Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə19/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   15   16   17   18   19   20   21   22   ...   72

70
Nazir Əhmədli
GÖYÇƏ MAHALI
GÖYÇƏ MAHALININ KAMERAL TƏSVİRİNƏ 
ÜMUMİ İZAHAT (1831)
Yerləşdiyi yer və ərazisi:
Göyçə mahalı Erməni Vilayətində ən böyük mahal ol-
maqla onun şimal-şərq hissəsini tutur. 
Şah Abbasın zamanında dağıntılara məruz qalaraq boşa-
lan bu mahal bir əsrdən artıq tamamilə boş qalmışdır. Belə ki, 
İrəvan Sərdarı 15 il əvvəl buraları qarapapaqlarla məskunlaş-
dırmağa cəhd edəndə, buradakı boş kəndlərin adını heç kim 
xatırlaya bilməmiş, yerli sakinlər tərəfi ndən yeni adlar qoyul-
muşdur. Kəndlərin əvvəlki sərhədləri də unudulmuşdur.
Göyçə mahalı kifayət qədər böyük əraziləri əhatə edir. 
Onun  ən qərbində yerləşən Bığlı Hüseyn kəndindən  ən 
şərqindəki Ağyoxuş kəndinə qədər olan məsafə 150 verst-
dir. Göl də daxil olmaqla onun enini gözlə təyin etmək çətin 
olsa da, təxminən 100 verst qəbul etmək olar. Beləliklə, ma-
halın ümumi ərazisini təxminən 15 min kvadrat verst qəbul 
etmək olar. Göl onun yarıdan azını tutur.
Sərhədləri:  Göyçə mahalı  şimalda Yelizavetpol da-
irəsi, Qazax və  Şəmşəddin distansiyaları, qərbdə  Pəmbək 
əyaləti, Dərəçiçək mahalı və Qırxbulaq mahalının bir his-
səsi ilə, cənubda Qırxbulaq, Gərnibasar və Vedibasar ma-
halları ilə, nəhayət,  şərqdə  Dərələyəz mahalı  və Qarabağ 
vilayəti ilə həmsərhəddir.
Meşə örtüyü:
Mahalın yalnız Güneyində, yəni şimal dağlarında meşə 
örtüyü vardır, qalan ərazilər meşə örtüyündən tamamilə 
məhrumdur.
Biçənəkləri:
Deyə bilərik ki, bütün Göyçə mahalı əla çəmənli bütöv 
bir biçənəkdən ibarətdir.


71
Haqq-nahaqq seçilər Haqq divanında
Suları:
a)Gölləri. 
Göyçə mahalında cəmi 5 göl var. 
1)Başlıca göl Göyçə gölüdür. Ona görə belə adlandırılıb 
ki, suları göy-mavi rəngdədir. Onun uzunluğu ən azı 100 verst, 
Təzəkənd yaxınlığındakı ən enli yeri 30 verstə yaxın, Adatəpə 
ya xınlığındakı ən ensiz yeri isə 10 verstdir. Suları şirindir və yer-
li əhalinin dediyinə görə, qərb hissəsində şərqə görə daha sağ-
lamdır. Küləkli havalarda dalğalar kifayət qədər yüksək olur.
2)Kiçik göl böyük gölün cənub-şərqində, Abul və As-
sar dağlarının qərbində yerləşir, perimetri 2 verst olmaqla 
Böyük gölə tökülür.
3) Böyük gölün şərqində yerləşən Zod gölünün ərazisi 
6 verst olmaqla, onun suları da Böyük gölə tökülür.
4) və 5) Qarabağa tərəf dağlarda yerləşən iki kiçik göl. 
Onların mənbəyi yoxdur.
b) Çayları
Göyçə mahalı çaylarla o qədər zəngindir ki, onların 
hamısının haqqında məlumat vermək üçün ayrıca kameral 
təsvir lazım gələrdi, ona görə də əsas çaylar haqqında qısa 
şəkildə məlumat verirəm.
1)Kəvər çayı. Ördəkli kəndindən birinci çay olan bu 
çay öz mənbəyini Ağmanqal dağından aşağıdakı  Dəliqar-
daş və digər kəndlərin yaxınlığındakı bulaqlardan götürür. 
O bir neçə qolu ilə Qışlaqdan yuxarıda birləşir və Noraduz 
kəndinin yaxınlığında gölə tökülür. Şimala döğru düz axır.
2) Mənbəyini eyni adlı dağdan götürən Altuntaxt çayı 
Eyranis kəndindən aşağıda gölə tökülür.
3)Ağdağ çayı haqqında da eyni sözləri demək müm-
kündür.
4)Mənbəyini Altuntaxt dağından götürən başqa bir çay 
olan Kiçik Altuntaxt Vəliağalı kəndindən aşağıda gölə tö-
külür.


72
Nazir Əhmədli
5)Xramlı və ya Qurudərə çayı Təzəkəndin torpaqlarını 
qidalandıraraq orada da gölə tökülür.
6)Siçanlı çayı
7)Mahaldakı  ən gursulu çaylardan biri olan Adıyaman 
çayı öz mənbəyini Vedibasar və Dərələyəz mahallarına söy-
kənən dağlardan götürür. Onlardan bir çoxu gözəl Ağrıca va-
disində birləşərək oranı qidalandırıb Abulhasar dağına çatır, 
burada dar və sərt məcraya girərək gurultu ilə gölə tökülür. 
Burada da Ağrıca adını dəyişərək Adıyaman çayı adını alır. 
Onun istiqaməti bir qədər qərbə dönərək şimala doğrudur.
8)Qaranlıq çayı. Bu çay daim dumanla örtüldüyünə 
görə Qaranlıq dərə adını daşıyan dağlardan mənbəyini gö-
türür və şimal-qərbə doğru axır.
9)Tuxtulu çay. O da mənbəyini oradan götürür.
10)Gözəldərə çayı. Bu çay öz mənbəyini Qarabağ tərəf-
dəki ən yüksək dağ silsiləsindən götürərək qərbə doğru düz 
istiqamətdə axaraq gölə tökülür.
11) Alçalı çayı. Öz mənbəyini adı çəkilən dağ silsiləsin-
də Gözəldərə və Daşpilləkən dağlarının arasından götürür.
12)Qızılqışlaq çayı öz mənbəyini Daşpilləkən dağının 
yaxınlığından götürür və Kiçik Zod gölünün yaxınlığında 
gölə tökülür. Bu çay kifayət qədər böyükdür.
13) Qızılbulaq çayı
14)Qırxbulaq çayı. Bu iki çay birləşib Zod çayına tökülür.
15) Qoşabulaq; 16) Keyti çayı; 17) Tatul çayı; 18) Zar-
zebil çayı. Bu çaylar cənub tərəfdən Zod çayına tökülür.
19)Zod çayı. Zod vadisini Qarabağdan ayıran dağ-
lardan axan çoxlu bulaqlardan və kiçik çaylardan əmələ 
gələrək Zod və Məzrə kəndlərindən keçib vilayətin eni 20 
verst, uzunluğu 30 verst olan ən gözəl vadisini qidalandırıb 
Kiçik gölə tökülür.
20) Ağyoxuş çayı şimal tərəfdən Zod çayına tökülür.
21)Göyçə və 22) Kəsəmən çayları Kiçik gölə tökülür.


73
Haqq-nahaqq seçilər Haqq divanında
23)Şişqaya çayı öz mənbəyini Yelizavetpol dairəsinə 
söykənən  dağlardan götürüb  cənub istiqamətində axaraq  
gölə tökülür.
24) Cil; 25) Ardanış və 26) Ağbulaq çayları da bu qə-
bildəndir.
27)Toxluca çayı Adatəpə yaxınlığında gölə tökülür.
Bu 27 çaydan başqa, Toxluca və Çubuqlu arasında 
gölə tökülən xeyli başqa çaylar da var. Göldən isə cəmi 1 
çay-Zəngi çayı axır. Amma o qədər az suludur ki, tez-tez 
quruyur. Sanki təbiətin özü də bu gölün sahillərini bərki-
dərək onun mövcudluğunu qoruyur. Suyun sahilə gətirdiyi 
əhəng daşı qumla qarışaraq bərk örtük əmələ gətirir və o da 
Zəngi çayının yaxınlığında sahili örtür.
İrəvanın bir çox sakinləri bu fi kirdədir ki, Göyçə gölü-
nün suyu yerin altı ilə axıb Kür və Araz çaylarına tökülən 
bir çox çay əmələ gətirir.
c)Turş suları:
Ağrıca vadisində bir çox yerlərdə turş sular var.
Dağları: 
Göyçə mahalı eyni adlı gölə tökülən çayların əhatəsindəki 
dağları özündə ehtiva edir. Başlıca dağları aşağıdakılardır:
1)Zirvəsi daim qarla örtülü olan Böyük Ağmanqal dağı 
Göyçə mahalını Qırxbulaq mahalından ayırır.
2)Altuntaxt dağı Ağmanqaldan şərqdə yerləşir.
3)Ağdağ. Altuntaxtdan şərqdə yerləşir. Bu iki dağ Göy-
çə mahalını Gərrnibasar mahalından ayırır.    
4)Kiçik Ağmanqal Ağrıca vadisində yerləşir və onu Ve-
dibasar mahalından ayırır.
5)Qaranlıq; 6)Gözəldərə və 7)Daşpilləkən dağları. Zir-
vəsi qarla örtülü olan bu 3 dağın əmələ gətirdiyi dağ silsilə-
si Göyçə mahalını Qarabağ vilayətindən ayırır.
8)Ağmanqal dağı ilə gölün arasından cənub istiqamət-
də alçaq dağ silsiləsi var və onun adı Üçtəpədir.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə