Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə15/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

54
Nazir Əhmədli
1.Ağababa İbrahim oğlu 50 y; oğlanları: 1) İbrahim 12 
y; 2) Ağaxan 5 y; qardaşları: 1) Abdulla 30 y; 2) Yusif 25 y. 
6,5 xalvar əkin yeri var, 1 xalvar buğda, 1,5 xalvar arpa 
əkini, 1 atı, 4 iribuynuzlu, 25 xırdabuynuzlu mal-qarası var.
2. Aşır Yusif oğlu 45 y; oğlanları: 1) İsmayıl 10 y; 2) 
Həsən 6 y; 3)Namaz 4 y; 4)Mahmud 3 y; 
5 xalvar əkin yeri, 1 xalvar buğda, 1 xalvar arpa əkini
1 atı, 8 iribuynuzlu, 10 baş xırdabuynuzlu mal-qarası var.
3. Həsən Vəli oğlu 50 y; oğlanları: 1)Xəlil 25 y; 2)Cəlil 
16 y; 
3 xalvar əkin yeri, 1,25 xalvar arpa əkini, 4 baş iribuy-
nuzlu mal-qarası var.
4.Məmmədalı Novruz oğlu 50 y; oğlanları: 1)Məhər-
rəm 30 y; 2)Novruz 25 y; 3)İbrahim 12 y; 4)İmirza 10 y; 
5)Qurban 9 y; 6)Qasım 5 y; 7)Kərim 3 y; 
10 xalvar əkin yeri, 2 xalvar buğda, 2 xalvar arpa əkini, 
2 atı, 15 baş iribuynuzlu, 40 baş kiçikbuynuzlu mal-qarası 
var.
5. Qəmbər Mustafa oğlu 60 y; oğlanları: 1)Hüseyn 30 
y; onun oğlu Qasım 3 y; 2)Həsən 28 y; qardaşı Abdulla 40 
y; onun oğlanları: 1)Qulu 6 y; 2)Sadıq 4 y; 3)Mustafa 2 y; 
20 xalvar əkin yeri, 3 xalvar buğda, 5 xalvar arpa əkini, 
3 atı, 35 iribuynuzlu, 150 xırdabuynuzlu heyvanı var.
6. Səfər Alı oğlu 25 y.
7. Xəbər Həsən oğlu 50 y; oğlanları: 1)Həsən 20 y; 2)
Məhəmməd 10 y; 3)Hümbət 6 y; 
10 xalvar əkin yeri, 1 xalvar buğda, 3 xalvar arpa əkini, 
1 atı, 15 baş iribuynuzlu, 25 baş xırdabuynuzlu heyvanı var.
8. Əhməd Alı oğlu 20 y; qardaşları: 1)Məhəmməd 15 y; 
2)Nəbi 12 y; 3)Vəli 11 y; 4)Hümbət 8 y. 
6,5 xalvar əkin yeri, 1 xalvar buğda, 1,75 xalvar arpa 
əkini, 2 atı, 8 baş iribuynuzlu, 50 baş xırdabuynuzlu mal-qa-
rası var. 


55
Haqq-nahaqq seçilər Haqq divanında
9. Vəli Bədəl oğlu 80 y; 
5 xalvar əkin yeri, 1 xalvar buğda, 1 xalvar arpa əkini, 
1 atı, 8 baş iribuynuzlu mal-qarası var.
10. Ramazan İsmayıl oğlu 18 y; qardaşı Ocaqverdi 5 y. 
5,5 xalvar əkin yeri, 1 xalvar buğda, 0,07 xalvar arpa əkini, 
1 atı, 16 baş iribuynuzlu, 60 baş xırdabuynuzlu mal-qarası 
var.
11.Məhəmməd Allahverdi oğlu 35 y; qardaşı Mirzalı 
15 y; 
5 xalvar əkin yeri, 1 xalvar buğda, 1 xalvar arpa əkini, 
1 atı, 4 baş iribuynuzlu mal-qarası var.
12. Elləz Məhəmməd oğlu 25 y; 
5 xalvar əkin yeri, 1 xalvar buğda, 1 xalvar arpa əkini, 
1 atı və 4 baş iribuynuzlu mal-qarası var.
13. Rüstəm Molla Məhəmməd oğlu 17 y; qardaşları: 1)
Alı 8 y; İrza 6 y; 
5 xalvar əkin yeri, 2 xalvar arpa əkini, 2 atı, 25 baş iri-
buynuzlu, 50 baş xırdabuynuzlu mal-qarası var.
14.Allahverdi Haxverdi oğlu 30 y; oğlanları: 1)Hax-
verdi 6 y; 2)Vəli 3 y;
5 xalvar əkin yeri, 2 xalvar arpa əkini, 6 baş iribuynuzlu 
mal-qarası var.
15. Namazəli Saraməli oğlu 60 y. 
8 baş iribuynuzlu mal-qarası var.
16. Baba Gəncəli oğlu 50 y; oğlanları: 1)Dumo 10 y; 
Məsim 5 y; 
5 xalvar əkin yeri, 1 xalvar buğda, 1 xalvar arpa əkini, 1 
atı, 18 baş iribuynuzlu, 40 baş xırdabuynuzlu mal-qarası var.
17. Yusif Vəli oğlu 12 y; qardaşları: 1)Abbas 8 y; 2)
Alı 6 y. 
10 baş iribuynuzlu mal-qarası var.
18.Alı Kürd oğlu 40 y; oğlanları: 1)Polad 25 y; 2)Nov-
ruz 6 y; 


56
Nazir Əhmədli
6 xalvar əkin yeri, 1 xalvar buğda, 1,5  xalvar arpa əki-
ni, 6 baş iribuynuzlu mal-qarası var.
19. Polad Alı oğlu 30 y; oğlu Alı 6 y; qardaşı Abbas 15 y; 
5 xalvar əkin yeri, 1 xalvar buğda, 1 xalvar arpa əkini, 
5 baş iribuynuzlu mal-qarası var.
Kənddə kişi cinsindən cəmi 64 adam yaşayır.
Cəmi 107.5 xalvar əkin yeri, 16 xalvar buğda, 27,5 xal-
var arpa əkini, 17 at, 189 baş iribuynuzlu, 450 baş xırda-
buynuzlu mal-qara var.
Qeyd:  Kənd  əhalisini yoxlamağımızın nəticəsində 
burada 19 ailənin yaşadığı  aşkar edildi, biz onlardan 
bir nəfər də olsa, gizlətmədik, əgər bu şəxslərdən başqa 
bir nəfər belə aşkar edilsə, bilmədiyimizi bəhanə gətir-
məyərək, Rusiya dövlətinin qanunlarının bütün ciddili-
yi qarşısında məsuliyyət daşıyırıq.
İmzalar: Ağababa  İbrahim oğlu, Aşır Yusif oğlu, 
Həsən Vəli oğlu, Məmmədalı Novruz oğlu, Qəmbər 
Mustafa oğlu, Səfər Əli oğlu və başqaları (ərəb əlifbası 
ilə imza ediblər).
Kollejski reqistrator: Aleksandr Korallov”.   
(Erm, Milli Arxivi, F.93, siy.1, sax.vah.79).
Bu sənədin əvvəlkilərdən bir üstün cəhəti var: burada hər 
bir ailənin maddi vəziyyəti də öz əksini tapıb-onun nə qədər 
əkin yeri olduğu, hansı taxıldan nə  qədər  əkdiyi, nə  qədər 
mal-qarası olduğu da göstərilir və biz həmin ailənin hansı im-
kanlara malik olduğunu görürük. 3 nömrəli ailənin başçısı 50 
yaşlı Məmmədalı Novruz oğludur, o Səhnəbanının babasıdır 
və 7 oğul atasıdır, sakinlərlə müqayisə etdikdə ən varlı ailələr-
dən biridir. Bu ailənin Ağkilsə kəndindəki ən hörmətli və nü-
fuzlu ailələrdən biri olduğunu görmək çətin deyil.
14 nömrəli ailə Ələsgərin ailəsidir, daha doğrusu, onun 
əmisi Allahverdi Haxverdi oğlunun ailəsidir və Alməmməd 
siyahıda yoxdur. Amma 18 yaşında olan Alməmmədi başqa 


57
Haqq-nahaqq seçilər Haqq divanında
yerdə axtarmağın anlamı yoxdur, aydındır ki, Allahverdinin 
yanında olacaqdı.  Əgər ataları Haxverdinin 1835-ci ildən 
gec olmayaraq öldüyünü nəzərə alsaq, o vaxt Alməmməd 
11 yaşında idi və ailənin yükünü daşımalı olan və daşıyan 
Allahverdi ona doğrudan da atalıq etmişdir. Buğda  əkini-
nin, atının və  xırdabuynuzlu heyvanlarının olmaması Al-
lahverdinin ailəsinin kasıb olduğunu  göstərir. Göründüyü 
kimi, atası Haxverdinin də sağ olmaması səbəbindən siya-
hıda yer almaması bizi çox qiymətli informasiyadan məh-
rum edib-Haxverdinin atasının adını öyrənə bilmirik.
Sənəddəki  ən qiymətli məlumat bu əhalinin milli 
mənsubiyyətinin qarapapaq  olmasıdır, yəni türklüyü-
dür, çünki bəzən milli məsələ müxtəlif şəxslər tərəfi ndən 
ən müxtəlif variantlarda şərh olunur, bu əhalinin milli mən-
subiyyətinin sənədlə təsdiq edilməsi isə sui-istifadə halla-
rına yer qoymur. Axı o vaxt Göyçədə qarapapaq türklərin-
dən başqa ayrı tayfalar da yaşayırdı və sayca ikinci etnik 
qrup milli tayfasına mənsub olan kürdlər idi. Kənd  əha-
lisinin mənsub olduğu qarapapaqların bos/zçalı tayfası 
haqqında deməliyik ki, bu, borçalı tayfasıdır və əvvəlcə 
bozçalı adlanıb(Q.Namazov. “Ozan-Aşıq sənətinin ta-
rixi”. Bakı, 2013. Səh 32).
Sənəddə bu əhalinin Başkənd kəndindən buraya gəldi-
yinin qeyd edilməsi qiymətli məlumat sayıla bilsə  də, öz 
təsdiqini tapmadı. Çünki, araşdırmalar göstərdi ki, 1831-ci 
ildə Göyçə mahalının Başkənd kəndində Türkiyədən köçü-
rülmüş 28 erməni ailəsi yaşayırdı və müsəlman qeydə alın-
mamışdı.
Haqqında söhbət gedən Başkəndin Göyçəyə deyil, 
başqa mahala aid olma ehtimalını da nəzərdən keçirdik. 
Məlum oldu ki, Qırxbulaq mahalında aşkar etdiyimiş Baş-
kənd kəndində  də 1831-ci ildə  İrandan köçürülmüş 2 er-
məni ailəsi yaşayıb. Üçüncü Başkənd kəndini Dərələyəz 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə