Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani



Yüklə 462,01 Kb.
səhifə35/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

İTTIHAMA CAVAB


Tutulan iradlara cavablarımız aşağıdakılardır:

İmamiyyə şiələrinin yekdil rəyinə görə imamın təyin olunması yalnız Allah tərəfindən gələn dəlillə, Peyğəmbərin (s) və məsum imamın (ə) təqdimatı ilə gerçəkləşir. Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (insanlara) çatdır...1 ayəsinə əsasən Peyğəmbərə (s) Allah tərəfindən Əlinin (ə) canişinliyini ümmətə çatdırmaq tapşırılmışdı. Deməli, bu məsuliyyətin imamlığa layiq şəxsin öhdəsinə qoyulması Allahın öz iradəsi, istəyi olmuşdur. Elə buna görə də Peyğəmbərə (s) bu xəbəri ümmətə çatdırması vəhy vasitəsi ilə əmr olunur və o həzrət (s) Əhli-beytdən (ə) olan imamların birinin adını açıqlayır. Hər bir imam da özündən sonrakı imamı tanıtmışdır. Bunun irsiyyətlə heç bir əlaqəsi yoxdur.



  1. Əlinin (ə) və digər imamların (ə) imamətini isbatlayan “Qədir-Xum”, “Səqəleyn” və bu kimi dəlillərə nəzər saldıqda Allahın və Peyğəmbərin (s) Əhli-beytin (ə) imamətində israrlı olduğu anlaşılır. Bütün bunlar qohumluq əlaqələrindənmi doğurdu? Peyğəmbər (s) özündən sonra kürəkəninin və nəvələrinin onun hakimiyyətini davam etdirməsini istəyirdi? O həzrət (s) məlum rəvayətlərdə göstərildiyi kimi irsiyyətə əsaslanan hakimiyyətmi qurmaq istəyirdi?

Başlıca problem odur ki, biz baş verənlərlə haqq arasında fərq qoymur, həyata keçənlərin haqq olduğunu düşünürük. Əhli-sünnə mənsublarını gerçək həyatda Əbu Bəkrin xəlifə seçildiyini görür və belə olmasının lazım olduğunu da düşünürlər, buna haqq gözü ilə baxılar və güman edirlər ki, şiələr başda Əli (ə) olmaqla Əhli-beytin (ə) ardınca gedirlərsə, deməli, Peyğəmbərin (s) hakimiyyətinin irsiyyət yolu ilə davamına etiqad bəsləyirlər. Lakin unudurlar ki, biz haqqa tabe olmalıyıq. Haqq isə Quran və sünnədə, ağla müvafiq şəkildə öz əksini tapmışdır.

  1. Əgər şiələr imamətin irsi olduğuna etiqad bəsləyirlərsə, bəs nə üçün İmam Hüseynin (ə) qardaşı Məhəmməd ibn Hənəfiyyə həyatda olduğu bir halda imamət Əli ibn Hüseynə (ə) verildi? Bu, bir daha İmamiyyə şiələrinin, imamət məqamının irsiyyət yolu ilə deyil, xüsusi ləyaqət tələb edərək layiq olduğu şəxsə verilməsinə etiqad bəslədiklərini göstərir.

  2. Əbu əl-Həsən Nəvəvidən və həmfikirlərindən soruşuruq: “İmamətin irsi olmasından məqsəd nədir? Əgər məqsəd imamətin müəyyən insanlara verilməsidirsə, bunu Peyğəmbər (s) özü hər iki məzhəb tərəfindən qəbul edilən müqəddəs mətnlər vasitəsi ilə bizə çatdırmışdır.

Cabir ibn Səmərə deyir: “Atamla birgə Peyğəmbərin (s) hüzurunda idik. Həzrət buyurdu: “Dünya, on iki xəlifə hökm etməyincə sona yetməz”. Sonra buyurduğunu eşidə bilmədim və atamdan Peyğəmbərin (s) nə buyurduğunu soruşdum. Atam dedi: “Peyğəmbər (s) buyurdu ki, onların hamısı qüreyşlidirlər”.1

Əbu əl-Həsən Nəvəvi və başqaları bu suala necə cavab verə bilərlər? İmamət və xilafətin yalnız qüreyşlilərə aid olması nə deməkdir? Bu hədisi necə izah etmək olar? Şübhəsiz ki, onlar məlum hədisi imamət üçün tələb olunan ləyaqətin yalnız qüreyşdə olduğu şəklində izah edəcəklər. Bu, bizim Əhli-beytin imaməti (ə) haqqındakı açıqlamamızla üst-üstə düşür. Əgər irsiyyətdən məqsəd Əhli-beytin (ə) ləyaqətli olması yox, sırf Peyğəmbərin (s) övladı olmalarının imamət üçün yetərli olmasına etiqaddırsa, İmamiyyə şiələrinin belə bir etiqadı yoxdur.

5. İmamiyyə şiələrinin sxolastik kitablarına nəzər saldıqda görürük ki, onlar imamətin gerçəkləşməsi üçün bir neçə şərti zəruri hesab edirlər. Buraya məsumluq, fəzilət, ilahi bilik və s. xüsusiyyətlət daxildir. Əgər onlar imamətin irsi olduğu qənaətində olsaydılar, bu şərtlərə nə gərək var idi?! Məlum şərtlər yalnız ləyaqətin göstəricisidir. Bu ləyaqət tarixi və dini dəlillərə görə Əhli-beytdən (ə) qeyrisində yoxdur.

6. Əgər Əbu əl-Həsən Nəvəvi irsi hakimiyyətin maddi hakimiyyətlərə xas olması və peyğəmbərlərin bundan uzaq olmalarının lazımlığı qənaətindədirsə, İslam Peyğəmbəri (s) ilə digər peyğəmbərlər, daimi hakimiyyətlə müvəqqəti hakimiyyət arasında nə fərq var? Halbuki Quranda peyğəmbərlər arasında da şəxsi keyfiyyətləri çərçivəsində irsi hakimiyyət mövcud olmuşdur. Belə ki, Allah-Taala buyurur:

Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik” (“Nisa”, 54).

Digər tərəfdən, bəzi peyğəmbərlərin Allahdan imamət və ya nübuvvətin onların övladlarına verilməsini diləmələrinin şahidi oluruq. Bu, əslində onlara bu mühüm məsuliyyət üçün zəruri olan ləyaqətin verilməsi diləyidir. Quranda həzrət İbrahim (ə) haqqında oxuyuruq:



(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam təyin edəcəyəm”, -dedi. (İbrahim isə: ) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, - buyurdu (“Bəqərə”, 124).

Bu ayə irsi hakimiyyəti mütləq şəkildə rədd etmir. Əksinə, İbrahimin (ə) övladlarından zülmkar olanını rədd edir. Buradan məlum olur ki, həzrət İbrahimin (ə) və eləcə də digər peyğəmbərlərin nəsli zalım olmadıqları halda imamət məqamına yüksələ bilərlər. Təbii ki, zülm dedikdə həm Allaha, həm xalqa, həm də nəfsə zülm etmək nəzərdə tutulur.

Həzrət Musa (ə) Allahdan öz yaxınlarından birini ona vəzir təyin etməsini istəyir. Allah-Taala həzrət Musanın (ə) dilindən buyurur: “Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver – Qardaşım Harunu!” (Taha”, 29-30)


  1. Çox güman ki, nübuvvət, imamət və xilafətin zəruri şərtlər olduğu zaman peyğəmbərin nəslinə verilməsinə səbəb peyğəmbərlərin qəlblərə hakim olmaları, insanlar tərəfindən xüsusi bir məhəbbətlə sevilmələridir. Onlara belə dərin məhəbbət bəsləyən ümmət onların əməlisaleh övladlarına da eyni məhəbbət bəsləyir. Xalq tərəfindən sevilən liderlərə daha yaxşı tabeçilik göstərilir. Buna görə də hakimiyyətdə olması daha məsləhətli olanlar peyğəmbərlərin bu məqama layiq övladlarıdır. Əlbəttə, bu mütləq deyil. İmamətin ismət, fəzilət və s. şərtləri də zəruridir.

  2. İmamətlə səltənət, padşahlıq arasında fərq var. İmamət və Peyğəmbərin (s) canişinliyi padşahlıqdan fərqli olaraq tam ilahi bir məqamdır.

  3. Şiə etiqadının bəzi məqamlarda yəhudi inancı ilə üst-üstə düşməsinə baxmayaraq, bu, əslində Quran ayələrindən, səhih rəvayətlərdən qaynaqlanır.

  4. İmamətin yalnız Peyğəmbər (s) nəslinə, Əlinin (ə) övladlarına aid olması dövləti, onu nəfsi istəklərinə, ehtiraslarına uyğun idarə edəcək, şəriətlə oyun oynayacaq, müsəlmanları yanlış əqidələrə sürükləyəcək münafiqlərə tapşırmaqdan daha məqsədəuyğundur.



Üçüncü bənzərlİyİn tənqİdİ

O, yazır: “Xristianlara görə, Allah Dəccalı göndərənədək, səmadan bir insan endirilənədək onun yolunda cihad etmək olmaz. Rafizilərə görə isə Məhəmməd (s) ailəsindən bir nəfər gəlincəyədək, səmadan, “ona tabe olun” - deyə bir səs duyulmayana qədər Allah yolunda cihad etmək olmaz”.



Cavab: Birincisi, şiələrin yekdil rəyinə görə, İslamı qorumaq məqsədi daşıyan müdafiə cihadı üçün məsum imamın şəxsi izninə ehtiyac duyulmur. Bu, bütün müsəlmanlara vacibdir. İmam qeybdə olsa belə müsəlmanlar düşmənin hücumunun qarşısını almalıdırlar. İslam dövlərtlərinin ərazilərini genişləndirmək məqsədi daşıyan ibtidai cihad isə yalnız məsum imam və ya xüsusi naibinin əmri ilə həyata keçə bilər.

İkincisi, təəssübkeş əhli-sünnə mənsubları Əhli-beyt şiələrinin zülmkar padşahların fəthlərinə, apardıqları döyüşlərə qatılmadıqları üçün qəzəblənmiş və onların bu mövqeyini cihada qadağa, xristianlara bənzərlik kimi qiymətləndirmişlər.

Üçüncüsü, əhli-sünnə mənsubları yəhudi və xristianlarla cihadmı edirlər, yoxsa onların dövlətləri yəhudi və xristian müstəmləkəsidir? Hətta yəhudi və xristian qida məhsullarını halal hesab edərək ondan yararlanmırlarmı? Lakin şiələrə gəlincə onların kəsdikləri heyvanın ətini yemir, haram hesab edir və qətllərinə fərman verirlər.
Dördüncü bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər (boşanmış və ya əri vəfat etmiş) qadınların iddə saxlamasını lüzumsuz hesab edirlər. Rafizilər də bu fikirdədirlər”.



Cavab: Bu ittiham şiəliyə qarşı yönəlmiş ən aydın iftiralardan biridir. Quran açıqca iddə məsələsinə toxunduğu bir halda şiələr onu necə rədd edə bilərlər?! Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər” (“Bəqərə”, 228).

Bundan başqa “Talaq” surəsinin 1, 2 və 4-cü ayələrində iddə məsələsinə açıqca toxunulmuşdur. Talaqdan sonra iddə saxlanılması müsəlmanlar arasında yekdilliklə qəbul edilən məsələlərdəndir.

İbn Qüdamə “əl-Müğni” əsərində yazır: “İslam ümməti arasında iddənin növlərində fikir ayrılığı olsa da ümumilikdə onun vacib olmasını yekdil şəkildə qəbul edirlər”.1
Beşİncİ bəzərlİyİn tənqİdİ

Yəhudilər deyirlər: “Allah bizə gün ərzində əlli namaz vacib etmişdir. Rafizilər də bu fikirdədirlər”.



Cavab: Birincisi, şiələr heç bir zaman belə iddia etməmişlər. Onlar da digər məzhəblər kimi beş vacib namazın olması qənaətindədirlər. Bu bizim fiqh kitablarımızda öz əksini tapmışdır. Lakin şiələrə görə vacib və müstəhəb namazların rəkətinin sayı 51 olaraq göstərilir.

İkincisi, yəhudilərin gün ərzində əlli namazı vacib hesab etməkləri də yanlışdır. Çünki yəhudi qaynaqlarına nəzər saldıqda onların yalnız iki namazı vacib hesab etdiklərinin şahidi oluruq. Bu, əhli-sünnə hədis qaynaqlarında da öz əksini tapmışdır. Malik ibn Ənəsin Peyğəmbərdən (s) nəql etdiyi geniş bir hədisdə merac haqqında deyilir: “Mən Musanın yanına getdim. O, mənə qayıtmağı əmr etdi. Mən qayıtdım. Allah mənim beş namazımı azaltdı və namazlarımın sayı beşə endi. Musa dedi: “Allahın yanına qayıt, ondan namazlarının sayını azaltmasını dilə. Çünki Bəni-İsrailə iki namaz vacib etmişdir. Onlar o iki namazı da qılmadılar”.1

“Səhihi-Buxari”də qeyd olunduğuna görə, həzrət Musa (ə) Məhəmməd peyğəmbərə (s) dedi: “And olsun Allaha, mən Bəni-İsrail üçün beş namazdan azını gətirdim. Lakin onlar tərk etdilər. Allahın yanına qayıt və (namazların sayını) azaltmasını istə”.2
Altİncİ bənzərlİyİn tənqİdİ

Yəhudilər bütün ulduzlar aydın görünməyənədək məğrib namazını qılmırlar. Halbuki Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir: “Ümmətim, şam namazını yəhudilərə oxşamaq məqsədi ilə ulduzlar görünənədək təxirə salmayınca İslamdan xaric olmaz”.



Cavab: Birincisi, bir çox şiə fəqihləri şam namazının vaxtını əhli-sünnənin də yekdilliklə qəbul etdiyi kimi günəşin qürub etdiyi an kimi göstərirlər.

İkincisi, şiəliyə görə şam namazının ulduzlar tam aydın göründüyü zaman vacib olması yanlışdır. Bunun tam əksinə olaraq, onlar şam namazını ilkin vaxtda qılmağı müstəhəb hesab edirlər.

Üçüncüsü, məlum məsələdə əhli-sünnə fəqihləri arasında da fikir ayrılığı var. Əksər əhli-sünnə fəqihləri şam namazının gün batdıqdan sonra səmada mövcud olan qızartının aradan getdiyi zaman qılınmasını düzgün hesab edirlər.

Dördüncüsü, hədisin sonunda qeyd olunan “yəhudilərə oxşamaq məqsədi ilə” ibarəsi əksər qaynaqlarda qeyd olunmamışdır.1


Yeddİncİ bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər namaz qılarkən azca qiblədən dönürlər. Rafizilər də belə edirlər”.



Cavab: Şiə fəqihlərinə görə namazı üzü qibləyə qılmaq vacibdir. Bu, şiə elm adamlarının qələmə aldıqları elmi əsərlərdə tam aydınlığı ilə qeyd olunmuşdur. Lakin namaz qılarkən bir az sola meyilli olmaq haqqında bildirişlər var. Bu, qiblədən dönmək deyil, əksinə qibləyə doğru yönəlməkdir.
Səkkİzİncİ bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər kamil salam vermirlər. Onlar ölüm mənasını ifadə edən “sam ələykum” deyirlər. Rafizilər də belə edirlər”.



Cavab: Bu, şiəliyə qarşı irəli sürülmüş qərəzli ittihamdır. Çünki şiələrlə yaxın münasibətdə olduqda onların İslama görə düzgün salam verdiklərinin şahidi oluruq.

Seyid Mürtəza “əl-İntisar” kitabında yazır: “Namaz qılarkən salamın cavabının, verildiyi kimi alınması vacibdir. Yəni əgər salam “salamun ələykum” şəklində verilirsə, namaz qılan da eynilə həmin şəkildə cavab verməlidir”.1

Məhəmməd ibn Müslim deyir: “Mən İmam Baqirin (ə) yanına getdim. O, namaz qılırdı. İçəri daxil olanda salam verdim. Həzrət “salamun ələykum” deyə cavab verdi. Cavab verdiyini görüb hal-əhval tutdum. Həzrət (ə) bu dəfə cavab vermədi. Namazını qurtardıqda dedim: “Namaz qılarkən salamın cavabı verilməlidir?” Həzrət (ə) buyurdu: “Bəli, salam verildiyi kimi cavablandırılmalıdır”.2
Doqquzuncu bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər Tövratı, rafizilər də Quranı təhrif edirlər”.



Cavab: Şiələr heç bir zaman Quranı təhrif etməmişlər. Lakin bu ittiham Quranın təhrif olunduğuna etiqad bəsləndiyini önə çəkir. İmamiyyə şiə alimləri yekdilliklə bu ittihamı rədd edirlər. Şeyx Səduq yazır: “Bizim etiqadımıza görə Allahın Məhəmməd peyğəmbərə (s) göndərdiyi Quran bu gün hamının asanlıqla istifadə edə biləcəyi əlimizdəki Qurandır. Onun surələrinin sayı 114-dür. Fikrimizcə, “Zuha” və “İnşirah”, “İlaf” və “Fil” surələrinin hər biri ayrı-ayrı surələrdir. Bizim, Quranın bundan çox olmasına etiqad bəslədiyimiz haqqındakı ittihamlar yanlışdır”.3

Şeyx Tusi təfsir əsərinin girişində yazır: “Quranın çoxaldılması və ya azaldılması fikri müsəlmanlar tərəfindən qəbul edilmir. Bizim məzhəbimizə görə də bu fikir yanlışdır. Seyid Mürtəza bu versiyanı təsdiq edir. Rəvayətlər də həmin mövqedən çıxış edir. Lakin sözügedən rəvayətlər xəbəri-vahiddir. Onlara əməl etmək yanlışdır. Onlara əsaslanmamaq daha doğrudur. Çünki bu növ rəvayətlər yozulması mümkün olan hədislərdir”.1

Əmin əl-İslam Təbərsi “Məcmə əl-bəyan” əsərində yazır: “Quranın çoxaldılması yekdilliklə rədd edilmişdir. Lakin Qurandan müəyyən ayələrin çıxarılması versiyasını irəli sürənlər olmuşdur. Buraya bir neçə şiə alimi və əhli-sünnənin “həşviyyə” adlanan cərəyanına mənsub bəzi alimlər daxildirlər. Onlara görə Quranda dəyişiklik aparılmışdır. Bizim məzhəbimiz isə bu fikri rədd edir. Seyid Mürtəza da bu fikri təsdiq etmişdir”.2
Onuncu bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər Cəbrailə qarşı düşmən mövqeydədirlər. Onlar Cəbraili öz düşmənləri hesab edirlər. Rafizilər də bu fikirdədirlər. Onların fikrincə, Cəbrail vəhyin çatdırılmasında səhvə yol vermişdir”.



Cavab: Bu ittiham uzun zaman öncəyə aiddir. İttihama görə şiələr Cəbrailin Allaha xəyanət etdiyini, vəhyi Əliyə (ə) yox, Məhəmmədə (ə) gətirdiyini düşünürlər. Buna görə də namazlarının salamından sonra üç dəfə “Xanə əl-Əmin” ibarəsini deyirlər.


Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə