33
Haqq-nahaqq seçilər Haqq divanında
Puç eylədi İsgəndər tək xaqanı,
Bizə də əsəcək bad elə, insan.
Alməmməd dünyada hələ bihuşdu,
Bənadəm dediyin vətənsiz quşdu.
Səxasız dövlətin axırı puçdu,
Ye malın, dəhanda dad elə, insan”( səh.22).
(Amma orasını da qeyd etməliyik ki, professorlar
P.Əfəndiyev, M.Həkimov, S.Paşayev bu şeiri Xəstə Qası-
ma aid hesab ediblər və İ.Ələsgər onlara etirazını bildirib
(“Haqq aşığı Ələsgər”. Bakı, 1999, səh. 11).
İ.Ələsgər müəllifl iyini Alməmməd kişiyə aid etdiyi
başqa bir şeir də təqdim edir:
“Bir elə kişinin tut ətəyindən,
Aləmə imdadı ol eylər,eylər.
Zərrəcə üstündə olsa nəzəri,
Yerdən daş götürsən, ləl eylər,eylər.
Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı.
Qiyamət odundan betər adamı
Yandırar kasıblıq, kül eylər, eylər.
Düz yoldan azanı tez tapar qada,
Doğruluq-nemətdi, həddən ziyada.
Məhəmməd də bir at minər üqbada,
Sualsız cənnətə yol eylər, eylər”
(Yenə orada, səh21).
34
Nazir Əhmədli
Sonra yazır ki, Alməmməd şeirlərində özünü “Əlimə-
həmməd”, “Alməmməd” yox, “Məhəmməd” kimi təqdim
etmişdir.
Bu şeirin də Alməmmədə aid olduğuna şübhə edən
tərtibçilər “Aşıqlar” (Bakı,2004, I cild) kitabında onu da
Xəstə Qasımın şeiri kimi veriblər.
Alməmmədin “Məhəmməd” imzası ilə şeirlər qoşması
haqqındakı İ.Ələsgərin mülahizələri özünü döğrultmur. Əv-
vəla, şair niyə öz adını başqa cür deməlidir ki? Əgər təxəl-
lüs götürsə, bu başqa məsələdir. İkincisi isə, “Məhəmməd
də bir at minər üqbada” misrasında “də” ədatının həmin
misranı 11 hecalı etmək üçün artırıldığı açıq-aydın görünür
və bu gözəl şeirə xələl gətirir. Amma onu “Xəstə Qasım bir
at minər üqbada” şəklində verdikdə hər şey yerinə oturur.
Bu şeirin müəllifi Xəstə Qasım da olmaya bilər, amma deyə
bilərik ki, Məhəmməd və ya Alməmməd onun müəllifi deyil.
İ.Ələsgər Alməmmədin 1800-cü ildə doğulduğunu və
1868-ci ildə öldüyünü yazır. Yuxarıdakı siyahıdan çıxara-
cağımız ikinci nəticə odur ki, o 1868-ci ildə ölməyib, çünki
1873-cü ildə hələ yaşayırdı və 49 yaşında idi. Göründü-
yü kimi, Alməmmədin doğum tarixi kimi, vəfat tarixi də
səhvdir və nə vaxt öldüyünü mən də bilmirəm. Əgər bunu
onun nəvəsi, İslam müəllimin atası Aşıq Talıb bilməyibsə,
başqaları çətin ki, bilmiş olar. Alməmmədin 68 il yaşaması
haqqındakı ailə versiyasına inansaq, qəbul edə bilərik ki,
1892-ci ildə ölüb.
Üçüncü məsələ doğum tarixlərindən daha ciddidir -mə-
lum olur ki, Alməmmədin atasının adı da indiyə qədər səhv
təqdim olunub. İndiyə qədər yazıldığı kimi Allahverdi
onun atası yox, ondan 10 yaş böyük qardaşıdır, hər iki-
sinin atası isə 1873-cü ildə həyatda olmayan Haxverdi-
dir. Yeri gəlmişkən, bu ad Aşıq Talıbın kiçik oğlu, 1930-cu
ildə anadan olmuş və hazırda Daşkəsən rayonunun Bayan
35
Haqq-nahaqq seçilər Haqq divanında
kəndində yaşayan Haxverdi müəllimin üstündə yaşayır. Al-
məmmədin böyük qardaşı Allahverdi də atasının adını bö-
yük oğluna qoyub və 1873-cü ildə onun 38 yaşı vardı, yəni
Allahverdinin oğlu Haxverdi 1835-ci ildə doğulub. Adətən,
yeni doğulan uşağa ölmüş babasının, əmisinin və ya başqa
qohumunun adını qoyduqlarına görə, düşünə bilərik ki, Al-
lahverdi ilə Alməmmədin atası Haxverdi 1835-ci ildən qa-
baq ölüb və bu zaman onun böyük oğlu Allahverdinin 21
yaşı vardı. Allahverdinin 21 yaşını nəzərə alsaq, Haxverdi-
nin 45-50 yaşlarında, cavan rəhmətə getdiyi aydınlaşır.
Alməmmədin qardaşı Allahverdi bu siyahıda 7-ci ailə
kimi qeyd edilib:
7.6. Allahverdi Haxverdi oğlu 59 y; üç oğlu var:
Haxverdi 38 y(onun oğlu Mehdi 7 y); Kərim 34 y; Hü-
seyn 26 y(onun iki oğlu: Yolçu 6 y; Qərib 3 y). (Ailədə 2
qadın var).
Buradan göründüyü kimi, 1814-cü ildə anadan olan Al-
lahverdinin Haxverdi, Kərim və Hüseyn adlı üç oğlu və üç
nəvəsi var.
İ.Ələsgərin yazdığına görə, Allahverdinin də şairlik təbi
varmış və aşağıdakı şeirin müəllifl iyini ona aid etmişdir:
“Bu gün seyraqubdan bir söz eşitdim,
Bu söz səndən deyil, ayə məndəndi.
Dedim: nədir, sədrin üstə bəslərsən?
Dedi ki, tifi llər ay əməndəndi.
Sevdiciyim geyinibdir bu xara?!
Qönçə güllər layiqdirmi bu xara?!
Gəşt eylədim Bəsrə, Bağdad, Buxara,
İndi də gəlişim a Yəməndəndi.
36
Nazir Əhmədli
Allahverdi qırxdan içdi nə camı?
Nə axunddu, nə molladı, nə cami.
Nə Firdovsi, nə Füzuli, nə Cami!
Təcnis sinədəftər, ayə məndəndi”.
İ.Ələsgərin etirazına səbəb olacaq bir şəkildə bəzi tə-
dqiqatçılar bu şeirin müəllifl iyini də gah Aşıq Alıya, gah da
Aşıq Allahverdiyə-Ağ Aşığa aid edirlər.
Alməmmədin qardaşı Allahverdi Haxverdi oğlunun ya-
zılı ədəbiyyatın nümayəndələri olan Firdovsi və Füzulini
tanıdığına ciddi şəkildə şübhə edirəm, indinin özündə də
çox adamın tanımadığı Əbdürrəhman Camini tanımasına
isə inanmıram. Adı çəkilən iki məşhur aşıq arasında seçim
etməkdən başqa çarəmiz qalmır. Təcnis janrı Aşıq Alının
da, Aşıq Allahverdinin də yaradıcılığında ciddi yer tutur.
Amma Aşıq Allahverdinin daha dərin təhsil aldığını və bir
çox Şərq ölkələrinə səfər etdiyini nəzərə alsaq, Aşıq Allah-
verdini-Ağ Aşığı onun müəllifi saymalıyıq.
Beləliklə, şübhə yaranır ki, Allahverdi Haxverdi oğlu-
nu da, Alməmmədi də “şair” etmiş, sonra isə, Ələsgərin
atasının da, babasının da şair olduğu, “ot kökü üstə bitər”
atalar sözünə uyğun olaraq Ələsgərin böyük şair olması-
nın nəsildən, kökdən gəlməsini əsaslandırmağa çalışmışlar.
Ataları Haxverdi öləndə Allahverdinin maksimum 21 ya-
şında olduğunu dedik, ondan 10 yaş kiçik qardaşı Alməm-
mədin də 11 yaşında uşaq olduğunu, ailənin bütün yükünün
Allahverdinin üzərinə düşdüyünü, Alməmmədi böyüdüb
boya-başa çatdırdığını və evləndirdiyini nəzərə alsaq, Al-
lahverdi doğrudan da qardaşı Alməmmədə atalıq etmişdir,
amma Alməmmədin genetik atası Haxverdidir.
Dostları ilə paylaş: |