Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə21/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

77
Haqq-nahaqq seçilər Haqq divanında
b)Yayda ovlanan işxan və qara balıq üçün də eyni qay-
dada.
c)Payız vaxtı İrəvan sakinlərindən 40 qəpik gümüş pul, 
Rusiya təbəələrindən 1 rubl gümüş pul.
Yolları: 
Göyçə mahalından çoxlu yollar keçir. İrəvandan baş-
layan qış yolu Dərəçiçək və Ördəklidən, yay yolu isə Ağ-
manqal dağından keçir. İrəvandan Kəvərə və ya Bəyazidə 
təxminən 100 verst məsafə var.
Naxçıvandan Yelizavetpola gedən  əlverişli yol 
Dərələyəzdən və Toxlucadan keçir.
Bu  əsas yollardan başqa  əlverişli cığır yollar da var 
ki, köçəri xalqlar ondan istifadə edərək Qarabağa və 
Dərələyəzə, eləcə  də  Ağrıca vadisindən keçməklə  Şərur, 
Vedibasar və Gərnibasar mahallarına gedib-gəlirlər.
Qışlaqlar: Bu yerlərdə yaşayan tatarlar qışı daim yaşa-
dığı yerlərdə keçirir və taxıl əkib-biçirlər. Yayda isə hərəsi 
öz ərazisində heyvanları ilə dağlara qalxırlar.
Köç yerləri: Bütün Göyçə mahalı gözəl çəmənləri, 
qarlı dağların  ətəyindəki sərin yerləri ilə köçəri xalqlar 
üçün olduqca əlverişli yerdir. Buralara köçənlər: Ağmanqal 
dağına 1) saraclılar; Ağrıca vadisinə 2)kərimbəylilər; 3) də-
mirçilər; 4) qafarlı tayfası; 5) gədikli tayfası; oranın aşağı 
yerlərinə 6)cejimli tayfası; Ağrıcanın zirvəsinə, Gözəldərə 
və Qaranlıq dağına 7) biruki tayfası; Dərələyəz sərhədlərinə 
8) cəlalilər; Göyçə gölünün ətrafına 9) qaraçorlular; 10) ba-
nukilər.
Qədim abidələr: Mahalda arxeoloqların diqqətini cəlb 
edən xeyli sayda qədim abidələrin qalıqları var.
Səmərələşdirici təklifl ər: 
1)  Göyçə gölündə və ona tökülən çaylarda balıq ovunu 
düzgün təşkil etməli.


78
Nazir Əhmədli
2)  İmkan verdiyi dərəcədə dağ yüksəkliklərində meşə 
zolaqları salmaq.
3)  Boş qalmış kəndləri məskunlaşdırmalı.
Erməni Vilayəti üzrə İdarənin müşaviri İvan Şopen
Qeydiyyatçı katib Arxip Rıjkov”.
Göyçə mahalı üzrə əhali:
Tatarlar: 999 ailə, 3.164 kişi, 2.443 qadın, cəmi 5.607 
nəfər
Ermənilər:
Yerli : 15 ailə, 52 kişi,  38 qadın, cəmi 90 nəfər
Türkiyədən köçürülən:1.485 ailə, 4.457 kişi, 4.100 
qadın, cəmi 8.557 nəfər
Göyçə mahalı üzrə ümumi əhali 14.252 nəfər.
Göyçə mahalında yaşayan tatar-müsəlmanların
tayfalar üzrə təsnifatı
Tayfa 
mənsubiyyəti
Ailə sayı
Kişilərin 
sayı
Qadınların 
sayı
Cəmi
Qarapapaqlar
577
1.844
1.299
3.143
Qaraqoyunlu
9
35
28
63
Çakırlı
37
120
96
216
Kərkibaşı
13
36
36
72
Ayrımlı
42
126
91
217
Dəmirçili
2
4
4
8
Milli
227
711
629
1.340
Əliqanlı 40
120
117
237
Qaraçorlu
49
157
137
294
Biruki
3
11
6
17
Cəmi
999
3.164
2.443
5.607
Erməni Vilayəti üzrə İdarənin  müşaviri İvan Şopen”.


79
Haqq-nahaqq seçilər Haqq divanında
1831-ci ilin Kameral təsvirində Göyçə mahalında yaşa-
yış olan 59 kənd, yaşayış olmayan 67 boş kənd qeydiyyata 
alınmışdır. Həmin boş kəndlər bunlar idi:
GÖYÇƏ MAHALININ BOŞ KƏNDLƏRİ
1.BUĞDATƏPƏ  KƏNDİ. Ördəkli və  Bığlı Hüseyn 
kəndlərinin arasında yerləşir.
2.HACI MUMUXAN KƏNDİ, 3.ƏLVERDİ  BƏY 
KƏNDİ, 4.ÜÇTƏPƏ KƏNDİ. Bu üç kənd Üçtəpə dağının 
yaxınlığında, Göyçə gölünün qərb tərəfi ndə yerləşir.
5.ADI MƏLUM DEYİL. Əyrivənk kəndinin yaxınlı-
ğında yerləşir.
6.ADI BİLİNMİR, 7.KƏRİM KƏNDİ, 8.ADI Bİ-
LİNMİR. Bu 3 kənd Gənzak kəndinin yaxınlığında yer-
ləşir.
ADI MƏLUM OLMAYAN 9, 10 və 11 NÖMRƏLİ 
KƏNDLƏR. Bu 3 kənd Göyçə gölünün yaxınlığında, No-
radus və Eyranis kəndlərinin arasında yerləşir.
12.BÖYÜK ALTUNTAXT KƏNDİ. 13.KİÇİK AL-
TUNTAXT KƏNDİ. Bu iki kənd Eyranis kəndindən yuxa-
rıda, Altuntaxt dağında yerləşir.
14.DƏMİRÇİ POĞOS KƏNDİ. Eyranis kəndi ilə 
Təzəkənd arasında yerləşir.
ADI BİLİNMƏYƏN 15, 16, 17, 18 və 19 nömrəli 
KƏNDLƏR. Bu 5 kənd Təzəkəndin ətrafında yerləşir.
20.AĞRICA KƏNDİ. 21. AT DAŞI KƏNDİ, 22.AX-
SAQ TOVUZ KƏNDİ, 23.KARVANSARA KƏNDİ, 
24.ADI BİLİNMƏYƏN KƏND, 25.QASIM BAŞKƏN-
Dİ, 26.MƏDİNƏ KƏNDİ, 27.ADI MƏLUM OLMAYAN 
KƏND. Bu 8 səkkiz kənd Təzəkəndlə Abdulhasar dağının 
və Ağrıca irmağının yaxınlığında yerləşir.


80
Nazir Əhmədli
28.ADI MƏLUM OLMAYAN KƏND. Yuxarı Qaran-
lıq çayının yaxınlığında yerləşir.
29.ADI MƏLUM OLMAYAN KƏND. Aşağı Qaran-
lıq çayının yaxınlığında yerləşir.
ADLARI MƏLUM OLMAYAN 30 və 31 nömrəli 
KƏNDLƏR. Bu 2 kənd Ağçırağın yaxınlığında yerləşir.
32.ADI MƏLUM DEYİL. Gözəldərə kəndinin yaxın-
lığında yerləşir.
33.BAŞ GÖZƏLDƏRƏ KƏNDİ. Gözəldərə dərəsinin 
yuxarı hissəsində yerləşir.
34.XANCIĞAZ OĞLU KƏNDİ    və ADI MƏLUM 
OLMAYAN 35, 36, 37 və 38 nömrəli KƏNDLƏR. Bu 5 
kənd Kolanıqırılan kəndinin yaxınlığında yerləşir.
39.QIZILKİLSƏ KƏNDİ. ADLARI MƏLUM OL-
MAYAN 40, 41. 42, 43 və 44 nömrəli KƏNDLƏR. Bu 5 
kənd Qızılkilsə çayının yaxınlığında yerləşir.
45.BÖYÜK AĞA KƏNDİ. Qanlı Allahverdi kəndinin 
yaxınlığında yerləşir.
ADLARI MƏLUM OLMAYAN 46 və 47 NÖMRƏ-
Lİ KƏNDLƏR. Bu 2 kənd Qızılbulaq kəndinin yaxınlığın-
da yerləşir.
ADLARI MƏLUM OLMAYAN 48 və 49 nömrəli 
KƏNDLƏR. Bu 2 kənd Qırxbulağın yaxınlığımda yerləşirş
50.ADI MƏLUM DEYİL. Daş Keyti kəndinin yaxın-
lığında yerləşir.
ADLARI MƏLUM olmayan 51 və 52 nömrəli 
KƏNDLƏR. Baş Keyti kəndinin yaxınlığında yerləşir.
ADLARI MƏLUM OLMAYAN 53 və 54 nömrəli 
KƏNDLƏR. Ellicə kəndinin yaxınlığında yerləşirlər.
55.AĞKİLSƏ  KƏNDİ. 56.ADI MƏLUM DEYİL
Zarzebil kəndiniun yaxınlığında yerləşirlər.
57.ADI MƏLUM DEYİL. Zod kəndinin yaxınlığında 
yerləşir.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə