Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani



Yüklə 462,01 Kb.
səhifə14/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

ILK ŞƏHIDLƏR


Bir neçə kufəli Müslim ibn Əqilin Kufəyə gəlişindən sonra, hələ İmam Hüseyn (ə) şəhid olmamış, Müslimə beyət etdiklərinə, İmam Hüseynə (ə) məktub göndərdiklərinə və ya İmama (ə) qoşulmaq cəhdlərinə görə şəhid edildilər. Bir neçə nümunəyə nəzər salaq:

Ümarə ibn Səlğəb Əzdi

O, Kufədə Müslimə beyət etmişdi. Müslim qətlə yetirildi. İbn Ziyad onu da tutdurub ona dedi: “Hansı qəbilədənsən?” O: “Əzd qəbiləsindənəm”, - deyə cavab verdi. İbn Ziyadın əmri ilə o, qəbiləsinin yanına aparıldı və orada başı kəsildi.



Əbd əl-Əla ibn Yezid Kəlbi

O, Kufə şiələrindən idi. Şücaətli döyüşçülük qabiliyyəti ilə yanaşı mahir at süvarisi idi. O, Müslim ibn Əqillə birgə qiyama qalxdı. Camaat Müslimü tək qoyduqdan sonra Kəsir ibn Şahab onu tutub İbn Ziyada təhvil verdi.

Əbu Mixnəf yazır: “Müslimün şəhadətindən sonra Übeydullah ibn Ziyad onu çağırtdırıb əhvalını soruşdu. O, cavabında dedi: “Mən, evdən çıxıb baş verənlərə tamaşa edirdim. Mən, sənə qarşı deyiləm”. Übeydullah Ondan and içməsini tələb etdi. O, and içmədikdə onu qətlə yetirdilər”.2
Kufədə xəvarİcİn mövcudluğu

Tarixə müraciət edib Ömər ibn Sədin qoşununda yer alan sərkərdələrin tərcümeyi-halını araşdırdıqda, şahidi oluruq ki, onların hamısı qatı Əhli-beyt (ə) düşmənləri, nasibi, xəvaric və ya əməvilərdən olmuşlar. Buraya Übeydullah ibn Ziyad, Ömər ibn Ziyad, Şimr ibn Zi əl-Cövşən, Qeys ibn Əşəs, Əmr ibn Həccac Zübeydi, Abdullah ibn Züheyr Əzdi, Ürvə ibn Qeys Əhməsi, Şəbəs ibn Ribi, Əbd ər-Rəhman ibn Əbu Sirə Cəfəri və başqaları daxildirlər.

Göründüyü kimi İmam Hüseynin (ə) qətlində iştirak edən bir nəfər belə şiə yoxdur. Bunun tam əksinə olaraq, onlar hamısı Əhli-beyt (ə) düşməni kimi ad çıxarmış insanlardır. Buraya aşağdakıları da daxil etmək olar:

Sənan ibn Ənəs Nəxəi, Hərmələ Kahili, Əbu əl-Hütuf Cöfi, Malik ibn Nəsr Kindi, Əbd ər-Rəhman Cöfi, Qəşəm ibn Nəzir Cöfi, Bəhr ibn Kəb, Şüreyk ibn Zürə Təmimi, Saleh ibn Vəhəb, Xəvliyy ibn Yezid Əsbəhi və başqaları.


Şamlılar, Ömər ibn Sədİn qoşununda

İmam Hüseyn (ə) Ömər ibn Sədin qoşununda yer alanlara Əbu Süfyan tərəfdarları deyə səslənərək buyurdu: “Vay olsun sizə, ey Ali-Əbu Süfyan tərəfdarları! Əgər dinsizsinizsə, axirət dünyasına, hesab verəcəyinizə inamınız yoxdursa, heç olmasa, dünyada azad yaşayın”1.

İmam Hüseyn (ə) onlara müraciətlərində, xütbələrində, onlarla apardığı danışıqlarda bir dəfə olsun belə onlara mənim şiələrim və ya atamın şiələri demir. Digərlərinin kəlamlarında da bu ifadələrə rast gəlmək olmur. Bu, Ömər ibn Sədin qoşununda olanların həqiqi şiə olmadıqlarına sübutdur.

Ömər ibn Sədin qoşunundakılar İmamın (ə) “Nə üçün mənim qanımı axıtmağı özünüzə halal etmisiniz?” sualına cavab alaraq dedilər: “Bizim sənin atanla düşmənçiliyimiz var idi və elə buna görə də səninlə döyüşürük”.1

Aydın şəkildə görünür ki, onlar şamlı idilər və Müaviyənin əks-təbliğatı nəticəsində Əliyə (ə) düşmən kəsilib, ona kin bəsləyirdilər. İmam Hüseynə (ə) “Mən sənin atanla düşmənəm” deyən kimsə şiə ola bilərmi? Onlar İmam Hüseynə (ə) yalançı oğlu yalançı demirdilərmi? Onlar Peyğəmbər (s) yadigarına “Ey Hüseyn, cəhənnəm alovuna qovuşacaqsan” demirdilərmi? Onlar İmam Hüseynə (ə) və səhabələrinə “Sizin namazlarınız qəbul olunmayacaq demirdilərmi?2 Onlar öz rəhbərlərinə qarşı bu növ nalayiq sözlər yağdırdıqları bir halda necə şiə ola bilərlər? Bütün bunlar hamısı Peyğəmbər (s) Əhli-beytinə olan kindən doğur.

ŞİƏLİK İMAM SƏCCADIN (Ə) DÖNƏMİNDƏ


Yezid ibn Müaviyənin ölümündən sonra Əməvi hakimiyyətinin sütunları sarsıldı. Bunu görən şiələr onları bir yerə toplayaraq lider sorağında idilər. Bir müddətdən sonra Muxtar Bəni-Üməyyənin əleyhinə üsyan etdi. Bu məqsədlə şiələri də öz ətrafına toplayıb İbrahim ibn Malik Əştərin rəhbərliyi altında Şama göndərdi. Şam qoşunu məğlub edildikdən sonra Muxtar və şiələr daha da qüvvətləndilər. İbn Əbdi Rəbbihin “Əqd əl-fərid” əsərində qeyd etdiyinə görə, o, şiələrə gecələr Kufə şəhərinin küçələrində gəzib “یا لثارات الحسین” şuarını vermələrini tapşırdı.1

Əbu əl-Fida hicri 66-cı ildə baş verənləri belə izah edir: “Bu il Muxtar Kufədə İmam Hüseynin (ə) intiqamını almaq məqsədi ilə qiyam etdi. Onun ətrafına çoxlu sayda insan toplaşdı. Belə ki, o Kufə hakimiyyətini ələ keçirtdi. İnsanlar İmam Hüseynin (ə) qanın; yerdə qoymayacağı şərtilə ona beyət etdilər.

Doktor Leysi yazır: “İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsi olduqca böyük tarixi bir hadisə idi. Bu hadisə şiələrin inkişaf edib fərqli siyasi prinsiplərə əsaslanan bir firqə olaraq genişlənməsinə səbəb oldu. Kərbəla hadisəsi şiələrin ruhca inkişafına, sayca çoxalmasına çox mühüm təsir göstərdi. Bu hadisədən sonra şiələr özlərinə məxsus siyasi xətlə cəmiyyətə atıldılar”2.

Digər tərəfdən də Abdullah ibn Zübeyr Məkkədə qiyam edib doqquz ay hakimiyyəti əlində saxlaya bildi. Əməvilər bu doqquz il ərzində onunla döyüş vəziyyətində idilər. Bunun uyğun zaman olduğunu düşünən şiələr İmam Səccadın (ə) ətrafına toplaşır və xalqa İmam Hüseynin (ə) məzlumiyyətini xatırladaraq ideoloji iş aparırdılar.

Bəni-Mərvan Ali-Zübeyri məğlub edərək yarımadanın hakimiyyətini ələ aldı. Əbd əl-Məlik ibn Mərvan hakimiyyəti möhkəmlətdikdən sonra Əhli-beyt (ə) təfəkkür xəttinə, şiələrə qarşı mübarizəyə başladı. Həmin dövrdə şiələrin İmamı həzrət Zeyn əl-Abidin (ə) idi. Əbd əl-Məlik o həzrəti (ə) gözdən salmaq üçün Mədinədən Şama gətirdi. Lakin İmamın elmi, fəziləti aşkar olduqda xalq ona sonsuz sevgi bəsləməyə başladı. Bu zaman şiələrin kökünü kəsmək üçün Həccac adlı bir sərkərdəni Kufə əyalətinə göndərdi.

İmam Səccad (ə) buyurur: “Həccac iş başına gəldi. Bacardıqca şiələri qırdı. Ən adi bir ittihamla onları tutdururdu. Sonda belə bir vəziyyət alınmışdı ki, kiməsə kafir demek şiə deməkdən yaxşı idi”1.

İbn Əbu əl-Hədid, Mədainidən nəql edərək yazır:

“Əbd əl-Məlik hakimiyyətə gəldikdən sonra şiələrin çətin günləri başladı. O, şiələri Həccac ibn Yusifə tapşırdı. Əliyə (ə) kin bəsləyənlər ona yaxınlaşdılar və bacardıqları qədər Əlinin (ə) düşmənlərinin xeyrinə hədislər qondardılar. Hətta Əliyə (ə) lənət oxumaqdan belə çəkinmədilər”.2

İbn Səd “Təbəqat” əsərində “Minhal”dan iqtibas edərək yazır: “Mən Əli ibn Hüseynin (ə) yanına gedib dedim: “Gecəni necə keçirdiniz? Allah işlərinizi avand etsin. Həzrət (ə) buyurdu: Mən bu şəhərdə sənin qədər ixtiyar kişi görmürəm. Sən gecəni necə keçirdiyimizi bilmirsənmi? Elə isə mən sənə deyim. Biz insanlar arasında Bəni-İsrailin Ali-Firon arasında olduğu kimiyik. Hansı ki, onların uşaqlarının başını kəsir, qadınlarını isə kəniz edirdilər. İş o yerə çatıb ki, minbərlərdə bizim şeyximizə lənət oxuyur, bununla düşmənlərimizə yaxınlaşırlar”3.

Əlinin (ə) qulamı Qənbər də Həccacın şəhid etdikləri sırasında idi. Həccac öz yaxınlarına deyirdi: “Biz Əliyə (ə) Qənbərdən yaxın olanını tanımırıq”. O, Qənbərin dalınca adam göndərib onu saraya gətirtdi. Həccac ona dedi: “Sən Qənbərsənmi?” Qənbər olduğunu təsdiqlədikdən sonra dedi:

─ Əliyə nifrətini bildir.

─ Sən mənə Əlidən fəzilətlisini göstərə bilərsənmi?

─ Mən səni öldürəcəm. Necə ölmək istəyirsən, özün seç.

─ Əli (ə) mənə demişdi ki, sənin başın haqq yolunda kəsiləcək.

Bunu eşidən Həccac onun başının bədənindən ayrılmasını əmr etdi”.1

Kümeyl ibn Ziyad Əlinin (ə) yaxın şiələrindən idi. Həccac Kufə hakimiyyəti dövründə onu çağıtdırdı. Lakin Kümeyl qaçıb gizləndi. Buna qarşılıq olaraq Həccac onun qəbiləsinə dövlət yardımını kəsdi. Kümeyl fikirləşdi: “Mən ömrümü yaşamış, artıq yaşlanmışam. Mənə görə qəbiləmin öz haqqından məhrum edilməsi insaf deyil”. Elə buna görə də Həccaca təslim oldu. Həccac Kümeyli görüb dedi:

─ Mən çoxdandır ki, səni gözləyirdim.

─ Sevinmə, onsuz da mənim ömrümdən bir şey qalmayıb. İstədiyini et. Hamımızın qayıdışı Allaha tərəfdir. Mənim qətlimdən sonra hesab verməli olacaqsan. Əli (ə) mənə qatilimin sən olacağını demişdi.

─ Mən sənə lazım olanı dedim.

Sonda Həccac onun boynunun vurulmasını əmr etdi.2

Səid ibn Cübeyr tanınmış şiələrdən idi. İbadəti, zahidliyi ilə ad çıxarmışdı. Həccac onun da tutulmasını əmr etdi. Aralarındakı qısa danışıqdan sonra Həccac onun boynunun vurulmasını əmr etdi3.

Belə bir şəraitdə Əhli-beytin (ə) məhvi ehtimalı olduğu zaman İmam Səccad (ə) fəaliyyətə başladı və böyük uğurlar əldə etdi.1

İmam Səccad (ə) şiəliyə yeni ruh bəxş etdi. O, İmam Baqir (ə) və İmam Sadiqin (ə) fəaliyyəti üçün şərait yaratdı. Tarixə görə, İmam Səccad (ə) otuz dörd illik fəaliyyəti boyunca şiəliyi həyati böhranlardan çıxartmışdı. Həccacın İraqda iyirmi illik hakimiyyəti, Əbd əl-Məlik ibn Mərvanın bütün İslamın taleyini ələ alması şiəliyin məhvi demək idi... Həccac elə bir insan idi ki, onun üçün kafir sözü şiə sözündən daha sevimli idi.2

İmam Səccadın (ə) fiqhi üslubuna görə Peyğəmbərdən (s) nəql olunan bütün hədislər Əli (ə) xətti ilə nəql olunurdu. Şiələr də yalnız bu hədisləri düzgün hesab edirdilər. Beləcə, şiələr mövcud yanlışlıqlara qarşı ilk fiqhi addımlarını atdılar.

Mədinə şəhəri İslamın erkən çağlarından məruz qaldığı əyintilərə görə şiəliyə qarşı təhrik olunmuşdu. Elə buna görə də şiəliyin inkişafı üçün uyğun yer deyildi.

İmam Səccad (ə) buyurur: “Bizim Məkkə və Mədinədəki həqiqi tərəfdarlarımızın sayı iyirmi nəfərdən az idi”.3

Lakin buna baxmayaraq, İraqda çoxlu sayda Əhli-beytsevərlər var idi.


Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə