Hasil fəTƏLİyev şƏrabin mikrobiologiyasi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/95
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#20988
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   95

11 
s.)  abidələr  bu  dövrdə  üzümçülük  və  şərabçılığın  daha  da  inkişaf 
etdiyindən xəbər verir (şəkil 1.2).  
 
 
 
Şəkil 1.1. Şomutəpə tapıntıları 
1, 7 – sümükdən pardaxlayıcı əşya; 2, 3 – sümük biz; 4 – küpəvari 
gil qab; 5 – sümük qaşıq; 6  – dən daşı; 8  – daş balta; 9 – daş toppuz; 
10, 12 – dəvəgözündən alətlər; 13 – qədim orağın işlək hissəsi 
 
 
 


12 
 
Şəkil 1.2. Qaraçıbulaq tapıntıları 
1–tunc xəncər; 2–tunc at fiquru; 3–saxsı qıf; 4–saxsı qab;  
5–tunc sancaq; 6–gil qadın heykəlciyi 
  
1973-cü  ildə  Ağsu  rayonunun  Nuran  kəndindən  2  km  simal 
qərbdə üzüm bağı salınarkən Qaraçıbulaq (Qəlyçıbulaq) adlı antik 
dövrə  aid  edilən  yaşayış  yeri  və  qəbiristanlıq  aşkar  edilmişdir. 
Abidə  10-12  ha  ərazini  əhatə  edir.  Qaraçıbulağın  yerləşdiyi  yer 
əhali  arasında  “Qaraçuxa”,  “Qaraçux”,  “Qaraçuxur”  kimi  tanınır. 
Dulus kürəsi qalıqları, iri küplərin sınıqları, saxsı qıf, dən daşları, 
tunc  at  fiquru  və  s.  qəbiristandan  isə  gil  qablar,  dəmir  nizə 
ucluqları, tunc xəncər və s. tapılmışdır. Tapıntılar eramızdan əvvəl 
12-ci  əsrdən  başlayaraq  eramızın  I  əsrinə  qədər  burada  əhalinin 
məskunlaşdığını,  əkinçilik,  maldarlıq  və  sənətkarlıqla  məşğul  ol-


13 
duğunu göstərir.  
Mədəni üzümçülük Azərbaycanla yanaşı eramızdan min illərlə 
əvvəl Gürcüstan, Orta Asiya, Türkiyə, İran, Suriya, Mesopatamiya 
və  Misirdə  inkişaf  etmişdir.  Təxminən  3  min  il  bundan  əvvəl  isə 
Yunanıstanda  üzümçülük  böyük  sürətlə  inkişaf  edərək,  Aralıq 
dənizi sahillərinə, həmçinin Qərbi İtaliyaya və sonra isə Fransaya 
yayılmışdır. Üzümün müxtəlif sortlarının meydana gəlməsində və 
yayılmasında  İtaliyanın  mühüm  rolu  olduğu  bildirilir.  Üzüm 
bitkisi  İtaliyadan  Fransa,  İspaniya  və  Avropanın  digər  ölkələrinə 
keçmişdir.  Şərqi  Avropaya  üzüm  bitkisini  Krım  və  Qara  dəniz 
vasitəsilə qədim yunan mühacirləri gətirmişlər.   
Üzümçülük  -  şərabçılığın  Avropada  yüksək  tərəqqisi  XVII 
əsrin  sonu  və  XVIII  əsrin  əvvələrində  müşahidə  olunmuşdur.  Bu 
zaman  Fransa,  İspaniya,  İtaliya,  Portuqaliya,  Macaristan  şərab 
istehsal edən böyük dövlətlərə çevrildilər.  
Üzüm  bitkisi  xeyli  sonralar  (XV-XIX  əsrlər)  demək  olar  ki, 
dünyanın bütün ölkələrinə yayıldı.    
Avropa üzümçülüyünə XIX əsrdə şimali Amerikadan gətirilən 
əkin materialı ilə keçən xəstəlik və ziyanvericilər çox ziyan verdi. 
Belə  ki,  Avropaya  1845-ci  ildə  oidium,  1853-cü  ildə  antrak-
noz,  1863-cü  ildə  isə  mildiu  xəstəliyi  və  filloksera  zərərvericisi 
yayılmışdı.  Filloksera  Fransaya  keçəndən  15-20  il  sonra,  ölkə, 
üzümlüklərinin yarısını itirdi.  
Odur ki, XIX əsrin 2-ci yarısından başlayaraq – üzümülüklərin 
calaq  əkin  materialı ilə  salınması,  xəstəliklərlə  səmərəli mübarizə 
məqsədilə  üzümçülükdə  tədqiqat işləri dəqiq  üsullarla aparılmağa 
başlandı.  Qərbi  Avropada  1860-cı  ildən  üzümüçülük  sahəsində 
elmi-tədqiqat müəssisələri yaradılmağa başladı.  
Çar  Rusiyasında  yalnız  1905-ci  ildə  Odessada  bir  Elmi  Təd-
qiqat  Üzümçülük  və  Şərabçılıq  Təcrübə  Stansiyası  yaradılmışdı. 
Indi  həmin  stansiya  V.E.Tairov  adına  Ukrayna  Üzümçülük  və 
Şərabçılıq İnustutuna çevrilib.  
Bundan  əlavə  tədqiqat  işləri  Krımın  Nikitin  Nəbatat  bağında, 
“Maqaraçda” təcrübə stansiyasında aparılırdı. 


14 
1.1.2. Bədii əsərlər 
Üzümçülük  və  şərabçılıqdan  bəhs  edən  ilk  yazılı  abidələri-
mizdən  biri  erkən  orta  əsrlərə  aid  edilən  «Kitabi-Dədə-Qorqud» 
dastanıdır. Burada üzüm və şərab belə vəsf olunur. 
 
Ol dağlarımızda bağlarımız olur, 
Ol dağların qara salxımlı üzümü olur
Ol üzümü sıxırlar, al şərabı olur, 
Ol şərabdan içən əsrük olur. 
 
“Əsrük”  qədim oğuzlarda qəhrəman, qorxu bilməz mənasın-
dadır.  
Dastanda Qazan Xanın oğlu ilə bərabər ovda şərab içərək yat-
ması və evinin yağmalanmasından xəbər tuta bilməməsindən bəhs 
edilir.  Şərab  və  bərk  yuxunun  oğuz  türklərinin  zəif  cəhədləri 
olduğu anlaşılır.  
XII əsrdə N.Gəncəvi nəinki üzüm və ondan alınan məhsulları, 
həm  də  hazırlanan  məhsuldan  asılı  olaraq  üzümün  yığılma 
vaxtının  müəyyən  olunması  və  şərab  hazırlanma  texnologiyasını 
vəsf  etmişdir.  Şair  üzümün  yetişkənliyinin  onun  istifadə 
istiqamətini müəyyən etdiyi göstərir: 
 
Bir vaxt ki, qoraydım, bir vaxt ki, kaldım, 
Onda şirin idim, elə bil baldım. 
Sıxıb şirəmi də ayırardılar, 
Ondan da tutiya qayırardılar. 
 
Şair  bu  misralarda  üzümün  qora  vaxtı  sıxılaraq,  şirəsi  alın-
masına  və  ondan  qora  suyu  yəni  abqora  hazırlanmasına  işarə 
edərək,  alınan  məhsulu  “tutiya”-ya  bənzədir.  Burada  tutiya  –  hər 
bir  dərdin  dərmanı  olan  məhsul  mənasındadır.  Üzümün  “şirin”, 
“bal” kimi olması ifadəsi isə mütləq mənada anlaşılmamalı, həmin 
yetişkənlik  mərhələsində  üzümün  abqora  üçün  yararlı  olması  və 


15 
bu baxımdan ona çox təlabat olması ilə əlaqələndirilməlidir.  
Sonra şair davam edir: 
 
Elə ki, yetişib döndüm üzümə 
Arı tikanları batdı gözümə. 
 
Burada yetişmə ilə əlaqədar gilənin böyüdüyü, şirinləşdiyi və 
qoradan  üzümə  çevrildiyi  göstərilir.  Bu  mərhələdə  üzümdə  artıq 
kifayət  qədər  şəkər  toplandığı  və  hətta    arılar  üçün  yaxşı  şirə 
mənbəyi olduğuna işarə edilir.  
Şairin  digər  bir  misrasında  iqtisadi  baxımdan  əhəmiyyətli 
məsələyə münasibət bildirilir.  
 
Şərabı torpağa töksələr əgər
Üzümün qiyməti heç olub gedər. 
 
Bu  misra  bütün  dövrlər  üçün  əhəmiyyətini  saxlamaqdadır. 
Bunun  nə  qədər  dəqiq  olması  isə  yaxın  tariximizdə  bir  daha  öz 
təsdiqini tapmışdır. Belə ki, Azərbaycan öz müstəqilliyini elan et-
dikdən sonra Rusiya tərəfindən birtərəfli qaydada istisadi əlaqələr 
dayandırıldı  və  ölkədə  istehsal  olunan  böyük  həcmdə  şərab 
məhsulları satıla bilməyərək demək olar ki, atıldı. Nəticədə yalnız 
bu  üzdən  80  min  ha  üzümlüklər  köklənməklə  əhali  qısa  vaxt 
ərzində  fayda  verə  biləcək  birillik  bitki  məhsulları  (tərəvəzlər, 
kartof, dənlilər) istehsalına keçməli oldu.  
N.Gəncəvinin  əsərlərinə  nəzər  saldıqda  şairin  nəinki  üzüm, 
hətta  şərabın  hazırlanma  texnologiyasına  dair  yaxşı  bilgilərə 
malik  olduğu  və  bu  gün  üçün  də  əhəmiyyətli  ola  biləcək 
tövsiyələr verdiyini görmək olur. 
 
Bir inciylə qulağa çatar səsi mücrünün
Dolu olsa inciylə batar səsi mücrünün. 
Coşar səsi kəsilməz şərabı az kuzənin, 
Ağzınacan dolarsa səsi çıxmaz kuzənin. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə