Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə10/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   6   7   8   9   10   11   12   13   ...   72

33
Haqq-nahaqq seçilər Haqq divanında
Puç eylədi İsgəndər tək xaqanı,
Bizə də əsəcək bad elə, insan.
Alməmməd dünyada hələ bihuşdu,
Bənadəm dediyin vətənsiz quşdu.
Səxasız dövlətin axırı puçdu,
Ye malın, dəhanda dad elə, insan”(səh.22).
(Amma orasını da qeyd etməliyik ki, professorlar 
P.Əfəndiyev, M.Həkimov, S.Paşayev bu şeiri Xəstə Qası-
ma aid hesab ediblər və İ.Ələsgər onlara etirazını bildirib 
(“Haqq  aşığı Ələsgər”. Bakı, 1999, səh.11).
İ.Ələsgər müəllifl iyini    Alməmməd kişiyə aid etdiyi 
başqa bir şeir də təqdim edir:
“Bir elə kişinin tut ətəyindən, 
Aləmə imdadı ol eylər,eylər.
Zərrəcə üstündə olsa nəzəri,
Yerdən daş götürsən, ləl eylər,eylər. 
Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı.
Qiyamət odundan betər adamı
Yandırar kasıblıq, kül eylər, eylər.
Düz yoldan azanı tez tapar qada,
Doğruluq-nemətdi, həddən ziyada.
Məhəmməd də bir at minər üqbada,
Sualsız cənnətə yol eylər, eylər” 
(Yenə orada, səh21).


34
Nazir Əhmədli
Sonra yazır ki, Alməmməd şeirlərində özünü “Əlimə-
həmməd”, “Alməmməd” yox, “Məhəmməd” kimi təqdim 
etmişdir.
Bu  şeirin də Alməmmədə aid olduğuna  şübhə edən 
tərtibçilər “Aşıqlar” (Bakı,2004, I cild) kitabında onu da 
Xəstə Qasımın şeiri kimi veriblər. 
Alməmmədin “Məhəmməd” imzası ilə şeirlər qoşması 
haqqındakı İ.Ələsgərin mülahizələri özünü döğrultmur. Əv-
vəla, şair niyə öz adını başqa cür deməlidir ki? Əgər təxəl-
lüs götürsə, bu başqa məsələdir. İkincisi isə, “Məhəmməd 
də bir at minər üqbada” misrasında “də” ədatının həmin 
misranı 11 hecalı etmək üçün artırıldığı açıq-aydın görünür  
və bu gözəl şeirə xələl gətirir. Amma onu “Xəstə Qasım bir 
at minər üqbada” şəklində verdikdə hər şey yerinə oturur.
Bu şeirin müəllifi  Xəstə Qasım da olmaya bilər, amma deyə 
bilərik ki, Məhəmməd və ya Alməmməd onun müəllifi  deyil.
İ.Ələsgər Alməmmədin 1800-cü ildə doğulduğunu və 
1868-ci ildə öldüyünü yazır. Yuxarıdakı siyahıdan çıxara-
cağımız ikinci nəticə odur ki, o 1868-ci ildə ölməyib, çünki 
1873-cü ildə  hələ yaşayırdı  və 49 yaşında idi. Göründü-
yü kimi, Alməmmədin doğum tarixi kimi, vəfat tarixi də 
səhvdir və nə vaxt öldüyünü mən də bilmirəm. Əgər bunu 
onun nəvəsi, İslam müəllimin atası Aşıq Talıb bilməyibsə, 
başqaları çətin ki, bilmiş olar. Alməmmədin 68 il yaşaması 
haqqındakı ailə versiyasına inansaq, qəbul edə bilərik ki, 
1892-ci ildə ölüb.
Üçüncü məsələ doğum tarixlərindən daha ciddidir -mə-
lum olur ki, Alməmmədin atasının adı da indiyə qədər səhv 
təqdim olunub. İndiyə  qədər yazıldığı kimi Allahverdi 
onun atası yox, ondan 10 yaş böyük qardaşıdır, hər iki-
sinin atası isə 1873-cü ildə həyatda olmayan Haxverdi-
dir. Yeri gəlmişkən, bu ad Aşıq Talıbın kiçik oğlu, 1930-cu 
ildə anadan olmuş və hazırda Daşkəsən rayonunun Bayan 


35
Haqq-nahaqq seçilər Haqq divanında
kəndində yaşayan Haxverdi müəllimin üstündə yaşayır. Al-
məmmədin böyük qardaşı Allahverdi də atasının adını bö-
yük oğluna qoyub və 1873-cü ildə onun 38 yaşı vardı, yəni 
Allahverdinin oğlu Haxverdi 1835-ci ildə doğulub.  Adətən, 
yeni doğulan uşağa ölmüş babasının, əmisinin və ya başqa 
qohumunun adını qoyduqlarına görə, düşünə bilərik ki, Al-
lahverdi ilə Alməmmədin atası Haxverdi 1835-ci ildən qa-
baq ölüb və bu zaman onun böyük oğlu Allahverdinin 21 
yaşı vardı. Allahverdinin 21 yaşını nəzərə alsaq, Haxverdi-
nin 45-50 yaşlarında, cavan rəhmətə getdiyi aydınlaşır. 
Alməmmədin qardaşı Allahverdi bu siyahıda 7-ci ailə 
kimi qeyd edilib:
7.6. Allahverdi Haxverdi oğlu 59 y; üç oğlu var: 
Haxverdi 38 y(onun oğlu Mehdi 7 y); Kərim 34 y; Hü-
seyn 26 y(onun iki oğlu: Yolçu 6 y; Qərib 3 y). (Ailədə 2 
qadın var).
Buradan göründüyü kimi, 1814-cü ildə anadan olan Al-
lahverdinin Haxverdi, Kərim və Hüseyn adlı üç oğlu və üç 
nəvəsi var. 
İ.Ələsgərin yazdığına görə, Allahverdinin də şairlik təbi 
varmış və aşağıdakı şeirin müəllifl iyini ona aid etmişdir:
“Bu gün seyraqubdan bir söz eşitdim,
Bu söz səndən deyil, ayə məndəndi.
Dedim: nədir, sədrin üstə bəslərsən?
Dedi ki, tifi llər ay əməndəndi.
Sevdiciyim geyinibdir bu xara?!
Qönçə güllər layiqdirmi bu xara?!
Gəşt eylədim Bəsrə, Bağdad, Buxara,
İndi də gəlişim a Yəməndəndi.


36
Nazir Əhmədli
Allahverdi qırxdan içdi nə camı?
Nə axunddu, nə molladı, nə cami.
Nə Firdovsi, nə Füzuli, nə Cami!
Təcnis sinədəftər, ayə məndəndi”.
İ.Ələsgərin etirazına səbəb olacaq bir şəkildə bəzi tə-
dqiqatçılar bu şeirin müəllifl iyini də gah Aşıq Alıya, gah da 
Aşıq Allahverdiyə-Ağ Aşığa aid edirlər.
Alməmmədin qardaşı Allahverdi Haxverdi oğlunun ya-
zılı  ədəbiyyatın nümayəndələri olan Firdovsi və Füzulini 
tanıdığına ciddi şəkildə  şübhə edirəm, indinin özündə  də 
çox adamın tanımadığı  Əbdürrəhman Camini tanımasına 
isə inanmıram. Adı çəkilən iki məşhur aşıq arasında seçim 
etməkdən başqa çarəmiz qalmır. Təcnis janrı Aşıq Alının 
da, Aşıq Allahverdinin də  yaradıcılığında ciddi yer tutur. 
Amma Aşıq Allahverdinin daha dərin təhsil aldığını və bir 
çox Şərq ölkələrinə səfər etdiyini nəzərə alsaq, Aşıq Allah-
verdini-Ağ Aşığı onun müəllifi  saymalıyıq.
Beləliklə, şübhə yaranır ki, Allahverdi Haxverdi oğlu-
nu da, Alməmmədi də    “şair” etmiş, sonra isə,  Ələsgərin 
atasının da, babasının da şair olduğu, “ot kökü üstə bitər” 
atalar sözünə uyğun olaraq Ələsgərin böyük şair olması-
nın nəsildən, kökdən gəlməsini əsaslandırmağa çalışmışlar. 
Ataları Haxverdi öləndə Allahverdinin maksimum 21 ya-
şında olduğunu dedik, ondan 10 yaş kiçik qardaşı Alməm-
mədin də 11 yaşında uşaq olduğunu, ailənin bütün yükünün 
Allahverdinin üzərinə düşdüyünü, Alməmmədi böyüdüb 
boya-başa çatdırdığını  və evləndirdiyini nəzərə alsaq, Al-
lahverdi doğrudan da qardaşı Alməmmədə atalıq etmişdir, 
amma Alməmmədin genetik atası Haxverdidir.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə