Harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Qarşılıqlı perpendikulyar rəqslərin toplanması


Üst işarə mənbə və ya qəbuledici hərəkət edərkən yaxınlaşırlar, aşağı işarə - onların bir-birindən uzaqlaşdığı halda



Yüklə 0,78 Mb.
səhifə15/46
tarix23.12.2023
ölçüsü0,78 Mb.
#155291
1   ...   11   12   13   14   15   16   17   18   ...   46
C fakepathMühazir l r T tbiqi fizika(1)

Üst işarə mənbə və ya qəbuledici hərəkət edərkən yaxınlaşırlar, aşağı işarə - onların bir-birindən uzaqlaşdığı halda.
Əgər sürətlərin istiqaməti mənbə və qəbuledicidən keçən düz xətt boyunca
olmazsa, onda düsturlarda onların sürətləri əvəzinə onların bu xətt istiqamətindki proyeksiyalarını götürmək lazımdır.
Dopler effekti texnikada hərəkətdə olan obyektlərin sürətlərinin ölçülməsində geniş istifadə olunur («dopler lokasiyası» -akustikada, optikada və radioda).
Ultrasəs və onun tətbiqləri
Ultrasəs öz təbiətinə ğörə, elastiki dalğalara uyğun gəldiyindən, bu mənada o, səsdən fərqlənmir.
Ultrasəs yüksək tezlikli (ν > 20 kHs), buradan da kiçik dalğa uzunluqlu olduğundan, müəyyən xüsusiyyətlərə malikdir. Kiçik dalğa uzunluqlu olduğuna görə, ultrasəs dalğaları, işıq dalğaları kimi müəyyən istiqamətlənmiş dəstə şəklində alına bilir.
Ultrasəsin alınmasında əsasən iki üsuldan istifadə olunur.
Əks pyezoelektrik effekt – bu elektrik sahəsində yerləşdirilmiş kvars lövhənin
(son zamanlar kvars əvəzinə barium titanatdan istifadə olunur) deformasiyaya
uğramasıdır. Əgər bu lövhəni yüksək tezlikli dəyişən elektrik sahəsinə yerləşdirmiş olsaq, onun məcburi rəqsi hərəkətə gəldiyini görərik. Lövhənin məxsusi tezliyi ilə
xarici sahənin rezonans halında rəqs böyük amplitudla baş veməsi nəticəsində böyük
intensivlikdə ultrasəs dalğalarının şüalanması baş verir.
Tezdəyişən maqnit sahəsinə ferromaqnit çubuq ( məs., nikel və ya dəmir)
yerləşdirilərkən, onda mexaniki rəqslər baş verir və rezonans halında bu rəqsin
amplitudu maksimum olur.
Ultrasəsdən texnikada geniş istifadə olunur məs., sualtı cisimlərin və dənizin
dərinliyini (hidrolakator) müəyyən etmək üçün su altında istiqamətlənmiş siqnalların göndərilməsində istifadə olunur.
Müəyyən cisimləri tədqiq etmək üçün onları ultrasəsin qarşısında yerləşdirməklə, səpilmənin xarakterinə və ultrasəsin alınan kölgəsinə görə cisimlərdəki
defektlər müyyən edilir. Bu prinsipə əsasən texnikada böyük bir sahə - ultrasəs
defektoskopu yaradılmışdır.
Ultrasəsdən müxtəlif proseslərə təsir etmək üçün (kristallaşmada), diffuziyada,
metalurgiyada (istilik və kütlə mübadiləsi zamanı və s.) bioobyektlərin (mübadilə
proseslərinin intensivliyinin artırılmasında və s.) maddələrin fiziki xassələrinin
( udulma, maddə quruluşu və s.) öyrənilməsində geniş istifadə olunur.
Ultrasəsdən çox bərk və kövrək cisimlərin mexaniki emal edilməsində, təbabətdə
( diaqnostikada, ultrasəs cərrahiyəsində və s.) istifadə olunur.

Qanın damarlardakı axın sürətinin Dopler effekti əsasında təyin etməyə imkan verən metoddur.


Qan damarlarında ultrasəs qəbuledicisi və əksetdiricisi hərəkətdəki eritrositlərdir.
Buraxılan və əks olunan ultrasəsin tezlikləri fərqi müəyyən edilir və bu fərq əsasında da qanın sürəti müəyyən edilir.
Adətən bu fərq qanın sürətindən asılı olaraq 2000 – 4000 Hs təşkil edir.



Defektoskopiya Hidrolokasiya



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə