Hakimiyyət anlayışı, məzmunu və növləri Siyasi hakimiyyətin funksiyaları və resursları Dövlət hakimiyyəti



Yüklə 70,99 Kb.
səhifə7/9
tarix22.12.2023
ölçüsü70,99 Kb.
#154229
1   2   3   4   5   6   7   8   9
Mövzu 9

Dövlət idarəçiliyi məhz dövlət hakimiyyəti orqanları və onları təmsil edən vəzifəli şəxslə tərəfindən həyata keçirilir.
Dövlət idarəçiliyi – dövlət hakimiyyətinin bütün qolları arasında konkret, sistemli qarşılıqlı əlaqənin təşkili üzrə hüquqi cəhətdən rəsmiləşdirilmiş fəaliyyətdir ki, bu da dövlət hakimiyyətinin idarəetmə obyektlərinə konkret praktiki təsirlərinin həyata keçirilməsinin həyata keçirilməsinə yönəldilmişdir.
Dövlət hakimiyyəti ilə dövlət idarəçiliyi arasında qarşılıqlı əlaqə dövlət hakimiyyətinin müxtəlif qolları arasında hüquqi münasibətlər sistemi kimi müəyyən edilə bilər.
Dövlət hakimiyyəti ilə dövlət idarəçiliyinin qarşılıqlı fəaliyyəti hüquq, qanun, normativ hüquqi sistemin vasitəsi ilə hayata keçirilir.
Dövlət hakimiyyəti və dövlət idarəçiliyinin inkişaf etmiş sistemində insan hüquq və azadlıqları dövlət hakimiyyəti, dövlət idarəçilik və yerli idarəetmə orqanlarının fəaliyyətinin məna və məzmununu müəyyən edirlər.
Dövlət hakimiyyəti ilə dövlət idarəçiliyinin fəaliyyət əsasını təşkil edən qanunun özü onun hüquqa uyğunluğu nöqteyi nəzərdən qiymət­ləndirilməlidir.
Xalq dövlət hakimiyyətinin mənbəyi, daşıyıcısı və subyektidir, lakin dövlət idarəçiliyini bilavasitə həyata keçirmir.
Dövlət idarəçiliyi yalnız dövlət hakimiyyətinin cəmiyyət və fərdlə əlaqəsini təmin etmir, həm də cəmiyyət və fərdlərin dövlət hakimiyyəti orqanları ilə əks əlaqəsininin zəruri kanalı qismində çıxış edir.
Qanun hüququn normativ baxımından təsbit edilməsinin əsas üsullarından biridir. Eyni zamanda qanun norma yaradıcılıq fəaliyyətinin nəticəsi və dövlət idarəçiliyinin normativ əsası qismində çıxış edir.
Normativ hüquqi sistemin mahiyyəti sosial subyektlərin hüquq və vəzifələrinin, onların həyata keçirilmə və icrası proseslərinin təsbit olunmasından ibarətdir.
Normativ hüquqi sistem –hüquqi qanun və normaların, onların rəngarəng və müxtəlif kompleks və isntitutlarının sistemidir.
Dövlət hakimiyyəti ilə dövlət idarəçiliyi arasında mövcud olan qarşılıqlı əlaqənin səmərələliyi qanunun hüquqa uyğunluğundan, hüququn bütün normativ hüquqi sistemdə təzahür tapmasından asılıdır.


Yüklə 70,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə