Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə16/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

58
Nazir Əhmədli
mahalında müəyyən etdim və məlum oldu ki, 1831-ci ildə 
orada da İrandan köçürülmüş 16 erməni ailəsi yaşayırmış. 
Deməli, 1831-ci ildə hələ insan yaşamayan  Ağkilsə kən-
dinə gələn gələcək ağkilsəlilər kameral siyahını tərtib edən 
dövlət məmuru R.Ryazanovu aldatmışdılar. Və dillərindən 
iltizam alan Ryazanov da onlara çox etibar etməmiş və ver-
dikləri məlumatların doğruluğuna görə, heç kimi siyahıdan 
gizlətmədiklərinə dair iltizam almışdır. Rusiyanın o vaxtkı 
qanunlarına görə, kiminsə qeydiyyatdan gizlədilməsi ağır 
nəticələrə səbəb ola bilərdi-kəndxudanı 100 rubl cərimə və 
fi ziki cəza gözləyirdi. Çünki kiminsə gizlədilməsi vergi qa-
çaqçılığı demək idi.Buna isə dövlət məmurları xüsusi fi kir 
verirdilər. Vergi sistemi  belə idi:
Baş pulu. 15 yaşına çatmış bütün kişi cinsindən olan-
lardan ildə 1 rubl 20 qəpik (gümüş pulla). Qadınlardan və 
15 yaşdan aşağı uşaqlara görə alınmırdı.
Ev pulu. Hər ailədən 2 rubl.
Mal pulu:
-camış 1 rubl
-madyan at 1 rubl
-ulaq -1 rubl 20 qəpik
-yük atı – 2 rubl. Minik atı vergidən azad idi.
Qoyun pulu.
-hər qoyundan və keçidən 20 qəpik və s.
Taxıl vergisi. Dövlət kəndliləri biçdikləri taxılın 35 fa-
izini xəzinəyə ödəməli idi, 65 faizi özlərinə qalırdı. Mülkə-
dar torpaqlarında da taxılın 65 faizi onu əkib-biçənə çatırdı, 
15 faizi mülkədara, 20 faizi xəzinəyə ödənməli  idi. Natu-
ral şəkildə ödənilən taxılın üçdə ikisi buğda, üçdə biri arpa 
ilə ödənməli idi. Pul şəklində alınan vergilər il ərzində 3 
dəfəyə, taxıl isə biçindən sonra bütöv şəkildə ödənirdi. Ver-
gi toplayanlar əldə edilən taxılı ölçməyincə, kəndlinin on-
dan istifadə etmək hüququ yox idi.


59
Haqq-nahaqq seçilər Haqq divanında
1 işlək dəyirmana görə 8 rubl vergi alınırdı.
O vaxt bir qoyunun 2-3 rubla satıldığını nəzərə alsaq, 
Şərqi Dərələyəz əhalisinin-qaraçorluların nə qədər imtiyaza 
sahib olduğunu təsəvvür etmək çətin deyil.
Əhalidən alınan vergilərin dəyəri haqqında oxucuda 
təsəvvür yaratmaq üçün həmin dövrdə mövcud olmuş qiy-
mətlərin bəzilərini yazmaq maraqlı ola bilər:
Keyfi yyətindən asılı olaraq 1 xalvar (təxminən 0,5 ton) 
buğda 6-12 rubla, arpa 3,5-7 rubla, darı 3-6 rubla satılırdı. 
Kəlin qiyməti  20-40 rubl, sağmal camışınkı 15-25 rubl, 
cins öküz 10-20 rubl, sağmal inək 6-12 rubl, at 15-40 rubl, 
ulaq 4-6 rubl idi.
Qoyunun qiyməti 2-3 rubl, keçininki onun yarısı qədər, 
quzunun qiyməti 75 qəpikdən 1 rubl 50 qəpiyə qədər idi.
1 batman yunun qiyməti 0,6-1,2 rubl, 1 batman pendi-
rin qiyməti isə 30-40 qəpik idi.
1842-ci ilə aid sənəddə bir zəruri izahata ehtiyac vardır. 
Bu, “xalvar” termini ilə bağlıdır.
Yefron və Borkhauz Ensiklopediyasının, eləcə də bizə 
tanış olan Şopenin verdiyi məlumata görə, çəki vahidi olan 
“xalvar” sonradan Erməni Vilayətinə çevrilən Naxçıvan və 
İrəvan xanlıqlarının ərazisində işlənən ölçü vahidi idi, amma 
onların arasında fərq var idi-Naxçıvan xanlığında işlədilən 
xalvar 25 puda, İrəvan xanlığındakı xalvar isə 30 puda bə-
rabər idi. Ona görə də Naxçıvan xanlığındakı xalvarın ayrı 
dəyər daşıdığını  nəzərə çatdırmaq istəyən sənədləri tərtib 
edən məmurlar “Naxçıvan xalvarı” ifadəsini işlədirdilər. 
Bir pudun 16,38 kq olduğunu nəzərə alsaq, İrəvan xanlığın-
da 1 xalvar 491,4 kq, Naxçıvan xanlığında isə 409,5 kq-a 
bərabər idi. Qeyd edək ki, “xalvar” əkinçilikdə ərazi vahidi 
kimi də işlədilirdi. 1 xalvar ərazi bir xalvar taxıl toxumunun 
səpildiyi əkin sahəsinə bərabər idi və müxtəlif taxıllar üçün 
fərqli rəqəmlər alındığından, ərazi vahidi olan xalvarı dəqiq 


60
Nazir Əhmədli
rəqəmlə ifadə etmək çətin olsa da, 1 xalvar əkin ərazisini 
təxminən 1,5 ha qəbul etmək olar.
Taxılın məhsuldarlığına gəldikdə isə, çar Rusiyasında 
“sam” terminindən istifadə edilirdi. Məsələn, “sam 5”, “sam 
7” və s. “sam 5” o demək idi ki, səpilən 1 xalvar toxum 5 
xalvar məhsul vermişdir. Bu torpaqlar üçün orta məhsuldar-
lıq da payızlıq taxıl üçün təxminən 7-8 sam, yazlıq taxılda 
isə bundan az, təxminən 5 sam idi.
1842-ci ilə aid sənəd üzərində Ələsgərlə  Səhnəbanının 
ailələrinin maddi imkanlarını müqayisə etdikdə, görürük ki, 
Qurbangilin 15 ha əkin yeri, 3 ha buğda, 3 ha arpa əkini 
vardı, məhsuldarlığı buğda üçün sam 5 götürsək, ildə 10 
xalvar - 5 ton buğda, arpa üçün sam 6 götürsək,  6 ton arpa 
əldə edirdilər. Bundan başqa ailənin 2 atı, 15 baş iribuynuz-
lu malı (onların 5-6-nın öküz olduğunu təxmin etmək olar), 
40 baş qoyun-keçisi vardı ki, bu əlamətlərinə görə həmin 
dövr üçün bu ailəni zəngin bir ailə hesab etmək olar.
Əldə edilən taxılın 10%-i vergi kimi kəndxudaya çatırdı.
Ələsgərin ailəsinə baxaq. 5 xalvar, yəni 7,5 ha əkin yeri 
var, onun cəmi 2 xalvarında, yəni 3 hektarında arpa əki-
lib, buğda  əkini yoxdur(5 xalvar əkin yerinin niyə hamı-
sında taxıl  əkilməməsinin səbəbi növbəli  əkindir. Adətən, 
1 il əkindən sonra həmin ərazi 2 il dincə qoyulurdu. Bunun 
üçün də ümumi ərazinin ildə üçdə birində taxıl əkirdilər). 
Arpanın  məhsuldarlığını sam 6 olduğuna görə, 12 xalvar, 
yəni 6 ton arpa biçilib. Əlbəttə, bu o demək deyil ki, bu ailə 
yalnız arpa çörəyi yeyib. Əlindəki arpanın bir hissəsini buğ-
daya dəyişmək çətin bir şey deyildi (amma ən yaxşı halda 3 
pud arpaya 2 pud buğda verirdilər). Ailədə at və qoyun-keçi 
də yoxdur, cəmi 6 baş iribuynuzlu mal var ki, hesab edə 
bilərik ki, onun 2-si öküz, 2-i inək, 2-i də dana-buzovdur. 
Bir sözlə, Məmmədalı Novruz oğlunun ailəsi ilə müqayisə-
də çox kasıbdırlar və 14 yaşlı Ələsgərin Kərbəlayi Qurbana 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə