Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


SƏKKİZİNCİ AMİL ŞİƏLƏRİ MƏDH EDƏN ÇOXSAYLI RƏVAYƏTLƏR



Yüklə 462,01 Kb.
səhifə5/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   2   3   4   5   6   7   8   9   ...   47

SƏKKİZİNCİ AMİL




ŞİƏLƏRİ MƏDH EDƏN ÇOXSAYLI RƏVAYƏTLƏR


Əhli-sünnə hədis qaynaqlarında tez-tez rast gəldiyimiz hallardan biri Əhli-beyt (ə) tərəfdarlarının Əli (ə) şiələri adı ilə mədh edilməsidir. Belə hədislərdən bir neçəsinə nəzər salaq:

Cabir ibn Abdullah Ənsari deyir: “Biz Peyğəmbərin (s) yanındaydıq. Əli (ə) içəri girdi. Peyğəmbər (s) buyurdu: “And olsun canım əlində olan Allaha, həqiqətən bu (Əli) və şiələri qiyamət günü mütləq behişt səadətinə nail olacaqlar”1. Əli (ə) buyurur: “Allahın rəsulu (s) mənə buyurdu: “Sən və şiələrin cənnətdə olacaqsınız”2.

Eyni məzmunlu hədisi təqribən otuz dörd əhli-sünnə alimi nəql etmişdir. Onlardan aşağıdakıların adını çəkmək olar: İbn Əsakir, İbn Həcər, İbn Əsir, Təbərani, Heysəmi, Hakim Nişapuri, Süyuti, Bəlazuri, Təbəri, Xətib Bağdadı, Əllamə Mənavi, Müttəqi Hindi, Alusi və Şövkani.

ŞİƏ SÖZÜNÜN LÜĞƏT MƏNASI


Şiə sözü leksik baxımdan iki məna ifadə edir:

1. İki fərdin və ya iki qrupun, biri digərinə tabe olmadan əqidə və əməl baxımından razılaşması, uyğunlaşması.

“Lisan əl-ərəb” kitabında deyilir: “Şiə bu və ya digər məsələ haqqında razılaşma əldə edən qruplaşmaya deyilir. Deməli, bu və ya digər məsələ ətrafında birləşən insan toplumuna şiə deyilir”3. Şiə sözü həmin mənada Qurani-kərimdə də işlədilmişdir. Belə ki, həzrət İbrahimdən (ə) Nuhun (ə) şiəsi kimi söhbət açılır. وَ إِنَّ مِن شِيعَتِهِ لَابْرَاهِيم Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (onun şiələrindən) idi” (“Saffat”, 83).

Həzrət İbrahim “Ülül-əzm” peyğəmbərlərdən biri, şəriət sahibi və Nuhun (ə) davamçısıdır. Onun tövhid əqidəsi Nuhun (ə) tövhid əqidəsi ilə müvafiq olduğu üçün, o, Nuhun (ə) şiəsi adlandırılmışdır.

Bu mənanın ifadə edilməsində zaman ardıcıllığı şərt deyil. Yəni xəlifələr öz sələflərinin şiələri ola bildikləri kimi, bunun əksi, sələflərin xəlifələrin şiələri olduğunu da demək mümkündür1. Belə ki, Qurani-kərimdə oxuyuruq: وَ لَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرAnd olsun ki, Biz sizin şiələriniz kimiləri (çox) məhv etmişik. Amma heç ibrət alan varmı?! (“Qəmər”, 51)

Ayədə sözügedən “şiələr” ifadəsi keçmiş ümmətlərdəki müşrik və kafirlərin Peyğəmbər (s) zamanının müşrik və kafirlərinə oxşadığını ifadə edir2.

2. Digərinə itaət etmək. “Qamus əl-mühit” kitabında deyilir: “Bir şəxsin şiəsi onun tabeliyində olan tərəfdarıdır”. Digərlərinin əqidəsinə tabe olmaqda adətən həmin insanlara məhəbbətin də təsiri olur. “Şiə” sözünün bu mənasının kökündə də sevgi, məhəbbət anlayışları dayanır. Belə ki, Qurani-kərimdə həzrət Musanın (ə) tərəfdarı olan qibtli şəxs haqqında deyilir: فَاسْتَغَاثَهُ الَّذِى مِن شِيعَتِهِ عَلىَ الَّذِى مِنْ عَدُوِّه(Musanın adamlarından olan kəs) Musanın şiəsi düşməninə qarşı ondan imdad istədi” (“Qəsəs”, 15). Qeyd olunan iki mənanın ikincisi daha işləkdir. “Şiə” sözünün birinci mənanı ifadə etdiyinə bir dəlil olmadığı zaman, daim ikinci məna başa düşülür. Lüğət və təfsir kitablarında da bu şəkildə izah edilmiş və ikinci mənaya daha çox üstünlük verilmişdir.

ŞİƏ ANLAYIŞI BİR TERMİN KİMİ


Tarixçi və tədqiqatçılar şiə sözünü mütləq şəkildə on iki imamlı şiələrə aid edirlər. Burada bir neçə tədqiqatçının fikirlərini diqqətinizə çatdırırıq:

1. Şəhristani yazır: “Şiə müqəddəs mətnlərə, Peyğəmbərin (s) vəsiyyətinə əsaslanaraq yalnız Əlinin (ə) imamət və xilafətini qəbul edən, yalnız ona tapınan insanlara deyilir”1.

2. İbn Xəldun yazır: “Şiə hərfi məna etibarı ilə tərəfdar, ardıcıl deməkdir. Lakin fəqih və mütəkəllimlərin (sxolastiklərin) yazılarında Əli (ə) və onun övladlarının (ə) tərəfdarlarına deyilir”2.

3. Seyid Şərif Cürcani yazır: “Şiə Əliyə (ə) tabe olan, onun Peyğəmbərdən (s) sonra bilavasitə imam olduğuna inam bəsləyənlərə deyilir. Onların əqidəsincə, imamlıq ondan sonra övladlarına keçir”3.

4. Məhəmməd Fərid Vəcdi yazır: “Əlinin (ə) imamlığını qəbul edən, ona itaət edən, imamətin onun övladlarından başqasına keçmədiyinə əqidə bəsləyənlərə şiə deyilir. Onlara görə, imamət məsələsi sadəcə məsləhət görülən bir məsələ deyil. Ona görə də ümmət özü imam seçmək iqtidarında deyil, yəni bu icazəsi yoxdur. İmamət dinin əsaslı prinsiplərindən biridir. Elə buna görə də özündən sonrakı imamı Peyğəmbər (s) şəxsən özü təyin etmişdir. Şiələrin inanclarından biri budur ki, imamlar böyük və kiçik günahlardan məsumdurlar. Onlar deyirlər: “İnsan danışıqda da, davranışda da “təvəlli və təbərri”yə riayət etməlidir. Yalnız zalım düşməndən qorxduğu zaman təqiyyə edə bilər”1.

5. Firuzabadi deyir: “Bu ad (şiə), Əlinin (ə) və Əhli-beytin (ə) vilayətini qəbul edənlərə deyilir. Bu mənada çox işlədildiyindən yalnız onlara aid edilərək, xüsusi ada çevrilmişdir”2.

6. İbn Əsir yazır: Bu ad (şiə) Əli (ə) və Əhli-beytin (ə) vilayətini qəbul edənlərə deyilir. Belə ki, onların xüsusi adına çevrilmişdir. Demək, kimsə şiə dediyi zaman (bilin ki,) bu məna nəzərdə tutulur”3. Eyni ibarələri İbn Mənzur da qeyd etmişdir4.

7. Əzhəri yazır: “Şiə Peyğəmbərin (s) Əhli-beytinə (ə) dərin məhəbbət bəsləyən və onların vilayətini qəbul edən insanlara deyilir5. “Möcəm əl-vəsit”də deyilir: “Şiə müsəlmanların böyük bir hissəsini təşkil edən, Əli (ə) və onun ailəsinə məhəbbət bəsləyib, onları yekdilliklə imamətə layiq görən firqəyə deyilir”6.

8. Əbu əl-Həsən Əşəri deyir: “Şiələrə ona görə şiə deyilir ki, Əliyə (ə) itaət edər və onu digər səhabələrdən üstün tutarlar”7.

9. Butrus (Peter) əl-Bustani yazır: “Şiəlik Əliyə (ə) beyət edən böyük bir islam məzhəbidir. Onların inanclarına görə, müqəddəs mətnlərin aydın və sətiraltı eyhamları ilə Peyğəmbərdən (s) sonra imamət məqamı Əliyə (ə) keçmişdir. Bu məqam ondan və övladlarından başqa heç kimə verilməmişdir”2.

10. Vəhhabi tədqiqatçı Doktor Nasir ibn Əli Aiz Həsən əş-Şeyx yazır: “Şiə sözü bir termin kimi formalaşaraq o kəslərə deyilir ki, onlara görə imamət, ümmətin seçmək ixtiyarı olan və yalnız məsləhət xarakteri daşıyan məsələlərdən deyil, əksinə dinin sütunlarından biridir. Belə ki, bu məsələnin əhmiyyətinə görə Peyğəmbər (s) imamı təyin etməyib bu işi ümmətin öhdəsinə qoya bilməz. İmamı təyin etmək Peyğəmbərə (ə) vacib olan məsələlərdəndir (peyğəmbərliyinin tərkib hissəsidir)”3.

11. Şeyx Müfid deyir: “Əliyə (ə) itaət edən, ona digər səhabələrdən daha çox üstünlük verən insanlara şiə deyilir. Onların əqidəsincə, Əli (ə) Allahın istəyi və Peyğəmbərin (s) vəsiyyəti ilə Peyğəmbərdən (s) sonra imam təyin edilmişdir”4.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə