Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

parçaları  üst-üstə  yığılmışdır.  (Quyu  formalı,  içərisinə  kiçik  daşlar 
atılmışdır).  Oxşar  inanc  yerlərinə  və  adətə  Culfa  rayonunun 
Camaldın  kəndi  yaxınlığındakı  Alməmməd  (Əli  Məhəmməd,  Ali 
Məhəmməd  də  deyirlər)  piri  ərazisində 
«Düymə  quyusu» 
(Düyməli  təndir)  deyilən  yerdə  də  rast  gəldik.  Burada  niyyət  edib 
yuxarıdan  «Quyu»  adlanan  çalaya  düymə  atır  və  ya  quyudakı 
(çaladakı) düyməni gətirib kütlə kimi yerdən çıxarırlar.
V.P.Dyakonova  yazır  ki,  tuvalılar  dağların  başında  dağ 
luhlan  üçün  ovaa,oboo  adlanan  daş  qalaqlarını  silindrik  və 
kümbəzvari  foımada  düzəldiriər.  Onun  içərisinə  kiçik  daş  qırıqları 
atılır.  Dağa  ilk  dəfə  qalxan  hər  bir şəxs  bura  daş  atmalıdır.57  Eyni 
inam  digər türk  xalqlarında da  mövcuddur.  Quzey  İraqda  Gurgur 
Baba ziyarəti və  dilək daşı adlanan yerdə də bu inam var.-58
Naxçıvanda, 
eyni 
zamanda 
Azərbaycanın 
digər 
bölgələrində,  həmçinin  Anadoldu,  Sibir,  Altay-Sayan  bölgələrində 
bir sıra  müqəddəs  dağlar var ki,  xalq  onlara tapınır.  Ümumiyyətlə 
dağ  inamının  kökü  çox  qədim  dövrlərə  gedir.  «Bilqamıs» 
dastanından  məlum  olur  ki,  şumerlərdə  çətinliyə  düşən,  yolunu 
müəyyən  etməyi  bacarmayan  şəxs  çıxış  yolunu  dağdan  diləyir. 
Bilqamıs  və  Enkidu  Humbabanı  öldürməyə  gedəndə  bir  sıra 
əməllər  yerinə  yetirməklə  bərabər,  hər  dəfə  eyni  məsafəni  dəf 
ediıiər.
İyirmi mənzildən bir yola nişan qoydular,
Hər otuz mənzilədə bir düşərgə saldılar.
44


Altı həftə üç gündə Farat çayı göründü.
%
Günəş qarşısında onlar quyu qazdılar.
Bilqamıs dağa çıxıb ətrafa göz gəzdirdi,
«Dağ, mənə sən xeyirli yuxu gətir^söylədi.50
Bu vəziyyət 6 dəfə təkrar olunur.  Hər dəfə Bilqamıs yuxuda 
başlarına  gələcəkləri  və 
nə  edəcəklərini  görür®  Maraqlıdır  ki, 
yuxunu  Enkidu  deyil,  Bilqamıs  görür.  Çünki  o,  müqəddəsdir. 
Dastanda onun haqqında deyilir.
O, insandır, yarıdan çoxu tanrıdır ancaq,
Heç kəs ona tay olmaz, onun görkəminə bax.61
Dağ  kultu  ilə  bağlı  olaraq  «Bilqamıs»-«Dədə  Qorqud» 
paralellərinə  rast gəlirik.  «Salur Qazanın  evi  yağmalandığı  boy»da 
Qazan  xan  Ala  dağda  ovda  olari<ən  qorxulu  yuxu  gördü.  Çapıb 
gəldikdə evinin yağmalandığını bildi.62
«Kitabi-Dədə  Qorqud»da  alqış  deyərkən  «Qarlı  qara 
tağların  yıqılmasun»,  ölüm,  bədbəxliklə  bağlı:  «Qarşı  yatan  qara 
tağım  yıqılıbdır»  ifadəsi  işlənir.  Bamsı  Beyrək  16  illik  /ayrılıqdan/ 
dustaqlıdan  qayıdıb  gələndə  Banuçiçək  Beyrəyin  atasına  çapar 
getdi, dedi:
«Arab-Arğab qara tağın yıxılmışdı, ucaldı axır».63
Şumer-Dədə  Qorqud  paralelləri  ilə  bərabər  dağ  inamının 
günümüzdə  də  bir  sıra  türk  xalqlarında  qorunub  saxlandığı 
məlumdur.  Həmin  inanclar  genetik  cəhətdən  eynilik  təşkil  edir. 
Qədim  türklər  Tanrı  dağları  -Tyan-Şanı  müqəddəs  hesab
45


etmişlər.  Ümumiyyətlə,  Altay  türklərinin  inamına  görə,  ən  böyük 
dağ  ruhu  Pustaq  (Buzdağ)a  aiddir.  Rəvayətə  görə,  Ülgen  bir 
müddət  bu  dağı  özünə  əsas  yer  seçmişdir.  Canlıları  burada 
yaratmağa başlamışdır. Ona görə də Pustaq- Ana Ba$ı adlanır.64
Altayların,  şorların,  teloutların,  tuvalıiarın  və  xakaslann 
inamına  görə  hər  bir  dağın  öz  funksiyası  var.  Tarixi  mənbələrə 
görə,  hər  dağın  özünə  məxsus  qurbanı  olurdu.  Cinsi  ilə  bərabər 
qurbanlar rənglərinə görə seçilirdilər.
Dağ  kuftu  qədim  türklərin  Yer-  Su  hami  qüvvələrinə  inam 
və tanrıçılıqla  bağlıdır.  Abdulkadır İnam  bu  kultla bağlı  olaraq yazır 
«  Yer-Su  ruhlarının  ən  önəmli  təmsilçisi  dağlardır.  Şamanist 
türklərdə  dağ 
kultu 
Göy  Tanrı 
kultu 
ilə  bağlı 
bir  kult 
olmuşdur.Hunların  qədim  vətəni  olan  Yeni-Su-Şan,  Şan-Din-Şan 
sıra  dağlarındakı  Han-Yoan  dağı  hunların  hər  il  Göy  Tanrıya 
qurban  kəsdikləri  dağdır.  Hun  xaqanları  Çinlə  bağladıqları. 
müqavilələri  Hun  dağ  deyilən  bir dağın təpəsində qurban  kəsərək, 
içdikləri andla təsdiqləyirdilər».65
Qədim  türklərdə  hər 
boyun,  hər  elin  özünəməxsus
%
müqəddəs dağı var idi.  Yəni  həmin  dağa ziyarətə (ibadətə)  ancaq 
məxsus  olduğu  boyun  adamları  gəlirdi.  N.A.Alekseyev  yazır  ki, 
Altayda  elə  dağlar  vardır  ki,  ancaq  ayrı-ayrı  nəsillərin  (boyların) 
müqəddəs  yeridir.  Eyni  zamanda  elə  dağlar vardır  ki,  onlar  bütün 
boylar üçün müqəddəs dağdır.66
46


«Əshab-Kəhf»  də  olduğu  kimi,  Altay-Sayan  türklərində də 
müqəddəs  dağı  ziyarət  etmək  üçün  xüsusi  hazırlıq  görülür. 
Beltirlərin  inamına görə,  müqəddəs dağa-Tiqr dağa müəyyən yerə 
qədər  minəklə  gəlmək  olar.  Sonra  piyada qalxmaq  lazımdır.  Əsas 
ibadət  yerinə  qadınlar  və  qızlar  buraxılmır.  (Son  illərə  qədər 
«Əshabi-Kəhf  >>  dəki  «Cənnət  Bağı»  na  qadınların  və  qızların 
çıxması  müşkül  idi.  Yəni  bir  növ  təbbi  qadağa  qoyulmuşdur). 
İbadətdən  sonra  kəsilmiş  qurban  ətindən  yemək  hazırlayırdılar.67 
Naxçıvanda da bu adət var.
L.V.  Çançibayeva  yazır  ki,  Altaylarda  bir  sıra  müqəddəs 
dağlar  vardır  ki,indi  də  orada  ov  etmək,  heyvan  otarmaq,  ağac 
kəsmək  yasaqdır.  Yaşlıların  dediyinə  görə,  bu  dağlarda  hər  şey 
dağ  ruhuna-«Elzi»  yə  aiddir.  Qadınların  belə  dağlara  getməsi 
məqsədəuyğün deyil.®
Başqırdlar 
bir  sıra 
dağ 
və 
mağaralırı 
müqəddəs 
sayırlar.Dağ  ruhuna  «Tay  eyəhə»  mağara  rühüna  «Taş  kıyış 
eyəhə» 
deyirlər. 
İ.İ.Lepexnin 
məlumatına 
əsaslanaraq 
S.J.Rudenko  yazır  ki,  başqırdlar  dağ  ruhunu  razı  salmadan,  yəni 
ona dediyi qurbanı, nəziri vermədən dağa çıxa bilməzlər.09
Məlum  olduğu  kimi,  Naxçıvanda  müqəddəs  sayılan 
Gəmiqayda  bir  sıra  heyvan  təsvirləri  mövcüdur.  Eyni  zamanda 
öküz  təsvirlərinə  rast  gəlinir.  Dağlarda,  xüsusən  dağ  zirvələrində, 
aşırımlarda  daş  qalaqlanması,  heyvan  təsviri  və  ya  heyvan 
fiquruna  Mərkəzi  Asiyanın  bir  sıra  bölgələrində  də  rast  gəlinir.
47


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə