Hakimiyyət anlayışı, məzmunu və növləri Siyasi hakimiyyətin funksiyaları və resursları Dövlət hakimiyyəti



Yüklə 70,99 Kb.
səhifə3/9
tarix22.12.2023
ölçüsü70,99 Kb.
#154229
1   2   3   4   5   6   7   8   9
Mövzu 9

qabiliyyəti nəzərdə tutulur.
2.Siyasi hakimiyyətin funksiyaları və resursları. Hakimiyyət hüquq, nüfuz, inandırma, məcburetmə, zorakılıq, manipulyasiya, ənənələr vasitəsilə həyata keçirilir.
Siyasi hakimiyyət ağalıq, rəhbərlik, idarəetmə, koordinasiya (əlaqələndirmə), təşkiletmə, nəzarət metodları ilə idarə olunur və reallaşdırılır, qanunlar, normalar, qaydalar, qadağalar, iradi və emosional təsirlər vasitəsilə ifadə olunur.
Xüsusiyyətləri: Siyasi hakimiyyət ümumilik (kütləvi), yəni bütün sahələrdə fəaliyyətdədir, İnklüzivlik (bütün fəaliyyət sahələrinə daxilən mudaxilə etmək), inteqrativlik (insanları birləşdirmək), vahid mərkəzlilik, leqal, kütləvi informasiya vasitələrinə təsir kimi xüsusiyyətlərə malikdir.
Siyasi elmdə «hakimiyyətin legitimliyi» anlayışı Maks Veberə məxsusdur. Legitimliyin birtipli proses olmadığını qeyd edərək, onun 3 formasını göstərmişdir: ənənəvi, harizmatik, rasional-leqal.
Ənənəvi hakmiyyət – cəmiyyət ənənələrə və davranış normalarına tabe olur. Bu hakimiyyətin daşıyıcısı tayfa başçısı, monarx (mütləq hakim) olur. Onlar ənənə əsasında öz təbələrinə əmr edə bilərlər.
Harizmalı hakimiyyət – yunanca allah vergisi deməkdir. Hakimiyyətə kor-koranə inam deməkdir. Müdrik bir şəxs, görkəmli natiq, sərkərdə harizmaya malik ola bilər. Harizmatik hakim digər tiplərin bir növ müşayətçisidir və daha nüfuzludur.
Rasional-leqalbu hakimiyyət qanun qüvvəsinə, konstitusiyaya arxalanır. Lider qanun çərçivəsində və əsasında hərəkət edir.
Rasional-leqal hakimiyyətin mahiyyəti aşağıdakılarda oz
ifadəsini tapır:
1.Hakimiyyətin bu tipində istənilən norma huquq kimi qəbul
etdirilə bilər və butun vətəndaşların həm normalara tabe olacağı
ehtimal oluna bilər;
2.Huquq mucərrəd qanunlar kompleksi olub, konkret şəraitdə
həyata kecirildikdə real quvvəyə minir;
3.Hakimiyyətdə olan adamlar mustəqil hakimlər deyil,
muəyyən edilmiş dovrdə huquqla təyin edilmiş vəzifələri yerinə
yetirən yuksək səviyyə icracılardır;
4.Idarə olunanlar hokmdara tabe olan təbəələr deyil: huquqa
tabe olan azad vətəndaşlardır.
Siyasi hakimiyyət münasibətlər sistemi olmaq etibarilə bir sıra funksiyalar yerinə yetirir: idarəetmə, təşkilati, tənzimləmə-nizamlama, nəzarət.

Yüklə 70,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə