Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


“TƏŞƏYYÖ” ANLAYIŞI TERMİN KİMİ



Yüklə 462,01 Kb.
səhifə2/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   2   3   4   5   6   7   8   9   ...   47

“TƏŞƏYYÖ” ANLAYIŞI TERMİN KİMİ


“Təşəyyö” (şiəlik) bir termin kimi İmamət məqamını Allah tərəfindən bəxş edilən bir məqam hesab edən baxışlar sistemindən törəmişdir. Bu ideologiyaya görə, imamın seçilməsi Allah tərəfindən müqqəddəs mətnlər vasitəsi ilə gerçəkləşməlidir. Bu arada sevgili Peyğəmbərimiz (s) özü də Allah-Taalanın peyğəmbərlərin (ə) arasında qoyduğu ənənəyə sadiq qalaraq özündən sonrakı imam və vəsilərin (canişinlərin) adını açıqlamışdır. Əli (ə) ilə başlayan və İmam Mehdi (əc.) ilə yekunlaşan bu ilahi insanlar həm dini ideallarımız, həm də Peyğəmbərdən (s) sonra İslam ümmətinə rəhbərlik etməli olan öndərlərdirlər. Mərhum Şeyx Cavad Müğniyə yazır: “Şiəlik, Peyğəmbər (s) tərəfindən Əlinin (s) imamlığını və xəlifəliyini - onun və övladlarının haqqında bu və ya digər mübaliğəyə, şişirtməyə yol vermədən - açıqlayan, təsdiqləyən müqəddəs mətnlərin, hədis və bildirişlərin mövcudluğunu qəbul etmək, ona inanmaq deməkdir”1.
ŞİƏLİYİN YARANMASI

Şiəliyin tarixi baxımdan nə zaman meydana gəlməsi ilə bağlı tarixcilər tərəfindən fərqli fikirlər irəli sürülmüşdür. Bu versiyaları tarixi ardıcıllıqla aşağıdakı şəkildə sıralamağı məqsədəuyğun hesab edirik:



1. Şiəliyin Peyğəmbər (s) zamanında meydana gəlməsi;

İmamiyyə şiələrinə görə, şiəliyin ilkin toxumları Allah tərəfindən Qurani-kərimdə səpilmiş, Peyğəmbərimizin (s) peyğəmbərlik missiyasını həyata kecirdiyi (tam 23 ili əhatə edən) dönəmdə o həzrətin (s) özü tərəfindən suvarılmışdır. Deməli, pak şiəlik ağacı hələ sevgili Peyğəmbərimizin (s) öz dönəmində bəhrəsini vermiş və elə buna görə də həmin dövrdəki Salman, Əbuzər Qifari1, Miqdad ibn Əsvəd və s. bir çox böyük səhabələr şiə kimi tanınmışlar. Bu versiya haqqında ətraflı söhbət acacaq və doğruluğunu isbatlayacağıq.



2. Şiəliyin Səqifədə meydana gəlməsi;

Bəzi əhli-sünnə tarixçilərinə görə, Səqifədə bir çoxları – müqəddəs mətnlərə əsaslanaraq – Əlinin (ə) ardınca getdilər və elə buradan da şiəlik meydana gəldi. Əhli-sünnə elm adamlarından İbn Xəldun2, Doktor Həsən İbrahim Həsən3, Əhməd Əmin Misri4, Məhəmməd Abdullah Ənnan5 və məşhur şərqşünas Qoldsiyer6 bu versiyanı önə çəkmişlər.



3. Şiəliyin Osman qətlə yetirildiyi zaman meydana gəlməsi;

Bəzilərinə görə, şiəlik insan axınının Osmanın evinə hücum çəkərək onu öldürdüyü zaman meydana gəlmişdir. Əhli-sünnə alimlərindən İbn Həzm Əndəlusi1, Doktor Əli Sami ən-Nişar2 və şərqşünas Velhauzen (Julius Wellhauseh) bu versiyanı qəbul etmişlər.



4. Şiəliyin Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra meydana gəlməsi;

Doktor Kamil Mustafanın qənaətincə, şiəlik İmam Hüseyn (ə) şəhid edildikdən sonra meydana gəlmişdir3.



5. Şiəliyin farsların təsiri ilə yaranması;

Bəzilərinin fikirincə, şiəlik iranlı təfəkkürün təsiri ilə yaradılaraq İslam paytaxtına nüfuz etmişdir. Şərqşünaslardan Reinhart Pieter Anne Dozy4, Johannes Van Vloten5, Edward Granville Browne,6 Əhli-sünnə alimlərindən isə Əhməd Əmin Misri7, Əhməd Ətiyyətullah8 bu versiyaya üstünlük vermişlər.



6. Şiəliyin Abdullah İbn Səba tərəfindən yaradılması.

Bir çoxları şiəliyin bilavasitə Osman dönəmində İslamı qəbul etmiş Abdullah ibn Səba tərəfindən yaradıldığını iddia etmişlər. Bu fikri dəstəkləyən elm adamları sırasına Doktor Əli Sami ən-Nişar1, Seyid Rəşid Rza2, Şeyx Məhəmməd Əbu Zöhrə3, Əbu əl-Həsən Məlti4 və başqaları daxildirlər.

Biz bu kitabda birinci versiyanı sübuta yetirəçəyik və beləcə digər versiyaların yanlışlığı meydana cıxacaq. Əlbəttə, Abdullah ibn Səba haqqında ayrıca bir fəsildə söhbət açmışıq.

ŞİƏLİYİN YARANMA SƏBƏBLƏRİ


Şiəliyin meydana gəlməsində bilavasitə təsirli olan amillər kimi aşağıdakıları göstərmək olar:

1) Əlinin (ə) imamət və vilayətini göstərən çoxsaylı Quran ayələri;

2) Əhli-beytin (ə) imamət və vilayətini göstərən çoxsaylı Quran ayələri;

3) Əhli-beytin (ə) dini ideallığını göstərən çoxsaylı Quran ayələri;

4) Əhli-beytin (ə) fəzilətini göstərən çoxsaylı Quran ayələri;

5) Əhli-beytin (ə) imamət və vilayətini göstərən çoxsaylı hədislər;

6) Əhli-beytin (ə) dini ideallar olduğunu göstərən çoxsaylı hədislər;

7) Əhli-beytin (ə) fəzilətini göstərən çoxsaylı hədislər;

8) Şiələri və Əhli-beyt (ə) tərəfdarlarını mədh edən çoxsaylı hədislərin mövcudluğu.

Biz bu fəsildə yuxarıda qeyd olunan mövzuların hər biri haqqında qısa məlumat verib, lazımi dəlillər göstərəcəyik.



BİRİNCİ AMİL



ƏLİNİN (Ə) İMAMƏT VƏ VİLAYƏTİNİ GÖSTƏRƏN AYƏLƏR

Qurani-kərimə müraciət etdikdə Əlinin (ə) və ya bütün Əhli-beytin (ə) imamət və vilayəti haqqında çoxsaylı ayələrin mövcud olduğunun şahidi oluruq. Belə ayələrdən bir neçəsinə nəzər salaq:



1. Vilayət ayəsi;

إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ ءَامَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ وَ هُمْ رَاكِعُون‏

Sizin vəliniz (haminiz) ancaq Allah, onun Peyğəmbəri və ona iman gətirənlərdir; o kəslər ki, (Allaha boyun əyərək) namaz qılır və rüku halında zəkat verirlər” (“Maidə”, 55).

Bu ayənin nazilolma səbəbi tarixi qaynaqlarda, hədis və təfsir kitablarında belə qeyd edilmişdir:

“Bir gün yoxsul bir kişi məscidə daxil olub kömək istədi. Onun bu istəyinə məhəl qoyan olmadı. Bu zaman məsciddə namaz qılan Əli (ə) rükuda olmasına baxmayaraq, öz üzüyünü sədəqə olaraq yoxsul kişiyə verdi. Elə həmin an məlum ayə Cəbrail vasitəsi ilə öz evində əyləşmiş Peyğəmbərə (s) nazil oldu”.

İbn Kəsir səhih sənədlə Sələmə ibn Küheyldən nəql edir: “Əli (ə) rüku vəziyyətində öz üzüyünü sədəqə verdi və bu zaman “Maidə” surəsinin 55-ci ayəsi nazil oldu”1.

Hakim Nişapuri səhih sənədlə Əlidən (ə) nəql edir: “Bu ayə (“Maidə”, 55) nazil olduğu zaman Peyğəmbər (s) məscidə gəldi. Məsciddəkilər namaz qılırdılar. Peyğəmbər (s) də namaz qıldı. Bu zaman məsciddə bir dilənçi gördü və ondan soruşdu: “Sənə bir şey verən oldumu?” Dilənçi Əlini (ə) göstərərək dedi: “Bəli, yalnız bu kişi rükuda ikən öz üzüyünü mənə verdi”2.

Eyni məzmunlu səhih hədisi İbn Əsir də Əlidən (ə) nəql etmişdir3.

Bu ayəyə əsaslanaraq Əlinin (ə) imamət və vilayətini digər şəkildə də izah etmək olar. Belə ki, Peyğəmbərin (s) vilayətində məqsəd imamət məsələsi ilə bağlı vilayətidir. Quranda oxuyuruq:



النَّبىُِّ أَوْلىَبِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِم

Peyğəmbər möminlərə onların özündən daha yaxındır (daha üstün və ixtiyar sahibidir)4.

Qədir-Xum günü Peyğəmbər (s) buyurdu:

ألست أولى بكم من أنفسكم؟ Mən sizə sizin özünüzdən daha yaxın (daha üstün və ixtiyar sahibiniz) deyiləmmi?

Oradakılar dedilər: “Bəli, ey Allahın elçisi!” Bu zaman Peyğəmbər (s) buyurdu:



فمن كنت مولاه و علي مولاه Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”.

Yuxarıda qeyd olunan hədis eyni məzmunda on səhabə tərəfindən nəql edilmiş və əllidən çox əhli-sünnə alimi öz kitabında qeyd etmişdir. Belə alimlərə misal olaraq Təbərani1, Əbu Bəkr Cəssas2, Vahidi3, Zəməxşəri4 və başqalarını göstərmək olar.



2. “Təbliğ” ayəsi;

Allah-Taala buyurur:



يَأَيهُّا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَ إِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاس

Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təblğ et. Əgər (bunu) etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq” (“Maidə”, 67).

Əbu Nəim İsfahani səhih sənədlə Əbu Səid Xudridən bu ayənin İmam Əli (s) haqqında nazil olduğunu nəql edir1. İbn Əsakir də səhih sənədlə Əbu Xudridən bu ayənin Qədir-Xumda Əli (s) haqqında nazil olduğunu nəql edir2.

Bu hədis səkkiz səhabə və on dörd əhli-sünnə alimi tərəfindən nəql edilmişdir.



3. “İkmal” ayəsi.

Allah-Taala buyurur:



الْيَوْمَ يَئسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلَا تخَشَوْهُمْ وَ اخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتمْمْتُ عَلَيْكُمْ نِعْمَتى

وَ رَضِيتُ لَكُمُ الْاسْلَامَ دِينًا

Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın. Məndən qorxun! Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim” (“Maidə”, 3).

Xətib Bağdadi səhih sənədlə Əbu Hüreyrədən nəql edir:

“Allah-Taala zilhəccə ayının on səkkizinci günü (Qədir-Xum günü) oruc tutana altmış ay orucun savabını verir. Qədir-Xum günü o gündür ki, Peyğəmbər (s) Əlinin (s) əlindən tutaraq qarşısındakı kütləyə müraciətlə buyurdu: “Mən möminlər mövlası deyiləmmi?” Onlar dedilər: “Bəli, ey Allahın rəsulu!” Bu zaman Peyğəmbər (s) buyurdu: “Mən kimin mövlasıyamsa , Əli də onun mövlasıdır”. Peyğəmbərin (s) bu sözlərini eşidən Ömər iki dəfə Əlini (s) təbrik edərək dedi: “Ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun”. Həmin an sözügedən ayə nazil oldu. Həmin hədisi İbn Əsakir heç bir məzmun fərqi olmadan bir necə digər səhih sənədlə nəql etmişdir1. Bundan başqa on beşdən çox əhli-sünnə alimi də həmin hədisi qeyd etmişdir.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə