Hakimiyyət anlayışı, məzmunu və növləri Siyasi hakimiyyətin funksiyaları və resursları Dövlət hakimiyyəti


Azərbaycan Respublikasının dövlət hakimiyyət sisteminin vəhdəti



Yüklə 70,99 Kb.
səhifə8/9
tarix22.12.2023
ölçüsü70,99 Kb.
#154229
1   2   3   4   5   6   7   8   9
Mövzu 9

5.Azərbaycan Respublikasının dövlət hakimiyyət sisteminin vəhdəti
Dövlət hakimiyyətinin vahidliyi-onun sistem xarakterinin ən zəruri təzahürlərindən biridir. Hakimiyyətin vahidliyi, birincisi, dövlət hakimiyyəti komponentlərinin uyğunlaşması, ikincisi, onlar arasında mövcud olan münasibətlərin xüsusi xarakterini ifadə edir.
Dövlət hakimiyyətinin vahidliyinin 2 müxtəlif şərhini göstərmək olar.

  1. Totalitar dərki

  2. Hakimiyyət subyektlərinin rasional cəhətdən təşkil olunmuş azadlığının, dövlət hakimiyyətinin qeyri-təmərküzləşməsi və qeyri mərkəzləşdirilməsinə dair obyekiv zərurətin etiraf olunması

Tarixən dövlət hakimiyyətinin vahidliyi müxtəlif üsullarla formalaşmış və təmin olunmuşdur. Formalaşmanın 3 üsulunu qyed etmək olar.

  1. Dövlət hakimiyyətinin vahidliyinin təmin olunmasının ierarxiya üsulu (dövlət orqanlarının dəqiq və şərtsiz tabeçilik sistemini kəsb edir)

  2. Dövlət hakimiyyəti sistemində C. Lokk qanunvericilik, icra və federal hakimiyyətləri fərqləndirir və bütün sistemin vəhdətinitəmin etmək üçün icra və federal hakimiyyətlərin yalnız qanunvericilik hakimiyyətinə tabe edilməsi fikrinə üstünlük verirdi

  3. Dövlət hakimiyyətinin ayrılmış qolları arasında ziddiyyətlər sisteminin yaradılmasıdır. Bu sistem çərçivəsində hər bir hakimiyyət digər hakimiyyətlə elə bağlıdır ki, onlardan heç biri digərinə üstün gələ bilməz, digərləri ilə qarşılıqlı əlaqəyə girmədən öz səlahiyyətlərini həyata keçirə bilməz

Dövlət hakimiyyətinin vəhdəti bütün hakimiyyət qollarının qanuna tabe etdirilməsi və onun demokratik mahiyyətinin saxlanılması yolu ilə təmin edilir.
Dövlət hakimiyyətinin vahidlik xarakterinə dövlət hakimiyyəti ilə yerli özünüidarəetmə arasında mövcu olan qarşılıqlı münasibətlər əhəmiyyətli dərəcədə təsir göstərirlər.
Xalq dövlət hakimiyyətinin mənbəyi və daşıyıcısı kimi bilavasitə olaraq onu təsis edir və cəmiyyət həyatının əsas sahələrində həyata keçirir.

Yüklə 70,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə