51
Şəkil 1.18. Lövhəli filtrlər və filtrləmənin sxematik görünüşü
Son vaxtlar belə filtrlər yalnız doldurmadan əvvəl nəzarət
filtrasiyasında istifadə olunur. Lövhələr uzunömürlü plastik
“Nuril”, yaxud isti buğla işlənməsi lazım gəldikdə paslanmayan
poladdan hazırlanır. Əlavə üstünlüyü mayenin eyni vaxtda iki
müxtəlif filtr kardonlarda filtrasiyası üçün ayırıcı lövhələrin
qurulmasının mümkünlüyü, yaxud eyni vaxtda iki müxtəlif şərabın
bir filtrdə filtrasiyasıdır.
İnkişaf etmiş ölkələrdə rəngarəng filtrasiya sistemləri – kizel-
qur, vaakum, membran, tangensial və s. geniş tətbiq olunmaq-
dadır. Onlardan hər biri şərab istehsalının müəyyən mərhələsində
istifadə olunmaq üçün nəzərdə tutulmaqla, filtrasiyanın maya
dəyərini aşağı salmağa, onu yüksək keyfiyyət və az itki ilə yerinə
yetirməyə imkan verir.
Daha geniş yayılanlar kizelqur, yaxud üfüqi lövhələrlə
diatomit filtrlərdir. Belə filtrlərin tətbiqi təcrübi olaraq şərabçı-
lıqda norma və standarta çevrilmişdir. Bu filtrlərdə filrtləyici
təbəqə kimi diatomit, kizelqur təbəqəsi istifadə olunur ki, o da
özünü əhəng mənşəli zərif toz kimi göstərir. Kizelqurun tətbiq
olunan markasından asılı olaraq kobuddan-cilalanmışadək tələb
olunan səviyyədə filtrasiya təmin etmək mümkündür. Diatomit
filtrlərin tətbiqi lövhəli filtrlərlə müqayisədə filtrasiya xərclərini
xeyli aşağı salmağa və praktik olaraq məhsul itkisindən tamamilə
qaçmağa imkan verir. Filtrlər sakit şərabları, şirə, şərbətlər və
CO
2
-na malik şərabları filtrasiya etmək üçün istifadə olunur.
53
çox dəfə azaltmağa və beləliklə də yarım ildə filtrin dəyərini
ödəməyə imkan verir. Belə filtrlərin əlavə üsütünlüyü itkinin
demək olar ki, olmamasıdır. Yəni bu halda hopma və axma ilə
şərab materialı itirilmir.
Şəkil 1.19. Yaxma diatomit filtri “Qrinfiltr”in ümumi görünüşü
Şəkil 1.20. Yaxma “Qrinfiltr”in sxematik görünüşü
“Qrinfiltr” markalarının ən xırda sahəlisindən (2 m
2
-dən) ən
irisinə (30 m
2
-yə) qədər istifadə olunur. Onlar uyğun olaraq 200-