Hakimiyyət anlayışı, məzmunu və növləri Siyasi hakimiyyətin funksiyaları və resursları Dövlət hakimiyyəti


Dövlət hakmiyyətinin müasir şərhi kontekstində aşağıdakıları qeyd etmək olar



Yüklə 70,99 Kb.
səhifə6/9
tarix22.12.2023
ölçüsü70,99 Kb.
#154229
1   2   3   4   5   6   7   8   9
Mövzu 9

Dövlət hakmiyyətinin müasir şərhi kontekstində aşağıdakıları qeyd etmək olar.

  1. Dövlət hakimiyyətinin ilkin subyektləri: xalq, onun tərkib hissələri və təbii, ümumi hüquqlara malik olan vətəndaşlar

  2. Dövlət hakimiyyətinin ikinci dərəcəli subyektləri: dövlət hakimiyyət orqanları

Dövlət hakimiyyətinin ilkin subyektləri təsisedici dövlət hakimiyyətini, ikinci dərəcəli subyektlər isə dövlətin qanunvericilik, icra, məhkəmə hakimiyyətini həyata keçirirlər.

4.Dövlət hakimiyyəti və dövlət idarəçiliyi arasında qarşılıqlı əlaqə
Hüquqi ədəbiyyatda dövlət idarəçiliyinin müxtəlif hüquqi şərh və tərifəri mövcuddur.
Şərhlər

  • Dövlət idarəçiliyi hakimiyyətin həyata keçirilməsi formalarından biridir (Lunev).

  • Dövlətin insanların ictimai həyat faəliyyətinə praktiki, təşkiledici və tənzimləyici təsiridir (Atamançuk).

  • Ictimai münasibətlərin tənzimlənməsi, həm ictimai, həm də şəxsi işlərin idarə olunması istiqamətində bütün dövlət aparatının fəaliyyətidir (Kuraşvili).

Təriflər

  • Daimi fəaliyyət göstərən dövlət idarəçilik aparatı tərəfindən icra-sərəncamverici funksiyaların həyata keçirilməsindən ibarət olan dövlət fəaliyyətinin praktiki və təşkilatı elementi kimi

  • Qanunlar əsasında və onların icrası məqsədi ilə həyata keçirilən, dövlət funksiyalarının gündəlik praktiki yerinə yetirilməsindən ibarət olan dövlətin icra-sərəncamverici faəliyyətin təşkiledici elementi kimi

  • Dövlətin icra-sərəncamverici orqanlarının qanunları əsasında və icrası məqsədi ilə həyata keçirilən, xalq təsərüffatının,büdcənin inkişaf planlarının yerinə yetirilməsinə, hüquq qaydasının və xarici təhlükəsizliyin təmin edilməsinə, maarifçiliyin, elmin, mədəniyyət və səhiyyənin inkişafına yönəldilmiş fəaliyyət kimi

  • Dövlət və ya bələdiyyənin icra-sərəncamverici orqanlarının hüquqi aktları qəbul etməsi, bu akltarın və qanunvericilik orqanlarının aktlarının icrasının təşkili və nəzarəti vasitəsi ilə idarəetmə obyektinə təsirin göstərilməsi üzrə fəaliyyəti kimi


Yüklə 70,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə