Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani



Yüklə 462,01 Kb.
səhifə4/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   2   3   4   5   6   7   8   9   ...   47

BEŞİNCİ AMİL



İMAMƏT VƏ VİLAYƏT HƏDİSLƏRİ

Şiəliyin yaranmasına səbəb olan amillərdən biri də Əhli-beytin (ə), onların önündə isə Əlinin (ə) imamlığını göstərən müqəddəs mətnlərdir. Belə hədislərin bir neçəsinə nəzər salaq:



1. “Qədir-Xum” hədisi;

Peyğəmbər (s) Qədir-Xumda buyurmuşdur: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”4.



2. “On iki xəlifə” hədisi;

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Məndən sonra on iki xəlifə olacaqdır. Onların hamısı Qüreyşdəndir”5.



3. “Vilayət” hədisi;

Peyğəmbər (s) Əliyə (ə) müraciətlə buyurur: “Sən məndən sonra hər bir möminin vəlisi və rəhbərisən”1.



4. “Visayə” hədisi;

Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən, hər bir Peyğəmbərin (s) vəsi (canişin) və varisi olur. Mənim də vəsi (canişin) və varisim Əlidir (ə)”2.



5. “Mənzilət” hədisi;

Peyğəmbər (s) buyurmuşdur: “Sən mənim üçün, Musa üçün Harun kimisən. Lakin məndən sonra peyğəmbər yoxdur”3.



6. “Xilafət” hədisi.

Peyğəmbər (s) Əliyə (ə) müraciətlə buyurmuşdur: “Sən öz qövmün arasında mənim vəsi (canişin) və canişinimsən. (Ey insanlar!) ona qulaq asın və tabe olun”4.



ALTINCI AMİL



ƏHLİ-BEYTİN DİNİ İDEALLAR OLDUĞUNU GÖSTƏRƏN MÜQƏDDƏS MƏTNLƏR

Bir çox hədislər Əhli-beytin (ə) dini ideallığını açıqca təsdiq edir. Belə hədislərdən bir necəsinə nəzər salaq:



1. “Səqəleyn” hədisi;

Tirmizi Cabir ibn Abdullahın belə dediyini nəql edir: “Vida həccində Peyğəmbəri (s) gördüm. O, öz dəvəsinə minmiş və xütbə oxuyurdu. Onun belə buyurduğunu eşitdim: “Ey camaat! Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm. Əgər bu iki şeydən möhkəm yapışsanız, heç bir zaman yolunuzu azmayacaqsınız. Həmin iki şey Allahın kitabı və mənim Əhli-beytimdir(ə)”1. Eyni məzmunlu hədisi otuz dörd səhabə nəql etmiş və iki yüz altımış əhli-sünnə alimi öz kitabında qeyd etmişdir.



2. “Mən elmin şəhəriyəm” hədisi;

Hakim Nişapuri özünəməxsus sənədlə Cabirdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

“Mən elmin şəhəri, Əli (ə) isə onun qapısıdır. Elm şəhərinə daxil olmaq istəyən qapıdan daxil olsun”2.

Digər bir hədisdə buyurur: “Mən hikmət evi, Əli (ə) isə onun qapısıdır”.

Eyni məzmunlu hədisi on səhabə, on beş tabei və onlarla əhli-sünnə alimi nəql etmişlər.

3. “Nuhun gəmisi” hədisi;

Peyğəmbər (s) buyurmuşdur: “Mənim Əhli-beytim Nuhun (ə) gəmisi kimidir. Ondan uzaq düşən oda düşər”3.

Bu hədisi altı səhabə, yeddi tabei və yüz əlli əhli-sünnə alimi nəql etmişdir.

4. “Təhlükəsizlik” hədisi;

Hakim Nişapuri İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Ulduzlar insanları (dəryada) azmaqdan qoruyur. Mənim Əhli-beytim isə ümməti ixtilafdan qoruyur. Əgər ərəb qəbilələrindən biri onlara qarşı çıxarsa, öz aralarında ixtilaflar düşər və şeytan firqəsi sayılarlar”1.

Bu hədisi bir çox əhli-sünnə alimi nəql etmişdir.

5. “Əli (ə) haqq ilədir” hədisi.

Peyğəmbər (s) buyurmuşdur: “Allahın rəhməti Əlinin üzərindən əskik olmasın! İlahi, Əli harada olarsa, haqqı da orada et!”2

Hakim Nişapuri Ümmü-Sələmədən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əli Quran ilə, Quran da Əli ilədir. Bunlar ikisi (Qiyamət günü) hovuzun (Kövsərin) kənarında mənim yanıma gəlincə bir-birindən ayrılmazlar”3.

Bu hədisi iyirmi üc nəfər səhabə və onlarla əhli-sünnə alimi nəql etmişlər. Əhli-beyt (ə) haqqında qeyd olunan bütün ayə və rəvayətlər (hədislər) onların fəzilətini göstərməklə yanaşı, bu fəzilətin yalnız onlara aid olduğunu, onların digərlərindən daha fəzilətli olduqlarını da açıqca isbatlayır. İbn Teymiyyə və digər bir çox əhli-sünnə elm adamlarının etirafına görə, imamət ümmətin ən fəzilətlisinin haqqıdır.



YEDDİNCİ AMİL



ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTİNİ GÖSTƏRƏN HƏDİSLƏR

Belə hədislərdən bir neçə nümunəyə nəzər salaq:



1. “Nur” hədisi;

Peyğəmbər (s) buyurmuşdur: “Mən və Əli dörd yüz min il bundan öncə vahid nur idik. Allah həzrət Adəmi yaratdıqdan sonra həmin nuru iki hissəyə böldü. O nurun bir hissəsi mən, digər hissəsi isə Əlidir” 1.

Bu hədisi səkkiz səhabə, səkkiz tabei, qırxdan çox əhli-sünnə alimi nəql etmişlər.

2 “İnsanların ən sevimlisi” hədisi;

Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir: “Allahın xalq arasında ən sevimlisi Əlidir”.

Tirmizi özünəməxsus sənədlə Ənəs ibn Malikdən nəql edir: Peyğəmbərin (s) qarşısında qızardılmış toyuq var idi. Həzrət (s) buyurdu: “İlahi! Ən sevimli bəndəni mənim yanıma göndər, mənimlə yemək yesin. Bu zaman Əli (ə) gəldi və həzrətlə (s) birgə yemək yedi”2.

Bu səhih hədisi doqquz səhabə, doxsan bir tabei və əlli əhli-sünnə alimi nəql etmişlər. Onlardan yeddisi bu hədis haqqında kitab yazmışdır. Bir coxları bu hədisin səhih olduğuna heç bir şübhə olmadığını dilə gətirmişlər. Belə alimlərə misal olaraq, aşağıdakıları göstərmək olar: Məsudi1, İbn Əbd əl-Birr2, Məhəmməd ibn Təlhə Şafei3, Safuri 4, Fəzl ibn Ruzbəhan5.



3. Əli (ə) iman və nifaqın meyarıdır;

Peyğəmbər (s) buyurmuşdur: “Əlini yalnız möminlər sevər və ona qarşı düşmənçilik yalnız münafiqlərə xasdır”.

Eyni məzmunlu hədisi səkkiz səhabə və qırxa yaxın əhli-sünnə alimi nəql etmişdir. Belə alimlərdən Müslim6, Tirmizi7, Əhməd8, İbn Macə9 və başqalarının adını çəkmək olar.

4. Əli (ə) Peyğəmbərin (s) mənəvi qardaşı;

Cabir ibn Abdullah və Səid ibn Müsəyyib deyirlər: “Peyğəmbər (s), səhabələrinin arasında qardaşlıq əqdi oxudu. Sonda Peyğəmbər (s), Əli (ə), Ömər və Əbu Bəkr qaldılar. Həzrət (s), Ömərlə Əbu Bəkr arasında da qardaşlıq əqdi oxudu. Sonra Əliyə (ə) buyurdu: “Sən mənim qardaşım, mən də sənin qardaşınam”.

Bu hədisi on dörd səhabə və qırx nəfər əhli-sünnə alimi nəql etmişlər. Onlardan Tirmizi1 və Hakimin2 adını cəkmək olar.

5. Əlinin (ə) evinin qapısının məscidə acılması;

Əhməd ibn Hənbəl Zeyd ibn Ərqəmdən nəql edir: “Bir çox səhabə evinin qapısını məscidə açmışdı. Peyğəmbər (s) buyurdu: “Əlinin (ə) qapısından başqa bütün qapılar bağlansın”. Bu zaman müsəlmanlar arasında söz-söhbət yarandı. Bunu görən Peyğəmbər (s) buyurdu: “Mən qapıları öz ixtiyarımla açıb və ya bağlamamışam. Bu mənə (Allah tərəfindən) əmr olunmuşdu. Mən də vəzifəmi yerinə yetirdim”3.

Tirmizi, Peyğəmbərin (s) belə buyurduğunu yazır: “Əlinin (ə) qapısından başqa məscidə acılan bütün qapıları bağlayın”4.

Bu hədisi on iki səhabə və otuz əhli-sünnə alimi nəql etmişdir.



6. Əli (ə) və günəşin qaytarılması;

Əbu Hüreyrə deyir: “Peyğəmbər (s) başını Əlinin (ə) ayağı üzərinə qoyub yuxuya getmişdi. Günəş qürub etdi. Əli (ə) isə əsr namazını qılmamışdı. Peyğəmbər (s) oyandı. Onun üçün dua etdi. Günəş qayıtdı. Əli (ə) namaz qıldı. Sonra yenə qürub etdi”.

Bu hədisi doqquz səhabə və qırx əhli-sünnə alimi nəql etmişlər. Onların onu bu hədis haqqında ayrıca kitab qələmə almış, on üc nəfər isə həmin kitabları təshih etmişlər. Belə alimlərdən aşağıdakıları göstərmək olar: Əbu Cəfər Təhavi1, Təbərani2, Beyhəqi3, Heysəmi4 və Qəstəlani5.

7. Əli (ə) və “Bəraət” surəsinin catdırılması;

Əbu Rəfi deyir: “Peyğəmbər (s) Əbu Bəkri “Bəraət” surəsini (insanlara) catdırmaq üçün Məkkəyə göndərdi. Cəbrail (ə) Peyğəmbərin (s) yanına gələrək dedi: “Surəni ya sən özün, ya da səndən olan biri çatdırmalıdır”. Peyğəmbər (s) Əlini (ə) Əbu Bəkrin ardınca göndərdi. Əli (ə) Məkkə və Mədinə arasında ona çatdı. Surəni ondan alıb özü müsəlmanlara çatdırdı”.

Bu hədis yetmiş üç əhli-sünnə alimi tərəfindən nəql edilmişdir. Belə alimlərə nümunə olaraq Əhməd ibn Hənbəl1, İbn Macə2 və Tirmizini3 göstərmək olar.

8. Əlinin (ə) Kəbədə dünyaya gəlməsi;

Hakim Nişapuri yazır: “Mütəvatir4 rəvayətlərdə deyildiyinə görə, Fatimə bint Əsəd Əli ibn Əbu Talibi Kəbədə dünyaya gətirmişdir”5.

Bu hədisi on yeddi əhli-sünnə alimi nəql etmiş, on iki nəfər onun mütəvatir olduğunu, doqquz nəfər isə bu fəzilətin yalnız Əliyə (ə) aid olduğunu etiraf etmişlər.

9. Əli (ə) və bayraqdarlıq;

Əsləmi Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Sabah bayrağı elə bir adama verəcəyəm ki, o, Allahı və rəsulunu sevir, Allah və rəsulu da onu sevirlər”. Sonrakı gün Əbu Bəkr və Ömər Peyğəmbərin (s) onları çağıracağını gözləyirdi. Lakin Peyğəmbər (s) Əlinin (ə) gözünün ağrımasına baxmayaraq onu çağırtdırdı, ağzının suyundan gözünə çəkdi. Sonra bayrağı ona verdi. Qoşun da onunla hərəkət etdi6.



10. Əli (ə) - ilk mömin və müsəlman;

Peyğəmbər (s) Fatiməyə buyurdu: “Əli səhabələrim arasında İslamı ilk qəbul edən şəxsdir”1.



11.Əli (ə) - Peyğəmbərlə (s) ilk namaz qılan şəxs.

Hakim Nişapuri özünəməxsus sənədlə İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Mən Allah rəsulu (s) ilə başqalarından yeddi il öncə namaz qılırdım”2.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə