Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə25/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   21   22   23   24   25   26   27   28   ...   72

93
Haqq-nahaqq seçilər Haqq divanında
Başqa məşhur bir şeirində
“Dərs alanlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədir”, - deyir.
Burada Aşıq Quranı oxumaq bacarığından başqa, onu 
hətta  əzbər bilməsindən söz açır. Elə  İslam müəllimin 
qələmə aldığı bir hadisə  də bunun sübutudur. O,  “Haqq 
aşığı Ələsgər” (Bakı,1999, səh.38) kitabında yazır ki, bir  
məclisdə Aşıq  Ələsgər mollaya irad tutur ki, Quranın  fi -
lan yerini düzgün oxumadın. Molla etiraz edib Qurandan 
həmin yeri açıb göstərir ki, budur, belə yazılıb, düzgün 
oxumuşam. Onda Ələsgər deyir ki, mən dediyim Quranın 
Tehran nəşrindədir. Adam göndərib qonşu kənddən həmin 
nüsxəni gətirirlər və Ələsgərin haqlı olduğu üzə çıxır, molla 
üzr istəyir.
Bu fakt Ələsgərin nəinki Quran oxuya bildiyini, hətta 
onu əzbər bildiyini, hafi z olduğunu göstərir. Burada bir eti-
raz da görürəm: deyə bilərlər ki, Ələsgər Quranı oxuyaraq 
əzbərləməyib, yanında oxuyublar, o qədər güclü hafi zəsi 
varmış ki, hamısını yaddaşına həkk edib. Yaxşı, bu qədər 
nadir və güclü yaddaşa malik olan insan üçün ərəb əlifbası-
nı öyrənib yadda saxlamaq nə çətin işdir axı? Bu istedadla 
dahi sənətkarımız bu əlifbanı bircə günə öyrənə bilərdi və 
öyrənmişdi də!
“Aşıq Ələsgərin Şınıq səfəri” dastan-rəvayətində Aşıq 
Əsədullahla deyişməsi vardır. Əsədullahın oxuduğu bağla-
maya cavab olaraq Ələsgər Qurani-Kərimi belə təsvir edir:
Altı min altı yüz altmış altı gül!
Yüz on dörd surədir Quran, yəqin bil.
Altmış nisbi, otuz cüzi müttəsil,
Doxsan min kəlmədə tamamı vardır.


94
Nazir Əhmədli
Еlmi-ibadətdi əcayib Quran,
On yеddi rəkətdi, on səkkiz xoş han.
Əlli bir sünnətdi, yеrbəyеr qılan,
Məxrəci, səcdəsi, iqdamı vardır.
Göründüyü kimi, Ələsgər Qurani Kərimin strukturunu, 
onun neçə ayə, neçə surə, neçə kəlmə, neçə cüz olduğunu 
təsvir edir.
Bir təcnisində Aşıq Ələsgər yazıb-oxumaq, əbcəd hesa-
bını bildiyini belə ifadə edir: 
“Əlif”dən dərs aldım, əbcəd oxudum,
Huş vеrdim, öyrəndim yazıq “əmmə”ni.
Şirin canım müjganına toxudum,
Sən Allah, öldürmə, yazığam, məni!”
Ərəb  əlifbasındakı  hərfl ərin hər biri bir rəqəmi ifadə 
edir. Bu əlifbanın 1-ci hərfi  olan “əlif” 1-i, sonuncu hər-
fi  olan “ğayn” isə 1.000 rəqəmini ifadə edir. Başqa sözlə, 
əlifbanın bütün 28 hərfi nin bir kəmiyyət qarşılığı vardır və 
bu məsələ  “əbcəd hesabı” adlanır. Savadlılıq tələb edən 
bu hesabdan aşıqlar da bağlama deyərkən istifadə etmiş-
lər. Məsələn, “Valeh və Zərnigar” dastanında Aşıq Valehlə 
Zərnigarın uzun çəkən gərgin yarışması əbcəd hesabını bil-
məsinə görə Aşıq Valehin qələbəsi ilə başa çatır və bağla-
masını da özü belə açır:
“Valeh əbcəd hesabını yad eylər,
Köhnə mənaları tez savad eylər.
Bir “əlif”, bir “ğayın” min bir ad eylər,
Ancaq ona demək olmaz ikidir”.


95
Haqq-nahaqq seçilər Haqq divanında
Burada “Allah” sözünün ərəb əlifbası ilə iki hərfl ə-“ə-
lif” və  “ğayn” hərfl əri ilə yazılması,  əbcəd hesabında bu 
hərfl ərin 1.001 rəqəmini ifadə etməsi, lakin Allahın tohi-
di-təkliyi nəzərdə tutulur. ““Əlif”dən dərs aldım,  əbcəd 
oxudum”,-deyən Aşıq  Ələsgər də  əbcəd hesabını  və  təbii 
ki, ərəb əlifbasını bildiyinə işarə edir və bizim ona inanma-
mağa, şübhə etməyə heç bir ixtiyarımız yoxdur! 
“Rənc ali-əba” adlı dini-fəlsəfi  şeirində Ələsgərin Aşıq 
Valehdəki ifadələrə çox yaxın sözləri var:
İbtida “əlif”dən dərsim almışam,
Ələst aləmində dеmişəm “bəli”.
Həqiqətdən iki gözəl sеvmişəm,
Birisi Məhəmməd, birisi Əli.
Xaliqi-ləmyəzəl vahid əl-yеktay,
Qüdrətindən kamal vеrib mana pay.
Oxu “əlif”, “ğayn”, еylə haqq-say,
Arif sеçər əbcəd ilə cəm əli.
Günahım dəryadı, özüm qanmışam,
Tutduğum işlərə çox utanmışam,
Püşti-pənahına daldalanmışam,
Adım Ələsgərdi, əslim – göyçəli.
Aşıq Ələsgər burada eynilə Valehin dediyi kimi,  “Al-
lah” sözünün ərəb əlifbasının “əlif” və “ğayn” hərfl əri ilə 
yazıldığını, əbcəd hesabı ilə hansısa rəqəmi ifadə etdiyini, 
amma Allahın tək, şəriksiz, vahid olduğunu ifadə edir. Gö-
ründüyü kimi, Ələsgər nəinki yazı-pozunu, həttə əbcəd he-
sabını, ərəb və fars dillərini də mükəmməl bilirmiş və bu bi-
liklərini 5 il yanında qaldığı, aşıqlıq sənətinin sirlərini, saz 
havalarını öyrəndiyi Aşıq Alıdan öyrənmişdir. Alının özü 


96
Nazir Əhmədli
isə ustadı Ağ Aşıq Allahverdinin yanında  şəyirdlik etdiyi 
illər ərzində bu mükəmməl biliklərə yiyələnmişdi.
Oxucuların marağını nəzərə alaraq əbcəd hesabını təq-
dim etməyi gərəkli gördük:
Əlif ا 1
Ha ح
8
sin س
60
Tə ت
400
Bə ب 2
Ti ط
9
`ayn ع 70
Sə ث
500
Cim 
ج
3
Ya ي
10
fa ف
80
Hi خ
600
Dal د 4
Kəf ك
20
Sad ص 90
Zəl ذ
700
Hə ه
5
Ləm ل 30
kaf ق
100
Dad 
ض
800
Vav و 6
Mim م 40
ra ر
200
Zi ظ
900
Zə ز
7
Nun ن 50
şin ش
300
Ğayn غ 1000
İ.Ələsgər yazır: “Yazı-pozu bilməyən qüdrətli еl sənət-
karının yaratdığı əsərlər onun sağlığında yazıya alınmadı-
ğına görə, böyük bir qismi unudulmuşdur”(“Aşıq Ələsgər.
Əsərləri. Tərtib edəni, ön sözün və qeydlərin müəllifi  
İ.Ələsgər”. Bakı, 2004, səh.12).
Aşığın əsərlərinin bəzilərinin itib-batmasında onun ya-
zı-pozu bilmədiyini səbəb göstərmək bəhanədən başqa bir 
şey deyil, hətta onun özü yazıb-oxumaq bilməsəydi belə
molla məktəbinə gedən və 1934-cü ilə qədər yaşayan oğlu 
Bəşir də, dərin elmi, təhsili olan qardaşı oğlu Növrəs İman 
da, eləcə də yəqin ki,  təhsil götmüş başqa yaxın qohumları 
da bunu edə bilərdilər və etməliydilər də! Etməmələri bir 
yandan dərin təəssüf hissi yaradırsa, digər tərəfdən, laqeyd-
liyin nümunəsidir.  
Amma doğrudanmı İslam Ələsgərin dediyi kimi Ələs-
gərin əsərlərinin böyük bir qismi unudulmuşdur? Bu, mən-
də  şübhə doğurur. Çünki, məşhur folklorçu alim Hümbət 
Əlizadə Aşıq  Ələsgərin  şeirlər kitabını  hələ 1935-ci ildə, 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə