Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə20/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

74
Nazir Əhmədli
9)Gölün sahilində, Adıyaman çayı yaxınlığındakı 
Abulhasar dağı.
Göyçənin yeni sakinlərinə başqa dağların adı  məlum 
deyil. Bu dağlar Dərəçiçək mahalından başlamaqla gölü öz 
qarlı zirvələri ilə əhatə edir. Böyük Ağmanqaldan Kiçik Ağ-
manqala təxminən 20 verst məsafə var. Ağrıca vadisi Kiçik 
Ağmanqalın yaxınlığından başlayır. Sonra bol suları olan 
və Göyçəni Qarabağdan ayıran dağ silsiləsi başlayır. Bura-
dan Zod vadisinə qədər təxminən 20-30 verst məsafə var. 
Buradan başlayan dağ silsiləsi Göyçəni Toxluca vadisinə 
qədər Yelizavetpol dairəsindən ayırır. Toxlucadan sonra 
dağlar get-gedə gölə doğru daha çox yaxınlaşır və nəhayət 
Dərəçiçək mahalının Çubuqlu kəndində kəskin şəkildə ən 
yüksək nöqtəyə çatır. Bütün bu dağlar bol otlu sıx biçənək-
lərlə örtülmüş və olduqca gözəl mənzərələr yaratmışdır.
İqlimi: 
Göyçədə gölün cənubundakı yüksəkliklərdə iqlim sərt-
dir və bu yerlərdə ildə 4 aydan artıq yaşamaq mümkün de-
yil. Gölün yaxınlığında iqlim mülayimdir. Şimal tərəfi  isə 
müqayisəolunmaz dərəcədə istidir. 
Ümumiyyətlə, Göyçə mahalının iqlimi mülayim və Ru-
siya quberniyalarında olduğu kimi sağlamdır.
Məşğuliyyət:
 Bütün sərin iqlimli zolaqlarda olduğu kimi, burada 
da taxılçılıqla məşğul olurlar. Buğda, arpa, darı  və  kətan, 
bəzi bostan bitkiləri əkilir. Bağçılıq istisnasız olaraq Güney 
tərəfdədir. Buğdanı aprel ayının sonunda əkir, sentyabrın 
əvvəllərində, bəzən də sonunda biçirlər. Bir çox hallarda 
erkən düşən şaxtalar əkinçilərin əməyini zay edir.
Balıqçılıq: 
Göyçə mahalında o qədər çox balıq var ki, tələbatı 
üstələyir. Buraya yollanan karvanlar nəzərdə tutulduğun-
dan iki dəfə artıq balıq tutmağa nail olurlar. Əsas balıq ovu 


75
Haqq-nahaqq seçilər Haqq divanında
Kəvər, Adıyaman, Qızılvənk, Zod, Toxluca, Çubuqlu çayla-
rındadır, amma bütün çaylar balıqla zəngindir. Yerli sakin-
lərin dediyinə görə hər çayda xüsusi balıq növü vardır. Ən 
yaxşı balıq işxan balığı sayılır. Onun uzunluğu 10 verşoka 
qədər olur (Verşok çar Rusiyasında işlədilən uzunluq vahi-
di idi. 1 verşok 4,45 sm-ə bərabərdir - N.Ə). Çox dadlıdır.
Göyçə balığı bütün Zaqafqaziyada çox məşhurdur. 
Gürcüstandan və başqa yerlərdən buraya 200-300 yük hey-
vanı olan karvanlarla gəlirlər. Balıq tutanda çayın axarını 
başqa istiqamətə yönəldir və çay yatağında qalan balıqları 
yığırlar. Lakin nadır hallarda onun hamısını toplamağa nail 
olurlar. Bir çox hallarda balığın yarıdan çoxu xarab olur və 
ətrafa üfunət yayılır, hər yeri dözülməz edir. Əgər balıq ovu 
düzgün təşkil edilsə, ətrafda yaşayan əhali əziyyət çəkməz, 
xəzinə isə daha çox qazanar.
 Heyvandarlıq:
Milli 
mənsubiyyəti
Camış öküz
Inək
Buzov
Qoyun 
və keçi
At ulaq
Ermənilərdə:    
yerli
18
31
48
31
48
6
1
gəlmə
1.946
4.198
2.689
1.510
6.463
776
364
Müsəlmanlarda: 
qaraqoyunlu
2
23
23
23
260
12
1
qarapapaq
38
1.481
1.765
1.566 14.802
924
135
Çaxırlı
11
116
143
168
931
107
9
kərkibaşı
4
45
76
83
1074
26
2
Ayrımlı
-
125
213
204
1749
79
6
dəmirçili
-
4
3
3
17
2
-
Milli
34
598
833
892
7.352
530
26
Qaraçorlu
22
112
117
124
762
54
12
əliqanlı
7
124
137
150
1.651
88
1
Biruki
-
4
6
2
47
2
-
Cəmi
2.082
6.861
6.053
4.756 35.156 2.606
557
Bütün mal-qara: cəmi 58.071 baş.


76
Nazir Əhmədli
Müəssisələr:
Işlək dəyirman: 24
Yararsız dəyirman: 213.
Yararsız bəzirxana: 95.
Mülkiyyət: 
Davud xan Şahnəzərov Göyçə mahalındakı bir neçə ən 
yaxşı  kəndin sahibi olduğunu iddia etsə  də, onun təqdim 
etdiyi sənədlər şübhə doğurur. Lakin ölümündən qabaq bu 
hüququndan imtina etdiyinə görə bu hüquq dövlətə keçmiş-
dir. Göyçə mahalı hal-hazırda istisnasız  olaraq xəzinəyə 
məxsusdur.
Dövlət mülkiyyəti: 
Göyçə mahalında əvvəlki sakinlərə məxsus olan bütün 
mülkiyyət indi xəzinəyə daxil olmalıdır. Məskunlaşdırılmış 
kəndlərdə 24 işlək və 213 yararsız  dəyirman, eləcə də 95 
yararsız bəzirxana vardır. Məskunlaşdırılmamış boş kənd-
lərdə onların sayı məlum deyil.
Vergilər:
  İrəvan Sərdarının vaxtında buralarda məskunlaşdırıl-
mış qarapapaqlara sərhədləri qorumaq həvalə edildiyinə 
görə, onlar Sərdara heç bir vergi ödəmirdilər. Qarapapaqlar 
1.000 nəfər silahlı atlı və lazım olan qədər yük heyvanla-
rı çıxarmaqla kifayətlənirdilər. Öz kəndxudalarına isə əldə 
etdikləri taxılın onda birini verirdilər. Əvvəllər Gərnibasar 
mahalında məskunlaşan qaraçorlular, millilər və  əliqanlı-
lar hər binəçəyə görə 7,5 tümən, məhsulun 30 hissəsindən 
7-sini, 6 toyuq, 12 yumurta və 3 yük odun ödəyirdilər.
Göyçə mahalından əldə edilən başqa gəlirlər belə idi:
1)Balıq ovlanması üçün icazəsi olan iltizamçılardan 
100 tümən. 
Onlara belə icazə verilirdi:
a)Yaz vaxtı İrəvan sakinlərindən hər yük balıq üçün 12 
şahı, Rusiya təbəələrindən 60 qəpik gümüş pul. 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə