Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə24/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

89
Haqq-nahaqq seçilər Haqq divanında
Qaldım səməndərtək qəm dəryasında,
Yandı balü-pərim nara dəyməmiş.
Burada işlənən “əlif” və “bey” sözləri bizim “a” və “b” 
kimi tanıdığımız hərfl ərin ərəb əlifbasındakı adlarıdır. Gö-
zün “əlif” “bey”də, “yasin”də qalması ifadəsi isə, mütaliə 
ilə məşğul olmağa, daha çox isə Quran oxumağa, dindarlığa 
işarədir.
“Allahın adı ilə” adlı şeirində ərəb əlifbasına daxil olan 
bütün hərfl ər nəinki sadalanır, Ustadın variantında onların 
hər birinin anlamı verilir, nə ifadə etdikləri təqdim edilir:
ALLAHIN ADI İLƏ
İbtidada “əlif” – Allah,
“Bе” – birliyə dəlalətdi.
“Tе” – təkdi vahidi-yеkta,
Arif bu еlmə bələddi.
“Sе” – sabitdi doğru yola,
“Cim” – ucadı, bax calala.
“Hе” – mеhribandı halala,
Münkir ondan xəcalətdi.
“Xе” – birdi xaliqi-əkbər,
“Dal” – doğru doqquz fələklər,
“Zal” – zikr еylə dildə əzbər,
“Rе” – rəsulumuz Əhməddi.
“Zе” – zəbanı aç xudaya,
“Sin” – salam еt, gеtməz zaya,
“Şin” – şövq еlə o mövlaya,
Qеyri söhbət məsiyətdi.


90
Nazir Əhmədli
“Sad” – səbri şahi-hеydərə,
“Zad” – zərbin vurdu Əntərə,
“Ta” – tərif çıxdı göylərə,
Ağam kani-şücaətdi.
“Za” – zülm еdəcək düşmənə,
“Еyn” – həyati-çеşmanə,
“Ğеyn” – ğül-ğüli-dövranə,
“Fе” – fəna, “qaf” – qiyamətdi.
“Kaf” – “kun” ilə tutub qərar,
“Lam” – lal, nеcə hеsab vеrər,
“Mim” – möminə yol göstərər,
Ismi-paki Məhəmməddi.
“Nun” – nida еylər hər zaman,
“Hе” – hamıya yеtər fərman,
“Vav” – vay dеyər, yatma, oyan,
Sanma səhni-zərafətdi.
“Lam – əlifl a” – birdi Allah,
“Yе” – yеkdi adil padişah.
Ələsgər, tutduğun günah
Bağışlansa, çox hörmətdi.
Aşıq burada bizim “s”kimi tanıdığımız hərfl ə başla-
yan üç sözün adını  çəkir: “sabit”, “salam” və “səbr”. Və 
bu sözlərdə hansı “s”-nin işlədildiyini də göstərir: “sabit”in 
“se” hərfi , “salam”ın “sin”, “səbr”in isə “sad”la yazıldığını 
bilməklə nəinki ərəb əlifbasını, hətta ərəb və fars dillərini 
mükəmməl bildiyini nümayiş etdirir!
Bütün bunlardan sonra, aşığın nəvəsi və  tədqiqatçısı 
İslam  Ələsgər yenə  təkidlə israr edir ki, Ələsgər hərf ta-


91
Haqq-nahaqq seçilər Haqq divanında
nımırmış! Başa düşmək olmur ki, hərf tanımaq deyəndə 
İ.Ələsgər nəyi nəzərdə tutur. Babasının hərf tanımadığında 
israrçı olması misal gətirdiyim bütün bu şeir nümunələrinin 
müəllifi nin Aşıq Ələsgər olmadığı anlamına gəlir.
Aşıq Ələsgərlə bağlı başqa bir rəvayətdə deyilir ki, Xəstə 
Qasımın o vaxta qədər heç kimin aça bilmədiyi bir bağlaması-
nı ona göndərib sınamaq istəyirlər, amma bağlamanın müəllifi  
kimi yalandan Xəstə Həsən imzasını qoyurlar. Ələsgər nəin-
ki bu mürəkkəb bağlamanı açır, həm də onun əsil müəllifi nin 
Xəstə Həsən deyil, Xəstə Qasım olduğuna işarə olaraq:
“Qasım” “qaf”ınandı, Həsən “hey”inən”,-misrasını 
işlədir. Buradakı “qaf” və “hey” ərəb  əlifbsındakı “q” və 
“h” hərfl ərinin adıdır.
(Yeri gəlmişkən, görkəmli türk alimi F.Kırzıoğlu Xəstə 
Həsən adlı axalkələkli aşıq haqqında məlumatla yanaşı, 
onun  bir şeirini də vermişdir. F.Kırzıoğluna görə on yed-
dinci əsrin sonu, on səkkizinci əsrin əvvəllərində yaşamış 
“Cavak tərəkəməsi (qaraqalpaq)” boyundan və Axalkələk 
sancağının Levis kəndindən olan Xəstə  Həsənin  şeirləri 
Diyarbəkirdəki cünglərdə yer almışdır. O, Xəstə  Həsənin 
aşığın aşağıdakı şeirini nümunə kimi təqdim edir:
Kimdə var?
Ey fələk, sənin əlindən bu sitarə kimdə var? 
Mənim kimi sinədağlı, bəxti qarə kimdə var?
İki cahan sərvəri bir Mustafanın eşqinə, 
Bulam, dolanam başına, dərdə çarə kimdə var?
Hər insanın bir dərdi var, mənimkindən beş-betər,
Bir canan su isidərkən, birisi tas-tas tökər.
Birisi ağlayıb, sızlar, birisi yanar, tütər,
Təbib gəlməz, məlhəm almaz, böyle yara kimdə var?


92
Nazir Əhmədli
Xəstə Həsən deyər sözün, danışma namərdinən,
Çox çalış ki, dost olasan, bir əhli comərdinən.
Neçə aşiq yandı nara, illah Kərəm dərdiynən,
Böylə atəş, böylə yanğın, böylə çıraq kimdə var?
(Fahrettin Kırzıoğlu.”Ahıskalı 14 Halk Şairimizden 
Birer Parça”. Türk Kültürü Dergisi, 1966. S.47, s.1012).
Tədqiqatçı alim, folklorşünas Ə.Şamilin də Axırkələkli 
Xəstə Həsən haqqında araşdırmaları vardır. O, Xəstə Həsə-
nin Türkiyəli aşıq İslam Ərdənərdən və Qərbi Azərbayca-
nın Ağbaba mahalından olan Aşıq İsgəndərdən eşitdiyi bir 
neçə şeir nümunələrini təqdim edir. Onlardan biri “Su ver” 
rədifl i şeirdir:
Sallanıban bağdan gələn ay maralım, bir su ver.
Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.
Vücudumu atəş aldı,dumanım ərşə çıxar,
Qurudu dilim-dodağım, dil fəraqım, bir su ver.
Gözəllər xətri əzizdir, bir-birindən seçmərəm,
Versələr də dünya malın, sevdiyimdən keçmərəm.
Yad əlindən abi-həyat olursa da, içmərəm,
Özün doldur, öz əlinlə ey məlalım, bir su ver.
“Xəstə Həsən gəldi” deyə çağırarlar adımı,
Eşq ucundan yandı cismim, eşidin fəryadımı.
Neyləyirəm dünya malın, almasam muradımı?
Qaşı hilal, abı zülal, ləbi ballım, bir su ver”.
Əzizə  Şamil,  Əli  Şamil. “Aşıq  İsgəndər Ağbabalı”. 
Bakı, 2012).


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə