Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


ŞİƏLİK İMAM HÜSEYNİN (Ə) DÖNƏMİNDƏ



Yüklə 462,01 Kb.
səhifə12/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

ŞİƏLİK İMAM HÜSEYNİN (Ə) DÖNƏMİNDƏ


İbn Əbu əl-Hədid yazır: “Həsən ibn Əli (ə) dünyasını dəyişincəyə qədər ümumi vəziyyət beləcə davam etdi. Həmin dövrdə şiələr daha çox təhlükə hiss edir, hətta insanlar arasında gəzdikdə belə hər an öldürülə biləcəklərini düşünürdülər. Onlar bir çox hallarda ata-baba yurdlarını tərk edir, gizli həyat sürürdülər”3.

İmam Məhəmməd Baqir (ə) buyurur:

“Bizim və şiələrimizin ən ağrılı-acılı günləri İmam Həsənin (ə) vəfatından sonra olmuşdur. O zaman hər bir şəhərdə şiələrimizi qətlə yetirir, əl-ayaqlarını kəsir və şiə olduqları ehtimal olunduqda belə olmazın işgəncələr verirdilər. Bizimlə dost və ya hər hansı bir əlaqəsi olan hər bir insanı ya dustaqxana həyatına məhkum edir, ya malını qarət edir, ya da evini uçururdular. Bu müsibət dolu günlər Übeydullah ibn Ziyadın dönəminədək davam etdi”1.

Hicri altmışıncı ildə Müaviyə dünyasını dəyişdi. Oğlu Yezid hələ atası sağ ikən camaatdan onun üçün aldığı beyətə əsasən hakimiyyəti ələ aldı. Tarixdən gələn qəti dəlillərə görə, Yezid, hətta atası sağ ikən heç bir dini ayinə boyun əymir, dini göstərişlərə biganə yanaşır, həyatını əyyaşlıq, pozğunluqla keçirirdi. Onun hakimiyyətdə olduğu üç il müddətində törətdiyi faciələr İslam tarixində misli görünməmiş faciələrdir.

Hakimiyyətdə olduğu birinci il Peyğəmbər (s) nəvəsi Hüseyn ibn Əlini (ə) övladları, qohumları və digər ona yaxın şəxslərlə birgə acınacaqlı şəkildə şəhadətə yetirdi. Hələ bu azmış kimi, qadın və uşaqlarını, Peyğəmbər (s) Əhli-beytini (ə) şəhidlərin kəsilmiş başı ilə birgə el-el, oba-oba gəzdirdilər.2

Hakimiyyətin ikinci ilində Mədinədə soyqırım törətdi. Hələ bu azmış kimi, o bölgədə məskunlaşan insanların canının, malının və namusunun ixtiyarını üç gün müddətində qoşununa verdi3. Üçüncü ilində isə müqəddəs Kəbəni viran qoyub yandırdı.4

Əbu Mixnəf, Həccacın belə dediyini nəql edir: “Şiələr Süleyman ibn Sürədin evinə toplaşıb Müaviyənin ölüm xəbərini eşitdilər. Onlar birlikdə bu xəbərə görə şükür etdilər. Süleyman ibn Sürəd dedi: “Müaviyə dünyadan köçüb. İmam Hüseyn (ə) (Yezidə) beyət etməkdən boyun qaçırıb. Hal-hazırda Mədinədən Məkkəyə doğru hərəkətdədir. Siz onun atasının şiələrisiniz...1.

Təbəri və İbn Əsir Müaviyənin ölümündən sonra Hüseynin (ə) hökumət evinə dəvət edilməsi haqqında belə nəql edirlər: “Abdullah ibn Zübeyr o həzrətə (ə) dedi: “Qurbanın olum, qorxuram ki, hökumət evinə getdiyində səni həbs edib Yezidə beyət etməyə məcbur etsinlər.” İmam Hüseyn (ə) buyurdu: “Mən oraya tək getməyəcəyəm. Əksinə, yaxınlarımı, şiələrimdən olan haqq yolçularını toplayıb onlardan silahlanmalarını və mənimlə gəlmələrini istəyəcəyəm...”2


Şİələrİn İmam Hüseynİn (ə) qətlİndə rolu olubmu?

Son zamanlar şiələrə qarşı səslənən etirazlardan biri də budur ki, guya İmam Hüseynin (ə) qatilləri elə şiələr özləri olmuşlar. Çünki Ömər ibn Sədin Kərbəlaya yeritdiyi qoşunun böyük əksəriyyətini Kufə əhalisi təşkil edirdi. O dövrün kufəliləri Əli (ə) şiələri hesab edilirdilər. İndi göz yaşı axıtmalarının səbəbi də əcdadlarının törətdikləri bu cinayətdir. Seyid Əli Cəlal Hüseyni Misri qələmə aldığı “əl-Hüseyn” adlı kitabında yazır: “İmam Hüseyn (ə) haqqında maraqlı məqamlardan biri də budur ki, onu şiələr öldürdülər və indi də hər il onun öldürüldüyü gün matəm mərasimləri keçirir, əzadarlıq edirlər”.3

Bütün bunları nəzərə alıb düşündük ki, bu məsələni incələyib İmamın (ə) qatilinin kimlər olduğunu aydınlaşdıraq.

ŞİƏLİYİN MÜXTƏLİF TƏRƏFLƏRİ


Qeyd etmək lazımdır ki, şiəliyin müxtəlif tərəfləri vardır. Bunlardan dördünü xüsusi ilə qeyd etmək olar:

  1. Siyasi şiəlik;

Burada Əlinin (ə) digər səhabələrdən üstün və keçirdiyi döyüşlərdə tam olaraq haqlı olduğuna etiqad öndə durur. Siyasi şiəlik dedikdə İslam tarixində müəyyən bir siyasi xətti olan cəmiyyətin mövcudluğu nəzərdə tutulur. Bu siyasi xətt ətrafında birləşənlər Əhli-beytin (ə) ideallığını və rəhbərliyini, Allah tərəfindən olduğu üçün yox, onlarda görünən və başqa heç kimdə olmayan üstün keyfiyyətlərə görə qəbul edirdilər. Bu siyasi təfəkkür tərzi bir çox tabei, hədisşünas və fəqihlərə hakim olmuşdur. Onlar Əhli-beyti (ə) xüsusi olaraq siyasi mövqeləri baxımından digərlərindən fərqləndirirdilər. Bu görüş əhli-sünnəyə aid bir çox bioqrafik kitablarda və rical əsərlərində də qeyd edilmişdir.

I, II, III əsrin bir çox şəxsiyyətlərini bu baxımdan şiəliyə aid etmişlər. Onların hər biri haqqında söhbət açıldıqda deyilir: “Fihi təşəyyuun yəsir”, onlarda yüngül şiəlik var idi, yəni onlar siyasi baxımdan şiəyönlü idilər. Çünki onlar Əlinin (ə) digər xəlifələrdən, xüsusi ilə Osmandan (xəlifəliyə layiqlik baxımından) üstün olduğu qənaətində idilər.



  1. Etiqadi şiəlik;

Burada Əli (ə) başda olmaqla Əhli-beytin (ə) Allah tərəfindən imam, xəlifə və dini ideallar olduğuna etiqad öndə durur. Bu görüş hələ Peyğəmbər (s) dönəmində Qurana və çoxsaylı hədislərə dayanan səhabələr arasında mövcud idi. Bir çox ixlaslı, aşkar dəlilləri tapdamayan səhabələr erkən çağlardan başlayaraq Peyğəmbərin (s) göstərişlərinə boyun əyir və Əlini (ə) onun canişini hesab edirdilər. Həmin əqidə sonra da tabeilər vasitəsi ilə davam etdirildi. Şiəliyin tarixindən söhbət açdıqda bu təfəkkür tərzi haqqında ətraflı danışdıq.

Əhli-beyt (ə) siyasi hakimiyyətdən uzaq düşsə də ikinci əsrin əvvəllərindən başlayaraq fiqhi və elmi kimlikləri, dini idealları özünü göstərməyə başladı.

İmam Sadiq (ə) və İmam Baqirin (ə) səhabələrindən olan Əban ibn Təğlib şiəliyə belə tərif verir: “Şiələr o müsəlmanlara deyilir ki, onlar Peyğəmbərdən (s) sonra onun buyurduğu hər hansı məsələdə fikir ayrılığına rastladıqda Əliyə (ə) müraciət edər və hökmü ondan öyrənərdilər. Əlidən (ə) sonra onun buyurduğu bu və ya digər məsələdə fikir ayrılığna rasladıqda Cəfər ibn Məhəmmədin (ə) sözünə müraciət edirdilər”1.


  1. Sevgi şiəliyi;

Müsəlmanlar arasında şiəliyin digər bir tərəfi də müşahidə edilməkdədir. Bu, sevgi şiəliyi adlanır. Əhli-sünnə rical alimlərinin təbirində bir çoxları bu mənada şiə adlandırılmışlar. Peyğəmbərin (s) hədislərində Əhli-beytin (ə) fəziləti haqqında mövcud olan çoxsaylı qeydlərə əsaslanan bir çox əhli-sünnə elm adamları da onlara qarşı böyük məhəbbət bəsləmiş və elə buna görə də şiəlikdə ittiham olunmuşlar. Belələrindən “Əqd əl-Fərid” kitabının müəllifi İbn Əbdi-Rəbbih Əndəlusi, Məhəmməd ibn İdris Şafei və başqalarını göstərmək olar. Şafei bir şeirdə deyir:

ان کان حبّ الولیّ رفضا فانّنی أرفض العباد

Əgər Əliyə (ə) məhəbbət bəsləmək rafizi olmaq deməkdirsə, mən dünyanın ən rafizi bəndəsiyəm 2.


  1. Dini şiəlik.

Şiəlikdə dördüncü tərəf dini və ya mədəni tərəfdir. Bu görüşə görə Əhli-beyt (ə) yeganə dini, fiqhi qaynaqdır. Cəmiyyətdəki hər bir fərdin vəzifəsi onlara tapınmaqdır. Bir çoxları bu kimi etiqada malik olmalarına baxmayaraq, özlərini siyasi baxımdan əhli-sünnəyə bağlayırlar. Onlar Quranda və ya hədislərdə Əhli-beytin (ə) imamətini, dini ideallığını göstərən aşkar dəlil olmadığı qənaətindədirlər. Lakin bununla belə onlar Əhli-beyti (ə) dini məsələlərdə, elmdə digərlərindən üstün hesab edirlər. Deyilənə görə, “əl-Miləl vən-nihəl” əsərinin müəllifi Şəhristanini bu qismə daxil etmək olar.


Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə