Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


ŞİƏLİK İMAM HADİNİN (Ə) DÖNƏMİNDƏ



Yüklə 462,01 Kb.
səhifə17/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

ŞİƏLİK İMAM HADİNİN (Ə) DÖNƏMİNDƏ


Bu dövrdəki şiələrin əksəriyyəti kufəli idi. Buna ən yaxşı sübut bir çoxlarına “Kufi” (Kufəli) ləqəbi verilməsidir. İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə imamların bir çox səhabələri adlarına Qumi (Qumlu) ləqəbini əlavə etmişdilər. Bunlar Qumda yaşayan ərəb əsilli əşərilər idilər.3 İmam Hadinin (ə) dönəmində Qum şəhəri İranda şiəliyin mühüm mərkəzlərindən idi. Bu şəhərin əhalisinin İmamla (ə) sıx əlaqəsi var idi.

Abə (və ya Savə) və Kaşan şəhərləri şiəlik təlimlərinin təsiri altında idi. Onlar Qum əhalisinin təlimlərinə uyğun şəkildə davranırdılar. Bəzi rəvayətlərdə Məhəmməd ibn Əli Kaşaninin adı çəkilir, İmam Hadidən (ə) suallar soruşduğu qeyd edilir.1

Qum əhalisinin İmamla (ə) maddi əlaqəsi də var idi. Bu məsələ ilə bağlı Məhəmməd ibn Davud Qumi və Məhəmməd Təlhinin adları qeyd edilir. Onlar Qum və ətraf şəhərlərdən vergi toplayır və onun necə idarə edilməsi haqda İmamı (ə) məlumatlandırırdılar.2

İranın digər şəhərlərində yaşayan şiələr də İmamla (ə) əlaqə saxlayırdılar. Bu elə bir halda idi ki, İranın əksər şəhərləri əməvilər və abbasilərin kinli siyasətləri nəticəsində əhli-sünnəyə meylli idilər. Deyləmdə hələ hicri II əsrin sonlarında çoxlu sayda şiə yaşayırdı. İraqda məskunlaşan xeyli sayda deyləm mühacirləri də şiəliyi qəbul etmişdilər. İmam Hadinin (ə) Həmədandakı vəkilinə yazdığı məktubdan söhbət açılan bir rəvayətdə deyilir: “Sizi Həmədandakı sevənlərimə tapşırmışam”3.


Mütəvəkkİl dönəmİ və ondan sonra

Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə (h.c. 232-247) vəziyyət dəyişdi. Ələvilərə qarşı açıq kin-küdurətlər yenidən başladı. Belə ki, Əhli-beytlə (ə) əlaqədə olmaq siyasi cinayət hesab edilirdi. Mütəvəkkil tarixin yaddaşında h. c. 236-cı ildə İmam Hüseynin (ə) qəbrini viran qoyub, ziyarətinə qadağa qoymaqla qalmışdır.4

Mütəvəkkilin kin-küdurəti yalnız şiələrə qarşı deyildi. O, həm də fəlsəfə, kəlam (sxolastika) və rasional biliklərə qarşı idi. Corci Zeydan yazır: “Mütəvəkkil hakimiyyətə gəldiyi gündən son nəfəsinədək filosoflara, məntiq tərəfdarlarına olmazın işgəncələr verməyə çalışdı”1.

Mütəvəkkildən sonra Abbasi xilafətində daxili çəkişmələr başlandı. Saray daxilində hakimiyyəti ələ almaq uğrunda tez-tez sui-qəsdlər baş verir və ümumilikdə Abbasi xilafətini sarsıdırdı. Bu hal Mötəzid Abbasiyə qədər davam etdi. Bu zamana qədər (h. c. 247-279) Müntəsir, Müstəin, Mütəzz, Mühtədi və Mütəmid adlarında beş xəlifə dəyşdi. Lakin Mütəzidin (h. c. 279-289) hakimiyyətə gəlişi ilə Abbasi xilafəti yenidən keçmiş iqtidarını əldə edə bildi. Belə ki, Süyuti onun haqqında yazır: “Ona ikinci Səffah ləqəbi verilmişdir. Çünki o, Abbasi xilafətinə yeni həyat verdi. Ondan öncə Mütəvəkkil dönəmindən üzü bəri Abbasi sülaləsinin parlaq ulduzu sönükməyə başlayırdı”2.

Bütün bunlar gəstərir ki, Abbasilər Əhli-beyt (ə) və tərəfdarlarına qarşı sonsuz düşmənçilik hissləri bəsləyirdilər. Lakin qeyd olunan dönəmdə hakimiyyətdaxili çəkişmələr, ara-sıra baş qaldıran üsyan və inqilabi hərəkatlar abbasilərin şiələrə, ələvilərə qarşı kinlərini üzə çıxarmağa imkan vermirdi. Bu dönəmdə onlar Mənsur və Harun dönəminə nisbətdə yaxşı günlər keçirirdilər.

ŞİƏLİK İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) DÖNƏMİNDƏ


İmam Rza (ə) Xorasana gəldikdən sonra ələvi seyidlər fəqrli səbəblərdən müxtəlif bölgələrə hicrət etdilər. Bu mühacirət İraqda ələvi və şiələrə təzyiqin şiddətləndiyi zaman daha da genişləndi. Şiələr çarəsizlikdən daha təhlükəsiz bölgələrdə yaşamağa can atırdılar. Ərəbistan, əməvi təfəkkür tərzinin hakim olduğu halda onlar üçün təhlükəsiz ola bilməzdi. Lakin şərqdə xüsusilə İranda onların yaşaması üçün daha uyğun şərait mövcud idi. Bu üzdən şiələrin böyük əksəriyyəti İrana hicrət edib ucqar kənd və şəhərlərdə yaşamağa başladılar.

Şiələrin bir-biri ilə əlaqə saxlamalarına böyük ehtiyacları var idi. Çünki onların sağ imamı var idi. Bu yolla dini suallarına cavab alır, ictimai, siyasi problemlərin həlli yollarını öyrənirdilər. Bu məqsədə çatmaq üçün müxtəlif yollardan istifadə edirdilər. Xüsusi hazırlanmış adamları İmamın (ə) yanına göndərir, həcc mərasimi zamanı Mədinəyə imamı (ə) görməyə gedir və ya məktublaşırdılar.

Nişapurda çoxlu sayda şiə yerləşmişdi. Onların imamla (ə) yaxın əlaqələri var idi. Ümumiyyətlə, III-IV əsrlər tarixində İranın şərqi ilə bağlı bir çox məşhur alim və səhabə adına rast gəlirik. Bu görkəmli şəxsiyyətlərdən biri Fəzl ibn Şazandır. Onun, imamların (ə) səhabələri və şiə alimləri arasında özünəməxsus yeri var. Nişapurdan başqa Beyhəq, Səmərqənd və Tus da şiələrin çoxluq təşkil etdiyi şəhərlərdən idi.

İmamla (ə) əlaqə vasitələrindən biri də vəkillər idilər. Parlaq keçmişə malik olan, öncəki imamlarla (ə) və ya müasir imamın (ə) özü ilə möhkəm əlaqələri olan şiələr hədis baxımından şiələrin dayağı hesab edilir və “vəkil” seçilirdi. Məlum yolla imamla (ə) əlaqə saxlanılması şiələrin dirçəlişinə, əhli-sünnə arasında itib-batmamasına səbəb oldu.

Şiə təlimləri hədislər şəklində Səmərqənd və Keşş kimi ən ucqar nöqtələrə belə çatdırılırdı. Bu bölgələrin mətkəzdən kənar olmasına baxmayaraq, orada böyük elm xadimləri yetişmişdir. İmamlar (ə) tərəfindən göndərilən elçilər və faydalı məktublar ucqarlıq problemini aradan qaldırırdı.

İmamla (ə) əlaqə vasitələrindən biri də şiələr tərəfindən imamın (ə) yanına göndərilən seçilmiş şiələr idi. Cəfər ibn Şərif Cürcanidən nəql edildiyinə görə, o, deyir: “Həcc səfərində Samirədə imamın (ə) yanına getdim. Dostları tərəfindən onun üçün göndərilmiş pulu ona vermək istədim. Mən bir söz deməzdən öncə imam (ə) buyurdu: “Özünlə gətirdiyini xadimim Mübarəkə ver”.1

Bu dönəmdə də Qum şiələrin məskunlaşdığı başlıca şəhərlərdən idi. Onlar hələ İmam Sadiqin (ə) dönəmindən başlayaraq imamlarla (ə) sıx əlaqədə idilər. Əhməd ibn İshaq ibn Abdullah Əşəri İmam Həsən Əsgəri (ə) ilə sıx əlaqəsi olan görkəmli şəxsiyyətlərdən idi. İmam Həsən Əsgəri (ə) onu etimadlı şəxs kimi təqdim edirdi. O, imamla (ə) şiələr arasında əlaqə yaratmaq üçün istifadə edilən vəkalət sistemi, xüsusilə şəri vergilərin yığılmasında böyük rol oynayırdı.

Samirədə, Bağdad və Mədinədə şiələr xeyli sayda artmışdılar. Çox güman ki, Mədaində şiəliyin təməlini qoyan Salman Farsi olmuş, sonradan isə Hüzeyfə ibn Yəman eyni xətti davam etdirərək möhkəmlətmişdir. Həmin illərdə Kufə də şiəliyin mərkəzlərindən biri olmuşdur.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə