Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə27/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   23   24   25   26   27   28   29   30   ...   72

100
Nazir Əhmədli
Bir sazım var, nə pərdəsi, nə simi,
Onu çalıb kim tərpədər, nəsimi.
Firdovsi, Füzuli, Hafi z, Nəsimi,
Onların yazdığı ayə, məndədir.
Bənddəki sonuncu, “Onların yazdığı, ayə  məndədir” 
misrası ilə aşığın bu poeziya nəhənglərini əzbər bildiyinə 
işarə etdiyini irəli sürməsək də, hər halda, bu misra Ələsgə-
rin onların yaradıcılığı ilə tanış olduğuna işarədir.
Aşığın əsərlərinin külliyatına gözəl və zövqlə yazılmış, 
dərin fəlsəfi  və etik məzmunlu belə bir qəzəl də daxildir:
Bilin, bu dəhri-dünyada hərə bir növ calal istər,
Kimi talibdi üqbaya, kimi dünyada mal istər.
Kimi sidq ilə könüldən tutub haqqın damənindən,
Kimi məddahi-mövladı, kimi göyçək camal istər.
Kimi mətləbinə yеtmiş, еdibdir kami-dil hasil,
Kimi həsrət qalıb yara, fələkdən bir macal istər.
Kimi qəvvas olub cummuş qəhərlə qəri-dəryaya,
Kimi səyyad olub çıxmış, uca dağdan qəzal istər.
Ona dağdan vеrir ruzi, buna ol qəri-dəryadan,
Bu mətləbi qanan kimsə haram gəzməz, halal istər.
Bu mətləbi qanan çoxdur, mütəlləq еtiqad еtməz,
Bu əmrə еtiqad еtmək dərin mərfət, kamal istər.
Bilirsən, dünyada, qafi l, qalır bu dünyanın malı,
Bеş arşın ağ gеyən kimsə utanmaz, yaşıl, al istər.


101
Haqq-nahaqq seçilər Haqq divanında
Bilirsən, dünyada, zalım, Mələk əl-mövt alır canı,
Yuyar qəssal, qoyar qəbrə, gələr Nəkrеyn sual istər.
Dеmə, zahid, mənəm alim, oxuram əntə-sübhanı,
Siratdan istəyən kеçmək Xudadan pərü bal istər.
İyidlər olmasın məğrur, fəthi-nüsrət Xudadandı,
Bir Allah istəyən şəxsi sеvər, külli-mahal istər.
Ələsgər zari-dil xəstə dеyər: sərvi-xuramanım,
Mənim bu natəvan könlüm səni aşüftəhal istər.
Şifahi ədəbiyyatın deyil, məhz yazılı ədəbiyyatın məh-
sulu olan qəzəl müəllifi nin yazı-pozu bilməməsini irəli sür-
mək, ən yumşaq şəkildə desək, həqiqətə uyğun deyil. 
Aşıq Ələsgərin yaradıcılığında  yüzlərlə ərəb-fars tər-
kibli sözlərdən istifadə etməsi onun bu dilləri mükəmməl 
bildiyinin göstəricisidir. Məsələn, “Ola bilməz” rədifl i 
gözəl qoşmasında ustad deyir:
Sərraf yüz bəzəsə səngi-siyahı,
Üzdən mütəlladır, ləl ola bilməz.
Məkəs fəğan eylər zənbur sövtilə,
Kühnü yox, fəmində bal ola bilməz.
Mübaliğəsiz deyə bilərəm ki, 21 sözdən ibarət olan(“o-
la bilməz” rədifi nin təkrar olduğunu da nəzərə alsaq, cəmi 
19 söz qalır) bir bənddəki 11 ərəb və fars mənşəli sözün mə-
nasını elmi dərəcəli bir çox fi loloqlar hətta  indinin özün-
də də  lüğətsiz izah edə bilməz! Amma dediyim kimi, bu 
ərəb-fars sözləri onun yaradıcılığına xələl deyil, əlavə bir 
möhtəşəmlik verir! 


102
Nazir Əhmədli
Şair Nağıya cavab olaraq yazdığı “Danışma” rədifl i 
başqa bir şeirində isə  Aşıq Ələsgər deyir:
“Himarın dümbündə lağəri məkəs,
Zənbur mənəm, deyib baldan danıma”.
Savadı olmayan, ərəb-fars dillərini bilməyən adam bu 
cür mürəkkəb təkibli ifadəni işlədə bilərmi? Əlbəttə, yox!
Yuxarıdakı mülahizələrin yekunu olaraq deyə bilərik 
ki, Aşıq  Ələsgərin yazı-pozu bilməməsi, savadsız olması 
haqqındakı iddia heç bir tənqidə dözmür və səhvdir.


Başqa uydurmalar
Ustad sənətkarın həyatında həqiqətə uyğun olmayan 
kimi qiymətləndirdiyimiz bir məsələ  də onun evlənməsi 
ilə bağlıdır. İstər “Ələsgərlə Səhnəbanı” dastanına, istərsə 
də rəsmi tərcümeyi-halına görə aşığın 41 yaşında evləndi-
yini irəli sürürlər. Bu yaşa qədər evlənməməsini onun na-
kam məhəbbətdən aldığı travma ilə izah edirlər. Əgər rəsmi 
bioqrafi yada olduğu kimi onun 1821-ci ildə doğulduğunu 
fərz etsək, deməli 1862-ci ildə evlənmiş və İslam müəllimin 
yazdığına görə böyük oğlu Bəşir bu evlilikdən 5 il sonra, 
yəni 1867-ci ildə, ortancıl oğlu  Əbdüləzim 1873-cü ildə, 
kiçik oğlu Talıb isə 1877-ci ildə doğulmuşlar.
Yuxarıda təqdim etdiyimiz sənədlərlə Ələsgərin 1821-
ci ildə deyil, 31 il sonra, yəni 1852-ci ildə doğulduğunu 
göstərdik. Əgər Aşığın 41 yaşında evlənməsi versiyasını qü-
vvədə saxlasaq, onda belə çıxır ki, o 1893-ci ildə(1852+41) 
evlənmiş  və  Bəşir 1898-ci ildə doğulmuşdur. Amma əv-
vəlcədən deyim ki, bu mülahizə özünü doğrultmur. Aşıq 
Ələsgərin xalası oğlu Molla Rəhimi 1908-ci ildə öldürməsi 
faktını nəzərə alsaq(əvvəlki versiyalarda İslam müəllim bu 
hadisənin 1910-1912-ci illərdə baş verdiyini yazsa da, son 
yazılarında 1908-ci ili göstərir), belə çıxır ki, Molla Rəhimi 
vurarkən Bəşirin 10 yaşı var imiş. Bu isə, əlbəttə, ağıla sı-
ğan, məntiqə uyan iş deyil.
İndi hadisələri düzgün məcrasına qaytarmağa çalışaq. 
Aşığın həyat və yaradıcılığının ilk tədqiqatçılarından olan 
Ə.Axundov 1946-cı ildə müdafi ə etdiyi namizədlik disser-
tasiyasında  onun 25 yaşında evlənməsini göstərsə də, bu 
mülahizə İslam müəllimin etirazına səbəb olmuş və Ələsgə-


104
Nazir Əhmədli
rin məhz 41 yaşında evləndiyini bildirmişdir. Aşıq Ələsgər 
haqqındakı mübahisəli məsələlərdə  İslam  Ələsgərov tərəf 
müqabilləri ilə  həmişə üstün mövqedə olmuşdur-məntiq 
belə düşünməyə gətirir: axı aşığın doğma nəvəsindən kim 
daha artıq onun haqqında məlumatlı ola bilər ki?
Amma  Ə.Axundovun söylədiyi kimi, Ələsgərin doğ-
rudan da 25 yaşında evləndiyi faktı ilə barışmaqdan başqa 
yolumuz qalmır. Əgər doğrudan da Bəşir onun evlənməsin-
dən 5 il sonra, yəni  30 yaşı olanda doğulmuşdursa, deməli, 
o 1882-ci ildə anadan olub və Molla Rəhimi öldürəndə 26 
yaşı varmış. Bu, ağlabatan və  həqiqətə uyğun gələn mü-
lahizədir. 1934-cü ildə  Kəlbəcərdə  rəhmətə gedən Bəşir, 
beləliklə 54 il yaşayıb.
Bəşirdən 10 yaş balaca olan Talıbın isə 1892-ci ildə 
doğulduğunu düşünməliyik. Amma belə olan halda, razı-
laşmalıyıq ki, o 102 il yox (1877-1979), cəmi 86 il yaşayıb 
(1892-1977). Amma qəzəbli etirazları bəri başdan görürəm: 
necə yəni, İslam müəllim də, Talıb kişinin özü də onun ya-
şını düzgün bilmirdi bəyəm? Amma fakt faktlığında qalır 
və Ələsgərin 1821-ci ildə deyil, 1852-ci ildə  doğulması və-
ziyyəti dəyişir!
Əgər Aşıq Talıbın 1892-ci ildə doğulduğu ilə razılaşsaq 
(razılamamağa səbəb yoxdur), böyük oğlu İslam müəllim 
1925-cı ildə doğulanda Aşıq Talıbın 33, hazırda Daşkəsən 
rayonunun Bayan kəndində yaşayan kiçik oğlu Haxverdi 
müəllim 1930-cu ildə doğulanda isə 38 yaşı vardı. Əks hal-
da, bu rəqəmləri müvafi q olaraq 49 və 53 götürməliyik ki, 
bu da onların dəqiqliyini şübhə altına alır.
Ələsgərin ortancıl oğlu Şair Əbdüləzimin 1873-1943-
cü illərdə yaşadığı yazılıb, yəni rəsmi bioqrafi yaya  görə 
Bəşirdən 6 yaş balacadır. Dəqiqləşdirilmə apararkən, 6 yaş 
fərqini qüvvədə saxlasaq, Əbdüləzim 1888-ci ildə doğu-
lub.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə