Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani



Yüklə 462,01 Kb.
səhifə7/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   2   3   4   5   6   7   8   9   10   ...   47

ŞİƏLİYİN TARİXİ


Ötən fəsildə şiəliyin yaranmasının bir neçə amilini qeyd etdik və bəlli oldu ki, şiəliyin özülünü Allah-Taala özü qoymuşdur. Çünki Quranda Əli (ə) hami və vəli (rəhbər) olaraq təqdim olunur və insanlara ona tabe olmaq əmr edilir. Bu əmr yalnız Əliyə (ə) yox, bütün Əhli-beytə aiddir. Peyğəmbər (s) də 23 illik missiyası dövründə o həzrətin və on bir övladının imamlığı haqqında söhbət açmış və hamını onlara itaət etməyə səsləmişdir. İndi isə görək Peyğəmbər (s) dönəmində Əlini (ə) vəli və canişin olaraq qəbul edən olmuşmu? Tarix boyunca Əli (ə) şiələrinin başı nələr çəkmişdir?

ŞİƏLİK PEYĞƏMBƏR (S) DÖNƏMİNDƏ


Səhabələrin bir hissəsi Peyğəmbər (s) dönəmində Əlinin (ə) imamət və xilafəti haqqında ayə və rəvayətləri eşidərək o həzrətə (ə) xüsusı məhəbbət bəsləyirdilər. Bu səhabələr “Əli (ə) şiəsi” adlanırdılar.

Əbu Hatəm Razi yazır: “Peyğəmbər (s) dönəmində meydana gələn ilk ləqəb şiə sözü idi. Bu söz dörd səhabəyə - Əbuzərə, Salmana, Miqdada və Əmmara verilmişdi”1.

İbn Xəldun yazır: “Səhabələrin bir hissəsi Əli (ə) şiəsi idilər. Xilafətə onun daha layiq olduğunu düşünürdülər”2.

Məhəmməd Kürd Əli deyir: “Peyğəmbər (s) dönəmində bir çox böyük səhabələr Əlinin (ə) tərəfdarları kimi tanınırdılar. Salman onlardan biri idi. O, deyirdi: “Biz Peyğəmbərlə (s) daim müsəlmanların xeyrini istəyəcəyimizə, Əliyə (ə) və onun ardıcıllarına sadiq olacağımıza dair beyət etdik”. Əbu Səid Xudri deyirdi: “Camaata beş şey əmr edilmişdir. Dördünü həyata kecirtdilər, birini isə tərk etdilər”. Ondan soruşdular: “Tərk edilən şey nə idi?” O, çavab verdi: “Əlinin (ə) vilayəti”. Ondan soruşdular: “Vilayət dörd əməllə birgəmi vacibdir?” O, “Bəli”, - deyə bildirdi”3.

“Lakin şiəliyin, İbn əs-Sövda kimi şöhrət tapmış Abdullah ibn Səba tərəfindən yaradıldığını iddia edənlərin bu fikri təxəyyüldən başqa bir şey deyildir. Bu, onu göstərir ki, onlar şiəlik haqqında həqiqətdən xəbərsizdirlər. Şiələrin bu şəxsə (Abdullah ibn Səbaya) münasibəti, ona qarşı çıxaraq daim məzəmmət etmələri heç kimə sirr deyil. Şiə alimləri bütünlüklə, yekdilliklə onu məzəmmət etmişlər. Bütün bunları gördükdə bunun iftira olduğu üzə çıxır. Şübhəsiz, şiəlik Əli (ə) şiələrinin diyarı olan Hicazda meydana gəlmişdir”1.

Doktor Sübhi Saleh yazır: “Hələ Peyğəmbər (s) dönəmində belə, Əli (ə) şiələri olmuşlar. Bunlardan Əbuzər Qifari, Miqdad ibn Əsvəd, Cabir ibn Abdullah, Übəyy ibn Kəb, Amir ibn Vasilə, Abbas ibn Əbd əl-Müttəlib və övladları, Əmmar ibn Yasir və Əbu Əyyub Ənsarinin adlarını çəkmək olar” 2.

Məhəmməd ibn Abdullah Ənnan yazır: “Şiəliyin, xəvaricin yarandığı dönəmdə meydana gəlməsi yanlış fikirdir. Şiəlik Peyğəmbərin (s) öz dövründə yaranmışdır. Belə ki, Şüəra surəsinin 214-cü ayəsinə görə, Allah-Taala Peyğəmbərə (s) qohum-əqrəbasını (Allahın əzabı ilə) qorxutmasını əmr etdi. Həzrət (s) yaxın qohumlarını evinə toplayıb Əlini (ə) göstərərək buyurdu: “Bu (yəni Əli (ə)), mənim qardaşım, vəlim və sizin aranızda canişinimdir. Onu dinləyin və ona tabe olun”3.

Nöbəxti deyir: “Həqiqətən, ilk İslam firqəsi şiəlikdir. Bu, Əli ibn Əbu Talibin (ə) firqəsidir. Peyğəmbər (s) zamanında Əli (ə) şiəsi kimi tanınanlar, sonradan o həzrətə (ə) məhəbbətlə və onun imam olduğuna inamla tanınırdılar.



ŞİƏLƏRİN BU DÖVRDƏKİ FƏALİYYƏTİ

Peyğəmbər (s) dönəmində şiələr Əlinin (ə) canişinliyinə iman gətirdikdən sonra bu əqidəni müxtəlif yollarla təsbit etməyə çalışmışlar. Onların bu yolda atdıqları addımları aşağıdakı şəkildə sıralamaq olar:



  1. Peyğəmbərin (s) çıxışı; Peyğəmbər (s) Qədir-Xumda söylədiyi bir nitqdə Əlinin (ə) özündən sonra xərlifə olduğunu elan etdi. Həmin nitqdə deyilirdi:

“Mənim sizdən beyət almağım, Əli (s) və ondan sonrakı imamlar haqqında Allahın buyurduğuna dair iltizam almağım əmr edilmişdir. Bu imamlar mənim və onun nəslindəndirlər və haqqa, ədalətə hökm edəcəklər. Onların sonuncusu qiyamətə qədər haqqa hökm verəcək Mehdidir (əc.). Ey insanlar! Siz mənə bir əllə beyət etməyəcək qədər (yəni ikiəlli, canla-başla beyət edəcək qədər) böyüksünüz. Halbuki Allah-Taala mənə əmr etmişdir ki, Əli (ə) və ondan sonrakı imamlar haqqında dilinizlə iqrar etdiyinizə şahid olum. Bu imamlar onun və mənim nəslimdəndir. (Öncə də) söylədiyim kimi, mənim sülaləm ondan törəyənlərdir. Elə isə (hamınız birgə) deyin: Biz, sənin Allahın əmri ilə Əli (ə) və ondan törəyən imamlar haqqında söylədiklərini dinlədik, eşitdik və eşitdiklərimizə itaət edib, bundan razı olduğumuzu dilə gətiririk. Sənə qəlbimizlə, canımızla, dilimizlə və əllərimizlə beyət edirik. Bu əqidə ilə yaşayacaq, onunla öləcək və qiyamət günü onunla diriləcəyik. Heç bir zaman dəyişməyəcək və (bu əqidəmizə) şəklə yanaşmayacağıq. Öz əhdimizdən dönməyəcək, peymanımızı sındırmayacağıq. Allaha itaət edəcək, sənə, Əliyə (ə), onun övladlarına, adını çəkdiyin Həsən (ə) və Hüseyndən (ə) sonra gələn imamlara tabe olacağıq. Mən bu imamların öz yanımda və Allah yanındakı məqamlarını sizə çatdırdım”. Yerdən səslər ucaldı: “Allahın və rəsulunun (s) əmrini eşidib itaət edir, dilimiz, qəlbimiz və əllərimizlə tabe oluruq”. Bu zaman müsəlmanlar Peyğəmbərə (s) və Əliyə (ə) doğru axışaraq ikiəlli beyət etməyə başladılar1.

  1. Vilayəti müdafiə məqsədi ilə söylənilən şeirlər;

Qədir-Xum hadisəsindən sonra Həssan ibn Sabit Peyğəmbərdən (s), Əlinin (ə) bu məqama təyin olunmasını nəzmə çəkmək üçün icazə istədi. Peyğəmbər (s) icazə verdikdə söylədi:

ینادیهم یوم الغدیر نبیهم بخمّ و اسمع بالرسول منادیا



فقال له قم یا علی فانّنی جعلتک من بعدی اماما و هادیا...2

  1. Vilayətin möhkəmlənməsi üçün əməli tədbirlər.

Əlinin (ə) fədailərinin onun imaməti əqidəsini möhkəmlətmək və bu imamətə şəhadət vermək üçün gördükləri işlərdən biri azanda o həzrətin (ə) adının təbərrük məqsədi ilə deyilməsi idi.

Şeyx Abdullah Məraği Misri nəql edir: “Peyğəmbər (s) zamanında Salman Farsi azan və iqamədə Peyğəmbərin (s) risalətinə şəhadət verdikdən sonra Əlinin (ə) imamətinə şəhadət verirdi. Bir şəxs Peyğəmbərin (s) yanına gələrək soruşdu: “Ey Allahın rəsulu! Bu günə qədər eşitmədiyim bir şey eşitdim”. Peyğəmbər (s) buyurdu: “Nə eşitmisən?” Həmin şəxs dedi: “Salman azanda peyğəmbərliyə şəhadət verdikdən sonra imamətə şəhadət verir”. Peyğəmbər (s) buyurdu: “Yaxşı və xeyirli bir şey eşitmisən”1. Digər bir rəvayətdə isə deyilir: Bir şəxs Peyğəmbərin (s) yanına gələrək dedi: “Ey Allahın rəsulu! Əbuzər azanda risalətə şəhadət verdikdən sonra Əlinin (ə) imamət və vilayətinə şəhadət verir (Yəni, “Əşhədu ənnə Əliyyən vəliyyullah” deyir)”. Peyğəmbər (s) buyurdu: “O, doğru deyir. Mənim Qədir-Xumda “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” deməyimi unutmusunuzmu? Əhdinə vəfa qılmayan zərər edəcəkdir”2.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə