Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə17/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

61
Haqq-nahaqq seçilər Haqq divanında
nökərçiliyə verilməsi həyatın qaçılmazlığı idi(İslam müəl-
lim “Haqq aşığı  Ələsgər” kitabında 4 illik xidmətinin 
əvəzində  Ələsgərə bir inək verdiklərini, onun gözdağı 
olduğunu yazır. səh.15). Ələsgərin 1852-ci ildə doğuldu-
ğunu nəzərə alsaq, 1866-cı ildə Kərbəlayi Qurbanın evində 
nökərçiliyə başlaması göstərir ki, 1842-ci ildən  keçən 24 il 
ərzində Allahverdi və Alməmməd qardaşlarının maddi və-
ziyyəti hələ də normal deyilmiş və kasıb yaşayırmışlar. Belə 
olan halda isə, deyildiyi kimi heç də varissiz olmayan, 7 
zəngin qardaşdan biri olan Kərbəlayi Qurbanın  yeganə qızı 
Səkinə Banunu öz nökərinə vermək fi kri heç də ağlabatan 
görünmür. Ələsgərə isə sevməyi heç nə-nə Kərbəlayi Qur-
banın zənginliyi, nə həyatın ədalətsizliyi, nə də başqa şeylər 
mane ola bilməzdi-bu sevgi macərasının o cür qurtarması 
isə o dövr üçün qaçılmaz reallıq idi. Elə indinin özündə də 
cəmiyyətin bu dərəcədə inkişafı, təhsil, başqa faktorlar fo-
nunda da bu cür müxtəlif zümrələrə mənsub olan insanların 
öz sevgisinə qovuşmaq imkanı çətin görünür. 


Nağıllar
Bu sevgi macərasını xeyli pafosla qələmə alan xalq şa-
iri O.Sarıvəlli vəcdə gələrək, Səhnəbanın anasına təmtəraq-
lı bir ad uydurmaq zövqündən də özünü məhrum etməyib: 
“Kərbəlayi Qurbanın özünə yetik varı-dövləti olsa da, öv-
laddan kasıb idi. Gözünün ağı-qarası Səhnəbanı adlı bircə 
qızı vardı. Qurban kişi ilə  Saray xanımın  oğulları olma-
dığından, həmişə dərdləşir, xiffət çəkərmişlər... Ələsgər və 
Səhnəbanı bir-birlərini ürəkdən, təmiz bir eşqlə sevirdi. Ca-
vanların bu mehribanlığından, Qurban kişinin ailəsi narazı 
deyildi. Lakin bu əhvalatdan narazı qalanlar vardı...
Köhnə dünyada iş, əmək adamlarının-çobanın, nökərin, 
muzdurun əlindən bircə sevmək, gizli sevməkdən qeyri qa-
lan bütün haqqı, ixtiyarı alınmışdı. Yox, əslində onlara sev-
mək ixtiyarı da verilməmişdi” (O.Sarıvəlli. Qüdrətli şair, 
ustad sənətkar. Bakı, 1971, səh.14).
Bu Saray xanım  əhvalatını uydurmaq Osman müəlli-
min ağlına haradan gəlib, başa düşmək çətindir. Aşıq Ələs-
gər haqqında yazılmış başqa kitablarda və məqalələrdə hər 
halda, mən bu ada(hətta uydurma olsa belə!) rast gəlmə-
mişəm. 
Ola bilsin ki, Sənhəbanı da Ələsgəri sevirmiş, necə 
deyərlər, “göz gördü, könül sevdi”, amma onların qovuş-
ması çətin görünür. Burada Məhərrəmin-“Pullu Məhərrəm” 
deyərək uzun illərdir ki, lənətlənən Məhərrəmin heç bir gü-
nahı yox idi, ən azı ona görə ki, Mustafa Səhnəbanı ilə 
evlənməmişdən qabaq Məhərrəm  ölmüşdü. 
Aşıq  Ələsgərin nəvəsi və bioqrafı olan İ.Ələsgər, Al-
lahverdini Alməmmədin atası hesab edir, Allahverdinin 


63
Haqq-nahaqq seçilər Haqq divanında
atasının isə Talıbxan adlı  şəxs olduğunu bildirir, həm də 
Talıbxanla bağlı  rəvayət  şəklində dövrümüzə  qədər gəlib 
çatmış bir hadisəni-onun  “hal arvadını”  əsir tutub evə 
gətirməsini və bir neçə il onun xidmətindən istifadə etdik-
lərini bildirir. Əlbəttə, “hal arvadı” ilə bağlı xalq nağılına 
irad tutub ciddiyə almasaq da, Talıbxanın özünün şəxsiyyə-
tini müəyyən etmək son dərəcə maraq doğuran məsələdir. 
Amma təəssüf ki, 1842-ci ilə aid sənəddə də Haxverdi qey-
diyyata düşmədiyinə görə, onun doğum tarixini və atasının 
adını-yəni doğrudan da Talıbxanın oğlu olub-olmadığını 
öyrənə bilmirik. Təkcə haqqında söhbət gedən 1842-ci ilə 
aid sənəddə deyil, 1831-ci ilə aid Göyçə mahalının bütün 
kameral siyahısında da Talıbxanın adı yoxdur. Ola da bil-
məzdi, çünki 1831-ci ildə ağkilsəlilər hələ Göyçə mahalın-
da yaşamırdılar. 


Ulaşıq
İslam Ələsgər bununla bağlı  həm “Haqq aşığı Ələsgər” 
(Bakı, 1999), həm də  Ələsgər ocağı ilə bağlı dastan-rə-
vayətlər haqqında” (Bakı, 2007) kitablarında olduqca 
qiymətli məlumat verir: ata-babalarından eşitdiyi məlu-
mata görə, əcdadlarının “Arazın o tayından”, yəni İran-
dan əvvəlcə Ulaşıq adlı kəndə, oradan da Ağkilsə kəndinə 
gəldiklərini yazır (səh.9). Bu məlumatdan istifadə edərək 
axtarışına çıxdığımız Ulaşıq kəndini Dərəçiçək mahalın-
da aşkar edə bildik.  Əhalinin siyahısı ilə tanış olduqda, 
doğrudan da 1842-ci ildə Ağkilsə kəndində yaşayan ailələr-
dən bir neçəsinin 1831-ci ildə Ulaşıq kəndində yaşadığının 
şahidi olduq. Əvvəlcə həmin sənədlə, haqqında geniş mə-
lumat verdiyimiz İ.  Şopenin rəhbərliyi ilə  tərtib olunmuş 
sənədlə tanış olaq:
 “İRƏVAN ƏYALƏTİ, DƏRƏÇİÇƏK MAHALININ 
KAMERAL TƏSVİRİ. 1831-Cİ İL.
№26.ULAŞIQ KƏNDİ.
Qarapapaqlar.
Bu kənd Misxana çayının  şimal tərəfi ndəki  axırıncı 
dərədə yerləşir və onu Pəmbək əyalətindən yalnız bir dağ 
silsiləsi ayırır. 8 xalvar suvarılan, o qədər də dəmyə torpağı 
var. Kəndin adını daşıyan balaca çaydan və başqa bir bulaq-
dan istifadə edirlər.
Meşəsi çoxdur, 2 xalvar biçənəyi var.
Buğda, arpa, darı və kətan əkirlər.


65
Haqq-nahaqq seçilər Haqq divanında
Heyvandarlıq: 23 öküz, 16 inək, 196 qoyun və keçi, 16 
at, 1 ulaq.
2 yararsız dəyirman var.
1.Kəndxuda İbrahim Xəbər oğlu 45 y(onun iki arvadı 
və iki qardaşı  qızı); dörd oğlu var: Zeynal 25 y(onun ar-
vadı); Namaz 20 y; Qurban və Bayram (əkizlər) 15 y; iki 
qardaşı oğlu: Uğurlu Qəmbər oğlu 10 y; Vəli 8 y.
2. Şamo ağa Mustafa ağa oğlu 8 y(onun anası və bacısı).
3. Namazəli Tahirverdi oğlu 50 y(onun arvadı və qızı); 
qardaşı İsmayıl 30 y.
4. Qəmbər Mustafa oğlu 40 y(onun arvadı və iki qızı); 
iki əkiz oğlu var: Hüseyn və Həsən 15 y; Qəmbərin qardaşı 
Abdulla 25 y(onun arvadı).
5. İsmayılqulu Musa oğlu 30 y(onun bacısı); iki qardaşı 
var: Ağaməmməd 20 y; Məhərrəm 18 y.
6. Rəcəb Əhməd oğlu 45 y(onun arvadı və üç qızı); iki 
oğlu var: İsmayıl 10 y; Əhməd 6 y.
7. Vəli Bədəl oğlu 35 y(onun arvadı).
8. Allahverdi Baba oğlu 50 y(onun arvadı); üç oğlu var: 
Baba 15 y; Sübhan 10 y; Qurban 8 y.
9. Qoca Tağı oğlu 50 y(onun arvadı və iki qızı); oğlu 
Mustafa 10 y.
10.Novruz Babacan oğlu 30 y(onun arvadı, qızı, anası).
11.Xəbər Həsən oğlu 40 y(onun arvadı  və anası); iki 
oğlu var: Həsən 10 y; Məhəmməd 5 y.
12.Məmmədalı Novruz oğlu 48 y(onun arvadı  və 
qızı); dörd oğlu var: Məhərrəm 20 y; Novruz 10 y; İbra-
him 8 y; Qurban 6 y.
Ulaşıq kəndində tatarların qarapapaq tayfasına mənsub 
olan 12 ailə, 36 kişi, 30 qadın, cəmi 66 adam yaşayır”.
(Erm.Milli Arxivi. F.90, siy.1, saxl.vahidi 83).
Siyahıları müqayisə edəndə görürük ki, 1831-ci ildə 
Ulaşıq kəndində yaşayan ailələrdən 4-ü 1842-ci ildə Ağkil-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə