilən  daşlarla ürək  bulanması, 
ürək  ağrılarını  müalicə etməyin  mümkün  olduğuna inanrlar.  Bunun 
üçün  həmin  daşı  suya  salıb  xəstəyə  içirirlər.  Eyni  zamanda,  daşı 
xəstənin ürəyinin və mədəsinin üstündə gəzdirirlər.
Qara  daşın  müqəddəsliyi  ilə  bağlı  bir  neçə  xalq  deyimi 
mövcuddur.  Pis  övlad  haqqında:  “Sən  doğulunca  bir  qara  daş 
doğulaydı”, “Qara daş səndən yaxşıdıri’ və s. deyilir.
Xalq  arasındakı  inama görə,  qara daşların  özlərinəməxsus 
xüsusiyyətləri  vardır.  Deyirlər ki,  bu  daşlar artıb çoxalmaq-doğmaq 
xüsusiyyətinə  malikdirlər.  Bəzi  daşların  40-a  qədər  bala  verdiyi 
söylənilir.  "Sata-daJama-yada”rıın  çoxalmasından  bəhs  edərək 
NAAIekseyev yazır ki,  bu  daşların  böyüməsi  30-40  il  davam  edir. 
Bəzən  bu  daşların 
“uşaqlarf-kiçik  daşlar  olur.  Çoxalma  40- 
gündən bir ola bilər.84
Daşın  insan  ruhunu  daşımaq  qabiliyyətinə  malik  olmasına 
dair  çoxlu  inamlar  mövcuddur.  “Əshabi-Kəhf’də  düşmən  daşını 
atmaq  ona  fiziki  xətər  yetirmək  kimi  sayılır.  Bu  inam  bütün 
Azərbaycan  üçün  xarakterik  olmuşdur.  Azərbaycanda  keçmişdə
54
4


arzu  olunmayan  adamın  bir  daha  qayıtmaması  üçün  onun
%
arxasınca  qara  daş  atardılar.  Daş  atdıqca  güya  o  adam  geri 
qayıtmayacaqdır.^
Naxçıvanın  bəzi  kəndlərində  mərhumu  evdən  çıxardıqdan 
sonra  onun  yatdığı  yerə  daş  qoyurlar.  Mərhum  dətn  edildikdən 
sonra həmin  daş həyətə atılır.  Daşın  qəbirstanlığa atılması  adəti  də 
vardır.
Şərur  rayonunun  Şahtaxtı,  Culfa  rayonunun  Bənəniyar 
kəndlərində  pirdə  qara  daş  vardır.  Kim  niyyət  edib  həmin  daşı 
qaldırırsa,  deməli  niyyət  yerinə  yetəcəkdir.  Həmin  adam  deyir. 
“Daş, mənə quş kimi (yəni yüngül) gəldi”.
İnsanlar arasında belə  bir inam  vardır ki,  hər kəsin  özünün 
daşı  var.  "Daşımı  başına  salma",  “Mənim  daşım  ağırdır",  “Mən 
daşdan yaranmışam”, “Öz daşı öz başına düşsün” və s.
Dünya  türkləri  üçün  xarakterik  olan  inama  görə,  insan 
daşa  çevrilə  bilər.  Naxçıvanda  daşa  çevrilmiş  insanlarla  bağlı 
çoxlu  rəvayətlər  mövcuddur.  Bu  baxımdan  bir  oxşamaya  diqqət 
yetirək:
Başına dönüm, döndərim,
Səni bazara göndərim 
Sən bazardan gəlincə 
Özümü daşa döndərim.
Deməli,insan  inanr  ki,  daşa  çevrilə  bilər.  İnsanın  daşını 
çevirməklə  onun  xasiyyətihi  dəişmək  olur.  Yəni  onun  xasiyyəti
t
55


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə