Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə23/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

85
Haqq-nahaqq seçilər Haqq divanında
Göycə dağa aluban çıqayın. Sonra oğlana gərək olur, a 
bəglər!,-dedi”.  “Uzun Qoca oğlu Səgrək boyu”nda isə 
belə deyilir (Drezden nüsxəsi, 255-ci səhifə): “Meyxanədə 
beş gün yemə-içmə oldı. Andan Şiröküz ucundan Gökcə 
dənizə dəkin el çarpdı”. 
Araşdırmalarımız nəticəsində belə bir ehtimal irəli sürə 
bilərik ki, bu toponimlər bir vaxt buralarda yaşamış 
gökcə/göyçə adlı türk tayfasının adından yaranmışdır. 
Gökçə tayfasına mənsub olan boyların varislərinin yaşayış 
arealı  hazırda Türkiyədə   təsbit edilmişdir. Məsələn, Tokat 
vilayətinin Niksar ilçəsində Gökçəli adında qəsəbə, Afyon-
karahisar vilayətinin Dinar ilçəsində, Amasiya vilayətinin 
Göynücək ilçəsində, Bayburt vilayətinin Mərkəz ilçəsində, 
Biləcik mahalının Bozüyük ilçəsində, Bingöl vilayətinin 
Adaklı ilçəsində, İğdır vilayətinin Qaaraqoyunlu ilçəsində, 
Sivas vilayətinin Yıldızeli ilçəsində Gökçəli adlı kəndlər, 
İstanbulun Çatalca ilçəsində,Qaziantepin Nizip ilçəsin-
də,Qəhrəman Maraşın Andırın ilçəsində,Malatya vilayəti-
nin Pötürge ilçəsində, Ordu vilayətinin Kumru ilçəsində
Samsun vilayətinin Çərşəmbə ilçəsində, Adana vilayətin-
dəki Yürəyir ilçəsində Gökçəli adında məhəllələr vardır.
Bu yaxınlarda  İraqın Mosul şəhərinin DAEŞ  (İŞİD)
terrorçularından təmizlənməsi zamanı burada “Gökçəli” 
məhəlləsinin varlığının da şahidi olduq. Həmin  ərazilərin 
altı əsr Osmanlı İmperaturluğuna məxsus olduğunu nəzərə 
alsaq, bu fakt əlbəttə təəccüb doğurmamalıdır. Hazırda da 
gökçə tayfası Türkiyədən başqa, Mosul və Kərkük şəhərlə-
rinin yaxınlığında yaşayır.
Türkiyəli tədqiqatçı Bürhanəttin Akbaş Bozox türk-
mənlərinin oymaqlarına aid etdiyi gökçəli oymaqlarının 
geniş siyahısını verir:
17. Gökçəli obaları. Mersində Dəliçay, Mezitli dərə-
si və Bolkar dağlarına qədər uzanan ərazidə yaşayırlar: 


86
Nazir Əhmədli
1.Əlixanlı; 2.Arşınlı; 3.Arzular; 4.Əsri(yak); 5.Baltalı; 
6.Boloxlu; 7.Çimirli; 8.Çaylaq; 9.Çoğköylü; 10.Döyünlü; 
11.Əskimustafalı; 12.Hacıgöyçəli; 13.Həmzəbəyli; 14.Xur-
macıqlı; 15.İğdır; 16.Kəlbürcü; 17.Qapmazlı; 18.Qarahəm-
zəli; 19.Kəsəroğlu; 20.Qocaoğlu; 21.Kiçikhacılı (Qarın-
cıq); 22.Mahmudfakifl i;  23.Oğulbəyli; 24.Ordugöyçəli; 
25.Sapandərəli; 26.Sarıbəyli; 27.Sarıcaorxanlı; 28.Savcılı; 
29.Süleymanlı; 30.Useli; 32.Yaqublu obaları.
Türkiyədəki Amasiya vilayətinin Göynücək ilçəsində 
yerləşən Gökçəli kəndi ilə bağlı maraqlı məlumat var. De-
yilənə görə, Gökçəli adı kənddəki qədim qalanın komanda-
nının adı ilə bağlıdır. Həmin komandanın adı Gökçə bəy 
imiş.
Yuxarıdakı faktları  nəzərə alaraq deməliyik ki, I Şah 
Abbas bu əraziləri Osmanlılardan azad edərkən buralarda 
yaşayan gökcə/göyçə tayfasını, yəni etnik türkləri osmanlı 
tərəfdarı  olduqlarına görə sıxışdırıb çıxartmış, ya da onla-
rın özü Şah Abbasın qəzəbindən qorxaraq oraları tərk edib 
Osmanlı  ərazilərinə getmişlər.  Şopenin dediyi kimi uzun 
müddət boş qalmış Göyçə mahalını İrəvan Sərdarı Hüseyn 
xan İrandan köçürüb gətirdiyi qarapapaqlarla məskunlaşdır-
mışdır. “Qarapapaq” termini ilə sinonim olan tərəkəmələ-
rin-köçəri türk tayfalarının bu məskunlaşdırmanı  həvəslə 
qəbul etdiyini ehtimal etmək olar. Heç də təsadüfi  deyil ki, 
1842-ci ilin kameral siyahısında Ağkilsə kəndinin əhalisi 
“köçərilər” kimi qeyd edilmişdir.


Aşıq Ələsgərin savadı vardımı?
Aşıq Ələsgərin haqqındakı ziddiyətli fi kirlərdən biri də 
onun savadsız olması, hərf, yazı-pozu tanımaması haqqın-
dakı iddialardır. Bəzi müəllifl ərin bunun əksini yazması 
aşığın nəvəsi və tədqiqatçısı İslam Ələsgərin qəzəbinə və 
tənqidinə səbəb olmuşdur. Bu məsələdə qərar verə bilmək 
üçün əlbəttə, ilk növbədə  onun 1979-cu ildə haqqın rəhmə-
tinə qovuşan oğlu Aşıq Talıb şahidlik edə bilərdi. Əgər rəs-
mi bioqrafi yasına inansaq, Aşıq Talıb 1877-ci ildə anadan 
olub və atası rəhmətə gedəndə onun 49 yaşı olub. 49 yaşın-
dakı adam isə sözsüz ki, atasını və onun qabiliyyətini yaxşı 
yadında saxlamalıdır. Çox güman ki, babasının yazı-pozu 
bilməməsində israr edən İslam müəllim də bu məsələdə ata-
sına istinad edir.
Aşıq Talıbın şahidliyini qəbul edib-etməmək də hər kə-
sin öz işidir, haqqıdır, amma əksini sübut etmək üçün or-
taya ciddi arqumentlər qoymaq lazımdır. Bu arqumentləri 
isə birinci növbədə, aşığın və onun mühiti haqqındakı xəsis 
məlumatlar və onun öz zəngin və təkrarsız yaradıcılığı ve-
rir. Əvvəlcə yaradıcılığına müraciət edək.
“Bu dünyada üç şey başa bəladır” misraları ilə başlayan 
ustadnaməsi 
Ələsgəri qılma məhrumi-didar,
Tərəhhüm et mənə bir busə, ey yar.
Üç hərfl ə ismin eylədim aşkar:
Biri “kaf”dır, biri “lam” dır, biri “sad”,-deyir.
 Kaf, lam, və sad bizim “k”, “l” və “s” kimi tanıdığı-
mız hərfl ərdir və fi loloqlar bu sözü “Gilas” kimi oxuyur-
lar. Həmin 3 hərf “Gilas” sözündəki samit hərfl ərin adla-


88
Nazir Əhmədli
rıdır.  Məsələ burasındadır ki, Ələsgər nəinki ərəb əlifbası 
ilə sözləri oxuya bilir, hətta bu hərfl ərin qrammatik olaraq 
necə adlandırılmasını da gözəl bilirmiş. Başqa çox mühüm 
cəhət isə ondan ibarətdir ki, bizim “s” kimi oxuduğumuz 
hərf təkcə “sad” deyil, bu hərf  ərəb  əlifbası ilə 3 cür ya-
zılır ki, onlardan biri də “sin”, digəri isə “se”dir. Məsələ 
burasındadır ki, tərkibində “s” hərfi  olanda ərəb əlifba-
sındakı bu 3 hərfdən ürəyin istədiyini yaza bilməzsən, 
dəqiq bilməlisən ki, bu söz “se”, “sin” və yaxud “sad” 
hərfl ərinin hansı ilə yazılır. Ələsgər isə Gilas sözündəki 
“s”nin başqa 2 variantdan biri ilə deyil, məhz “sad” la 
yazıldığını bilən savadlı adam imiş!
Hərçənd mən Ələsgərin nəzərdə tutduğu qadın adının 
“Gilas” deyil, “Külüs” olduğu qənaətindəyəm.  Əsasən 
Naxçıvanda rast gəlinən bu qadın adını folklorşünaslar bil-
mədiklərinə görə, Gilas süzünün üstündə durublar. Gilas 
sözündə isə Ələsgərin dediyi kimi 3 hərf kifayət etmir, “i” 
və “a” hərfl əri də yazılmalıdır. 
Başqa bir dodaqdəyməzində ustad deyir:
Ələsgərin xətti çıxdı, çal indi,
“Hey”i “yey”ə, “dal”ı  “rey”ə çal indi.
Hərcayının kəlləsindən çal indi, 
Çal çəngəlin, çək ciyərin çata-çat.
Buradakı “hey”, “yey”, “dal” və “rey” ərəb əlifbasın-
dakı “h”,”y”,”d” və “r” hərfl ərinin adlarıdır və bu əlifba-
nın oxunuş qaydalarına uyğun olaraq “e” və “ə” səslərini 
də artıranda  “Heydər” oxunur, mənası  “şir” olan bu söz 
İmam Əlinin ləqəblərindən biridir və onun pəhləvanlığına, 
xüsusən Xeybər qalasının alınmasında göstərdiyi qeyri-adi 
şücaətlərinə görə ona verilən addır.
Ustad Ələsgər başqa bir məşhur qoşmasında deyir:
Gözüm qaldı “əlif” “bey”də, yasində,
Yaradanım, kömək eylə ya sində.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə