11
s.) abidələr bu dövrdə üzümçülük və şərabçılığın daha da inkişaf
etdiyindən xəbər verir (şəkil 1.2).
Şəkil 1.1. Şomutəpə tapıntıları
1, 7 – sümükdən pardaxlayıcı əşya; 2, 3 – sümük biz; 4 – küpəvari
gil qab; 5 – sümük qaşıq; 6 – dən daşı; 8 – daş balta; 9 – daş toppuz;
10, 12 – dəvəgözündən alətlər; 13 – qədim orağın işlək hissəsi
12
Şəkil 1.2. Qaraçıbulaq tapıntıları
1–tunc xəncər; 2–tunc at fiquru; 3–saxsı qıf; 4–saxsı qab;
5–tunc sancaq; 6–gil qadın heykəlciyi
1973-cü ildə Ağsu rayonunun Nuran kəndindən 2 km simal
qərbdə üzüm bağı salınarkən Qaraçıbulaq (Qəlyçıbulaq) adlı antik
dövrə aid edilən yaşayış yeri və qəbiristanlıq aşkar edilmişdir.
Abidə 10-12 ha ərazini əhatə edir. Qaraçıbulağın yerləşdiyi yer
əhali arasında “Qaraçuxa”, “Qaraçux”, “Qaraçuxur” kimi tanınır.
Dulus kürəsi qalıqları, iri küplərin sınıqları, saxsı qıf, dən daşları,
tunc at fiquru və s. qəbiristandan isə gil qablar, dəmir nizə
ucluqları, tunc xəncər və s. tapılmışdır. Tapıntılar eramızdan əvvəl
12-ci əsrdən başlayaraq eramızın I əsrinə qədər burada əhalinin
məskunlaşdığını, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul ol-
13
duğunu göstərir.
Mədəni üzümçülük Azərbaycanla yanaşı eramızdan min illərlə
əvvəl Gürcüstan, Orta Asiya, Türkiyə, İran, Suriya, Mesopatamiya
və Misirdə inkişaf etmişdir. Təxminən 3 min il bundan əvvəl isə
Yunanıstanda üzümçülük böyük sürətlə inkişaf edərək, Aralıq
dənizi sahillərinə, həmçinin Qərbi İtaliyaya və sonra isə Fransaya
yayılmışdır. Üzümün müxtəlif sortlarının meydana gəlməsində və
yayılmasında İtaliyanın mühüm rolu olduğu bildirilir. Üzüm
bitkisi İtaliyadan Fransa, İspaniya və Avropanın digər ölkələrinə
keçmişdir. Şərqi Avropaya üzüm bitkisini Krım və Qara dəniz
vasitəsilə qədim yunan mühacirləri gətirmişlər.
Üzümçülük - şərabçılığın Avropada yüksək tərəqqisi XVII
əsrin sonu və XVIII əsrin əvvələrində müşahidə olunmuşdur. Bu
zaman Fransa, İspaniya, İtaliya, Portuqaliya, Macaristan şərab
istehsal edən böyük dövlətlərə çevrildilər.
Üzüm bitkisi xeyli sonralar (XV-XIX əsrlər) demək olar ki,
dünyanın bütün ölkələrinə yayıldı.
Avropa üzümçülüyünə XIX əsrdə şimali Amerikadan gətirilən
əkin materialı ilə keçən xəstəlik və ziyanvericilər çox ziyan verdi.
Belə ki, Avropaya 1845-ci ildə oidium, 1853-cü ildə antrak-
noz, 1863-cü ildə isə mildiu xəstəliyi və filloksera zərərvericisi
yayılmışdı. Filloksera Fransaya keçəndən 15-20 il sonra, ölkə,
üzümlüklərinin yarısını itirdi.
Odur ki, XIX əsrin 2-ci yarısından başlayaraq – üzümülüklərin
calaq əkin materialı ilə salınması, xəstəliklərlə səmərəli mübarizə
məqsədilə üzümçülükdə tədqiqat işləri dəqiq üsullarla aparılmağa
başlandı. Qərbi Avropada 1860-cı ildən üzümüçülük sahəsində
elmi-tədqiqat müəssisələri yaradılmağa başladı.
Çar Rusiyasında yalnız 1905-ci ildə Odessada bir Elmi Təd-
qiqat Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyası yaradılmışdı.
Indi həmin stansiya V.E.Tairov adına Ukrayna Üzümçülük və
Şərabçılıq İnustutuna çevrilib.
Bundan əlavə tədqiqat işləri Krımın Nikitin Nəbatat bağında,
“Maqaraçda” təcrübə stansiyasında aparılırdı.
14
1.1.2. Bədii əsərlər
Üzümçülük və şərabçılıqdan bəhs edən ilk yazılı abidələri-
mizdən biri erkən orta əsrlərə aid edilən «Kitabi-Dədə-Qorqud»
dastanıdır. Burada üzüm və şərab belə vəsf olunur.
Ol dağlarımızda bağlarımız olur,
Ol dağların qara salxımlı üzümü olur,
Ol üzümü sıxırlar, al şərabı olur,
Ol şərabdan içən əsrük olur.
“Əsrük” qədim oğuzlarda qəhrəman, qorxu bilməz mənasın-
dadır.
Dastanda Qazan Xanın oğlu ilə bərabər ovda şərab içərək yat-
ması və evinin yağmalanmasından xəbər tuta bilməməsindən bəhs
edilir. Şərab və bərk yuxunun oğuz türklərinin zəif cəhədləri
olduğu anlaşılır.
XII əsrdə N.Gəncəvi nəinki üzüm və ondan alınan məhsulları,
həm də hazırlanan məhsuldan asılı olaraq üzümün yığılma
vaxtının müəyyən olunması və şərab hazırlanma texnologiyasını
vəsf etmişdir. Şair üzümün yetişkənliyinin onun istifadə
istiqamətini müəyyən etdiyi göstərir:
Bir vaxt ki, qoraydım, bir vaxt ki, kaldım,
Onda şirin idim, elə bil baldım.
Sıxıb şirəmi də ayırardılar,
Ondan da tutiya qayırardılar.
Şair bu misralarda üzümün qora vaxtı sıxılaraq, şirəsi alın-
masına və ondan qora suyu yəni abqora hazırlanmasına işarə
edərək, alınan məhsulu “tutiya”-ya bənzədir. Burada tutiya – hər
bir dərdin dərmanı olan məhsul mənasındadır. Üzümün “şirin”,
“bal” kimi olması ifadəsi isə mütləq mənada anlaşılmamalı, həmin
yetişkənlik mərhələsində üzümün abqora üçün yararlı olması və
15
bu baxımdan ona çox təlabat olması ilə əlaqələndirilməlidir.
Sonra şair davam edir:
Elə ki, yetişib döndüm üzümə
Arı tikanları batdı gözümə.
Burada yetişmə ilə əlaqədar gilənin böyüdüyü, şirinləşdiyi və
qoradan üzümə çevrildiyi göstərilir. Bu mərhələdə üzümdə artıq
kifayət qədər şəkər toplandığı və hətta arılar üçün yaxşı şirə
mənbəyi olduğuna işarə edilir.
Şairin digər bir misrasında iqtisadi baxımdan əhəmiyyətli
məsələyə münasibət bildirilir.
Şərabı torpağa töksələr əgər,
Üzümün qiyməti heç olub gedər.
Bu misra bütün dövrlər üçün əhəmiyyətini saxlamaqdadır.
Bunun nə qədər dəqiq olması isə yaxın tariximizdə bir daha öz
təsdiqini tapmışdır. Belə ki, Azərbaycan öz müstəqilliyini elan et-
dikdən sonra Rusiya tərəfindən birtərəfli qaydada istisadi əlaqələr
dayandırıldı və ölkədə istehsal olunan böyük həcmdə şərab
məhsulları satıla bilməyərək demək olar ki, atıldı. Nəticədə yalnız
bu üzdən 80 min ha üzümlüklər köklənməklə əhali qısa vaxt
ərzində fayda verə biləcək birillik bitki məhsulları (tərəvəzlər,
kartof, dənlilər) istehsalına keçməli oldu.
N.Gəncəvinin əsərlərinə nəzər saldıqda şairin nəinki üzüm,
hətta şərabın hazırlanma texnologiyasına dair yaxşı bilgilərə
malik olduğu və bu gün üçün də əhəmiyyətli ola biləcək
tövsiyələr verdiyini görmək olur.
Bir inciylə qulağa çatar səsi mücrünün,
Dolu olsa inciylə batar səsi mücrünün.
Coşar səsi kəsilməz şərabı az kuzənin,
Ağzınacan dolarsa səsi çıxmaz kuzənin.
Dostları ilə paylaş: |