Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


ŞİƏLİK İMAM BAQİRİN (Ə) DÖNƏMİNDƏ



Yüklə 462,01 Kb.
səhifə15/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

ŞİƏLİK İMAM BAQİRİN (Ə) DÖNƏMİNDƏ


İmam Baqirin (ə) yaşadığı dövr İraq şiələrinin Bəni-Üməyyə xəlifələri tərəfindən sıxıntılara məruz qaldığı dövrə təsadüf edir. O zaman İraq şiəliyinin mərkəzi hesab edilirdi.

İmam Əbu Cəfər Məhəmməd ibn Əli əl-Baqir şiələrin çəkdiyi müsibətlər haqqında buyurur:

“Şiələrin müsibətli, ağrılı-acılı günləri Müaviyə dönəmində İmam Hüseynin (ə) şəhadətinə qədər idi. O zaman bizim şiələrimiz hər yerdə qətlə yetirilirdilər. Şiə olduqları güman edilənlərin əl-ayağı kəsilirdi. Bizə sevgisi olanlar dustaq həyatı sürməyə məhkum idilər. Ya tutulur, ya əmlakı qarət olunur, ya da evi dağıdılırdı. İş o yerə çatmışdı ki, kimsəyə kafir demək, Əli (ə) şiəsi deməkdən yaxşı idi”.1

Şiələr hər il Məkkədə, Həcc mərasimi zamanı İmamla (ə) əlaqə yarada bilirdilər. Bu, adətən Məkkədə, ya da Məkkədən qayıdarkən Mədinədə gerçəkləşirdi. İraq əhalisinin Mədinəyə İmamın (ə) yanına getməsi yasaqlanmışdı.2

Bu dövrdə şiələrin ən böyük problemlərindən biri “ğülat” problemli idi. Bu qruplaşmanın sayı hər keçən gün artırdı. İmam (ə) onları özlərindən uzaqlaşdırdıqdan sonra İmamın (ə) səhabələri də onları özlərindən kənarlaşdırdılar. Qabaqcıl “ğali”lərdən Müğeyrə ibn Səid və Bəyan ibn Səmanı imamın (ə) səhabələri tərəfindən təkfir edildilər. Digər firqələr əmələ heç bir əhəmiyyət vermədikləri halda İmam Baqir (ə) şiələri əməlisaleh olmağa sövq edirdi. Bir çox şiələr mövcud sıxıntı və təzyiqləri görüb İmamın (ə) İraqa gələrək qiyam etməsini gözləyirdilər. Lakin İmam (ə) təqiyyə ilə davranırdı. Elə buna görə də onların bəziləri İmam (ə) haqqında tərəddüdə düşürdülər. İmamət haqqında onlara lazımi məlumatlar çatmırdı. Nəticədə bəziləri İmamın (ə) qardaşı Zeydə iman gətirib parçalandılar. Zeydin İmam Baqirdən (ə) yeddi il öncə vəfat etməsinə baxmayaraq, bu parçalanma sonrakı dövrlərdə də özünü göstərdi və çoxlu sayda şiələr arasında inkişaf etdi.

Əməvilərə qarşı müxalifət şiədaxili ixtilafları xeyli miqdarda azaltmişdi. Lakin onlara qarşı siyasi təzyiqlərin azalması ilə yanaşı Qülat məsələsi getdikcə öz əhəmiyyətini artırmağa başladı. Belə ki, İmam Sadiqin (ə) dönəmindəki başlıca problem Qülat məsələsi hesab edilirdi. Əməvi təzyiqləri yalnız Ömər ibn Əbd əl-Əzizin hakimiyyəti dönəmindən (h.c. 99-110) başqa bütün dönəmlərdə şiddətlə davam etdirilmişdir.



ŞİƏLİK İMAM SADİQİN (Ə) DÖNƏMİNDƏ


Bu dönəmdə Əməvilərin parlaq ulduzu sönükməyə başladı. Onların başı Abbasilərə qarışdığı bir vaxtda İmam Sadiq (ə) və yetişdirmələri əsl İslamı təbliğ üçün böyük bir fürsət əldə etdilər. Bu vəziyyət ikinci Abbasi xəlifəsi Mənsurun dövrünə qədər davam etdi. Abbasilər özlərini Əbu Talib ailəsinin intiqamını alırmış kimi qələmə verir və insanları Məhəmməd (s) ailəsinin razılığını əldə etməyə dəvət edirdilər. Bu baxımdan hakimiyyətlərinin ilk illərində Əhli-beytə (ə) qarşı olduqlarını üzə çıxara bilmirdilər. Hicri 14-cü ildə Mənsur ona müxalif olan bütün qüvvələri sıradan çıxartdıqdan sonra Əhli-beyti (ə) hakimiyyətə qarşı real qüvvə kimi görməyə başladı və onlarla mübarizəyə qalxdı. Öncə Bəni-Həsəndən başladı. Abdullah ibn Həsən və övladlarını tutduraraq zindana saldırdı. Sonra isə onların qətlinə fərman verdi. Daha sonra Mədinədə İmam Sadiqin (ə) tədrisinə məhdudiyyətlər qoydu. Şiələri hədələməyə, onlara təzyiqlər göstərməyə başladı. O, xalqın Əhli-beytə (ə) sevgi və rəğbətini, şiələrin təşkilatlanmasını görüb qorxuya düşür və onları özünə qarşı təhlükə hesab edirdi. Bütün bunların nəticəsində o, Mədinədə İmamı (ə) zəhərlədi.
Mənsurdan Haruna qədər

Mənsurun dövründə yenidən ələvilər təzyiqlərə məruz qalmağa başladılar. Belə ki, Süyuti yazır: “Mənsur ələvilərlə abbasilər arasında fitnə odunu yandıran ilk Abbasi xəlifəsi idi. H. c. 145-ci ildə Mənsurun hakimiyyətinin doqquzuncu ilində Abdullah ibn Həsən ibn Əli ibn Əbu Talibin övladları Məhəmməd və İbrahim Mənsur əleyhinə qiyam etdilər. Lakin onlar ikisi və onlarla birgə qiyam edən bir çox şiələr həlak oldular”.1

Məhəmməd yazır: Mənsurun hüzuruna getdim. Dərin fikrə dalmışdı. Nə üçün belə fikirli olduğunu soruşdum. O, dedi: “Fatimə (ə) övladlarından min nəfərini qətlə yetirmişəm. Lakin onların öndəri İmam Sadiq (ə) hələ də sağdır”.2

Mənsurun şiələrə qaranlıq və nəm zindanlarda, divar aralarında işgəncə verməsi tarixi qaynaqlarda öz əksini tapmışdır1.

Mənsurun əmri ilə qətlə yetirilən görkəmli şiələrdən biri də Müəlla ibn Xüneysdir. O, İmam Sadiqin (ə) yaxın səhabəsi və xəzinədarı idi. Mənsur Mədinə hakimi Davud ibn Ürvədən onun öldürülməsini tələb etdi. Davud Müəllanı hüzuruna çağırtdırıb onu ölümlə hədələdi. Ondan şiələrin adlarını deməsini istədi. Müəlla müqavimət göstərərək dedi: “Əgər onlardan birinin adı yazılmış kağız ayağımın altında olsa, heç bir zaman ayağımı qaldırmaram”. Davud onu öldürüb başını nümayiş etdirdi. O, nəhayət İmam Sadiqi (ə) də zəhərləyərək şəhid etdi1.

Həmin vəziyyət Mehdi Abbasi (h. c. 169-167) Hadi Abbasi (15 ay) və Harun ər-Rəşidin (h. c. 170-193) dövründə də davam etdi. Onlar da Mənsurun üsuli-idarəsinə sadiq qalaraq ələvilərə işgəncə verməyi davam etdirdilər. Məhəmməd ibn Əbu Ümeyr və Fəzl ibn Şazan onların əmri ilə zindanda işgəncələrə məruz qaldılar. Hişam ibn Həkəmin də tutulmasına fərman verilmişdi. Lakin o, gizlənə bilmişdi. Həmid ibn Qətəbənin Harunun əmri ilə törətdiyi cinayət də tarixin yadaşına həkk olunmuşdur.24



ŞİƏLİK İMAM MUSA ƏL-KAZİMİN (Ə) DÖNƏMİNDƏ


İmam Kazim (ə) h. c. 148-ci ildə atasının şəhadətindən sonra şiələrə rəhbərliyi ələ aldı. Şiələr arasında daim meydana gələn fikir ayrılıqlarından biri sonrakı imamı təyin etməklə bağlı olurdu. Bəzən siyasi səbəblərdən imam öz şiələrindən gizli qalırdı.

Mənsurun ələvilərə, xüsusilə cəmiyyətin diqqətini cəlb edən İmam Sadiqə (ə) qarşı kəskin mövqeyi bir çox şiələrin gələcək rəhbərlik haqqında haqlı narahatlıqlarına səbəb olurdu.

İmam Sadiqin (ə) bəzi övladları rəhbərlik fikrində idilər və bu, şiədaxili parçalanmaya gətirib çıxarırdı. Buna səbəb olan digər bir amil də şiələrin bir-birindən uzaq yaşamaları idi. Elə buna görə də İmam Sadiqdən (ə) sonra şiədaxili parçalanmalar baş verdi.

İmamın (ə) böyük oğlu İsmayıl ibn Cəfər ibn Məhəmməd bir çoxları tərəfindən gələcək şiə lideri kimi qəbul edilirdi. Lakin o, hələ atası sağ ikən dünyasını deyişdi. Qaynaqlara görə, İmam Sadiq (ə) şiələrin onun ölümünə inanmaları üçün cənazəsini görmələrinə şərait yaratdı. Bütün bunlara baxmayaraq, İmam Sadiqdən (ə) sonra bir dəstə ayrılaraq İsmayıl vəd edilmiş Mehdidir deyə şiə daxilində İsmailiyyə adlı yeni bir məzhəb yaratdılar. Həqiqi şiələr isə İmamı müəyyən suallar soruşmaqla sınayır və imamlığını qəbul edirdilər.

Hişam ibn Saleh deyir: “Mömin ət-Taqla birgə Mədinədə idim. Gördüm ki, çoxlu sayda insan Abdullah ibn Cəfər ibn Məhəmmədin evinə toplaşıb ondan zəkat haqqında suallar soruşurlar. Biz də zəkat haqqında bir neçə sual soruşduq. Lakin düzgün cavab ala bilmədiyimizdən oranı tərk etdik. Mürciə, Qədəriyyə, Zeydiyyə, Mötəzilə və Xəvaric kimi qruplaşmaların hansını qəbul edəcəyimizi bilmirdik. Bu zaman heç tanımadığımız ixtiyar bir kişi gördük. Onun Mənsurun casusularından olduğunu düşündük. Amma o, bizi Əbu əl-Həsən Musa ibn Cəfərin evinə apardı. Biz orada ikən Füzeyl və Əbu Bəsir ora gəlib suallar soruşdular. Aldıqları cavablardan sonra onun imam olduğunu yəqin bildik. İnsanlar dəstə-dəstə oraya axışırdılar. Oraya gəlməyənlər yalnız Əmmar Sabatinin adamları və Abdullah ibn Cəfəri qəbul edənlər idilər.1

Görkəmli elm adamları və sadiq şiələr hesab olunan Hişam ibn Salim, Abdullah ibn Əbu Yəfur, Ömər ibn Yezid Bəyya əs-Sabiri, Məhəmməd ibn Nöman, Mömin ət-Taq, Übeyd ibn Zürarə, Cəmil ibn Dərrac, Əban ibn Təğlib və Hişam ibn Həkəm Musa ibn Cəfərin imamətini qəbul etdilər. Onun imamətini qəbul etməyənlər yalnız Abdullah Bükeyr və Əmmar ibn Musa Sabati idi.2

İmam Kazimin (ə) dövrü şiələr üçün çox çətin günlər idi. Bu dövrdə Abbasi xəlifələri əleyhinə mühüm qiyamlar baş verdi. Belə qiymlardan Şəhidi-Fəxx Hüseyn ibn Əlinin Hadi Abbasiyə qarşı, Yəhya ibn İdris və Abdullahın övladlarının Haruna qarşı qiyamlarını göstərmək olar.

Şiə imamları şiələrin təqiyyə etmələrini məsləhət görür və gizli təşkilatçılıq edirdilər. Elə buna görə də tarix onların siyasi fəaliyyətini düzgün dəyərləndirə bilməmişdir. Lakin bu hərəkat şiəliyin möhkəmlənməsinə gətirib çıxartdı.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə