Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə26/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   22   23   24   25   26   27   28   29   ...   72

97
Haqq-nahaqq seçilər Haqq divanında
onun ölümündən cəmi 9 il sonar nəşr etdirmişdi. Aydındır 
ki, H.Əlizadə  aşığın  şeirlərini onun şəyirdlərindən və qo-
humlarından toplamışdır.
Dağıstanın məşhur şairi R.Həmzətov “Mənim Dağıs-
tanım” kitabında yazır ki, İmam Şamil Dağıstanda imamət, 
dövlət quranda burada şair  əlindən tərpənmək olmurmuş. 
Şamil qəzəblənib fərman verir ki, bundan sonar kim şeir 
yazsa, buynu vurulacaq. Yaxın adamları deyr, bu fərman 
Mahmuda da aiddir, axı o başqalarından fərqli olaraq əsil 
şairdir?! Şamil deyir o əsil şairdirsə, hətta ölüm təhlükəsi 
də onu şeir yazmaqdan çəkindirə bilməyəcək, yalançı 
cızma-qaraçılar isə qoy aradan çıxsın. Sonra əmr ve-
rir ki, bu şairlərin şeirlərini yığıb Terek çayına atsınlar.  
Deyirlər Mahmudun şeirlərini də ataq, o ki əsil şairdir! 
Şeyx  Şamil tarixə düşən ikinci bir aforizm də deyir: 
“əgər o doğrudan da əsil şairdirsə, yazdıqları xalqın di-
lində, ürəyində yaşayacaq”. 
Mən düşünürəm ki, Ələsgərin  şeirləri də ürəklərdə 
yaşamış və H.Əlizadə onları toplamışdır, əgər itən şeirlə-
ri varsa, deməli yaddaşlarda, ürəklərdə yaşayacaq qədər 
gözəl, təsirli olmayıblar. Sonradan “üzə çıxarılan” belə şeir 
nümunələri çox zaman zəif olur və kimsə sensasiya yarat-
maq üçün guya nəyisə tapıbmış kimi qələmə verir. Belə şe-
irlərin Ələsgərə aid olduğu şübhə doğurur. Məsələn, müəl-
lifl iyi Ələsgərə aid edilən mərsiyyənin onun olduğuna 
inanmıram.
Qardaşı  Şair Məhəmmədin “Bu dağlar mənim” və 
“Gördüm” rədifl i iki qoşması vaxtilə səhvən Aşıq Ələsgə-
rin adına getmiş, amma sonradan İ.Ələsgər düzgün olaraq 
onları Ələsgərin çap olunan kitablarına daxil etməmişdir. 
Yəqin oxucular təsdiq edər ki, ailədə I sinfə gedən uşaq 
olduqda ondan balaca qardaşı  və ya bacısı da onun mək-
təbdə keçdiklərinə, öyrəndiklərinə,  Əlifba kitabına maraq 


98
Nazir Əhmədli
göstərir və onun özü I sinfə gedəndə xeyli hazırlıqlı olur. 
Qurana, dinə, elmə böyük məhəbbəti olan, Bəşiri təkid-
lə molla yanına göndərən  Ələsgər doğrudanmı  Bəşir evə 
qayıdanda onun nə örəndiyi ilə maraqlanmırdı? Halbuki, 
məntiqə görə, Ələsgər dərsini öyrənmək istəməyən Bəşiri 
həvəsləndirmək üçün onun keçdiklərini Bəşirlə birgə öy-
rənməli idi və yəqin ki, belə də edirdi. Axı ailədə bunu edə-
cək ayrı adam yox idi-bu işi nə yazı-pozu bilməyən həyat 
yoldaşı Anaxanım, nə də Bəşirin balaca qardaşları Əbdülə-
zimlə Talıb edəcəkdi. 
Aşıq Ələsgərin əlifbanı bilməsi və yazıb-oxumasını gü-
man etməyə başqa bir məntiqi dəlil də var. Ağ Aşığın-Aşıq 
Allahverdinin bioqrafl arı yazır ki, o bir neçə dil bilən çox 
elmli adam imiş. Onun şəyirdi olmuş Aşıq Alının da təhsil 
gördüyünü yazırlar. Məlum olduğu kimi, Ələsgər oxuma-
ğa o qədər də həvəsi olmayan böyük oğlu Bəşiri də təkid-
lə molla yanına göndərib ona Quran oxumağı öyrənməyə 
məcbur etmişdir. Necə alınır, Ağ  Aşıq - Aşıq Alı - Aşıq 
Ələsgər-Bəşir ardıcıllığında bircə Ələsgər savadsız qalmış-
dı? 5 il Aşıq Alıya şəyirdlik edən Aşıq Ələsgərin doğrudan-
mı Qurani-Kərimin yazıldığı əlifbaya o qədər nifrəti olub 
ki, həmin 5 il ərzində bu əlifbanı öyrənməyib? Bəlkə onu 
öyrənməyə  fərasəti çatmayıb?  Əlbəttə bu ritorik sualların 
hər ikisinə mənfi  cavab vermək lazım gəlir. Onda sual yara-
nır-bütün bu aydın-aşkar faktlar ortada ikən, onun yazı-po-
zu bilmədiyini niyə inadla iddia edirlər?
Burada ağıla gələn ilk fi kir odur ki, Məhəmməd 
peyğəmbərin (s.ə.s.) əlifbanı, yazı-pozu bilmədiyi haqqın-
dakı hədislər burada motiv rolunu oynamışdır, yəni Ustadın 
dahiliyini daha da qabartmaq üçün bu versiya inadla beyin-
lərə yeridilməyə çalışılmışdır.  İslam müəllim hətta Ustad 
haqqında çox uzağa gedən sözlər söyləməkdən də  çəkin-
mir: “Aşıq  Ələsgərdə özünü göstərən bu kimi möcüzəli 


99
Haqq-nahaqq seçilər Haqq divanında
xüsusiyyətlər onun xalq arasında müqəddəsləşdirlməsinə, 
fövqəlbəşər mövqe tutmasına səbəb olmuşdur. Bir çoxları 
onu peyğəmbər adlandırırdı” (Haqq Aşığı Ələsgər. Bakı, 
1999. səh.33). Göründüyü kimi, İslam müəllim babasının 
“peyğəmbər” ünvanı ilə də kifayətlənməyib, “fövqəlbəşər” 
mərtəbəsinə qaldırır, yəni əstəğfürullah, Allahlaşdırır. Gü-
man edək ki, “fövqəlbəşər” sözünün həmin mənanı verdiyi-
ni İslam müəllim sadəcə olaraq nəzərə almayıb.
İ.Ələsgərin Ələsgərin yazı-pozu bilməməsində israr et-
məsi başqa bir səbəblə  də bağlıdır: o sübut etmək istəyir 
ki,  Ələsgərin bütün yaradıcılığı  bədahətən yaranıb.  Əgər 
yazı-pozu bilsə, oturub qafi yə fi kirləşib şeir yazsa, onun da-
hiliyinə kölgə düşər. O, yenə həmin kitabında  Səməd Vur-
ğundan sitat gətirir. S.Vurğun deyir ki, biz fi kirləşib yazırıq, 
bəzən yazdığımız dörd misranın ikisini pozub dəyişdiririk, 
Ələsgər isə o qədər dahidir ki, bütün şeirlərini birnəfəsə, 
sinədən deyib və redaktə etməyib  (yenə orada, səh.26). 
İ.Ələsgər fi kirləşir ki, Ələsgərin yazı-pozu bildiyini desə,o-
nun haqqındakı  həmin təsəvvürlər dəyişər və  Ələsgərin 
miqyası kiçilər.
Halbuki, buna heç bir ehtiyac yox idi. Adını çəkdiyim 
digər iki ustad kimi, qarabağlı Aşıq Valeh Abdalgülablının 
da, Şəmkirli Aşıq Söyünün də  təhsil gördüyünü yazırlar və 
bu fakt bütün bu ustadlara ancaq və ancaq hörmət gətirir, 
onların şəxsiyyətini və yaradıcılığını daha da mötəbər edir. 
Elə götürək yazılı  ədəbiyyatın nümayəndələri, “fi kirləşib 
yazan, sonra yazdığını redaktə edən” böyük söz ustadla-
rı Nizamini, Füzulini, Hafi zi, Nəsimini və yüzlərlə başqa 
mütəfəkkirləri. Bəyəm onlar Ələsgərdən kiçik şairdir?
Aşıq Ələsgər nəinki ərəb əlifbasını, zənnimcə ərəb və 
fars dillərini də yaxşı bilmiş, hətta klassik ədəbiyyatla da 
yaxşı tanış olmuşdur. Bir az əvvəl misal gətirdiyimiz “mən-
dədir” rədifl i təcnisində bunu özü deyir:


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə