Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


ŞİƏLİK ÖMƏR İBN XƏTTABIN XİLAFƏTİ DÖVRÜNDƏ



Yüklə 462,01 Kb.
səhifə9/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

ŞİƏLİK ÖMƏR İBN XƏTTABIN XİLAFƏTİ DÖVRÜNDƏ


Ömər ibn Xəttab Əbu Bəkrin xəlifə olduğu dövrdə oynadığı mühüm rola görə ondan sonra xəlifə təyin edildi. Elə buna görə də yeni xəlifə etirazla qarşılaşmadı. Əli (ə) və şiələr alınan bu qərara qarşı idilər, lakin camaatın sürətli və fasiləsiz beyəti onlara etiraz imkanı vermədi. Ömərin Əbu Bəkrin xilafəti dövründəki sərt rəftarı ehtimal oluna biləcək istənilən etirazın qarşısını aldı4. Əli (ə) haqqının əlindən alındığını görsə də İslam dünyasının ümumi məsləhətini nəzərə alıb sükut edir, bir çox hallarda isə uyğun zaman və ya məkan gördükdə öz haqqını dilə gətirir, müdafiə edirdi. Şiələr də Əli (ə) kimi mənalı susqunluqlarını davam etdirirdilər. Onlar İslam və müsəlmanların vəhdətini qorumaq üçün silahlı mübarizəyə əl atmır, lakin öz çıxışlarında xilafətə etirazlarını bildirirdilər.

Ömər ibn Xəttab bir məclisdə dedi: “Qüreyş risalət və xilafətin eyni xanədanda qalmasını istəmədikləri üçün Əlini (ə) xəlifə seçmədi”. Həmin məclisdə olan İbn Abbas Ömərə etiraz edərək dedi: “Qüreyş Allahın nazil etdiyinəmi qarşı idi?!”1



ŞİƏLİK OSMANIN XİLAFƏTİ DÖNƏMİNDƏ


Osman özündən öncəki iki xəlifənin siyası xəttini davam etdirmədi. Öncə Ömərin qərarı ilə ölkədə təmsil olunan valiləri dəyişərək, onları öz qohumları ilə əvəz etdi. Peyğəmbərin (s) vaxtilə Taifə sürgün etdiyi Həkəm ibn əl-Ası Mədinəyə gətirtdirib müsəlmanların xəzinələrini ona tapşırdı, Mərvan ibn Həkəmi öz müşaviri təyin etdi. Şimali Afrikanın xümsünün beşdə birini, yəni iki milyon beş yüz iyirmi min dinar nağd pulu ona bağışladı. Hələ bu azmış kimi, öz qızını da ona verdi.

O, Bəsrə beytülmalından altı yüz min dirhəm digər kürəkəni Abdullah ibn Xalidə verdi, Dayısı oğlu gənc Abdullah ibn Amiri Bəsrə valisi təyin etdi. Süd qardaşı Abdullah ibn Sədi Misir valisi təyin etdi. Hansı ki, Peyğəmbər (s) Məkkənin fəthi zamanı dindən çıxdığına görə, onun qətl hökmünü vermişdi. Ögey qardaşı (ana bir qardaşı) Vəlid ibn Əqəbəni Kufə valisi təyin etdi. Sonradan yeyinti, pozğunluq və əyyaşlıqla məşğul olduğuna görə, onu digər qohumu Səid ibn Asla əvəz etdi. Səidin əməvilərə məxsus siyasət yürüdərək kübar həyat tərzi sürdüyü və bağlı-bağatlı İraq torpaqlarının Qüreyşə aid olduğunu iddia etdiyi üçün ona qarşı etiraz səsləri ucaldı və üsyanlar başladı1. Bu həssas anları yaşayan İslam dünyasında Əli (ə) və şiələri, Osmanın bu bidətlərinin və valilərin İslama yad hərəkətlərinin qarşısında sakit oturmurdular. İbn Əbu əl-Hədid yazır: “Tarixçilərin Əsgəriyyətinin qənaətincə, Osman Əbuzəri öncə Şama sürgün etdi. Müaviyə Osmana ondan şikayət etdikdə Mədinəyə yolladı. Orada da xəlifəyə qarşı çıxdığına görə Rəbəzəyə sürgün edildi”2.

Əbuzər Rəbəzəyə sürgün edildiyi zaman Əli (ə) və övladları onu yola saldılar. O, İmama (ə) baxıb dedi: “Səni və övladlarını gördükdə Peyğəmbərin (s) sizin haqqınızda buyurduqlarını xatırlayır və ağlayıram”3.

O, Peyğəmbərin (s) belə buyurduğunu deyirdi: “Tezliklə sizi fitnələr bürüyəcək. Bu zaman Qurana və Əli ibn Əbu Talibə (ə) tapının”4.

Osmanın xəlifə olduğu dövrdə Əbuzər Peyğəmbər (s) məscidinin qapısı önündə dayanıb nitq söyləməyə başladı: “Ey camaat! Məhəmməd (s) Adəm elminin və peyğəmbərlərin fəzilətlərinin varisidir. Əli (ə) də Peyğəmbərlərin (s) canişini və elminin varisidir”1.

Bəlazuri yazır: “Miqdad ibn Əmr, Əmmar ibn Yasir, Təlhə, Zübeyr və bir çox digər səhabələr Osmana məktub yazaraq bəzi məqamları xatırlatdılar, Allahdan qorxmasını tövsiyə etdilər. Həmin məqamlara əhəmiyyət verilmədiyi təqdirdə ona qarşı çıxacaqları ilə hədələdilər. Əmmar məktubu alıb Osmanın yanına gəldi. Osman məktubun ilk cümlələrini eşitdikdə qəzəblənərək dedi: “Sən dostlarından biri olaraq bu hədə dolu məktubu mənim üçün oxumağa necə cürət edirsən?” Əmmar dedi: “(Bəli) Çünki mən, qövmün sənə daha çox nəsihət verəniyəm”.

-Yalan deyirsən, ey Süməyyənin oğlu!

-And olsun Allaha ki, mən Süməyyə və Yasirin oğluyam.

Bu cavabı eşidən Osman qulamını çağırıb onun əl-ayağının sındırılmasını tapşırdı. Sonra ayaqqabılı ayaqları ilə Əmmarı təpikləməyə başladı və nəticədə Əmmarın bədəni qaraldı”2.

ŞİƏLİK ƏLİNİN (Ə) XİLAFƏTİ DÖNƏMİNDƏ


Əlinin (ə) xilafəti 35-ci (h.q.) ilin sonlarında başlandı və təqribən dörd il doqquz ay davam etdi. Əmir əl-Möminin (ə) şiələri, xalqın ümumi beyəti zamanı münasib bir zaman olduğunu nəzərə alıb o həzrətin (ə) uca məqamını da onlara çatdırdılar. Elə bu məqsədlə də Malik ibn Haris ibn Əştər xalqa müraciətlə dedi: “Ey camaat! Bu Əli (ə) vəsilər vəsisi və Peyğəmbər (s) elminin varisidir. O, İslam uğrunda ağır əzablara qatlanmış və olmazın zəhmətlər çəkmişdir. O, elə bir şəxsiyyətdir ki, Allah onun imanına şəhadət vermiş, Peyğəmbər (s) ona behişt müjdəsi vermişdir. O, elə bir şəxsiyyətdir ki, bütün üstün keyfiyyətlər onda öz əksini tapmışdır. İstər keçib gedənlərdən, istərsə də qalanlardan heç bir kimsə onun elminə, fəzilətinə şübhə ilə yanaşmamışdır”1.

Xüzeymə ibn Sabit də İmam Əliyə (ə) beyət etdikdən sonra dedi: “Biz elə bir insanı seçdik ki, onu bizim üçün Peyğəmbər (s) seçmişdi”2.

Əli (ə) paytaxtı Kufəyə köçürtdü. Paytaxtı dəyişdirməkdə məqsəd İraqda şiəliyi geniş yaymaq və özünü iraqlılara tanıtdırmaq idi. Bundan başqa İraq hərbi düşərgə olması ilə yanaşı, həm də Şama yaxın idi. İraqdan Şamı nəzarətə götürmək asan idi.

İmam (ə) İraqa gəldikdən sonra camaat onu siyasi qəhrəman olaraq şamlıların istilasına qarşı himayə etdilər və uzun müddət o həzrətin (ə) hamisi olaraq qaldılar. Cəməl döyüşündən sonra “şiə” termini Əlinin (ə) tərəfində Aişəyə qarşı döyüşənlərin hamısına aid edilirdi. Bundan başqa, etiqadi baxımdan yox, sırf siyası məqsədlər üçün Əlini (ə) dəstəkləyənlər də “şiə” adlanırdılar.

Nəsr ibn Müzahim yazır: “Əli (ə) Təlhə və Zübeyrin cinayətlərini sayarkən buyurur: “Həqiqətən, Təlhə və Zübeyrin tabeçiliyində olanlar Bəsrədə mənim şiələrimi və məmurlarımı qətlə yetirdilər”3.

Siffeyn savaşında “həkəmiyyət” sənədində də “şiə” sözü məhz bu mənada işlədilmişdir. Bu hadisədən düz on il sonra şiələr öz adlarının möhkəmlənməsi, həqiqi Əli (ə) şiələrinin digər məqsədlərlə Əlini (ə) dəstəkləyənlərdən ayrılması üçün səylər göstərdilər. Əli (ə) hakimiyyətdə olduğu dörd il doqquz ay müddətində İslam ümmətini öncəki vəziyyətinə qaytara bilməsə də bir çox uğurlar əldə etdi. Bu uğurları aşağıdakı şəkildə sıralamaq olar:



    • Peyğəmbərin (s) əsl şəxsiyyətini camaata tanıtdırmaq;

    • İslamın unudulmuş hökmlərini izah və icra etmək;

    • İmkan dairəsində bidət və təhriflərin qarşısını almaq;

    • Din maarifinin böyük bir hissəsinin təlimi;

    • Görkəmli kadrlar yetişdirmək; misal üçün, Üveys Qərəni, Kümeyl ibn Ziyad, Meysəm Təmmar, Rüşeyd Hücri və başqaları. Əlinin (ə) hakimiyyəti dövründə şiələr siyasi sıxıntıdan çıxsalar da əvəzində bir neçə daxili müharibə baş verdi. Onlar bu döyüşlərdə də Əlini (ə) dəsləktədilər. Şiələr sözügedən döyüşlərdə məğlub olsalar da o həzrəti (ə) müdafiə üçün əqidə savaşından əl çəkdilər.


CƏMƏL DÖYÜŞÜ

Əqidəsinə sadiq şiələr qızğın çıxışları ilə müxalif və müvafiq qruplaşmaları o həzrətin (ə) şəxsiyəti ilə tanış edirdilər.

Əbu Heysəm ibn Təyyihan deyir:

قل للزبیر و قل لطلحة انّنا نحن الذین شعارنا الانصار



انّ الوصی امامنا و ولینا برح الخفاء و باحت الاسرار1
Mərdi Əzdi deyir:

هذا علیّ و هو الوصیّ اخاه یوم النجوة النبیّ

و قال هذا بعدی الولی وعاه واع و نسی الشقّی1
Böyük səhabələrdən olan Hücr ibn Ədi Kindi deyir:

یا ربّنا سلم لنا علیّا سلّم لنا المبارک المضیّا

المومن الموحد التقیّا لا خطل الرأی و لا غویّا

بل هادیا موفّقا مهدیّا واحفظه ربّی واحفظ النبیّا



فیه فقد کان له ولیّا ثمّ ارتضاه بعده وصیّا2
Zəhr ibn Qeys deyir:

أضربکم حتّی تقرّوا لعلیّ خیر قریش کلها بعد النبّی



من زانه الله و سمّاه الوصیّ إنّ الولیّ حافظا ظهر الولی3
SİFFEYN DÖYÜŞÜ

Siffeyn döyüşündə də İraq şiələri Əliyə (ə) böyük dəstək verdilər. Bir çoxları nitq söyləyərək o həzrətin (ə) hüquqlarını qorumağa çalışırdılar. İbn Əbu əl-Hədid yazır: Əli (ə) qoşunu Siffeynə doğru hərəkət etmək üçün Kufəyə toplayanda Əmr ibn Həmiq Xüzai ona müraciətlə dedi: Ey Əmir əl-Möminin! Mənim sənə qarşı məhəbbətim qohumluq əlaqələrinə, mənə verə biləcəyin sərvət və ya mənsəbə görə deyil. Mən sənə səndə olan beş üstün keyfiyyətinə görə məhəbbət bəsləyirəm. Hansı ki, bu keyfiyyətlər başqalarında yoxdur. Sən Peyğəmbərin (s) əmisi oğlu və vəsisisən. Sən bizə əmanət olaraq tapşırılan Peyğəmbər (s) övladlarının atasısan. Sən ilk müsəlman olan insansan. Sənin cihadla bağlı uğurların hamıdan çoxdur”1.

Ümmü-Xeyr də qoşunu Siffeyn döyüşünə təhrik edərkən deyirdi: “Tələsin! (Allahın rəhməti üzərinizdən əskik olmasın!) Ədalətli, təqvalı, vəfalı, sadiq və Peyğəmbər (s) vəsisi olan imamınızın köməyinə tələsin!”2

Görkəmli səhabə, xəzrəclilərin ağsaqqalı Qeys ibn Səd deyir:

و علیّ امامنا و إمام لسوانا أتی به التنزیل

یوم قال النبّی من کنت مولاه فهذا مولاه خطب جلیل



إنّ ما قاله النبیّ علی الأمّة حتم ما فیه قال و قیل3
Nöman ibn Əclan Ənsari deyir:

کیف التفرق والوصیّ إمامنا لا کیف إلا حیرة و تخاذلا

لا تغبننّ عقولکم، لا خیر فی من لم یکن عند البلابل عاقلا

وذو معاویة الغویّ و تابعوا دین الوصیّ لتحمدوه آجلا4
Adı çəkilən bütün görkəmli şəxsiyyətlər öz şeirlərində Əlinin (ə) imam olduğunu, canişinliyini nəzmə çəkmişlər.

Siffeyn savaşından sonra Əli (ə) Kufəyə qayıtdı. Xəvaric ondan ayrıldı. Bir çoxları isə həzrətin (ə) yanında qaldı və ona etdikləri beyəti yenilədilər, bir daha əhd-peyman bağladılar. Onlar əhd bağlayarkən dedilər: “Biz sənin dostunun dostu, düşməninin düşməniyik”1.

Bir çoxları Müaviyəyə məktub yazıb onu məzəmmət edir və Əlinin (ə) məqamını xatırladırdılar. Məhəmmə ibn Əbu Bəkr Müvaviyəyə ünvanladığı məktubda yazır: “Vay olsun sənə! Özünü Əli (ə) ilə müqayisə edirsən?! Halbuki o, Peyğəmbərin (s) vəsisi, varisi və övladlarının atasıdır. O, Peyğəmbərə (s) ilk iman gətirən və əhdini son eşidən şəxsdir. Peyğəmbər (s) sirlərini ona açdı və işlərində şərik etdi”2. Əli (ə) şiələrindən olan xanım Darəmiyyə Müaviyəyə yazdığı məktubda Əliyə (ə) olan məhəbbətinin səbəbini belə açıqlayır: “Mən ona dərin və sonsuz məhəbbət bəsləyirəm. Çünki o, yoxsulları sevər, səfillərə yardım göstərərdi. O, din bilicisi idi və haqqı deməkdən çəkinməzdi. O, Peyğəmbər (s) tərəfindən verilən vilayət sahibi idi”3.
QABAQCIL ŞİƏ SƏHABƏLƏR

Bioqrafik kitablara və tarixi qoynaqlara müraciət edib səhabələr haqqında tədqiqat apardıqda onların böyük əksəriyyətinin Əliyə (ə) itaət göstərdiklərinin şahidi oluruq. Mərhum Şərəf əd-Din “əl-Füsul əl-mühimmə” əsərində belə səhabələrin iki yüzünün adını qeyd edir.

Ayətullah Məhəmməd Hüseyn Kaşif əl-Ğita yazır: “Mən səhabələrin tərcümeyi-halını araşdırmaq məqsədi ilə “İstiab”, “İsabə”, “Usd əl-ğabə” və digər bənzər kitablara müraciət etdim. Araşdırmalarımın nəticəsinə görə, üç yüz səhabə Əlinin (ə) şiələrindən olmuşdur. Çox güman ki, tədqiqat genişləndirilsə, bu rəqəm də yüksələr. Qabaqcıl şiə səhabələrin bir neçəsinin adlarını diqqətinizə catdırırıq:

Abdullah ibn Abbas, Fəzl ibn Abbas, Qusəm ibn Abbas, Əbd ər-Rəhman ibn Abbas, Təmmam ibn Abbas, Əqil ibn Abu Talib, Nofəl ibn Hərs, Abdullah ibn Cəfər ibn Abu Talib, Övn ibn Cəfər, Məhəmməd ibn Cəfər, Rəbiə ibn Hərs ibn Əbd əl-Müttəlib, Tüfeyl ibn Hərs, Müğeyrə ibn Nofəl ibn Haris, Abdullah ibn Hərs ibn Nofəl, Abdullah ibn Əbu Süfyan ibn Hərs, Abbas ibn Ətəbə ibn Əbu Ləhəb, Əbd əl-Müttəlib ibn Rəbiə ibn Hərs, Abbas ibn Rabiə ibn Hərs, Cəfər ibn Əbu Süfyan ibn Hərs.

Bəni-Haşimdən olmayan qabaqcıl şiələr:

Salman Məhəmmədi, Miqdad ibn Əsvəd Kindi, Əbuzər Qifari, Əmmar ibn Yasir, Hüzeyfə ibn Yəman, Xüzeymə ibn Sabit, Əbu Əyyub Ənsari, Əbu əl-Heysəm Malik ibn Təyyihan, Übəyy ibn Kəb, Qeys ibn Səd ibn Übadə, Ədi ibn Hatəm, Übadə ibn Samit, Hilal ibn Rəbah Həbəşi, Əbu Rafe, Haşim ibn Ətəbə, Osman ibn Hüneyf, Səhl ibn Hüneyf, Hükeym ibn Cəbələ, Xalid ibn Səd ibn As, İbn Hüseyb Əsləmi.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə