Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   2   3   4   5   6   7   8   9   ...   19

л
 -
Kvint  Troyan  Detsiy  /201-251-ci  illər/  olduğunu  sübut  etməyə
*  
• 
»  • 
• 1  ;
• 

г Т  
4*
çalışır.35
Müəllifin  tikillərinə  görə,  bu  rəvayət  ancaq  bütpərəst  Roma 
hökumdarı  tərəfindən  xristianların  sıxışdırılması  və  qətlamı  ilə 
əlaqəli yaranmışdır.36
-  
1
 
5
*
Biz  yuxarıdakı  qaynaqlarda  bu  fikrin  elmi  cəhətdən 
əsaslandırılmadığını göstərmişik.
Fikirlərini  davam  etdirərək  Q.P.Snesarev  rəvayətin  Orta 
Asiyaya  islam,  onun  müqəddəs  kitabı  “Qurani-Kərim’5 vasitəsi  ilə 
yayılması  ideyasına  qarşı  çıxaraq  yazır  ki,  bizim  qənaətimizə 
görə,  rəvayətin  Xarəzmdə  yayılmasında  Quran  əsas  mənbə 
deyil.37
Böyük  çək-çevirdən  sonra  rəvayətin  əraziyə  xristianlar 
vasitəsilə 
gətirildiyini 
iddia 
edir. 
Yəni 
Aralın 
cənubunda 
xristianlığın geniş yayıldığını irəli sürür.38
Elə  həmin  yerdə yazır ki,  Xarəzm  xristianları  haqqında çox 
az məlumat var.39
Q.P.  Snesarevin  yazısında  rəvayətin  Xarəzmdə  yayılmış  2 
variantı  verilmişdir.  Rəvayətin  birində  qaçanlara  şahın  oğlu 
başçılıq  edir.  Oğlan  və  5  dostu  zülmdən  qaçırlar.  Yolda  çobanla 
rastlaşırlar. 
Sonrakı 
hadisələr  eynilə 
Naxçıvandakı 
kimidir. 
Gənclərin  adları  Temrixo,  Maksalmino,  Kaçputat,  Kaşofat,  Tab- 
Yunus, Ozurpat-Yunus,  itin adı  Katmir.
X
»
23


Bu  rəvayətdə  gənclərin  min  il  yatdığı  göstərilir.  İkinci 
rəvayətin  süjeti  isə  tamamilə  fərqlidir.  Guya  bir  şah  öz  qızına 
evlənmək  istəyir.  Bu  işdən  narazı  olan  vəzirləri  paytaxtı  təıt<  edib 
mağaraya  sığınırlar.  Dağ  Yunis  onların  ardınca  ordu  göndərir. 
Gəlib  görürlər  ki,  mağaranın  qabağında  göyərçin  bala  çıxarıb. 
Düşünmüşlər  ki,  deməli  onlar  mağaraya  girməyiblər.  Qayıdıb 
gediriər. Sonrakı süjet eynidir.
Müəllif  rəvayəti  toplasa  da,  onun  yayılması  ilə  bağlı 
məsələdə  özündən  əvvəlki  xristianlıq  nəzəriyyəsinə  üstünlük 
vermişdir.  Roma  -Yunan  nəzəriyyəsini  müdafiə  edən  müəllif  A. 
Krımskiyə söykənərək  rəvayətin  tarixi  olmadığını  söyləyir.40  Bu  isə 
“Qurani-Kərim”dəki  fikrə ziddir.  Çünki  "Qurani-Kərim”də  bu,  olmuş 
hadisə  kimi  verilmişdir.  Müəllif  rəvaətdən  çox  xristianlığın 
yayılmasını  ön  plana  çıxarır.  Necə  olsa,  hər  halda  rəvayətin 
yayılması barədə məlumat vardır.
Rus tarixçiləri  və folklorçuları  bunu  mif,  əfsanə  kimi  təqdim 
elsələr  də,  "Qurani-KərirrT’ə  daxil  olmuş  hər  bir  hadisə  Allahın 
kəlamı olmaqla, tarixi həqiqətdir.  Deməli, o, mütləq baş vermişdir.
Bizcə,  burada  kəsinliklə  xiristianlığı  önə  çəkmək  olmaz. 
Ola  bilər  ki,  xristianlıqdan  əvvəl  Təktanrıçılıq  dövrünə  aid  olsun. 
Xüsusən,  türklər  islam  və  xristiançılıqdan  çox  əvvəl  Təktanrıçı 
olmaqla,  Göy  Tanrıya  inanmışlar.  Lakin  türkün  bir  qövmü  uzun 
olmayan  bir  müddətcə  Tək  Tanrını  unudub,  kafir  oldu.41  Xüsusən 
Qara xanın  zamanında  bu  məsələ daha da kəskinləşir.  Lakin  oğlu
24


Oğuz  хал  böyüdükdən  sonra  atasını  öldürüb  ölkədə  yenidən  Tək
1
tanrıçılığı  hakim  edir.  Əbdülqazi  Bahadır  Xanın  məlumatından 
aydın  olur  ki,  Oğuz  xan  təqribən  bizdən  4  min  il  əw əl 
yaşamışdır.4*
Tanınmış  türk  alimi  M.Fahrettin  Kıızıoğlu  da  oğuzların
%
tarixini  3500  ildən  çox  hesab  etməklə,  ilk  Qıpçaqların  Qafqazda 
bir toplum  halında  görünmələrini  M  Ö.  VIII  yüzilliyə  aid  edir.  Yəni 
onların  oğuzlardan  tam  ayrılması  bu  vaxt  baş vermişdir.43 Təbii  ki, 
Oğuzlar  Qafqazda  Tək  Tanrıçılıq  ideyasını  yaymış  və  ona  əməl 
etmişlər.
Bir  sıra  türkçülüyün  əleyhinə  olan  tarixçilər  yuxardıkılan 
qəbul  etmirlər. 
Oğuz xanı  çox vaxt  Hun  hökümdarı  Möde  hesab 
edirlər.  Lakin 
ondan  ə w ə l  türklərin  Ön  Asiyada  və  Qafqazda 
yaşadıqları  təzkibedilməzdir.  Deməli,  rəvayətin  genezisində  Türk 
Tək  Tanrıçılığının  durduğunu  söyləməyə  əsas  vardır.  Bunu  sübut 
edəcək  bir  sıra  amillər  m övcuddur  Rəvayətin  yayılma  arealı, 
mağaranın  yerləşdiyi  bölgələr,  süjetdəki  adlar,  mağara  ilə  bağlı 
inancların xarakteri və genezisi.
Yayılma  arealını  nəzərə  alaraq  rəvayətin  türk  xalqları 
arasında  formalaşdığını  qəti  söyləmək  olar.  Yuxarıdakı  faktları 
analiz  edərkən  bu  hadisənin  məhz  Naxçıvanda baş verdiyi  ortaya 
çıxır.  Həmin  fikri  əsaslandırmaq  üçün  aşağıdakı  faktlara  diqqət 
yetirək.
25


Hazırda  Naxçıvanda  yayılmış  rəvayətdə  Dağ  Yunisin 
şəxsiyyəti,  onun  Araz çayının  sol  sahilində böyük  bir şəhər saldığı, 
suvarma  üçün  "Dağ Yunisin  çarxı” adlanan yerdə böyük qurğunun 
olduğu,  həmin  yerin  “Əshabi-Kəhfə yaxın  olan  Nehrəm  kəndində 
eyni  adla  məlum  olması  söylənməkdədir.  Deməli,  Dağ  Yunisin 
məsələsi  ancaq  məlum  rəvayətlə  bitmir.  Maraq  doğuran  bir 
məsələ  var.  Necə  olur  ki,  harada  yayılmasından  asılı  olmayaraq, 
bütün  rəvayətlərdə  hökmdarın  adı  Dab  Yunis  olduğu  halda 
müəlliflər  onu  roma-yunanlara  bağlamaq  üçün  dəyişdirirlər.  Hansı 
ki, 
türklərdə  dağla  başlayan  adlar  geniş yayılmışdır.  Oğuz  xanın 
üç kiçik oğlunun birinin adı Tağ (Dağ) xandır.
Rəvayətdən  məlum  olur  ki,  vəzirin  adı  Təmirxandır  /adın 
Tamriho,  Tamireyxa,  Temilhan  deyilişləri  də  vardır/.  Bütün 
variantlarda  türklərdəki  Tem ir  əsas  götürülməlidir. 
Hazırda 
türklərdə  Timur,Teymur,  Kantemir,  Temirtaş  və  s.  adlar  geniş 
yayılmışdır.  Rəvayətdəki  itin  adı  bütün  variantlarda  Kitmir.Ketmir, 
Katmir kimidir.
Məlumdur  ki,  bütün  səylərə  baxmayaraq,  it qayıdıb  getmir. 
Qeyd  edək  ki,  məhz  Naxçıvanda  itin  basdırıldığı  yer  “Qitmiri’ 
adlanır.
Maraqlı  məsələ  rəvayətin  hansı  istiqamətdə  və  necə 
yayılmasıdır. 
Rəvayətin  Orta  Asiyada  zəif  olması,  burada 
mağaraların 
haqqında 
xəbər 
verilməməsi 
onun 
qərbdən 
başlayaraq yayıldığını söyləməyə imkan verir.
26


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə