Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə12/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

40
Nazir Əhmədli
Əlbəttə, dastan yaradıcılığı  şifahi xalq ədəbiyyatına 
mənsub olduğuna və dastanı söyləyən hər bir aşıq onu öz 
variantında danışdığına görə, ona ciddi tələblər qoymaq 
olmaz, amma rəsmi bioqrafi ya başqa məsələdir və aşı-
ğın həyat və yaradıcılığının araşdırıcılarının  məsələyə 
bu cür yanaşması təəssüf doğurmaya bilməz. 
Burada Səhnəbanı ilə bağlı bir məsələni də qeyd etmə-
dən keçmək olmaz. Məlum olduğu kimi, bir sıra sözlərin 
tələffüzündə “k” səsi başqa bir samitin qarşısında yumşalır 
və başqa cür təlffüz edilir. Məsələn, “təklə” sözü şəklini də-
yişərək “təhlə”, “təknə” sözü isə “təhnə” kimi tələffüz edil-
diyi kimi, Səkinə adı da həm “i” səsi atılaraq, həm də “k” 
səsi bəzən “y”, bəzən də “h” kimi tələffüz edilir: “Səynə” 
və “Səhnə”. Dilçilikdə bu hadisəyə “assimilyasiya” deyir-
lər.  Ona görə də Səhnəbanı adındakı “Səhnə”-nin Səkinə 
olduğunu görmək çətin bir məsələ deyil. “Banı” isə “banu” 
sözünün təhrif edlmiş formasıdır. Beləliklə, Səhnəbanının 
əsil adının Səkinəbanu olduğu aydınlaşır, həm də adındakı 
“banu” sözü  bu ailənin yüksək mənsəbindən xəbər verir.
“Ələsgərlə  Səhnəbanı” dastanını diqqətlə  tədqiq 
edərkən, orada Ələsgərin öz sevgilisinə qoşduğu gözəl şeir-
lərdə bu sevginin qarşılıqlı olduğuna aid bir misra da  gör-
mürük. Bu şeirlərin heç birində Ələsgər Səhnəbanının onu 
sevdiyini iddia etmir. Oxucuda aydın təsəvvür yaratmaq və 
dediklərimizi əsaslandırmaq üçün həmin dastandakı şeirlərə 
baxaq(şeirlərin dastan variantındakı üslubu saxlanmışdır):
Köynəyinə
Gülavatın qıyı tər sinən üstə,
Nə gözəl yaraşır, qız, köynəyinə.
Sinən Kəbə, köynək Kəbə örtüyü,
İzin versən, sürtəm üz köynəyinə.


41
Haqq-nahaqq seçilər Haqq divanında
Gözəl yaranıbsan qalu-bəladan,
Yanağın göyçəkdi güldən, laladan.
Zərgər gül doğrasın zərin tiladan,
Əlinnən gəldikcə düz köynəyinə.
Ələsgər də dost yolunda sürünür,
Sinən üstə dərdə dərman görünür.
O köynəyə nar məmələr bürünür,
Onçun qurban olluq biz köynəyinə.
İncimərəm
İstər dara çəkdir, istər qul eylə,
Qoymuşam əmrinə qol, incimərəm.
Həsrətindən Məcnun oldum səhrada,
Alırsan canımı al, incimərəm.
Firqətinnən saralıban solanam,
İzin versən, yar, başına dolanam.
Əlli yol çapılam, yüz yol talanam,
Bir şey deyil dövlət-mal, incimərəm.
Ələsgərəm, yandım eşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstünnən yol, incimərəm.
Öldürür
Dərdim çoxdu, dindirməyin, həzarat!
Məni bir alagöz ceyran öldürür.
Qılıncsız, tüfəngsiz alır canımı,
Kimsə bilmir, pünhan-pünhan öldürür.


42
Nazir Əhmədli
Heç bilmirəm neyləmişəm, neylərəm,
Xəncər alıb, qara bağrım teylərəm.
Bir canım var, yara qurban eylərəm,
El desin: “Aşiq də qurban öldürür”.
Ələsgərəm, bir gözələ mehmanam,
Ölməyincə çətin dönəm, usanam.
Əzrayılı qannı tutmasın anam,
Məni bir kirpiyi peykan öldürür.
Gedibdi
Eşidin, məclisdə arif olannar,
Sərrafam, gövhərim, kanım gedibdi.
Ah çəkibən yar yoluna baxmaqdan,
Yəqin bilin, yarı canım gedibdi.
Nazik barmaqlıdı, şümşad əllidi,
Ayna qabaqlıdı, siyah tellidi,
Şəkər söhbətlidi, şirin dillidi,
Tuti kimi xoş zəbanım gedibdi.
Müddətdi gözümnən olubdu iraq,
Əridib cismimi dərdü-qəm, fəraq.
Büllur buxaq, lala yanaq, ay qabaq,
Ala gözdü Səhnəbanım gedibdi.
İş sana agahdı, qadir ilahı,
Eşq əlindən itirmişəm irahı.
Ələsgərəm, budu sözün kütahı,
Yar gedəli din-imanım gedibdi.


43
Haqq-nahaqq seçilər Haqq divanında
Nişanəsi
Ay arifl ər, gəlin sizə söyləyim,
Kəsilib üstümdən yar nişanası.
Dost uzaq olmaqnan könül yad olmaz,
Ölüncə qəlbimdə var nişanası.
 
Nütfədən pak olan özü pak olar,
Möminnən törəyən xoş idrak olar.
Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası.
Ələsgərəm, qərq olmuşam bu qəmə,
Hədyan sözlər dağ çəkifdi sinəmə.
Nakəs müxənnətdən mətləb diləmə,
Yoxdu namus, qeyrət, ar nişanası.
Yetmədi
Ömrüm ahı-vaynan keçdi dünyada,
Həsrət qaldım, əlim yara yetmədi.
Neçə namə yazdıım canan elinə,
Heç birisi o diyara yetmədi.
Nə doyunca nazdı yarı görmədim,
Nə dilimnən əhvalını sormadım.
Bağ bəslədim, qönçə gülün dərmədim,
Xəzan oldu, bağçam bara yetmədi.
Dağların köysündə qar nişanası,
Gül üstə görünür xar nişanası.
Ölürəm, qəlbimdə yar nişanası,
Gözü yolda, intizara yetmədi.


44
Nazir Əhmədli
Gözü yaşdı, ey fıqarə Ələsgər,
İşi əysik, baxtı qara Ələsgər,
Olmadı dərdinə çara, Ələsgər,
Həsrət əlin o dildara yetmədi.
Yavaş get
Bəzənib, qurşanıb seyrə çıxan yar,
Alagözlü Səhnəbanım, yavaş get!
Bir qıya baxanda evlər yıxan var,
Cəllad olub tökmə qanım yavaş get!
Mən sana aşiqəm, sən mana xata,
Dəhanın bənzəyir qəndə, nabata,
Ləbin tənə vurur abi-həyata,
Qoynu cənnət irizvanım yavaş get!
Ələsgərəm, oldum dəli-divana 
At müjganın, sinəm durub nişana.
Sallanışın bənzər huri-qılmana,
Kəbəm, qibləm, din-imanım, yavaş get!
Üzün bürümə
Ay bimürvət, həsrətini çəkməkdən 
Yetişmişəm cana, üzün bürümə!
İllər ayrısıyıq, fürsət düşəndə 
Çəkilib pünhana, üzün bürümə!
Yusif kimi məni saldın azara,
Təbibimsən, eylə dərdimə çara.
Ya buyur cəllada, ya çəkdir dara,
Ya yetir dərmana, üzün biirümə!


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə