Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə28/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

105
Haqq-nahaqq seçilər Haqq divanında
Ələsgərin qardaşları və qardaşı uşaqları ilə məsələyə də 
aydınlıq gətirmək lazımdır. Alməmmədin ikinci oğlu Salah 
Ələsgərdən 3 yaş kiçikdir və rəsmi bioqrafi yaya görə onun 
1824-cü ildə doğulduğunu hesab etməliyik(halbuki, 1824-
cü il onların atası Alməmməd kişinin doğum tarixidir). Sa-
lahın 3 oğlu haqqında məlumatımız var: Ələsgərin kürəkəni 
və şəyirdi olan Aşıq Qurban, Növrəs İman və Aşıq Musa.
İslam müəllim yazır ki, Aşıq Qurban 1915-ci ildə cavan 
rəhmətə gedəndə bu hadisə Ələsgərə o qədər ağır təsir edir 
ki, ömrünün sonuna, 1926-cı ilə qədər bir daha sazını köy-
nəyindən çıxarmır. Aşıq Qurbanın 1915-ci ildə vəfat etmə-
si və Aşıq Ələsgərin bu hadisədən sarsıldığını qəbul etsək 
də,Qurbanın doğum tarixi şübhə doğurur, belə  çıxır ki, o 
1870-ci ildə doğulanda 1855-ci ildə doğulmuş atası Salahın 
cəmi 15 yaşı varmış, başqa sözlə, Salah ən gec 14 yaşında 
evlənməliydi ki, bir ildən sonra Qurban doğulsun. 
Salahın digər iki oğlunun doğum tarixlərinə baxaq. 
Növrəs  İmanın 1903-cü, Aşıq Musanın 1909-cu ildə do-
ğulduğunu yazırlar. Bu rəqəmləri düzgün qəbul etmək olar. 
Amma belə çıxır ki, böyük qardaşları Qurban Növrəs İman-
dan 33 il, Musadan isə 39 yaş böyük olub! Bu isə, təbii ki, 
inandırıcı deyil. Rəqəmlərə başqa  yöndən baxsaq, yenə də 
onların səhv olduğu bir daha aşkar olur. Əgər rəsmi versi-
yadakı kimi Salahın 1824-cü ildə doğulduğunu qəbul et-
sək, onda belə çıxır  ki, Qurban doğulanda Salahın 46, İman 
doğulanda 79(!), Musa doğulanda isə 85(!!) yaşı varmış. 
Əlbəttə, yanlışlıq göz qabağındadır və əlavə şərhə ehtiyac 
yoxdur.  Əgər real rəqəmlərə qayıdıb Salahın 1855-ci ildə 
doğulduğunu nəzərə alsaq, İman doğulanda onun 48, Musa 
doğulanda 54 yaşı varmış  və bu rəqəmlərin özü də  nəsil 
artırmaq üçün o qədər az deyil. Qurbanın doğum tarixinə 
gəlincə, əgər onun həyatdan çox erkən köçdüyü faktını xa-
tırlasaq, bu rəqəmin ehtimalla 25-30 yaş arası olduğunu dü-


106
Nazir Əhmədli
şünməliyik ki, onda doğum tarixini də 1880-1885-ci illər 
hesab etməliyik. Həmin tarixdə Salah 25-30 yaş arasında 
olur və hər şey normal məcrasına düşür.
Bu nəslin digər məşhur nümayındələri üçün də dəqiqləş-
dirmələr aparmaq elə çətin iş deyil, lakin oxucunu darıxdı-
rıcı  rəqəmlərlə yormaq istəmirəm. Yalnız Alməmməd ki-
şiyə bir daha qayıtmaq lazımdır.  İ.Ələsgər onun 1800-cü 
ildə doğulduğu və 1868-ci ildə,  yəni 68 yaşında öldüyünü 
yazır. Doğum tarixinin 1824-cü il olduğunu dəqiqləşdirdi-
yimizə görə, əgər 68 il yaşaması ilə razılaşsaq(razılaşma-
maq üçün hələlik əlimizdə fakt yoxdur), deməli Alməmməd 
kişi 1868-ci ildə yox, 1892-ci ildə(Aşıq Talıbın doğulduğu 
il) dünyadan köçüb. 1873-cü ilə aid kameral siyahıda adının 
olması Alməmmədin 1868-ci ildə ölmədiyini sübut edən ən 
güclü arqumentdir.
Beləliklə, Aşıq Ələsgər 1852-ci ildə Göyçə mahalının 
Ağkilsə kəndində Alməmməd Haxverdi (Allahverdi yox!) 
oğlu ilə    Pərizad Abbas qızının(Zarzebil kəndi) ailəsində 
doğulmuş, 1926-cı il  mart ayının 7-də, Ağkilsə kəndində
74 yaşında(105 yox!) vəfat etmişdir. Düzdür,  opponentlər 
etiraz edə bilərlər ki, aşıq “Qoca baxtım” adlı qoşmasın-
da “Səksəni, doxsanı ötübdü yaşım”,-deyir. Amma onun 
sadə cavabı odur ki, bu, bədii yaradıcılıq üsullarından olan 
mübaliğədən başqa bir şey deyil. Belə mübaliğəyə, təzad-
lara Aşıq Ələsgərin yaradıcılığında yüzlərlə misal gətirmək 
olar və bunlar onun təkrarsız yaradıcılığının qiymətini daha 
da artırır!


Polonski və Aşıq Ələsgər
Professor Q.Namazovun “Ozan-aşıq sənətinin tarixi” 
(Bakı, 2013) kitabında belə rəvayətlərdən biri də Aşıq Ələs-
gər haqqındadır və onun müəllifi  Qara müəllimin özüdür. 
Professor yazır: “XIX əsrin görkəmli rus şairi və jurnalis-
ti, “Kavkazskiy vestnik” jurnalının redaktoru Y.N.Polonski 
1849-cu ilin yayında Tifl isin 40 kilometrliyində  Dəmirçi 
Həsənli kəndində olmuşdur.(О, azərbaycanlı  kəndinə  nə 
üçün gəldiyi haqqında məlumat vermir).Şair alaçıqda din-
cəldiyi vaxt qonşuluqda musiqi səsi eşidir.”Sakit-sakit  şi-
kayətlənib ürəkləri yaxan bir nəğmə”  qeyri-iradi  olaraq 
onu qaldırıb özünə cəlb edir.O, gənc bir azərbaycanlı aşı-
ğına özünün dediyi kimi qulaq asır və  sənətinə çox yük-
sək qiymət verir. О, Trapavan gölünün sahilindəki azər-
baycanlı kəndində Aşıq Ələsgəri ikinci dəfə gördüyünü də 
çox səmimi qeyd edir. “20-dən çox tatar Ələsgəri dövrəyə 
alıb yaşıl otun üstündə bardaş qurub əyləşmişdilər. Onlar 
Ələsgəri çox böyük təntənə və məftunluqla dinləyirdilər”. 
Y.N.Polonski yazır ki, Ələsgər “Əsli və Kərəm” dastanını 
çox yanıqlı bir dillə danışdı. Dastan Polonskiyə böyük təsir 
etdiyindən, Kərəmin yandığı səhnəni və Ələsgərin onu də-
rin kədərlə danışmasını şair çox diqqətlə və həssaslıqla təs-
vir etmişdir”(adı çəkilən əsəri, səh. 302-303). Qara müəl-
lim bu Ələsgərin göyçəli Aşıq  Ələsgər olduğuna  əmindir 
və Ələsgərin nəvəsi və tədqiqatçısı olan İ.Ələsgər də onun 
bu fi krini təkrarlayır və Qara müəllimin bu fi kri hələ 1964-
cü ildə “Azərbaycan müəllimi” qəzetində çap etdirdiyini 
qeyd edir. Düzdür, Qara müəllim Aşıq  Ələsgərin 1821-ci 
ildə deyil, Polonskinin məlum səfərindən 3 il sonra doğul-


108
Nazir Əhmədli
duğunu bilməyə bilərdi, amma heç bir mənbəyə, sübuta 
əsaslanmadan Polonskinin gördüyü aşığın Ustad Ələsgər 
olduğunu iddia etməməliydi. Nə çox dünyada adı Ələsgər 
olan aşıqlar! Xüsusilə söhbətin getdiyi Borçalı mahalı  saz-
söz sənətinin və Ələsgər adının ən geniş yayıldığı region-
dur.
Mən, əlbəttə, mərhum professor, görkəmli alim Q.Na-
mazovun yaradıcılığına kölgə salmaq fi krindən uzağam, 
dediyim odur ki, bu epizod Azərbaycan folklorşünaslığın-
da(həm də təkcə folklorşünaslığında yox!) tipik hadisədir.
İndiyə qədərki mülahizələrimizi ümumiləşdirsək, təəs-
süfl ə qeyd etməliyik ki, Böyük Ustad Aşıq Ələsgərin doğu-
mu, həyatı, savadı haqqındakı fakt, evlənmə tarixi və müəy-
yən mənada sevgi dastanı xeyli dəyişikliklərə, təhrifl ərə 
uğradılaraq gəlib bizə çatıb. Məntiqdə və riyaziyyatda bir 
faktı təsdiq və ya təkzib etmək üçün, adətən başqa köməkçi 
faktlardan istifadə edirlər. Biz də bu üsuldan istifadə etmə-
li olsaq, onun müasirləri, ünsiyyətdə olduğu tarixi şəxslərə 
müraciət etməliyik. Və bir qədər irəli gedərək qeyd edim 
ki, ədəbiyyatşünaslığımız həmin tarixi şəxslər haqqında da 
bacarıqsız hesab edilməlidir. Bu kitabda mən həmin tarixi 
şəxslərdən bir neçəsini seçdim, onların hamısı Azərbay-
can aşıq sənətinin azmanları, korifeyləridir. Bu şəxslər Ağ 
Aşıq-Aşıq Allahverdi, Aşıq Alı  Qızılvənkli, Aşıq Hüseyn 
Şəmkirli, və başqalarıdır. 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə