Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

tərəfindən  pulla  kəsilir.  Bacaranlar  qurbanı  özləri  kəsirlər.  Qurbən
t
kəsilərion  qurban  sahibinin  sağ  əlini  kəsən  adamın  sağ  əlinin 
üzərinə  qoyması  adətinə  rast gəlinir.  İnama görə,  bununla  qurban 
sahibləri heyvanı özləri kəsmiş hesab edilir.
Son 
illərdə 
burada 
əsaslı 
bərpa, 
quruculuq 
işləri 
aparılmışdır.  Yola  asfalt döşənmiş,  ziyarətgahın  aşağı  hissəsində 
(həyətində) 
zəvvarların 
oturması, 
günəşdən 
və 
yağışdan 
qorunması  üçün  xüsusi  yerlər  düzəldilmiş,  daimi  içməli  su 
çəkilmiş, ayrıca otaqlar hazırlanmışdır.
Ümumiyyətlə, 
zəvvarlar 
üçün 
lazım 
olan  şərait
yaradılmışdır.  Mağaranın  içərisindəki  yollar  qaydaya  salınmış, 
ziyarətgaha xüsusi  pilləkənlər  düzəldilmişdir.  Allah  qəbul etsin!  Bu 
işdə əməyi keçənlərə yardımçı olsun!
Qurban kəsmədən  sonra  mağarada  müqəddəs  yerləri 
ziyarət  etməyə  başləyıriar.  Qeyd  edək  ki,  mağaranın  təbii  girişi 
indiki  pilləkənlərdən  sol  tərəfdə  yerləşmişdir.  Min  illər  boyu 
insanların 
gedib-gəlməsi 
nəticəsində 
girişdəki 
daşlar 
sürüşkənləşmişdir.  Bir zamanlar yerişi  asanlaşdırmaq  məqsəd  ilə 
daşlardan  ayaq  qoymaq  üçün  yerlər  (ayaq  izləri),  pillələr 
düzəldilmişdir.  İndiki  pilləkən  isə  mağaranın  aşağı  hissəsindəki 
sıldırımda qurulmuşdur.
İnsanların  ilk  rast  gəldikləri  möcüzə  girişin  başlanğıcındakı 
kiçik  bulaqdır.Hər  tərəf  sərt  qayalar,  bu  qayaların  altından  sızıb 
gələn  bulaq  sanki  şəfa  suyudur.  Bu,  qədim  mağara  sakinlərinin,
35


sonrakı  dövrlərdə  zəvvarların  min  illər  boyu  istifadə  etdikləri 
yeganə  içməli  sudur.  Təqribən  15-20  il  bundan  əvvəl  bulaq 
qurumuşdur. 
Yaşlı 
adamlar  bunu 
natəmizlik  edilməsi 
ilə 
əlaqələndirirlər.  Lakin  bu  yaxınlarda  biz ziyarətə  gedərkən  bulağın 
çıxıb  axdığını,  kənardan  çəkilmiş suyun  donması  ilə  əlaqəli  olaraq 
onun  yenə  də  yeganə  içməli  su  olduğunu  gördük.  Daşlardan  su 
fışqırdan  şanı  Uca  Allaha  çox  şükürlər!  Möcüzə  yenə  də 
möcüzədir.
Mağarada su  kultu  geniş yayılmışdır.  "Damcıxana”  ilə  bağlı 
bu məsələdən bəhs edəcəyik.
Bulaq  xalq  arasında  «Yeddi  kimsənə»adlanan  ziyarət 
yerinin  aşağı  tərəfindədir.  «Yeddi  kimsənə»  «Əshabi-Kəhf»in 
girişinin  sol  tərəfində  qabağa  doğru  əyilmiş  qayanın  altındadır. 
Sanki  sığınacaqdır.  Rəvayətə  görə,  7  müqəddəs  burada  qayaya 
söykənərək  qeyb  olmuşlar.  Divarda  4  iz  aydın  görünür.  Sanki  . 
insan  divara  söykənmiş,  izi  qalmışdır.  Xalq  arasında  olan  inama 
görə,  bu,  qeybə  çəkilmiş  7  nəfərin  kürəklərinin  izləridir.  Həmin 
məqama çıxan  hər bir zəvvar müqəddəslərin  izlərini  öpür,  bilənlər 
ehtiram  və ziyarət  namazları  qılırlar.  Eyni  zamanda,  xəstə  uşaqları 
müəyyən müddət burada yatırmaq və s.inanclar vardır.
Mağaranın  içərisində,  «Yeddi  kimsənə»dən  sonra  ziyarət 
edilən  məqam  hz.  Əli  və onun  atı  Düldüllə  bağlıdr.  Rəvayətə görə, 
həzrəti  Əli  bura  ziyarətə  gəlmiş,  Düldül  sol  tərəfdəki  qayadan 
sağdakı  qayaya sıçramış və  həmin  qayada dal  ayaqlarının  izi  çala
36


• v   •
kimi  qalmışdır.  İnsanlar  niyyət  edib  yerdən  təqribən  5-6  metrə
i
qədər  hündürlükdə  olan  həmin  çalalara  kiçik  daşlar atırlar.  Niyyəti 
hasil olanın daşı orda qalır. Bir qayda olaraq 3 daş atılır.
Mağaranın  daxilinə  girdikcə  ətrafdakı  ağac  və  kollara
%
parçalar  bağlanır.  Mağaranın  daxili  yüksələn  formada  olmaqla, 
yuxarı  tərəfdə,  məscidə və  «Cərınət bağına»çıxan yolun  solundakı 
qayada  deşik  vardır.  Niyyəti  olanlar  deşikdən  keçib  həmin 
qayanın  başına  üç  dəfə  dolanırlar.  Bunu  daha  çox  xəstələr, 
doğmayan qadınlar və uşaqlar edirlər.
Məscidin  qabağındakı  «Qaradaş»ın  və  «Darncıxana»nın 
ziyarəti  əsas  məqamlardan  hesab  edilir.  Əvvəllər  gətirilmiş 
nəzirlər  qaradaşın  yanına  və  ya  üstünə  qoyulardı.Son  illərdə  isə 
bununla  yanaşı, 
nəzirlər  məscirdə  də  qoyulur. 
Qaradaşı 
müqəddəs  hesab  etməklə,  onu  öpür,  daş  yapışdınrlar.  Bəzən 
xəstələr  niyyət  edib  qaradaşın  yanında  yatırlar.  Bir  sıra  xəstələrin 
buradan nicat tapıb qayıtması söylənilir.
Məscidə  ancaq  namaz  qılanlar  və  nəziri  olanlar  girirlər. 
Məscidin  kişilərə  aid  hissəsində,  qiblə  tərəfdə  ərəb  əlifbası  ilə 
yazılmış  iki  kitabə  vardır.  Niyyət  edib  məsciddə  yatmaq  adəti 
mövcuddur.
«Damcıxana»məscidin  yuxarı  tərəfində,  bir  neçə  metr 
hündürlykdə  yerləşir.  Açıq  salon  şəklində  olan  həmin  yerdə 
tavandan  su  damır.  Maraqlıdır  ki,  ilin  yağışlı  və  quraqlıq 
keçəməsindən  asılı  olmayaraq,  burada  damcı  kəsilmir.  Bu
37


məqamda  hət  cür  niyyət  etmək  olar.  Yəni  həm  xəstələr,  həm  də 
hər  hansı  bir arzusu  olan  niyyət edib  oturur.  Damcının  başa və ya 
çiyinə  düşməsi  niyyətin  tez  hasil  olacağı,  aşağı  ətraflara,  bədənin 
hər  hansı  bir  yerinə  düşməsi  isə  nisbətən  gec  hasil  olacağı  kimi 
yozulur.
Lakin  damcı  düşməsə,  deməli,  niyyət  qəbul  olunmur.  Bir 
neçə  dəfə  müşahidə  etmişik  ki,  başına  və  ya  bədəninə  damcı 
düşməyən  adam  bir neçə  dəfə yerini  dəyişib.  Hətta,  ondan  əvvəl 
oturanın  başına  damcı  düşən  yerdə  əyləşib,  onun  başına  və  ya 
bədəninə  damcı  düşməyib.  Yəni  dəqiqliyi  ilə  mağaranın  damcılı 
və ya damcısız yeri yoxdur. Bəzən damcı ən quraq yerdən düşür.
Ziyarətgahda  ən  uca  (yüksək)  məqam  «Cənnət  bağı» 
adlanan  yerdir.  Əvvəllər bura çıxmaq çox çətini  idu.  İndi  isə dəmir 
pilləkənlər  bu  işi  asanlaşdırmışdır.  Silindirik  formalı,  hər  tərəfdən 
yüksək  qayalarla  əhatə  olunan  bu  məqam  duaların  qəbul 
olunduğu  yer sayılır.  Burada  gündoğana  doğru  qayaların  arası  ilə 
dar  keçid  qalxır.  Keçidin  baş  tərəfində,  sıldırım  qayada  bir 
dağdağan  ağacı  bitmişdir.  Həmin  ağaca  dilək  üçün  parçalar 
bağlanır.  Keçiddən  qalxdıqdan  sonra  qarşıdakı  dərədə  çoxlu 
sayda kollar və ağaclar vardır. Həmin dərə ziyarət edilmir.
Biz əvvəlcə elə düşünürdük ki,  məhz bu yaşıllığa görə bura 
«Cənnət  bağı» 
adlanır.  Lakin  o  ziyarətgaha  daxil 
deyil. 
Beləliklə,  ziyarətgahın  daha  çox  mənəvi  təmizlənmə  və  Allaha 
yaxınlaşma 
məqamı 
olduğu 
aşkarlanır.  Aşağıdan  yuxarıya
38


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə