Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə11/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

Ələsgərlə Səkinəbanu
Məlum olduğu kimi, Ələsgərin həyatı haqqındakı mə-
lumatlar  “Ələsgərlə  Səhnəbanı”  dastanında öz poetik 
həllini tapmışdır. Dastanla Ələsgərin rəsmi bioqrafi yası o 
qədər iç-içə keçmişdir ki, dastanın bioqrafi yadan, yoxsa bi-
oqrafi yanın dastandan təşəkkül tapmasını aydınlaşdırmaq  
qeyri-mümkün görünür, ən azı indiyə qədər belə görünür-
dü. Yuxarıdakı sənədin köməyi ilə əslində həmin dastanın 
motivlərini, onun həyatla nə qədər əlaqəli olub-olmadığını 
müəyyən edə bilirik. 
Əvvəlcə dastanda yer alan  hadisələri yığcam  şəkildə 
ifadə etməyə çalışaq.
Dastanda da Ələsgərin bioqrafi yasındakı kimi deyilir 
ki, böyük külfət sahibi-4 oğul və iki qız atası olan Alməm-
məd kişi 14 yaşına çatmış böyük oğlu Ələsgəri Kərbəlayi 
Qurban adlı rəhmdil bir adama(İslam müəllim onu aşağıla-
yaraq “Kərbəlayi Qurban adlı birisinə” yazır.”Haqq aşığı 
Ələsgər”. Bakı, 1999, səh.14) nökər verir, Qurban onunla 
mülayim davranır, Ələsgəri incitmir, öz doğma övladı kimi 
münasibət göstərir(sonrakı  nəşrlərdə isə müəllif hadisəni 
başqa cür təqdim edir:“Ailənin böyük uşağı olan Ələsgər 
14-15 yaşına çatanda kəndlərində  Kərbəlayı Qurban adlı 
birisi Alməmmədin yanma gəlib, onu dilə tutmuş, kömək-
siz olduğundan şikayətlənmiş, bir neçə il Ələsgərin onlara 
kömək etməsini xahiş eləmişdi” (Aşıq  Ələsgər.  Əsərləri.
Bakı, 2004, I c., səh.4). Onun evində 4 il qulluq edən Ələs-
gər Kərbəlayi Qurbanın gözünün ağı-qarası bircə  qızı  və 
yeganə övladı olan Səhnəbanı ilə sevişir,  əslində bundan 
xəbər tutan Kərbəlayi Qurbanla onun arvadı da bu işə kö-


38
Nazir Əhmədli
nüldən razı olurlar, amma onun qardaşı,  “Pullu Məhər-
rəm” adlı zalım və əzazil bir nəfər bu işi pozur, Səhnəba-
nını zorla oğlu Mustafaya alır, nakam məhəbbətdən çox 
pərişan olan gənc Ələsgər dərdini misralara tökür, şairliyə 
başlayır, bunu görən Alməmməd onu Göyçənin məşhur aşı-
ğı Alının yanına aparıb şəyirdliyə qoyur(bəzi variantlarda 
Alının da Alməmməddən  Ələsgəri  şəyirdliyə götürmək 
üçün xahiş etdiyi uydurulur), Ələsgər ona beş il şəyirdlik 
edir, aşıq sənətinin sirlərinə mükəmməl yiyələnir, bədxah 
insanların təhriki ilə  onunla deyişib məğlub edir və ondan 
ayrılaraq müstəqil aşıqlığa başlayır, bütün təkidlərə baxma-
yaraq, Kəlbəcərin Yanşaq kəndindən Nəbi adlı adamın qızı, 
Kərbəlayi Zeynalın gözəl bacısı Anaxanımı görüb sevənə 
qədər 41 yaşına qədər evlənmir. 
İndi dastanda yer alan Səhnəbanı və ailəsinin real hə-
yatla nə dərəcədə əlaqəli olub-olmadığına baxaq.
Səhnəbanının ailəsi sənəddə 1-ci ailə kimi qeyd edi-
lib. Əvvəlcə ondan başlayaq ki, siyahıdakı yeri bu ailənin 
Ağkilsə kəndində tutduğu yüksək mənsəbdən xəbər verir. 
Həyatda olmayan Kərbəlayi Qurbanın dul qalmış arvadı 36 
yaşlı Yetər indi bu ailənin başçısıdır.(Bu ailənin əhəmiyyə-
tini sübut edən bir cəhət də Yetərin adının göstərilməsidir. 
Çünki bu cür sənədlərdə ailə başçısı ölmüş digər ailələr üçün 
ailədəki oğlan uşağını-yaşı kiçik olsa belə,-ailə başçısı kimi 
yazırdılar). Məhərrəmin oğlu Mustafa da bu ailənin üzvləri 
arasındadır və “kürəkən” kimi yox, “onların (yəni Kərbə-
layi Qurbanla Yetərin) qardaşı və bacısı oğlu” kimi qeyd 
edilib (rusca «их  племянник»). Bu isə o deməkdir ki
Mustafa təkcə Kərbəlayi Qurbanın qardaşı oğlu deyil, həm 
də Yetərin bacısı  oğludur. Siyahıda Məhərrəmin ailəsinin 
yer almaması, eləcə də Kərbəlayi Qurbanın ailəsində 6 qa-
dının olması göstərir ki, Kərbəlayi Qurban kimi Məhərrəm 
də  həyatda yoxdur, hər iki qardaş hansısa səbəbdən vəfat 


39
Haqq-nahaqq seçilər Haqq divanında
edib və onların ailələri, iki bacı oz uşaqları ilə  Kərbəlayi 
Qurbanın evində yaşayırlar, Yetər də bu ailənin başçısıdır. 
15 yaşlı Mustafa Məhərrəm oğlu ailədə ən böyük kişidir və 
hələ Səhnəbanı ilə evlənməyib. Əks halda “onların kürəkə-
ni” yazılmalı idi. Yaşını bilmədiyimiz Səhnəbanı da həmin 
6 qadından biridir. Əgər deyildiyi kimi Ələsgər 14-15 ya-
şında Kərbəlayi Qurbanın evində xidmətə başlayıb  4 ildən 
sonra, yəni 18-19 yaşlarında, sənədin tərtib edildiyi tarix-
dən 3 il qabaq o evdən ayrılıbsa, o vaxt  Mustafanın cəmi 
12 yaşı varmış və nə onun, nə də Səhnəbanının evlilik vaxtı 
deyilmiş. 1873-cü ildə Səhnəbanı da, Ələsgər də hələ subay 
olduqlarına görə, bu məhəbbət qarşılıqlı olmuşdusa, Ələs-
gərin onu götürüb qaçmaq imkanı da vardı. Amma mənim 
bu məhəbbətə kölgə salmaq niyyətim olmadığına görə, he-
sab edək ki, məhəbbətinin qarşılıqsız qalması  səbəbindən 
deyil, yaranmış  şəraitə görə  Ələsgər Səhnəbanıya qovuşa 
bilməyib. 
Məsələ burasındadır ki, sənəddən də göründüyü kimi, 
başsız qalmış iki ailənin idarə olunması üçün Mustafanın 
Kərbəlayi Qurbanın qızı  Səhnəbanı (yaxud da başqa qızı 
vardısa, onunla) ilə evlənməsi yaranmış  vəziyyətdə  ən 
məntiqli  yol idi.
Dastan variantında və Ələsgərin rəsmi bioqrafi yasında 
Kərbəlayi Qurbanla Yetərin oğlan övladının olmadığı və bu 
səbəbdən də Ələsgəri Səhnəbanı ilə evləndirib onu özlərinə 
oğul etmək niyyətlərindən bəhs edilir. Halbuki, siyahı bu 
versiyanı da təkzib edir-məlum olur ki, Ələsgər 7 il əvvəl 
o evə qədəm qoyanda Kərbəlayi Qurbanın Həsən adında 1 
yaşlı oğlu var idi. Göründüyü kimi, Ələsgərin bioqrafi ya-
sının əsasən “Əlsgərlə Səhnəbanı” dastanından qaynaqlan-
dığı, buradan da xeyli yanlışlıqların, Böyük Ustadın həyatı 
haqqındakı məlumatların tamamilə təhrif edildiyi meydana 
çıxır.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə