Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə13/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

45
Haqq-nahaqq seçilər Haqq divanında
Yazıq Ələsgərəm, mən sana qurban,
Xəstəyəm, dərdimə gəl eylə dərman,
Sən mələkzadasan, ay huri, qılman,
Gəlmişəm qurbana, üzün bürümə!
Ola
Can qurban eyləsən, layıqdı, layıq,
Bir yar ki mətləbi tez qanan ola.
İşarətnən, qaş-gözünən annıya,
Nəinki deməknən söz qanan ola.
Canım qurban olsun o əhli-dilə,
Qaşdarın oynada, gözünnən gülə.
Dilin tərpənməmiş dərdini bilə,
Qurbanam gözünə, göz qanan ola.
Belə yar yetirə baxtın  kövkəbi,
Dəsti qana ürəkdəki mətləbi.
Nə lazım dil deyib, tərpətmək ləbi,
Nə keçsə konlunnən düz qanan ola.
Ələsgər söylüyər söz müxtəsərin;
Ağlı kamil ola, kamalı dərin.
Eşidənlər deyə: “əhsən”, “afərin”,
Əgər məclisində yüz qanan ola.
(“Aşıq Ələsgər”. Əsərləri.  Bakı, 2004).


Zöhrə və Paşa
Dastanda aşığın əmisi qızı kimi təqdim edilən Zöhrənin 
atasının, Ələsgərin əmisinin adının çəkilməməsi  təsadüf-
dürmü? İnanmaq çətindir. Çünkü onun əmisi Allahverdini 
Ələsgərə baba etdiklərinə, Alməmmədin isə başqa qarda-
şının olmadığına görə, nə dastanda, nə  də  rəsmi bioqrafi -
yada  Ələsgərin  əmisinin haqqında bir kəlmə  də yazılmır 
və deyilmir. Belə olan halda, Zöhrəni onun əmisi qızı kimi 
təqdim etmək həm dastanın, həm də bioqrafi yanın qüsuru 
kimi üzə çıxır. Yəqin Allahverdini Alməmmədin “ata”sına 
çevirəndə bunu nəzərə almayıblar. 
 Ələsgərin dostu kimi təqdim olunan Paşanı da Kameral 
siyahıda görürük. Bu, siyahıda 23 nömrəli ailə kimi qeyd 
olunan Əli Molla Məhəmməd oğlunun 8 yaşlı oğlu Paşa-
dır, kənddə başqa Paşa yoxdur və onu səhv salmaq mümkün 
deyil. Ona görə də Səkinəbanunu sevən vaxtlarda Ələsgərin 
Paşa ilə dostluğundan bəhs etmək doğru deyil. Ola bilsin 
ki, yetkinlik yaşlarında Paşa Ələsgərlə dostluq edib, amma 
dediyim kimi, dastanın əhatə etdiyi dövrdə Paşa sadəcə ola-
raq  Ələsgərin buyuruqlarına yerinə yetirən üzüyola uşaq 
ola bilərdi. Ələsgər Kərbəlayi Qurbanın evindən 18 yaşında 
ayrılanda Paşanın cəmi 5 yaşı vardı. 18 yaşlı cavanla 5 yaşlı 
uşağın dostluğundan danışmaq, təbii ki, ciddi məsələ deyil.
İ.Ələsgər “Haqq aşığı Ələsgər” (Bakı,1999) kitabında 
yazır: “Ələsgər kiçik yaşlarından saza-sözə böyük maraq 
göstərmişdir. Bu barədə onun yaxın dostu və  həmkəndli-
si olan Məşədi Paşa deyirdi: --“Mən aşıq məclislərinə hə-
mişə Ələsgərlə bərabər gedirdim. Aşıq məclislərinin birini 
də buraxmazdıq. Mən və qalan uşaqlar axşamdan aşığın 


47
Haqq-nahaqq seçilər Haqq divanında
söhbətinə bir qədər qulaq asandan sonra yuxumuz gələrdi, 
yatardıq. Ələsgər məni oyadanda görərdim ki, aşıq söhbə-
ti qurtarıb. Səhər tay-tuşlarımız bir yerə toplaşanda, xahiş 
edərdik ki, Ələsgər axşamkı nağılı(dastanı-İ.Ə.) danışsın. 
O bizim xahişimizi yerə salmazdı, danışardı.  Ələsgər bir 
nağıla iki-üç dəfə qulaq asandan sonra sözlərini də yadında 
saxlayardı”(səh13-14).  
İ.Ələsgər Məşəd Paşanın 1940-cı ildə 115-120 yaşla-
rında vəfat etdiyini yazır. Amma bizim təqdim etdiyimiz 
sənəddən aydın oldu ki, Paşa 1865-ci ildə doğulub və 1940-
cı ildə vəfat edərkən 75 yaşında olub. 
Məsələnin digər tərəfi  isə bu aşıq dastanlarına dostla-
rın birgə qulaq asması haqqındakı uydurmadır, əgər bunu 
rəhmətlik Məşədi Paşa özü uydurubsa, öz əhəmiyyətini 
qabartmaq üçün belə edib. Ələsgər uşaq-yeniyetmə vaxt-
larında-tutaq ki, 14-15 yaşlarında aşıqlara qulaq asmağa 
gedərkən, Paşanın 1-2 yaşı vardı  və onlaın bu dastan ge-
cələrinə birlikdə getməsinin uydurma olduğu göz qabağın-
dadır. Paşanın özü 14 yaşına çatanda isə Ələsgərin artıq 27 
yaşı vardı və özü məclis qurub dastan danışırdı... Paşanın 
dastanlara qulaq asarkən yuxuya getməsinə inanmaq olar: 
o vaxt 1-2 yaşında olan balaca Paşa aydındır ki, anasının 
qucağında yatırmış...


Sənədlər nə deyir?
Qeyd edək ki, siyahıdakı 3-cü ailədəki Kərbəlayi İbra-
him Məmmədalı oğlu və onun qardaşı Kərim də Kərbəlayi 
Qurbanın qardaşlarıdır. Burada onların qardaşı oğlu Ələk-
bər  İmirza oğlunun adından onların  İmirza adlı başqa bir 
qardaşlarının da adını öyrənirik, beləliklə, məlum olur ki, 
Kərbəlayi Qurbangil ən azı 5 qardaş imiş və onlardan üçü 
artıq rəhmətə gedib.
Əgər oxucu fi kir  verdisə, bu siyahıda ailələrin sıra 
nömrəsi iki rəqəmlə göstərilib. Buradakl birinci rəqəm hə-
min ailənin hazırkı siyahıdakı  sıra nömrəsi, ikinci rəqəm 
isə daha əvvəlki kamaral siyahıdakı, yəni 1859-cu ilin si-
yahısındakı  sıra nömrəsidir.  Əgər ailə yalnız bir rəqəmlə 
işarələnibsə, bu o deməkdir ki, əvvəlki kameral siyahıda bu 
ailənin adı olmayıb.
İndi əvvəlki, 1859-cu ildəki Kameral siyahıya baxaq:
“NOVOBƏYAZİD QƏZASININ AĞKİLSƏ KƏNDİ. 
1859-CU İL.
Xəzinə torpaqlarında yaşayan dövlət kəndliləri
1.4.Novruz Məşədi Məmmədalı  oğlu 46 y; oğlu 
Məhəmməd 10 y; beş qardaşı var: Məhərrəm 40 y(onun 
oğlu Mustafa 1 y); Qurban 32 y; İbrahim 30 y; Mirzə 27 
y; Kərəm 24 y. (Ailədə 12 qadın var).
2.6. Abdulla Mustafa oğlu 50 y; dörd oğlu var: Qulu 30 
y; Sadıx 25 y; Mustafa 22 y; Novruz 7 y.
3.10. Ramazan İsmayıl oğlu 50 y; qardaşı Ocaqqulu 20 y.


49
Haqq-nahaqq seçilər Haqq divanında
4.8. Məşədi Xəbər Həsən oğlu 65 y; üç oğlu var: Həsən 
35 y(onun oğlanları Hüseyn 16 y; Mahmud 14 y; İsmayıl 11 
y);  Məhəmməd 25 y(onun oğlu Əli 6 aylıq); Hümbət 20 y.
5. 17. Molla Nağı Molla Məhəmməd oğlu 45 y.
6.14.Allahverdi Haxverdi oğlu 45 y; iki oğlu var: 
Haxverdi 24 y; Kərim 20 y; qardaşı Alməmməd 35 y(əv-
vəlki siyahıda yaddan çıxıb; üç oğlu var: Məhəmməd 10 
y(əvvəlki siyahıda yaddan çıxıb); Ələsgər 7 y; Salah 4 y). 
(Ailədə 6 qadın var).
7.11. Məhəmməd Allahverdi oğlu 60 y; üç oğlu var:  
Nadir 17 y; Allahverdi 2 y; Hacı 5 y; qardaşı Mürsəl 20 y 
(onun oğlu Murtuza 6 y).
8.1. Ağababa İbrahim oğlu 80 y; iki oğlu var: İbrahim 
30 y; Həsən 26 y; qardaşı Yusif 50 y(onun oğlu Amirza(?) 
12 y(əvvəlki siyahıda yaddan çıxıb)).
9.2. Aşur Yusif oğlu 60 y; səkkiz oğlu var: İsmayıl 27 
y; Həsən 25 y; Namaz 20 y; Mahmud 17 y; Hüseyn 14 y; 
Məhərrəm 10 y; Qurban 8 y; Məsim 7 y.
10.9. Məhəmməd Əli oğlu 50 y; oğlu Əziz 1 y; qardaş-
ları: Əhməd 45 y(onun oğlu Əli 12 y); Nağı 40 y; Vəli 36 
y; Hümbət 33 y.
11. 12. Elləz Məhəmməd oğlu 40 y; iki oğlu var: 
Məhəmməd 10 y; İsmayıl 7 y.
12.18. Yusif Vəli oğlu 35 y; iki oğlu var: Vəli 9 y; Na-
maz 6 y; qardaşlırı Abbas 30 y; Əli 25 y(əvvəlki siyahıda 
yaddan çıxıb).
13.7. Səfər Əli oğlu 50 y; oğlu Hüseyn 14 y.
14.15. Qasım Kərbəlayi Baba oğlu 25 y; oğlu Nəcəf 5 
y; qardaşı Məsim 20 y.
15.16. Polad Əli oğlu 50 y; dörd oğlu var: Həsən 17 y; 
Məhərrəm 14 y; Ağa 8 y(əvvəlki siyahıda yaddan çıxıb); 
Əli 3 y.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə