Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani



Yüklə 462,01 Kb.
səhifə40/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

İMAMİYYƏ


Seyid Mürtəza "əl-Üyun və əl-məhasin" kitabında yazır: "İmamiyyə imamətin, məsumluğun və (imamət haqqında) aydın mətnin olmasının zərurətinə inananlardır".1

Səmani "əl-Ənsab" kitabında yazır: "İmamiyyə bir qrup ifratçı (qülüv üdən) şiədir. Onların belə adlandırılmasına səbəb imamətin Əli (ə) və övladlarına aid olmasına etiqad bəsləmələridir. Onların qənaətincə, camaatın imama ehtiyacı var. Onlar tezliklə axırzamanda zühur edib dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracaq imamın intizarındadırlar".2

Səmaniyə cavab olaraq deyirik: On iki imamlı şiələr Əhli-beytin (ə) hər biri haqqında onları bəndəlikdən çıxaracaq qülüvdən pakdırlar. Eləcə də ürəyində o müqəddəslərə kin, ədavət bəsləyən hər bir kəsə nifrətlə yanaşırlar. Səmani bu əqidəni qülüv hesab edir. Bu, onun iddiasıdır. On iki imamlı şiələr həzrət Əlinin (ə) və məsum övladlarının imamətini, imamətin zərurətini, həzrət Mehdinin (əc.) axırzamanda zühur edəcəyini ağıla, kitaba (Qurana) və sünnəyə əsaslanan qəti dəlillərlə sübuta yetirirlər. Bu etiqadlar necə qülüv, həddi aşmaq ola bilər? Ola bilər ki, sizin əqidələrinizə uyğun deyil və onu aşmışdır.
Cəfərİ şİələrİ

Hazırkı dövrdə on iki imamlı şiələr cəfəri şiələri kimi tanınmışlar. Buna səbəb şiə məzhəbinin "füru əd-din"də İmam Cəfər Sadiq (ə) məzhəbi olmasıdır. Məhz bu səbəbdən şiəliyə cəfəri məzhəbi deyilir.

Bunun sirri ondadır ki, İmam Sadiq (ə) Əməvi hakimiyyətinin sonlarında yaşayırdı. Hakimiyyət zəifləmiş və Abbasilər hakimiyyəti ələ almışdılar. Onlar hakimiyyətə gəldikləri ilk dövrlərdə çox da təəssüb nümayiş etdirmədilər. Çünki dövlət Haşimi dövləti idi. Buna görə də Əhli-beyt (ə) bu dönəmdə nisbi azadlıq əldə etmişdi və bu fürsətdən yararlanaraq dinin, məzhəbin yayılması üçün çoxlu işlər görə bildilər. Lakin Mənsur, Harun ər-Rəşid və bu kimi zülmkar padşahlar dönəmində Əhli-beytin (ə) rəvayətçiləri azaldı. Buna səbəb imamların səhabələrinə rəva görülən siyasi təzyiqlər, kəskin qorxu idi.
İslam cəmİyyətİndə parçalanma

Hələ Peyğəmbər (s) dünyasını dəyişməmişdi ki, İslam ümməti arasında fitnə və ixtilaf yelləri əsməyə başladı. O həzrətin (s) olmazın zəhmətlər bahasına möhkəmlətdiyi fikri, etiqadi, ictimai-siyasi köklər sarsımağa başladı.

Quran və Peyğəmbər (s) sünnəsində İslam ümmətinin vücudunu bürüyən bu ağır dərdə işarə vurulmuşdur. Allah-Taala buyurur: Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər”.1 Bu ayə Ühud döyüşündən sonra, müsəlmanlar arasında Peyğəmbərin (s) öldürülməsi şayəsi yayıldıqda nazil olmasına baxmayaraq, danılması mümkün olmayan acı bir həqiqətə işarə vurur və bu geri dönüş, keçmiş mövqelərə qayıtmaq, müsəlmanların sıralarında parçalanma, ixtilaf yaratmaqdır.

Peyğəmbərin (s) hədislərində də bu ümmətin gələcəyinə, onda baş verəcək təfriqəyə, ixtilafa nəinki işarə vurulmuş, hətta aydın bildirilmişdir.

İslam peyğəmbəri (s) hədisdə işarə vurur ki, bu ümmət keçmiş ümmətlərdən müstəsna deyil. Keşmiş ümmətlərdə baş verən təfriqələr, parçalanmalar bu ümmətdə də baş verəcəkdir.

Buxari "Səhih" əsərində özünəməxsus sənədlə Əbu Səid Xudrinin Peyğəmbərdən (s) nəql etdiyi hədisi nəql edir. Hədisdə deyilir:

"Şübhəsiz keçmiş ümmətləri qarış-qarış, dirsək-dirsək izləyəcəksiniz (ardınca gedəcək, tabe olacaqsınız). Hətta onlar kərtənkələ dəliyinə (yuvasına) girsələr belə, siz də bu işdə onların ardınca gedəcəksiniz". Soruşduq: "Ey Allahın rəsulu! Sizin məqsədiniz yəhudi və xristianlardırmı?" Həzrət buyurdu: "Onlardan başqa kim ola bilər?"1

Keçmiş ümmətlərin vəziyyəti kimsəyə sirr deyil. Onlar ixtilafa, təfriqəyə yoluxmuşdular. Nəticədə bidətlər, yanılmalar cəmiyyəti başına götürdü.

Allah-Taala buyurur: (Ya Peyğəmbər!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlarda bəziləri (Allaha) iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər”.2

Eyni məzmunu rəvayətlər

Hədis qaynaqlarına müraciət etdikdə "ümmətin parçalanması" hədisi ilə eyni məzmunda olan digər çoxsaylı hədislərin də olduğunu görürük. Bu hədislər ümmət arasında parçalanmanın, ixtilafın olacağına işarə vurur. Aşağıda bu hədislərin bir neçəsini diqqətinizə çatdırırıq:

1. Buxari özünəməxsus sənədlə Əbu Səid Xudridən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Şübhəsiz keçmiş ümmətləri qarış-qarış, dirsək-dirsək izləyəcəksiniz (ardınca gedəcək, tabe olacaqsınız). Hətta onlar kərtənkələ dəliyinə (yuvasına) girsələr belə, siz də bu işdə onların ardınca gedəcəksiniz". Soruşduq: "Ey Allahın rəsulu! Sizin məqsədiniz yəhudi və xristianlardırmı?" Həzrət buyurdu: "Onlardan başqa kim ola bilər?"1

2. Üqbə ibn Amir deyir: Bir gün Peyğəmbər (s) Mədinədən Ühüdə doğru hərəkət etdi. Ühud əhli üçün meyitə namaz qılındığı kimi namaz qıldı. Sonra minbərə çıxıb buyurdu: "Mən sizin yanınıza daha tez gələcəyəm və mən sizə şahidəm. Allaha and olsun ki, mən indi hovuzuma baxıram. Mənə yer xəzinələrinin açarları verilmişdir. And olsun Allaha, sizin məndən sonra müşrik olacağınızdan qorxmuram. Lakin yer üzərində ixtilafa yol vermənizdən qorxuram”.

3. Heysəmi "Məcmə əz-zəvaid" kitabında Nafe ibn Xalid Xuzaidən, o da atasından nəql edir:

"Peyğəmbər (s) (ətrafında insanlar olduğu halda) namaz qıldıqda qısa qılırdı. Lakin rüku və səcdəni tam yerinə yetirirdi. Bir gün həzrət (s) əyləşmişdi. Əyləşməsini o qədər uzatdı ki, camaat bir-birlərinə dedilər: “Sakit olun, Peyğəmbərə (s) vəhy gəlir”. Peyğəmbər (s) (işini) bitirdikdən sonra bəziləri dedilər: “Ey Allahın rəsulu! Oturuşunuz o qədər uzun çəkdi ki, bəziləri sizə vəhy gəldiyini düşündülər”. Həzrət (s) buyurdu: "Xeyr! Bu, rəğbət və qorxu namazı idi. Allahdan üç şeyi istədim. Onun ikisini mənə verdi, birindən isə imtina etdi. Ondan istədim ki, sizə keşmiş ümmətlərə göndərdiyi əzablardan göndərməsin. Həmçinin istədim ki, sizə haramınızı mübah edən bir düşməni hökmran etməsin. Allah bu iki istəyimi mənə verdi. Həmçinin istədim ki, sizin əyninizə təfriqə libası biçməsin. Sizin aranızda düşmənçilik, çəkişmə yaranmasına imkan verməsin. Allah bunu qəbul etmədi ...".1

4. Müslim özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir:

"Həmişə mənim ümmətimdən bir qrupu Allahın əmrinin icrasına qalxacaq. Bir qrup isə onlara qarşı çıxacaq, onları xar etməyə çalışacaq. Allahın əmri çatıncayadək heç zaman onlara ziyan vura bilməyəcəklər və onlar qalib olacaqlar".2




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə