Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


ƏLİNİN (Ə) HAKİMİYYƏTİNİN SONLARINDA MÜAVİYƏNİN ŞİƏLƏRƏ QARŞI TÖRƏTDİYİ CİNAYƏTLƏR



Yüklə 462,01 Kb.
səhifə11/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

ƏLİNİN (Ə) HAKİMİYYƏTİNİN SONLARINDA MÜAVİYƏNİN ŞİƏLƏRƏ QARŞI TÖRƏTDİYİ CİNAYƏTLƏR


Hicri 39-cu ildən başlayaraq Müaviyə Əli (ə) şiələrinə qarşı geniş miqyaslı hücumlara başladı. Dinsiz, sərt və qaba sərkərdələr seçib şiələri qətlə yetirməyə göndərərək (bu bir soyqırım idi) Əlinin (ə) hakimiyyət dairəsini kiçiltməyə çalışır və böyük hərc-mərclik yaradırdı. Müaviyənin bu növ addımlarını aşağıdakı şəkildə sıralamaq olar:

  1. Nöman ibn Bəşiri min nəfərlik qoşunla Eyn ət-Təmr əhalisini qırmağa göndərməsi;

  2. Süfyan ibn Övfü altı min nəfərdən ibarət qoşunla Hit əhalisini qırmağa, oradan da Ənbar və Mədainə göndərməsi;

  3. Əlinin (ə) qatı düşmənlərindən olan Abdullah ibn Məsədə Fəzarini min yeddi yüz nəfərlik qoşunla Təymaya göndərməsi;

  4. Zəhhak ibn Qeysi üç min nəfərlə birgə Vaqiəyə, Əlinin (ə) tabeçiliyində olan şiələri qarət etməyə göndərməsi (İbn Qeysin qoşununa qarşı Əli (ə) də Hücr ibn Ədinin sərkərdəliyi ilə dörd min nəfərdən ibarət qoşun göndərmişdi);

  5. Əbd ər-Rəhman ibn Qəbas ibn Əşyəmi Cəzirə bölgəsinə göndərməsi (İmam (ə) onların hücumunu dəf etmək üçün Kümeyli göndərmişdi);

  6. Hərs ibn Nəmir Tənuxi də Cəzirə bölgəsinə göndərmiş və Əlinin (ə) tabeçiliyində olan hər bir insanı öldürməyi tapşırmışdı. Bu hadisədə çoxlu sayda insan tələfatı oldu;

  7. Hicri 40-cı ildə Büsr ibn Ərtahın rəhbərlik etdiyi qoşunu Məkkə, Mədinə və Yəmənə göndərdi. O, Mədinəyə çatdıqda Əli (ə) tərəfindən Mədinə valiliyinə təyin edilmiş Übeydullah ibn Abbas Mədinəni tərk edib Kufədə Əliyə (ə) qoşuldu. Lakin Büsr onun hər iki övladını şəhid etdi1. Büsrün yolu üstündə olan və qarət etdiyi bölgələrdən biri də Həmdan qəbiləsinin yaşadığı bölgə idi. Orada Əli (ə) şiələri yaşayırdılar. Büsr qəfildən onlara hücum edib çoxlu sayda kişini qətlə yetirdi, qadın və övladlarını isə əsir tutdu. İlk dəfə idi ki, müsəlman qadın və uşaqları əsir düşürdülər2.

Məsudi, Büsr ibn Ərtah haqqında yazır: “O, Xüzaə və Həmdandan bir qrup insanı, Yəməndə məskunlaşan “əl-Ənba” adlanan İran əsilliləri amansızcasına qətlə yetirdi. O, Əliyə (ə) azacıq meylli olanları, ona məhəbbət bəsləyənləri çəkinmədən qətlə yetirirdi”1.

İbn Əbu əl-Hədid yazır: “Büsr bütünlüklə Əli (ə) şiəsi olan həsbanlılara tərəf hücum etdi. Burada ağır döyüş keçdi və sonda onları acınacaqlı şəkildə qətlə yetirdi. Oradan Sənaya doğru getdi. Sənada fars əsilli yüzlərlə ixtiyar kişiləri qılıncdan kecirtdi. Buna səbəb kimi isə Übeydullah ibn Abbasın iki övladının onlardan birinin evində gizləndiyini göstərdi. Büsr bütün hücumları boyunca otuz min nəfəri qətlə yetirdi, çoxlu sayda insana od vurub yandırdı”2.

O, yazır: “Müaviyə bütün məmurlarına məktub yazaraq tapşırdı: “Heç bir Əli (ə) şiəsinə, əhli-beyitinə şəhadət icazəsi verilməsin. Buna qarşılıq olaraq Osman tərəfdarlarına sığınacaq verin, onlara hörmətlə yanaşın”3.

Öz məmurlarına ünvanladığı digər məktublarda isə yazırdı: “Əli (ə) şiəsi olduğu, qəlbində Əli (ə) məhəbbəti olduğu bəlli olan hər bir kəsin adı dövlət divanından çıxarılsın ona heç bir yardım edilməsin”. Məktubun digər bir hissəsində deyilir: “Əli (ə) sevgisini qəlbində daşımaqda ittiham olunan hər bir şəxs dustaq edilsin, evi dağıdılsın”. Bütün bu müsibətlər daha çox iraqlıların, xüsusilə də kufəlilərin başına gətirilirdi.4 Bir gün Müaviyə İmam Hüseynə (ə) dedi: “Ey Əba Abdullah! Bilirsənmi ki, biz atan Əlinin (ə) şiələrini qətlə yetirib, kəfənləyib, namazlarını qılıb dəfn etdik”?1



İMAM HƏSƏNİN (Ə) DÖVRÜNDƏ ŞİƏLİK


İmam Həsən (ə) Müaviyə ilə sülh müqaviləsini qəbul etməyə məcbur olduqda İmamı (ə) narahat edən məsələlərdən biri də Əli (ə) şiələrinin təhlükəsizlik məsələləri idi. Elə buna görə də sülh müqaviləsində xüsusilə qeyd etdiyi bəndlərdən biri də Əlinin (ə) səhabələrinin təhlükəsizliyinin təmin edilməsi idi. Müaviyə də sazişdə nəzərdə tutulmuş bu bəndi qəbul etdi. Lakin sülh müqaviləsi həyata keçirilməyə başladığı ilk gündən Müaviyə bu bəndə əsla əməl etməyəcəyini, onu pozacağını elan etdi.

İbn Əbu əl-Hədid Əbu əl-Həsən Mədainidən nəql edir: “Müaviyə valilərə ünvanladığı məktubda yazırdı: “Mən, Əbu Turab (ə) və Əhli-beytin (ə) fəziləti haqqında hədis nəql edənləri bağışlamayacağam”. Bu məktubdan sonra ən ucqar yerlərdə belə bütün xətiblər minbərlərdə Əliyə (ə) lənət oxumağa, ona və Əhli-beytinə (ə) nifrətlərini elan etməyə başladılar. Həmin dövrdə ən çox hücuma məruz qalan Kufə şiələri idilər. Çünki o zaman Kufədə çoxlu sayda şiə yaşayırdı. Müaviyə Ziyadı Kufəyə vali təyin etdi. O, şiələri yaxşı tanıyırdı. Ziyad Müaviyədən aldığı əmrə əsasən şiələri gördüyü yerdə qətlə yetirirdi. Bəzən də onları hədələyərək qorxudur, əl-ayaqlarını kəsir, gözlərini çıxarırdı, edam edirdi. O zaman bir çoxları İraqdan sürgün edildilər. Ona görə də İraqda tanınmış şiələrdən qalan olmadı”2.

İbn Əsəm yazır: “Ziyad daim şiələrin ardınca gəzirdi. Onları tutduğu yerdə qətlə yetirirdi. Belə ki, onun valiliyi zamanında çoxlu sayda şiə qətlə yetirildi. O, şiələrin əl-ayağını kəsdirir, gözlərini çıxartdırırdı. Əlbəttə, Müaviyə özü də az şiə qırmamışdı”1. Bir çox şiələrin edam edilməsi qərarını şəxsən özü verirdi2. Ziyad şiələri, Əliyə (ə) nifrət və kinlərini bildirmək üçün məscidə toplayırdı3. O, Bəsrədə şiələrin izini axtarır, şiə olduğunu güman etdiyi şəxsi dərhal qətlə yetirirdi. Bir çox səhabə və tabeilər Müaviyənin fərmanı ilə qətlə yetirilmişdilər4. Hicri 53-cü ildə Müaviyə Hücr ibn Ədini və səhabələrini qətlə yetirdi. Bu, səhabələri ilə birlikdə özünəməxsus şəkildə qətlə yetirilən ilk şəxs idi5.

Əmr ibn Həmiq Xüzai İmam Hüseynin “Seyid əş-şühəda” (şəhidlərin ağası) adlandırdığı böyük səhabələrdəndir. Müaviyə ona, təhlükəsizliyini təmin edəcəyini söz verdikdən sonra qətlə yetirdi6.

Malik Əştər görkəmli simalardan biri, Əlinin (ə) apardığı döyüşlərin məğlubedilməz sərkərdəsi idi. Müaviyə onu Misirə gedərkən nökərlərinin əli ilə zəhərlədib öldürdü1. Rüşəyd əl-Həcəri İmam Əlinin (ə) yaxın şagirdlərindən idi. Ziyad Əliyə (ə) lənət oxuyub, nifrətini bildirməsini əmr etdikdə o, rədd cavabı verdi. Elə buna görə də onun hər iki əl-ayağını kəsib dar ağacından asdılar2.

İbn Mehr Əbdini Əlinin (ə) imamətini qəbul etdiyi üçün ələ keçirib, əl-ayaqlarını kəsdilər. Sonra isə xurma ağacından asdılar.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə